AZƏRBAYCAN
RESPUBLİKASININ İNZİBATİ XƏTALAR
MƏCƏLLƏSİ
(Bu
Məcəllə Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ
nömrəli Qanunu ilə
təsdiq edilmişdir)
M Ü N D Ə R İ C A T
Ümumi hissə
Ümumi müddəalar
FƏSİL
1 Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri
və prinsipləri
FƏSİL
2 İnzibati
xəta və inzibati məsuliyyət
FƏSİL
3 Əməlin inzibati xəta
olmasını aradan qaldıran hallar
FƏSİL
4 İnzibati tənbeh
FƏSİL
5 İnzibati tənbeh tətbiq etmə
FƏSİL 6 İnzibati məsuliyyətdən
azad etmə
İnzibati xətalar haqqında işlərə baxmaq
səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
FƏSİL
7 Əsas
qaydalar
FƏSİL
8 İnzibati
xətalar haqqında işlərin aidiyyəti
FƏSİL 9 Səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən
baxılmış inzibati xətalar haqqında işlər barədə
elektron informasiya sistemləri və ehtiyatları
İnzibati xətalar haqqında işlər
üzrə icraat
FƏSİL
10 Ümumi müddəalar
FƏSİL
11 İnzibati xətalar haqqında işlər üzrə
icraatın iştirakçıları, onların
hüquqları və vəzifələri
FƏSİL
12 İnzibati xəta haqqında iş üzrə
sübutlar və onların qiymətləndirilməsi
FƏSİL 13 İnzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin tətbiqi
İnzibati xəta haqqında iş üzrə
icraatın mərhələləri
FƏSİL
14 İnzibati xəta haqqında iş üzrə icraata
başlama
FƏSİL
15 İnzibati xəta haqqında işlərə
baxılması
FƏSİL
16 Yol hərəkəti qaydaları əleyhinə olan
inzibati xətalar haqqında işlərə baxılmanın
xüsusiyyətləri
FƏSİL 17 İnzibati xəta haqqında iş üzrə qərara
yenidən baxılma
İnzibati xəta haqqında iş
üzrə qərarın icrası
FƏSİL 18 Ümumi
müddəalar
FƏSİL 19 İnzibati tənbehin ayrı-ayrı növlərinin
icrası qaydası
Xüsusi hissə
İnzibati xətalar
FƏSİL
20 Sağlamlıq əleyhinə olan inzibati xətalar
FƏSİL
21 Siyasi, sosial və əmək hüquqları əleyhinə
olan inzibati xətalar
FƏSİL
22 Narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar
inzibati xətalar
FƏSİL
23 Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji
salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
24 Mülkiyyət əleyhinə olan inzibati xətalar
FƏSİL
25 Ətraf mühitin mühafizəsi, təbiətdən
istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
26 Sənaye, elektrik və istilik enerjisindən istifadə
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
27 Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
28 Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında
və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalar
FƏSİL
29 Yol hərəkəti qaydaları əleyhinə olan
inzibati xətalar
FƏSİL
30 Yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
31 Rabitə qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
32 İnformasiyadan istifadə edilməsi, onun
yayılması və mühafizəsi qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
33 Yaşayış sahələrindən istifadə,
şəhərsalma, tikinti və abadlaşdırma
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
34 İqtisadi fəaliyyət qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
35 Ticarət qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
36 Vergilərin, rüsumların ödənilməsi,
maliyyə və sığorta qaydaları əleyhinə olan
inzibati xətalar
FƏSİL
37 Gömrük qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
38 İctimai qayda, ictimai təhlükəsizlik və
ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar
FƏSİL
39 İdarəçilik qaydaları əleyhinə olan
inzibati xətalar
FƏSİL
40 Hərbi uçot, hərbi qeydiyyat və
səfərbərlik qaydaları əleyhinə olan inzibati
xətalar
Ümumi hissə
Ümumi müddəalar
Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyi, onun vəzifələri və prinsipləri
Maddə 1. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyi
1.1. Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyi bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan
Respublikasının Konstitusiyasına, hamılıqla qəbul
edilmiş beynəlxalq hüququn normalarına və
prinsiplərinə əsaslanır.
1.3. İnzibati məsuliyyət müəyyən
edən və inzibati xəta törətmiş şəxsin
tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız
bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.
1.4. Ələt azad iqtisadi
zonasında inzibati məsuliyyətə səbəb olan
əməllər (hərəkət və ya
hərəkətsizlik) və bu əməllərə
görə inzibati xəta törətmiş şəxsin
tənbeh edilməsi “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[1]
Maddə 2. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin
vəzifələri
Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyinin vəzifələri insan və
vətəndaş hüquqlarını və
azadlıqlarını, onların
sağlamlığını, əhalinin sanitariya-epidemioloji
salamatlığını, ictimai mənəviyyatı,
mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,
ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf
mühiti, idarəçilik qaydalarını qorumaqdan,
qanunçuluğu möhkəmləndirməkdən və
inzibati xətaların qarşısını almaqdan
ibarətdir.
Maddə 3. İnzibati
məsuliyyətin əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə
tutulmuş inzibati xətanın törədilməsində
təqsirli hesab edilən və inzibati xəta tərkibinin
bütün digər əlamətlərini daşıyan
əməli (hərəkət və ya
hərəkətsizliyi) törətmiş şəxs inzibati
məsuliyyətə cəlb olunur.
Maddə 4. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin
prinsipləri
Bu Məcəllə insan və vətəndaş
hüquqlarına və azadlıqlarına hörmət
edilməsi, qanunçuluq, qanun qarşısında
bərabərlik, təqsirsizlik prezumpsiyası,
ədalətlilik və inzibati xətaların
qarşısının alınması prinsiplərinə
əsaslanır.
Maddə 5. İnsan və
vətəndaş hüquqlarına və azadlıqlarına
hörmət edilməsi prinsipi
5.1. İnsan və vətəndaş hüquqları
və azadlıqları ali dəyərə malikdir. Bu
hüquqların və azadlıqların pozulmasına yol
verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər
məsuliyyət daşıyırlar.[2]
5.2. Bu Məcəllə insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
dövlət orqanları,
qurumları və vəzifəli şəxslər
tərəfindən pozulmasının qarşısının
alınmasını və onlara hörmət olunmasını
təmin edir.
5.3. İnzibati xətalar haqqında işlər
üzrə icraatın təmin olunması tədbirləri
tətbiq edilərkən insan ləyaqətini alçaldan
qərarların verilməsinə və hərəkətin
edilməsinə yol verilmir.
Maddə 6. Qanunçuluq prinsipi
6.1. İnzibati xətaya görə inzibati tənbeh bu
Məcəlləyə uyğun olaraq tətbiq edilir.
6.2. İnzibati xəta haqqında iş üzrə
icraatın təmin olunması tədbirləri tətbiq
edilərkən qanunvericiliyin tələblərinə
əməl olunması yuxarı orqanların və vəzifəli
şəxslərin idarə nəzarəti ilə,
məhkəmə və prokuror nəzarəti ilə və
şikayət etmək hüququ ilə təmin edilir.
6.3. Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.
Maddə 7. Qanun
qarşısında bərabərlik prinsipi
7.1. İnzibati xəta törətmiş
şəxslər irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən və digər hallardan asılı
olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə
tutulmuş əsaslara görə heç kəs inzibati
məsuliyyətə cəlb oluna və inzibati
məsuliyyətdən azad oluna bilməz.
7.2. Azərbaycan
Respublikasının keçmiş Prezidentinin və onun
arvadının (ərinin) inzibati məsuliyyətlə
bağlı toxunulmazlığı “Azərbaycan
Respublikasının keçmiş Prezidentinin və onun
ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanunu ilə tənzimlənir.
7.3. Hüquqi şəxslər mülkiyyət
formasından, yerləşdiyi yerdən,
təşkilati-hüquqi formasından və tabeliyindən
asılı olmayaraq inzibati məsuliyyətə cəlb
edilirlər.
Maddə 8. Təqsirsizlik
prezumpsiyası prinsipi
8.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin təqsiri bu
Məcəllədə nəzərdə tutulmuş qaydada
sübuta yetmədikdə və bu, inzibati xəta haqqında
iş üzrə icraata baxmış hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qüvvəyə
minmiş qərarı ilə müəyyən
edilmədikdə o, təqsirsiz hesab edilir.
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş
şəxs öz təqsirsizliyini sübut etməyə borclu
deyildir.
8.3. İnzibati məsuliyyətə cəlb olunan
şəxsin təqsirli olması barəsində
şübhələr onun xeyrinə həll edilir.
Maddə 9. Ədalətlilik
prinsipi
9.1. İnzibati xəta törətmiş şəxs
haqqında tətbiq edilən tənbeh ədalətli
olmalıdır, yəni inzibati xətaların xarakterinə,
onun törədilməsi hallarına və inzibati xətanı
törətməkdə təqsirli bilinənin
şəxsiyyətinə uyğun
olmalıdır.
9.2. Bir inzibati xətaya görə heç kim iki
dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Davam edən inzibati xətaya görə şəxs inzibati
məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı
törətməkdə davam edirsə, inzibati
məsuliyyətə cəlb olunur.
Maddə 10. İnzibati
xətaların qarşısının alınması prinsipi
Dövlət orqanları
(qurumları) və bələdiyyələr inzibati
xətaların qarşısının alınması, inzibati
xətaların törədilməsinə kömək edən
səbəblərin və şəraitin aşkar edilməsi
və aradan qaldırılması, vətəndaşların
hüquq şüurunun və mədəniyyətinin
yüksəldilməsi və Azərbaycan Respublikasının
qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə
olunması sahəsində tədbirlər hazırlayır
və həyata keçirirlər.[3]
Maddə 11. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin
qüvvəsi
11.1. Azərbaycan Respublikasında inzibati xətalar
haqqında işlər üzrə icraatın
aparılması, inzibati xətalar haqqında işlər
üzrə qərarların qəbul və icra edilməsi
həmin vaxtda qüvvədə olan Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
11.2. İnzibati xətalara görə
məsuliyyəti yüngülləşdirən və ya onu
aradan qaldıran normativ hüquqi aktların geriyə
qüvvəsi vardır, yəni həmin aktlar onların
qüvvəyə mindiyi vaxtadək törədilmiş,
həmçinin inzibati tənbeh tətbiq etmə haqqında
qərarı tam icra olunmamış xətalara da şamil
edilir.
11.3. İnzibati xətalara görə məsuliyyət
müəyyən edən və ya məsuliyyəti
gücləndirən normativ hüquqi aktların geriyə
qüvvəsi yoxdur.
İnzibati xəta və inzibati məsuliyyət
Maddə 12. İnzibati xəta
anlayışı
12.1. Bu Məcəllə ilə qorunan ictimai
münasibətlərə qəsd edən, hüquqazidd olan,
təqsirli sayılan (qəsdən və ya
ehtiyatsızlıqdan törədilən) və inzibati
məsuliyyətə səbəb olan əməl
(hərəkət və ya hərəkətsizlik) inzibati
xəta hesab olunur.
12.2. Bu Məcəllənin Xüsusi hissəsində
nəzərdə tutulan əməllərə görə
inzibati məsuliyyət o halda yaranır ki, bu
əməllər cinayət məsuliyyətinə
səbəb olmasın.
Maddə 13. İnzibati
xətanın qəsdən törədilməsi
İnzibati xəta törətmiş şəxs
öz əməlinin (hərəkətinin və ya
hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk
etmiş, onun zərərli nəticələrini qabaqcadan
görmüş və bunları arzu etmişdirsə, yaxud
belə nəticələrin baş verməsinə
şüurlu surətdə yol vermişdirsə, bu xəta
qəsdən törədilmiş xəta hesab olunur.
Maddə 14. İnzibati
xətanın ehtiyatsızlıqdan törədilməsi
İnzibati xəta törətmiş şəxs
öz əməlinin (hərəkətinin və ya
hərəkətsizliyinin) zərərli nəticələr
verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət
qədər əsas olmadan onların qarşısını
alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş
verəcəyini lazımi diqqət və
ehtiyatlılıq göstərərək qabaqcadan
görməli olduğu və görə biləcəyi halda,
onları görməmişdirsə, bu xəta
ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
Maddə 15. Anlaqsızlıq
Hüquqazidd əməl (hərəkət və ya
hərəkətsizlik) törədən zaman şəxs
anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi
xəstəlik, psixi fəaliyyətin müvəqqəti
pozulması, kəmağıllıq və ya başqa psixi
xəstəlik nəticəsində öz əməlinin
faktiki xarakterini və ictimai təhlükəliliyini dərk
etmək və ya onu idarə etmək iqtidarında olmadıqda
o, inzibati məsuliyyətə cəlb edilmir.
Maddə 16. Fiziki
şəxslərin inzibati məsuliyyəti
16.1. İnzibati xəta törədərkən on
altı yaşı tamam olmuş fiziki şəxslər
inzibati məsuliyyətə cəlb olunurlar.
16.2. İnzibati həbs və ya ictimai işlər
növündə inzibati tənbeh nəzərdə tutan
inzibati xətalar istisna olmaqla, şəxsin
psixi inkişafı, həyat şəraiti, səhhəti
və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta
törətmiş on altı yaşından on səkkiz
yaşınadək şəxslər yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar tərəfindən
inzibati məsuliyyətdən azad oluna və onların
barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may
tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş
“Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar
haqqında Əsasnamə” ilə müəyyən edilmiş
təsir tədbirləri tətbiq edilə bilər.
16.3. İntizam nizamnamələrində bilavasitə
nəzərdə tutulmuş hallarda hərbi qulluqçular
inzibati xətalara görə intizam məsuliyyəti, qalan
hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət
daşıyırlar. Hərbi
qulluqçulara ictimai işlər, həmçinin bu
Məcəllənin 41-ci fəslində nəzərdə
tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati
xətalara görə inzibati həbs tətbiq edilə
bilməz.[4]
16.4. İnzibati tənbeh tətbiq etmə hüququ
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu
Məcəllənin 16.3-cü maddəsində
göstərilən şəxslər barəsində inzibati
tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta
törətmiş şəxsin intizam məsuliyyətinə
cəlb olunması məsələsinin həll edilməsi
üçün inzibati xətalar haqqında işlər
üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.
16.5. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının ərazisində
törətdikləri inzibati xətalara görə ümumi əsaslarla
inzibati məsuliyyətə cəlb olunurlar.
16.6. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə əsasən Azərbaycan
Respublikasında toxunulmazlıq hüququndan istifadə edən
əcnəbilərin Azərbaycan Respublikasının
ərazisində törətdikləri inzibati xətalara
görə məsuliyyət məsələsi beynəlxalq
hüquq normalarına uyğun olaraq həll edilir.
Qeyd:
1. Bu Məcəllənin 16.3-cü maddəsində
“hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti
orqanının zabit heyəti,
gizirləri, miçmanları, müddətindən artıq
xidmət hərbi qulluqçuları, müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları və hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisələrinin kursantları başa
düşülür.
2. Bu Məcəllədə “əcnəbi” dedikdə,
Azərbaycan Respublikasının vətəndaşı olmayan
və başqa dövlətin
vətəndaşlığına mənsub olan şəxs
başa düşülür.
3. Bu Məcəllədə
“vətəndaşlığı olmayan şəxs” dedikdə,
heç bir
dövlət tərəfindən onun qanununa əsasən
vətəndaş hesab edilməyən şəxs başa düşülür.
Maddə 17. Vəzifəli
şəxslərin inzibati məsuliyyəti
Vəzifəli şəxslər öz vəzifələrinin
yerinə yetirilməməsi və ya lazımınca yerinə
yetirilməməsi ilə bağlı inzibati xətalara
görə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd: Dövlət hakimiyyətinin
nümayəndəsi funksiyasını həyata keçirən
şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə,
Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında,
idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə
təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat
vəzifələrində daimi və ya müvəqqəti
işləyən şəxslər və ya həmin vəzifələri
xüsusi səlahiyyət əsasında həyata keçirən
şəxslər, habelə hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə
səlahiyyətləri yerinə yetirən fiziki şəxslər
vəzifəli şəxs hesab edilirlər.[5]
Maddə 18. Hüquqi
şəxslərin inzibati məsuliyyəti
18.1. Hüquqi şəxslər, o cümlədən
xarici hüquqi şəxslər və xarici hüquqi
şəxslərin filial və nümayəndəlikləri bu
Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulmuş inzibati xətalara görə inzibati
məsuliyyətə cəlb olunurlar.
18.2. Hüquqi şəxs inzibati məsuliyyətə
həmin hüquqi şəxsin xeyrinə və ya onun
maraqlarının qorunması üçün
aşağıdakı şəxslər tərəfindən
törədilən inzibati xətalara görə cəlb
edilir:
18.2.1. hüquqi şəxsi təmsil etmək
səlahiyyətinə malik olan vəzifəli şəxs;
18.2.2. hüquqi şəxsin adından qərarlar
qəbul etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
18.2.3. hüquqi şəxsin fəaliyyətinə
nəzarət etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü
maddələrində nəzərdə tutulmuş
vəzifəli şəxslər tərəfindən
nəzarətin həyata keçirilməməsi
nəticəsində hüquqi şəxsin işçisi.
18.3. Hüquqi şəxsin
inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli
törətmiş və ya onun törədilməsində hər
hansı şəkildə iştirak etmiş vəzifəli
şəxsin inzibati məsuliyyətini istisna etmir.
18.4. Bu Məcəllənin 18.2-ci
maddəsində nəzərdə tutulmuş vəzifəli
şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə
əsasən inzibati
xəta haqqında işin icraatına xitam verilməsi
hüquqi şəxsin inzibati məsuliyyətə cəlb
edilməsinə mane olmur.
18.5. Hüquqi şəxs barəsində inzibati
tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
18.6. Səlahiyyətli orqanlar (vəzifəli
şəxslər)
bu Məcəllənin
18.2-ci maddəsində müəyyən edilmiş əsasların
olması qənaətinə gəldikdə, inzibati xəta
haqqında protokolu baxılmaq üçün məhkəməyə
göndərirlər.
18.7. Bu Məcəllənin 18.2-ci
maddəsində müəyyən edilmiş əsaslar
olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər)
inzibati xəta
haqqında iş üzrə qərar qəbul edir.
18.8. Məhkəmə
tərəfindən inzibati
xəta haqqında iş üzrə qərar qəbul
olunanadək hüquqi şəxs yenidən təşkil
olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin
hüquqi varisi cəlb olunur. Məhkəmə
tərəfindən inzibati
xəta haqqında iş üzrə qərar qəbul
olunduğu vaxtdan tam icra olunana və ya ləğv
edilənədək hüquqi şəxsin yenidən
təşkil olunması, yaxud təsisçilərinin
(iştirakçılarının) və ya hüquqi
şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanının qərarı ilə ləğv edilməsi
qadağandır.
Əməlin inzibati xəta
olmasını aradan qaldıran hallar
Maddə 19. Son zərurət
19.1. Bu Məcəllənin Xüsusi hissəsində
nəzərdə tutulmuş əməllərin
əlamətlərinə uyğun olsa da, son zərurət
vəziyyətində, yəni şəxsin özünün
və ya başqa şəxsin həyatını,
sağlamlığını və ya hüquqlarını,
dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına
alan təhlükəni aradan qaldırmaq üçün
edilmiş hərəkət, əgər həmin
vəziyyətdə bu təhlükəni digər vasitə
ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin
aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.
19.2.
Baş vermiş təhlükənin xarakterinə və
dərəcəsinə, habelə həmin
təhlükənin aradan qaldırılması
şəraitinə aşkar surətdə uyğun olmayan
zərər vurulması və vurulmuş zərərin
qarşısı alınmış zərərə
bərabər və ya ondan artıq olması son zərurət
həddini aşma sayılır. Son zərurət həddini bu
qaydada aşma yalnız qəsdən zərər vurulduqda
inzibati məsuliyyətə səbəb olur.
Maddə 20. Zəruri
müdafiə
20.1. Bu Məcəllənin Xüsusi hissəsində
nəzərdə tutulmuş əməllərin
əlamətlərinə uyğun olsa da, zəruri
müdafiə vəziyyətində, yəni özünü
müdafiə edənin və ya başqa şəxsin
həyatına, sağlamlığına və ya
hüquqlarına, dövlətin və ya cəmiyyətin
mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə
hüquqazidd qəsddən qoruyarkən edilmiş
hərəkət, zəruri müdafiə həddini
aşmamışdırsa, inzibati xəta
hesab olunmur.
20.2. Qəsdin xarakterinə və
ictimai təhlükəlilik dərəcəsinə
açıq-aşkar uyğun gəlməyən qəsdən
törədilən hərəkətlər zəruri müdafiə
həddini aşmaq hesab edilir.
İnzibati tənbeh
Maddə 21. İnzibati tənbehin
məqsədləri
İnzibati tənbeh məsuliyyət tədbiridir
və inzibati xəta törədən şəxsi qanunlara
əməl edilməsi ruhunda tərbiyələndirmək,
habelə həm inzibati xəta törətmiş şəxs,
həm də başqa şəxslər tərəfindən
yeni inzibati xəta törədilməsinin
qarşısını almaq məqsədi daşıyır.
Maddə 22. İnzibati tənbeh
növləri
22.1. İnzibati tənbeh növləri aşağıdakılardır:
22.1.1. xəbərdarlıq;
22.1.2. inzibati cərimə;
22.1.3. inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetin müsadirəsi;
22.1.4. fiziki şəxsə verilmiş xüsusi
hüququn məhdudlaşdırılması;
22.1.5. ictimai işlər;
22.1.6. Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma;
22.1.7. inzibati həbs.
22.2. Hüquqi şəxslər barəsində bu
Məcəllənin 22.1.1-22.1.3-cü maddələrində
nəzərdə tutulan inzibati tənbeh növləri
tətbiq edilir.
Maddə 23. Əsas və
əlavə inzibati tənbehlər
23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya
inzibati həbs yalnız əsas inzibati tənbeh növləri
kimi tətbiq edilir.
23.2. İnzibati xətanın
törədilməsində alət və ya inzibati
xətanın bilavasitə obyekti olmuş predmetin
müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi
hüququn məhdudlaşdırılması, Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma həm əsas, həm də əlavə
inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
23.3. Bir inzibati xətaya görə əsas tənbeh,
yaxud əsas və əlavə tənbeh tətbiq edilə
bilər.
Maddə 24. Xəbərdarlıq
24.1. Xəbərdarlıq inzibati tənbeh növü
olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə
şəxslərə edilən rəsmi xəbərdaredici
tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.
24.2. Xəbərdarlıq bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində
nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin
maddədə nəzərdə tutulmuş xətaya
görə şəxs ilk dəfə inzibati
məsuliyyətə cəlb olunur və xəta
nəticəsində vurulmuş zərərin əvəzi tam
ödənilir.
Maddə 25. İnzibati
cərimə
25.1. İnzibati cərimə bu Məcəllədə
nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən təyin
edilən və təqsirkar şəxsdən dövlətin
xeyrinə məcburi tutulan pul məbləğidir.
25.2. İnzibati cərimə
manatla və ya aşağıdakı digər meyarlarla
ifadə oluna bilər:
25.2.1. inzibati xətanın
başa çatdığı və ya
qarşısının alındığı vaxt inzibati
xətanın bilavasitə obyekti olmuş predmetin
dəyəri;
25.2.2.
inzibati xəta nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) miqdarı;
25.2.3. inzibati xətanın
başa çatdığı və ya onun
qarşısının alındığı vaxt
ödənilməli olan, lakin ödənilməmiş
ödənişlərin, vergilərin məbləği.
25.3. İnzibati xətalara
görə Azərbaycan Respublikasının diplomatik
nümayəndəlikləri və konsulluqları
tərəfindən tətbiq edilən inzibati
cərimələr həmin nümayəndəlik və
konsulluqların yerləşdiyi xarici ölkənin
valyutası ilə tutulur.[6]
25.4. Manatla hesablanan və inzibati
xətaya görə fiziki şəxsdən alınan inzibati
cərimənin məbləği beş min manatdan,
vəzifəli şəxsdən alınan inzibati cərimənin
məbləği on min manatdan, hüquqi şəxsdən
alınan inzibati cərimənin məbləği əlli min
manatdan artıq ola bilməz.
25.5. İnzibati xətanın
bilavasitə obyekti olmuş predmetin dəyəri ilə
ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin
yüz faizindən, ödənilməmiş
ödənişlərin, vergilərin məbləği
ilə ölçülən cərimənin məbləği isə
həmin ödənişlərin, vergilərin yüz əlli
faizindən artıq ola bilməz.
25.6. İnzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
miqdarı ilə ölçülən
cərimənin məbləği
həmin ziyanın (əldə edilmiş gəlirin) on
mislindən artıq ola bilməz.
25.7. Bu Məcəllənin
116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda
inzibati cərimə şərti olaraq tətbiq edilir.
25.8. Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan
Respublikasının dövlət büdcəsinə
ödənilir.
Maddə 26. İnzibati
xətanın törədilməsində alət və ya
inzibati xətanın bilavasitə obyekti olmuş predmetin
müsadirəsi
26.1. İnzibati xəta törətmiş
şəxsin xüsusi mülkiyyətində olan, inzibati
xətanın törədilməsində alət və ya
inzibati xətanın bilavasitə obyekti olmuş predmetin
müsadirəsi bu Məcəllənin Xüsusi
hissəsində nəzərdə tutulmuş hallarda həmin
predmetin məcburi qaydada və ödənişsiz
dövlətin mülkiyyətinə keçməsindən
ibarətdir.
26.2. İnzibati xətanın
törədilməsində alət və ya inzibati
xətanın bilavasitə obyekti olmuş predmetin
müsadirəsi yalnız hakim tərəfindən tətbiq
edilir.
26.3. Əsas dolanacaq mənbəyi ov olan
şəxslərin odlu silahı, döyüş sursatı
və digər ov alətləri müsadirə edilə
bilməz.
26.4. Müsadirənin tətbiqi qaydası bu
Məcəllə ilə müəyyən edilir.
Maddə 27. Fiziki şəxsə
verilmiş xüsusi hüququn
məhdudlaşdırılması
27.1. Fiziki şəxs ona verilmiş xüsusi
hüquqdan istifadə qaydasını kobud şəkildə
və ya müntəzəm pozduqda həmin hüquq bu
Məcəllənin Xüsusi hissəsində
nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək
müddətə məhdudlaşdırılır.
27.2. Bu
Məcəllənin 327.7-ci maddəsində nəzərdə
tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş
xüsusi hüququn məhdudlaşdırılması
yalnız hakim tərəfindən tətbiq edilir.
27.3. Bu Məcəllənin 327.8, 333, 342.8 və 343-cü maddələrində
nəzərdə tutulmuş hallar istisna olmaqla,
nəqliyyat vasitələrindən əlilliyi ilə
əlaqədar istifadə edən şəxslərin
nəqliyyat vasitəsini idarə etmək hüququ
məhdudlaşdırıla bilməz.
27.4. Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla
qiymətləndirilən xətaların yol verilməsinə
görə sürücülər bir il ərzində 20
və daha çox bal topladıqda, inzibati cərimə
tətbiq edilmədən onların nəqliyyat vasitəsini
idarə etmək hüququ məhdudlaşdırılır.
27.5.
Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin
ov hüququ məhdudlaşdırıla bilməz.
Maddə 28. İctimai
işlər
28.1. İctimai işlər,
barəsində ictimai işlər növündə inzibati
tənbeh tətbiq edilən şəxsin əsas
işindən və ya təhsilindən asudə vaxtlarında haqqı
ödənilmədən cəmiyyətin xeyrinə ictimai
faydalı işlər yerinə yetirməsindən
ibarətdir. Belə işlərin növləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[7]
28.2. İctimai işlər
yalnız hakim tərəfindən tətbiq edilir.
28.3. İctimai işlər
altmış saatdan iki yüz qırx saatadək
müddətə müəyyən edilir və gün
ərzində dörd saatdan çox ola bilməz.
28.3-1. Məhkəmə
tərəfindən ictimai işlər növündə
inzibati tənbeh tətbiq olunmuş şəxslərin
üzərinə həmin işlərin yerinə yetirildiyi
yerlərdə elektron nəzarət vasitəsini
gəzdirmək və həmin vasitənin işlək
vəziyyətdə saxlanılması üçün ona
xidmət etmək vəzifəsi qoyulur.[8]
28.4. İctimai işlər
aşağıdakı şəxslərə tətbiq oluna
bilməz:
28.4.1. birinci və ikinci dərəcə əlilliyi olan
şəxslərə,
sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara; [9]
28.4.2. hamilə qadınlara;
28.4.3. himayəsində üç
yaşınadək uşağı olan qadınlara;
28.4.4. üç
yaşına çatmamış uşağını
təkbaşına böyüdən kişilərə;[10]
28.4.5. pensiya yaşına
çatmış qadın və kişilərə;
28.4.6. hərbi qulluqçulara.[11]
Maddə 29. Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma
29.1. Bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər barəsində Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma tətbiq edilir.
29.2. Azərbaycan Respublikasının hüdudlarından
kənara inzibati qaydada çıxarma hakim və ya
səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən tətbiq edilir.
29.3. Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarılmış əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasına gəlmək hüququ 1 ildən 5
ilədək müddətə
məhdudlaşdırılır.
29.4. Qaçqın statusuna malik
olan və ya Azərbaycan Respublikası tərəfindən
siyasi sığınacaq verilən şəxslər,
habelə insan alverinin qurbanı olan uşaqlar barəsində
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma tətbiq edilmir.
29.5. İnsan alverindən
zərər çəkmiş hesab olunan əcnəbilər
və ya vətəndaşlığı olmayan
şəxslər barəsində 1 il müddətində,
cinayət təqibi orqanlarına yardım göstərən
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər barəsində isə cinayət
təqibi başa çatanadək Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma
tətbiq edilmir.
Maddə 30. İnzibati həbs
30.1. İnzibati həbs, yalnız müstəsna hallarda,
inzibati xətaların ayrı-ayrı
növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq
edilir.
[12]
30.2. Hamilə qadınlar və ya himayəsində on
dörd yaşınadək
uşağı olan qadınlar, on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişilər, on səkkiz
yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi
olan şəxslər,
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış
yaşına çatmış qadınlar və altmış
beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin
41-ci fəslində nəzərdə tutulmuş inzibati
xətalar istisna olmaqla digər inzibati xətalara görə
hərbi qulluqçular barəsində inzibati həbs
tətbiq edilə bilməz. [13]
30.3. İnzibati qaydada tutma müddəti inzibati
həbs müddətinə daxil
edilir.
İnzibati tənbeh tətbiq
etmə
Maddə 31. İnzibati tənbeh
tətbiq etmənin ümumi qaydaları
31.1. İnzibati xətaya görə tənbeh bu
Məcəlləyə uyğun olaraq tətbiq edilir.
31.2. Fiziki və ya vəzifəli şəxslər
barəsində inzibati tənbeh tətbiq edilərkən,
xətanın xarakteri, inzibati xəta törədən
şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə
məsuliyyəti yüngülləşdirən və
ağırlaşdıran hallar nəzərə alınır.
31.3. Hüquqi şəxslər
barəsində inzibati tənbeh tətbiq edilərkən,
inzibati xətanın xarakteri, inzibati xəta
nəticəsində hüquqi şəxsin əldə etdiyi
xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin
xarakteri və dərəcəsi, hüquqi şəxsi
xarakterizə edən hallar, o cümlədən onun maliyyə və
əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər
ictimai faydalı fəaliyyətlə məşğul
olması, habelə məsuliyyəti
yüngülləşdirən və
ağırlaşdıran hallar nəzərə alınır.
31.4. Bu Məcəllənin
Xüsusi hissəsində inzibati xətanın
törədilməsinə görə müəyyən
edilən inzibati tənbehin yalnız yuxarı həddi
müəyyən edildikdə, tətbiq edilən inzibati
tənbeh onun yuxarı həddinin dörddə
birindən az ola bilməz. [14]
31.4-1. İnzibati qaydada
tutulmuş şəxs barəsində inzibati həbs istisna
olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi,
bu Məcəllənin Xüsusi hissəsində inzibati
xətanın törədilməsinə görə
müəyyən edilən inzibati tənbehin yuxarı
həddinin dörddə üçündən çox ola
bilməz.[15]
31.5. İnzibati tənbehin tətbiq edilməsi
həmin inzibati tənbehə səbəb olmuş
öhdəliklərin yerinə yetirilməsindən
şəxsi azad etmir.
Maddə 32. İnzibati xətaya
görə məsuliyyəti yüngülləşdirən
hallar
32.1. İnzibati tənbeh tətbiq edilərkən,
məsuliyyəti yüngülləşdirən hallar
aşağıdakılar hesab edilir:
32.1.1. inzibati xəta törətmiş şəxsin
səmimi peşmançılığı;
32.1.2. inzibati xətanın yetkinlik yaşına
çatmayanlar tərəfindən törədilməsi;
32.1.3. inzibati xətanın hamilə qadın və ya
himayəsində azyaşlı uşağı olan qadın
tərəfindən törədilməsi;
32.1.4. inzibati xətanın
fiziki və ya psixi məcburiyyət təsiri altında,
yaxud maddi, xidməti və ya sair cəhətdən
asılılıq nəticəsində törədilməsi;
32.1.5. inzibati xətanın
zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə
ilə müəyyən edilmiş şərtlərini pozmaqla
törədilməsi;
32.1.6. inzibati xətanın
zərər çəkmiş şəxsin qanunsuz və
ya əxlaqsız hərəkətlərinin təsiri
altında və ya bu hərəkətlər nəticəsində
qəflətən baş vermiş güclü ruhi həyəcan
(affekt) vəziyyətində törədilməsi;
32.1.7. törədilmiş inzibati xətanın
zərərli nəticələrinin inzibati xəta
törətmiş şəxs tərəfindən aradan
qaldırılması və ya vurulmuş zərərin
əvəzinin könüllü surətdə
ödənilməsi.
32.2. İnzibati tənbeh tətbiq
edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində
göstərilməmiş başqa hallar da hakim tərəfindən
məsuliyyəti
yüngülləşdirən hal qismində nəzərə
alına bilər.
32.3. Bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta
tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti
yüngülləşdirən hal, inzibati tənbeh tətbiq
edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 33. İnzibati xətaya
görə məsuliyyəti ağırlaşdıran hallar
33.1. İnzibati tənbeh tətbiq edilərkən,
məsuliyyəti ağırlaşdıran hallar
aşağıdakılar hesab edilir:
33.1.1. səlahiyyətli şəxslərin
hüquqazidd hərəkəti dayandırmağı
tələb etdiklərinə baxmayaraq, bu hərəkətin
davam etdirilməsi;
33.1.2. inzibati xətaya görə inzibati tənbeh
almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar
qüvvəyə mindiyi gündən bir il ərzində
təkrar törətməsi;
33.1.3. yetkinlik yaşına
çatmayanların inzibati xəta törətməyə
cəlb edilməsi;
33.1.4.
inzibati xətanın yetkinlik yaşına çatmayanlara
qarşı törədilməsi;
33.1.5. inzibati xətanın bir qrup şəxs
tərəfindən törədilməsi;
33.1.6. inzibati xətanın təbii fəlakət
şəraitində və ya başqa fövqəladə
şəraitdə, yaxud hərbi
vəziyyət dövründə törədilməsi;[16]
33.1.7. inzibati xətanın sərxoş halda olan
şəxs tərəfindən törədilməsi.
33.2. İnzibati tənbeh tətbiq
edilərkən bu Məcəllənin 33.1.1 - 33.1.7-ci maddələrində
göstərilməmiş hallar cəzanı
ağırlaşdıran hal qismində nəzərə
alına bilməz.
33.3. Bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin
əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti
ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən
təkrar nəzərə alına bilməz.
Maddə 34. Bir neçə
inzibati xəta törədildikdə, inzibati tənbeh
tətbiq etmə
34.1. Bir şəxs iki və ya daha çox inzibati
xəta törətdikdə, onun barəsində hər bir
inzibati xətaya görə ayrılıqda inzibati tənbeh
tətbiq edilir.
34.2. Şəxsin eyni
və ya müxtəlif vaxtlarda törətdiyi bir
neçə inzibati xətaya dair işlərə
baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin işlərə eyni vaxtda
baxılmalıdır.
34.3. Şəxsin eyni
vaxtda öz hərəkətləri (hərəkətsizliyi)
ilə törətdiyi bir neçə inzibati xətaya dair
işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin şəxs daha ciddi xətaya görə
müəyyən edilmiş sanksiya
çərçivəsində tənbeh edilir. Bu halda
törədilmiş xətalardan hər hansı birinə
görə nəzərdə tutulmuş əlavə
tənbehlərdən biri əsas tənbehə əlavə
edilə bilər.
34.4. Şəxsin müxtəlif
vaxtlarda öz hərəkətləri
(hərəkətsizliyi) ilə törətdiyi bir
neçə inzibati xətaya dair işlərə
baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, barəsində inzibati icraat aparılan
şəxsə tətbiq olunan tənbeh bu
Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci
maddələrində müəyyən edilmiş
hədlərdən artıq ola bilməz.
Maddə 34-1.
İnzibati xətaya görə daha yüngül inzibati
tənbeh tətbiq etmə[17]
Bu
Məcəllənin Xüsusi hissəsində inzibati xətaya
görə müəyyən edilmiş sanksiyada
nəzərdə tutulmuş ictimai işlər və ya
inzibati həbs növündə inzibati tənbehin tətbiq
edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci
maddələrinin tələblərinə əsasən
mümkün olmadıqda, hakim inzibati xəta
törətmiş şəxs barəsində bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində nəzərdə tutulmuş inzibati tənbeh
əvəzinə iki yüz manatdan beş yüz manatadək
məbləğdə cərimə növündə inzibati tənbeh
tətbiq edir.
Maddə 35. Şəxsin inzibati
məsuliyyətə cəlb edilməmiş sayılması
üçün tələb olunan müddət
Barəsində inzibati tənbeh tətbiq olunmuş
şəxs tənbehin icrasını bitirdiyi gündən
etibarən bir il ərzində yeni inzibati xəta
törətməmişdirsə, o, inzibati
məsuliyyətə cəlb edilməmiş hesab olunur.
Maddə 36. Vurulmuş
zərərin əvəzinin ödənilməsi
36.1. İnzibati xəta haqqında işə
baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin
ödənilməsi barədə mübahisə olmadıqda,
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş
zərərin əvəzinin ödənilməsi barədə
məsələyə də baxa bilər.
36.2. İnzibati xəta haqqında işə
baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin
ödənilməsi barədə mübahisə olduqda, inzibati
tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş
zərərin əvəzinin ödənilməsi barədə
məsələyə yalnız hakim baxa bilər.
36.3. İnzibati xəta nəticəsində
vurulmuş mənəvi zərərin əvəzinin
ödənilməsi məsələsi Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə
uyğun olaraq həll edilir.
Maddə
37. İnzibati həbs nəzərdə tutan inzibati xəta
törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı
olan şəxslərin məcburi müalicəyə cəlb
olunması
37.1. İnzibati həbs nəzərdə
tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə
ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh
növü tətbiq edilərkən məhkəmə tərəfindən
onlara məcburi müalicə təyin edilir və inzibati həbs
növündə inzibati tənbeh çəkilib
qurtardıqdan sonra icra olunur.
37.2. Məcburi müalicənin tətbiq
edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində
göstərilən şəxslərin
müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin
yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış
tibbi yardım və sosial qayğı göstərməklə
onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə
həmin şəxslərin insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar
törətməsinin qarşısının
alınmasından ibarətdir.
37.3. Barəsində inzibati həbs tənbeh
növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama
nəticəsinə əsasən narkomaniyadan məcburi
müalicə təyin edilmiş şəxslər inzibati həbs
tənbeh növünü çəkib qurtardıqdan sonra
müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan
ixtisaslaşdırılmış tibb müəssisəsində
müalicə olunurlar.
37.4. Şəxs barəsində
narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə
bu barədə qanuni qüvvəyə minmiş qərarının
surətini icra olunması üçün
ixtisaslaşdırılmış tibb müəssisəsinə,
habelə məcburi müalicənin icrasına nəzarət
edilməsi üçün icra məmuruna göndərir.
37.5. Barəsində
narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs
inzibati həbs müddətinin başa çatdığı
gün inzibati həbs yerinin nümayəndəsinin
müşayiəti ilə məcburi müalicənin həyata
keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə
təhvil verilir.
37.6.
İxtisaslaşdırılmış tibb müəssisələrində
məcburi müalicə müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi şərtlərə və
qaydalara uyğun aparılır.
37.7.
İxtisaslaşdırılmış tibb müəssisəsində
məcburi müalicə barədə məhkəmə qərarının
tələblərinin yerinə yetirilməsinə icra məmuru
tərəfindən nəzarət edilir.
37.8
İxtisaslaşdırılmış tibb müəssisəsində
məcburi müalicədə olan şəxsin məcburi
müalicədən vaxtından əvvəl azad edilməsi və
məcburi müalicə müddətinin uzadılması
“Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət
komissiyasının rəyi nəzərə alınmaqla,
müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin
qərarı əsasında həyata keçirilir.
İnzibati
məsuliyyətdən azad etmə
Maddə 38. Müddətin
keçməsi ilə bağlı inzibati məsuliyyətdən
azad etmə
38.1. İnzibati tənbeh inzibati xətanın
törədildiyi gündən ən geci üç ay
keçənədək verilə bilər. Yol hərəkəti qaydaları,
gömrük qaydaları, ətraf mühitin
qorunması qaydaları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin fəaliyyət
göstərməsi qaydaları, qrant
müqavilələrinin (qərarlarının) qeydə
alınması qaydaları, eləcə də maliyyə,
vergilərin və rüsumların ödənilməsi
qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə
hüquqi şəxslərin dövlət reyestri
üçün zəruri məlumatların
verilməməsinə, hüquqi şəxslərin
dövlət qeydiyyatı zamanı yanlış
məlumatların verilməsinə, qeyri-hökumət
təşkilatları haqqında,
həmçinin dərman vasitələri haqqında və cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında qanunvericiliyin,
habelə əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olması və yaşaması
qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati
xətanın törədildiyi gündən ən geci bir il
keçənədək verilə bilər.[18]
38.2. Bu Məcəllənin 38.1-ci maddəsində
nəzərdə tutulan müddətlər davam edən
inzibati xətalara münasibətdə xətanın aşkara
çıxarıldığı gündən hesablanır.
38.3. Cinayət işinin başlanması rədd
edildikdə və ya cinayət işinə xitam verildikdə,
lakin şəxsin əməllərində inzibati xəta
tərkibinin bütün əlamətləri olduqda, inzibati
tənbeh cinayət işinin başlanmasının rədd
edilməsi və ya ona xitam verilməsi haqqında qərar
qəbul edildiyi gündən ən geci üç ay
keçənədək verilə bilər.
38.4. On altı
yaşından on səkkiz yaşınadək olan yetkinlik
yaşına çatmayanın törətdiyi inzibati xəta
haqqında iş yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiya tərəfindən Azərbaycan
Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar haqqında
Əsasnamə” ilə
müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına
qaytarıldıqda, inzibati tənbeh həmin iş
qaytarıldığı gündən ən geci üç
ay keçənədək verilə bilər.
38.5.
İnzibati xəta törətmiş şəxs
qaçıb gizlənərsə, müddətin axımı
dayanır. Bu halda müddətin axımı, həmin şəxsin
aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi
vaxtdan bir il keçərsə, qaçıb
gizlənən şəxs inzibati məsuliyyətə cəlb
oluna bilməz.[19]
38.6. Bu Məcəllənin
122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar
və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın
törədildiyi gündən bir gün müddətində
hər bir nəqliyyat vasitəsinin istifadəçisi
üçün internet informasiya resursunda yaradılan elektron
kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə
cəlb oluna bilməz.[20]
Maddə 39. Zərər
çəkmiş şəxslə barışmaqla
bağlı inzibati məsuliyyətdən azad etmə
39.1.
Bu Məcəllənin 157 və 158-ci maddələrində
nəzərdə tutulmuş inzibati xəta haqqında iş
üzrə icraat yalnız zərər çəkmiş
şəxsin ərizəsinə əsasən başlanır,
zərər çəkmiş şəxslə barəsində
inzibati icraat aparılan şəxs barışdıqda isə
həmin iş üzrə icraata xitam verilir.
39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində
nəzərdə tutulmuş inzibati xəta haqqında iş
üzrə icraat zamanı inzibati xəta törətmiş
şəxs vurulmuş ziyanı tamamilə ödədikdə
və zərər çəkmiş şəxslə
barışdıqda inzibati iş üzrə icraata xitam
verilir.[21]
İnzibati xətalar haqqında işlərə baxmaq
səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
Əsas qaydalar
Maddə 40. İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər)
40.0. İnzibati xətalar haqqında işlərə:
40.0.1. rayon (şəhər) məhkəmələri;
40.0.2. yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyalar (kollegial orqan);
40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi
Bank, müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar.[22]
Maddə 41. Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar
Bu Məcəllənin 189.1, 189.3,
189.4, 212.3, 512 və
522-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətalara dair işlərə baxan yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyaların (kollegial orqanın) yaradılması və
fəaliyyət qaydası Azərbaycan Respublikasının
2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş “Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyalar haqqında Əsasnamə” ilə
müəyyən olunur.[23]
Maddə 42. Vəzifəli
şəxslərin səlahiyyəti
42.1. İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli
şəxslər bu Məcəllənin Xüsusi
hissəsində nəzərdə tutulmuş inzibati
tənbehləri yalnız xidməti vəzifələrinin
icrası zamanı tətbiq edə bilərlər.
42.2. İnzibati xətalar
haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə
tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli
şəxslərin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
İnzibati xətalar haqqında işlərin
aidiyyəti
Maddə 43. Rayon
(şəhər) məhkəmələrinin aidiyyəti
[24] 43.1. Rayon
(şəhər) məhkəmələri bu
Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1,
251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286,
290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334,
335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9,
343, 349, 351, 351-1,
353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2,
393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan
açıq məkanda reklam qurğularının tikintisi
zamanı tikinti norma və qaydalarının pozulmasına
münasibətdə), 394.0.6 (tikintisinə icazə
tələb olunan açıq məkanda reklam
qurğularının istismara verilməsi qaydalarının
pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurumun
göstərişlərinə və qərarlarına
əməl etməməsinə münasibətdə), 394-1,
395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun sərəncamına
verilmiş torpaq sahəsində bu qurumun sərəncamında
olduğu müddətdə törədilməsi hallarına
münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun sərəncamına verilmiş torpaq sahəsində bu
qurumun sərəncamında olduğu müddətdə
törədilməsi hallarına münasibətdə), 398,
399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10,
431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1,
445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara
münasibətdə) 464‒466, 469.1 (auditorun peşə
məsuliyyətinin icbari sığortasına
münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504,
506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523,
525‒535, 537.1, 538-1, 540.5, 544.1,
547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571,
573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə
və auditor xidməti göstərən
şəxslərə münasibətdə), 599‒602, 602-1
(müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati
xətaların törədilməsinə
münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu
maddələrində nəzərdə tutulmuş inzibati
xətalar haqqında işlərə baxırlar.[25]
43.2. Bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində
nəzərdə tutulan inzibati xətalar haqqında
işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar haqqında işlər
üzrə protokol tərtib etmək səlahiyyəti olan
vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[26]
43.2-1. Bu Məcəllənin 547-ci
maddəsində nəzərdə tutulan inzibati xətalar
haqqında işlər üzrə protokol Azərbaycan
Respublikasının Hesablama Palatası tərəfindən
tərtib edilir.[27]
43.3. Bu Məcəllənin 43.1-ci
maddəsində göstərilən inzibati xətalar
haqqında işlərə baxmaq hüququ müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həmçinin
səlahiyyətli orqanlara (vəzifəli şəxslərə)
aid edildikdə, icraatında inzibati xətalar haqqında iş
olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta
törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini,
məsuliyyəti ağırlaşdıran halların və
müsadirə olunmalı malların mövcudluğunu nəzərə
alaraq, şəxs barəsində müvafiq maddənin
sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və
ya cərimə inzibati tənbeh tədbirlərindən daha
ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə
gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq
üçün məhkəməyə göndərir.
43.4. Bu Məcəllənin 610-618-ci
maddələrində nəzərdə tutulmuş inzibati
xətalar haqqında işlərə, habelə bu
Məcəllənin
43.1-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətaları hərbi
qulluqçular və toplanışa
çağırılmış hərbi
vəzifəlilər törətdikdə, inzibati xətalar
haqqında işlərə hərbi məhkəmələr
baxır.
[28]
Maddə 44. Müvafiq icra
hakimiyyəti orqanlarının aidiyyəti
Bu
Məcəllənin 40, 41 və 43-cü maddələrində
göstərilən hallardan başqa, bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş digər
inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar.
Səlahiyyəti olan orqanlar (vəzifəli
şəxslər) tərəfindən baxılmış
inzibati xətalar haqqında işlər barədə elektron
informasiya sistemləri və ehtiyatları
Maddə 45. Baxılmış
inzibati xətalar haqqında işlər barədə elektron
informasiya sistemləri və ehtiyatları
45.1.
Törədilmiş inzibati xətalar və həmin
xətaları törətmiş şəxslər
barədə məlumatların uçotu,
sistemləşdirilməsi və saxlanılması
məqsədi ilə inzibati xətalar haqqında
işlərə baxmağa səlahiyyəti olan orqanlar
(vəzifəli şəxslər) baxdığı inzibati
xətalar haqqında işlər barədə elektron informasiya
sistemlərini (ehtiyatlarını) (bundan sonra – informasiya
ehtiyatı) yaradır və həmin informasiya
ehtiyatlarının fəaliyyətini təmin edir.
45.2.
İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
inzibati xəta haqqında iş üzrə qərarın
qüvvəyə mindiyi gün aşağıdakı
məlumatların informasiya ehtiyatına daxil edilməsini
təmin etməlidir:
45.2.1. inzibati
xəta törətmiş şəxs haqqında məlumat (soyadı,
adı, atasının adı, fərdi identifikasiya
nömrəsi, vətəndaşlığı, doğum
tarixi, yaşayış yeri, mobil telefon nömrəsi, elektron
ünvanı (olduğu halda);[29]
45.2.2. inzibati xətanın
törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
45.2.3. inzibati xətaya görə
məsuliyyət nəzərdə tutan bu Məcəllənin
müvafiq maddəsi;
45.2.4. inzibati
xətanın törədilməsi nəticəsində
şəxsin sağlamlığına yüngül
zərər vurulmuşdursa və ya maddi zərər
yetirilmişdirsə, bu hallar barədə qeydlər;
45.2.5. inzibati
xəta haqqında işin baxılması tarixi və yeri;
45.2.6. inzibati
xəta haqqında iş üzrə qərarı
çıxarmış hakimin, vəzifəli şəxsin
vəzifəsi, soyadı, adı, atasının adı,
kollegial orqanın adı və tərkibi;
45.2.7. inzibati
xəta haqqında iş üzrə qərarın tarixi və
nömrəsi;
45.2.8.
tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat;
45.2.9.
tətbiq edilmiş inzibati tənbehin icrası barədə
məlumat;
45.2.10. inzibati xəta haqqında
iş üzrə icraat üçün zəruri olan digər
məlumatlar.
Maddə 46. İnformasiya
ehtiyatının açıqlığı
46.1.
Barəsində
inzibati tənbeh tətbiq edilmiş şəxsə informasiya
ehtiyatında onun haqqında olan məlumatı əks etdirən
çıxarış həmin şəxsin yazılı və
ya elektron müraciəti əsasında bir iş günü
müddətində verilir.
46.2.
Qanunda nəzərdə
tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə
əlaqədar dövlət orqanlarına (qurumlarına) informasiya
ehtiyatının məlumatları əsaslandırılmış
yazılı sorğular əsasında verilir. [30]
Maddə 47.
İnformasiya ehtiyatında olan məlumatların
mühafizəsi
47.1.
İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
informasiya ehtiyatında olan məlumatlardan yalnız öz xidməti
vəzifələrinin yerinə yetirilməsi məqsədi
ilə istifadə edə bilərlər.
47.2.
İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
informasiya ehtiyatında olan məlumatların mühafizəsini
təmin etməlidirlər. Bu Məcəllənin 46-cı
maddəsində və digər qanunlarda
müəyyənləşdirilmiş hallar istisna
edilməklə, həmin məlumatlar açıqlana bilməz.
47.3.
İnformasiya
ehtiyatında olan məlumatlar beş il müddətində
saxlanılır.
İnzibati xətalar haqqında işlər
üzrə icraat
Ümumi müddəalar
Maddə 48. İnzibati xətalar
haqqında işlər üzrə icraatın
vəzifələri
İnzibati xətalar haqqında işlər
üzrə icraatın vəzifələri şəxslərin
hüquqlarını və azadlıqlarını, onların
qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında
hər bir işin hallarını vaxtında,
hərtərəfli, tam və obyektiv surətdə
aydınlaşdırmaqdan, inzibati xəta törətmiş
şəxsi aşkar etməkdən və onu inzibati
məsuliyyətə cəlb etməkdən,
çıxarılmış qərarın icrasını
təmin etməkdən, habelə inzibati xətanın
törədilməsinə kömək edən
səbəbləri və şəraiti aşkar
etməkdən və inzibati xətaların qarşısını
almaqdan ibarətdir.
Maddə 49. İnzibati xətalar
haqqında işlər üzrə icraatın
aparıldığı dil
49.1. Azərbaycan Respublikasında inzibati xətalar
haqqında işlər üzrə icraat Azərbaycan
dilində, yaxud müəyyən ərazidəki əhalinin
çoxluq təşkil edən hissəsinin dilində
aparılır.
49.2. İşdə iştirak edən, inzibati
xətalar haqqında işlər üzrə icraatın
aparıldığı dili bilməyən şəxslər
ana dilində və ya bildiyi hər hansı başqa dildə
məlumat, izahatlar, şikayət və ya vəsatət
vermək hüququ ilə, habelə bu Məcəllə
ilə müəyyən edilmiş qaydada
tərcüməçinin xidmətlərindən istifadə
etmək hüququ ilə təmin olunurlar.
Maddə 50. İnzibati xətalar
haqqında işlərə açıq baxılması
50.1. Dövlət
və ya kommersiya sirrinin, şəxsi
və ailə sirlərinin, yaxud qanunla qorunan digər sirlərin yayılmasına gətirib
çıxara bilən hallar, həmçinin inzibati
xətalar haqqında işlər üzrə icraatda iştirak
edən şəxslərin, onların yaxın
qohumlarının təhlükəsizliyinin təmin
edilməsi halları istisna olmaqla, inzibati xətalar haqqında
işlərə açıq baxılır.
50.2. İnzibati xətalar haqqında işlərin
qapalı baxılmasına zərurət olduğu halda, bu
barədə qərardad qəbul edilir.
Maddə 51. İnzibati xəta
haqqında iş üzrə məlumatların
yayılmasının yolverilməzliyi
51.1. İnzibati xəta haqqında iş üzrə
məlumatlar yalnız icraatında inzibati xəta haqqında
iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin), belə məlumatlar zərər
çəkmiş şəxsin şəxsi maraqlarına
toxunduqda isə, habelə zərər çəkmiş
şəxsin icazəsi ilə və onların mümkün
hesab etdiyi həcmdə elan oluna bilər.
51.2. İnzibati xəta haqqında iş üzrə
icraat zamanı foto və ya video çəkiliş, yaxud
səsyazma aparılıbsa, barəsində inzibati icraat
aparılan şəxsin və zərər çəkmiş şəxsin
razılığı olmadan həmin foto və ya video
çəkiliş, yaxud səsyazma materialları
kütləvi informasiya vasitələrində yayımlana
bilməz.
Maddə 52. Vəsatətlər
52.1. İnzibati xətalar haqqında işlər
üzrə icraatda iştirak edən şəxslər
icraatında həmin işlər olan hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə)
baxılması məcburi sayılan vəsatət vermək
hüququna malikdirlər.
52.2. Vəsatət yazılı formada verilir və ona
dərhal baxılmalıdır. Vəsatətin təmin
olunmasından imtina edildikdə, bu barədə qərardad
qəbul edilir.
Maddə 53. İnzibati xətalar
haqqında işlər üzrə icraatı rədd edən
hallar
53.0. Aşağıdakı hallarda
inzibati xətalar haqqında işlər üzrə icraat
başlanıla bilməz, başlanmış icraata isə
xitam verilir:
53.0.1. inzibati xəta hadisəsi olmadıqda;
53.0.2. inzibati xəta tərkibi olmadıqda;
53.0.3. şəxs son zərurət
vəziyyətində hərəkət etdikdə;
53.0.4. şəxs zəruri müdafiə
vəziyyətində hərəkət etdikdə;
53.0.5. inzibati məsuliyyət müəyyən
edən normativ hüquqi akt ləğv olunduqda;
53.0.6. bu Məcəllənin 38-ci maddəsində
nəzərdə tutulmuş müddətlər başa
çatdıqda;
53.0.7. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsə aid eyni fakt
üzrə inzibati tənbeh etmək haqqında hakimin,
səlahiyyətli orqanın (vəzifəli şəxsin)
qərarı olduqda, yaxud inzibati xəta haqqında işə
xitam verilməsi barəsində ləğv edilməmiş
qərar olduqda, habelə həmin fakt üzrə cinayət
işi başlamaq haqqında qərar olduqda;
53.0.8. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs öldükdə;
53.0.9. Bu
Məcəllənin 157 və
158-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxs
zərər çəkmiş şəxslə
barışdıqda;
53.0.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrinin Qeyd hissələrində bilavasitə
müəyyən edilmiş hallarda inzibati xətanı
törətmiş şəxs vurulmuş ziyanı tamamilə
ödədikdə və zərərçəkmiş
şəxslə barışdıqda;[31]
53.0.11. bu Məcəllənin 122.1-ci
maddəsində nəzərdə tutulmuş xəta
haqqında elektron qərar real vaxt rejimində tərtib
olunmadıqda.[32]
Maddə 54. İnzibati xətalar
haqqında işlər üzrə icraat zamanı prokuror
nəzarəti
54.1. Prokuror inzibati xətalar haqqında işlər
üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan
qaldırmaq üçün vaxtında tədbirlər
görür və inzibati xətalar haqqında işlər
üzrə icraatın aparılmasında Azərbaycan
Respublikası Konstitusiyasının və qanunlarının
tətbiqinə və icrasına prokuror nəzarətini
həyata keçirir.
54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3,
197.4, 197.5, 205, 253-1.1.1
(yaşıllıqların kadastrının
aparılmamasına münasibətdə), 253-1.1.2
(yaşıllıqların kadastr məlumatlarının
təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına
(qurumlarına) və bələdiyyələrə
münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması
tələblərinin pozulmasına münasibətdə),
516-1.3 (dəfnə icazə verilməyən
ərazilərdə dəfnlərin həyata keçirilməsinə
münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559,
563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində
nəzərdə tutulan inzibati xətalar haqqında işlər
üzrə icraatın başlanması haqqında qərar
prokuror tərəfindən qəbul edilir. Prokuror bu
Məcəllənin 99.3-cü maddəsinə əsasən
digər
inzibati xətalar haqqında işlər üzrə
də icraatın başlanması haqqında qərar qəbul
etmək hüququna malikdir.[33]
54.3. Prokuror, həmçinin inzibati xətalar
haqqında işlərin baxılmasında iştirak etmək,
işin baxılması zamanı baş verən
məsələlər üzrə rəy və ya
vəsatət vermək, inzibati xəta haqqında iş
üzrə qəbul edilən qərardan və ya qərardaddan
onun surətinin bu
Məcəllənin 57-ci maddəsində nəzərdə
tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün
müddətində protest vermək hüququna malikdir.[34]
54.4. Prokuror bu Məcəllənin 99.1.2 və
99.1.3-cü maddələrində nəzərdə tutulan
məlumatlara baxaraq, on beş gün müddətində inzibati
xətalar haqqında işlər üzrə icraatın
başlanması haqqında qərar və ya inzibati xəta
haqqında işin başlanmasının rədd edilməsi
haqqında əsaslandırılmış qərardad qəbul
edir. Qərardadın surəti məlumatları vermiş
şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan
on gün müddətində
yuxarı prokurora və ya məhkəməyə
şikayət verilə bilər.
54.5. İnzibati xətalar haqqında işlər
üzrə icraatın başlanması haqqında qərarda bu
Məcəllənin 100-cü maddəsində olan məlumatlar
göstərilir. Bu Məcəllənin 102.2-ci
maddəsində nəzərdə tutulan hal istisna olmaqla,
inzibati xətalar haqqında işlər üzrə
icraatın başlanması haqqında qərar bu
Məcəllənin 103-cü maddəsində
müəyyən edilmiş müddətdə baxılması
üçün hakimə və ya səlahiyyətli orqana
(vəzifəli şəxsə) göndərilir.
54.6. Yetkinlik yaşına çatmayanlar
barəsində inzibati xətalar haqqında, habelə öz
təşəbbüsü ilə başlanmış inzibati
xətalar haqqında işlərin baxılmasının yeri
və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun
iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki,
işə baxılmasının yeri və müddətinin ona
vaxtında bildirilməsi barədə məlumat olsun və ya
işə baxılmasını təxirə salmaq haqqında
ondan vəsatət daxil olmasın.
Maddə 55. İnzibati xətalar
haqqında işlər üzrə məsrəflər
55.1. İnzibati xətalar haqqında işlər
üzrə məsrəflər:
55.1.1. zərər çəkmişlərə,
şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə,
mütəxəssislərə və
tərcüməçilərə verilmiş
məbləğlərdən;
55.1.2. maddi sübutların saxlanılmasına,
göndərilməsinə (daşınmasına) və
tədqiq edilməsinə xərclənən
məbləğlərdən ibarətdir.
55.2. Fiziki şəxslər barəsində inzibati
xətalar haqqında işlər üzrə
məsrəflər dövlət hesabına ödənilir.
Hüquqi şəxslər barəsində inzibati xətalar
haqqında işlər üzrə məsrəflər isə
həmin şəxslərin üzərinə qoyulur.
55.3. İnzibati xətalar haqqında işlər
üzrə məsrəflərin məbləği
məsrəflərə aid olan çəkilmiş xərcləri
təsdiq edən işə əlavə edilmiş
sənədlər əsasında müəyyən edilir.
55.4. Məsrəflər haqqında qəbul edilmiş
qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati
xəta haqqında iş üzrə icraata xitam verilməsi
haqqında qərarda göstərilir.
Maddə 56. Zərər çəkmişlərə,
şahidlərə, onların qanuni
nümayəndələrinə, ekspertlərə və
tərcüməçilərə ödənilməli
məbləğ
56.1. İcraatında inzibati xəta haqqında iş
olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli
şəxsin yanına) gəlməklə əlaqədar olaraq
zərər çəkmişlərin, şahidlərin, onların qanuni
nümayəndələrinin,
ekspertlərin, mütəxəssislərin,
tərcüməçilərin və hal şahidlərinin
çəkdikləri xərclər müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
ödənilir.
56.2. İcraatında inzibati xəta haqqında iş
olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli
şəxsin yanına) zərər çəkmiş,
şahid, ekspert, onların qanuni nümayəndələri, mütəxəssis, tərcüməçi
və hal şahidləri kimi çağırılan
şəxslərin işdə olmadıqları müddət
ərzində iş yerində onların əməkhaqqı
saxlanılır.
56.3. Mütəxəssisin, ekspertin və
tərcüməçinin əməyi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
ödənilir.
Maddə 57. İnzibati xətalar
haqqında işlər üzrə sənədlərin
rəsmi qaydada verilməsi
57.1. İnzibati xətalar
haqqında işlər üzrə icraatın
iştirakçılarına bu Məcəllədə
müəyyən edilmiş hallarda inzibati xətalar
haqqında işlər üzrə sənədlər
(qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim
və ya səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş sifarişli poçt
göndərişi ilə çatdırılır, yaxud
səlahiyyətli vəzifəli şəxs
tərəfindən şəxsən verilir. Sifarişli
poçt göndərişi - göndərilmək
üçün qəbul olunduğuna dair
istifadəçiyə qəbz verilməsi,
çatdırılarkən isə ünvan sahibinin müvafiq
sənədi imzalaması tələb olunan poçt
göndərişidir. Sənədin
çatdırılmasını hakim məhkəmə
işçisinə, səlahiyyətli orqan isə müvafiq
orqanın əməkdaşına tapşıra bilər.
57.2. Sənəd onu
göndərən hakimə və ya səlahiyyətli orqana
(vəzifəli şəxsə) qaytarılmalı olan
qəbzə və ya sənədin kötüyünə imza
etdirilməklə, ünvan sahibinə rabitə orqanları,
səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud
sənədin çatdırılması
tapşırılmış şəxslər
tərəfindən şəxsən verilir. Hüquqi şəxsə
ünvanlanmış sənəd müvafiq vəzifəli
şəxsə qəbzə və ya sənədin
kötüyünə imza etdirilməklə verilir.
57.3. Sənədi
çatdırmalı olan şəxs ünvan sahibini onun
yaşadığı, yaxud işlədiyi yer üzrə
tapmadıqda, həmin sənəd ünvan sahibi ilə
birlikdə yaşayan yetkinlik yaşına çatmış
ailə üzvlərindən birinə (onların
razılığı ilə), onlar olmadıqda ünvan
sahibinin yaşayış yeri üzrə yerli
özünüidarə orqanına, müvafiq icra
hakimiyyəti orqanına, yaxud onun iş yerinin
müdiriyyətinə verilir. Ünvan sahibinin
əvəzinə sənədi qəbul etmiş şəxs
qəbzdə və ya sənədin kötüyündə
öz soyadını, adını, atasının
adını, ünvan sahibinə münasibətini və ya
tutduğu vəzifəni göstərməli və imkan olan
kimi sənədi ünvan sahibinə verməlidir.
57.4. Sənədi
çatdırmalı olan rabitə orqanı, yaxud
sənədin çatdırılması
tapşırılmış şəxs bu işi
sənədi aldığı tarixdən sonrakı
gündən gec olmayaraq yerinə yetirməli və
sənədi çatdırdığı barədə bir
gün müddətində müvafiq hakimə və ya
səlahiyyətli orqana (vəzifəli şəxsə)
xəbər verməlidir.
57.5. İnzibati xəta
haqqında iş üzrə sənəd
aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab
edilir:
57.5.1. bu Məcəllənin
57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda
ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
57.5.2. bu Məcəllənin
57.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda:
57.5.2.1. ünvan sahibi ilə
birlikdə yaşayan yetkinlik yaşına çatmış
ailə üzvlərindən birinə şəxsən
verildiyi vaxtdan;
57.5.2.2. sənədin
çatdırılması tapşırılmış
digər şəxslər sənədin
çatdırılması barədə müvafiq hakimə
və ya səlahiyyətli orqana (vəzifəli
şəxsə) xəbər verdiyi vaxtdan;
57.5.3. bu Məcəllənin
97.4-cü maddəsində nəzərdə tutulmuş halda
nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi
vaxtdan.
Maddə 58. Qəbzin məzmunu
58.0. Bu Məcəllənin 57.2-ci
maddəsində nəzərdə tutulmuş qəbzdə
aşağıdakılar göstərilməlidir:
58.0.1. inzibati xəta haqqında
iş üzrə sənədi göndərən orqanın
adı və ünvanı;
58.0.2. sənədin verilməli olduğu
şəxsin soyadı, adı, atasının adı və ya
hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
58.0.3. verilən sənədin
adı;
58.0.4. verilmənin vaxtı (tarix
və saat) və yeri;
58.0.5. sənədin
verilməməsinin səbəbləri (göstərilən
ünvanda olmama, səhv ünvan və sair);
58.0.6. sənədin verildiyi
şəxs;
58.0.7. sənədin
çatdırılması tapşırılmış
şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin
imzası.
Maddə 59. İnzibati xəta
haqqında iş üzrə sənədi qəbul
etməkdən imtina
59.1. Ünvan sahibi və ya onunla
birlikdə yaşayan yetkinlik yaşına çatmış
ailə üzvləri inzibati xəta haqqında işlər
üzrə sənədi qəbul etməkdən imtina
etdikdə, onu təqdim edən şəxs sənəddə
müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu
göndərən hakimə və ya səlahiyyətli orqana
(vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati
xəta haqqında iş üzrə sənəd rəsmi
qaydada verilmiş hesab olunur.
59.2. İnzibati xəta
haqqında iş üzrə sənədin ünvan sahibi
tərəfindən qəbul edilməsindən imtina
barədə qeyd onun yaşayış yeri üzrə yerli
özünüidarə orqanı, müvafiq icra hakimiyyəti
orqanı və ya onun iş yerinin müdiriyyəti
tərəfindən təsdiq edilir.
59.3. İnzibati xəta
haqqında iş üzrə sənədin
ünvanlandığı şəxs tərəfindən
həmin sənədi qəbul etməkdən imtina edilməsi
işə baxılması və ya ayrı-ayrı prosessual
hərəkətlərin həyata keçirilməsi
üçün maneə deyildir.
Maddə 60. Bildirişlər
60.1. Hakim və ya
səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş
vasitəsilə inzibati xətalar haqqında işlər
üzrə icraatın iştirakçılarını işə
baxılmasının vaxtı və yeri, habelə
ayrı-ayrı prosessual hərəkətlər haqqında
xəbərdar edir, onları işə baxılmasında
və ya digər prosessual hərəkətlərin həyata
keçirilməsində iştirak etmək üçün
çağırırlar.
60.2. Bildirişdə
aşağıdakılar göstərilməlidir:
60.2.1. məhkəmənin və
ya səlahiyyətli orqanın (vəzifəli şəxsin)
adı, ünvanı və əlaqə üçün
məlumatlar (telefon, faks, elektron poçt ünvanı və
sair);
60.2.2. gəlmə vaxtı (tarix
və saat) və yeri;
60.2.3. xəbər verilən,
yaxud məhkəməyə, səlahiyyətli orqana
çağırılan şəxsin soyadı, adı,
atasının adı və ya hüquqi şəxsin adı;
60.2.4. xəbər verilən,
yaxud məhkəməyə, səlahiyyətli orqana
çağırılan şəxsin ünvanı və ya
hüquqi şəxsin yerləşdiyi ünvan;
60.2.5. ünvan sahibinin kim
qismində xəbərdar edilməsi və ya
çağırılması;
60.2.6. ünvan sahibinin
xəbərdar edildiyi, yaxud
çağırıldığı işin adı;
60.2.7. işdə iştirak
edən şəxslərə iş üzrə onlarda olan
bütün sübutların təqdim edilməsinə dair
təklif;
60.2.8. ünvan sahibinin
olmadığı təqdirdə, bildirişi qəbul edən
şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək
vəzifəsinə dair qeyd;
60.2.9. bildirişi qəbul
etməkdən imtinaya və ya onun ünvan sahibinə
çatdırmamasına görə bu Məcəllənin
531-ci maddəsində məsuliyyət nəzərdə tutulduğu
barədə qeyd;
60.2.10. xəbər verilən
və ya çağırılan şəxsin
məhkəməyə və ya səlahiyyətli orqana
gəlməməsinin nəticələri və
gəlməməsinin səbəbləri barədə
məlumat vermək vəzifəsinə dair qeyd.
60.3. İşdə iştirak
edən şəxslərin öz müdafiəsini
hazırlamağa və vaxtında gəlmələrinə
imkan yaratmaq üçün bildiriş onlara müvafiq
prosessual hərəkətin tarixinə ən azı 5 gün
qalmış verilir.
60.4. Bildiriş bu
Məcəllənin 57-ci maddəsində nəzərdə
tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar
haqqında işlər üzrə icraatın iştirakçılarına
bildirişin məzmununun ötürülməsini təmin
etməklə internet, telefon və ya digər rabitə
vasitələri ilə də əlavə məlumat verilir.
İnzibati xətalar haqqında işlər
üzrə icraatın iştirakçıları, onların
hüquqları və vəzifələri
Maddə 61. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxs
61.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin
aşağıdakı hüquqları vardır:
61.1.1. inzibati xəta haqqında iş üzrə
bütün materiallarla tanış olmaq;
61.1.2. izahat vermək;
61.1.3. sübutlar təqdim etmək;
61.1.4. vəsatət və etirazlar vermək;
61.1.5. işə baxılarkən
müdafiəçinin hüquqi yardımından istifadə
etmək;
61.1.6. inzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin
tətbiqindən və iş üzrə qərardan
şikayət vermək;
61.1.7. ana dilində çıxış etmək
və icraatın aparıldığı dildə
danışa bilmirsə, tərcüməçinin
xidmətlərindən pulsuz istifadə etmək;
61.1.8. inzibati xəta
hadisəsinin baş verdiyi yer videomüşahidə
vasitələrinin (videokameraların) nəzarəti
altındadırsa, hadisənin görüntülərinin
elektron daşıyıcıda surətini almaq;
61.1.9. yol
hərəkəti qaydaları əleyhinə
törədilən inzibati xəta, yaxud bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xəta xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edildikdə,
nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanının nömrəsi, inzibati xəta sürət
həddinin aşılması ilə əlaqədar olduqda
sürətölçən cihazın göstəricisi,
inzibati xətanın törədilmə yeri və tarixi
barədə məlumatlar göstərilməklə, inzibati
xətanın törədildiyi anın fotoşəklini almaq.[35]
61.2. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs bu Məcəllə
ilə müəyyən edilmiş digər hüquqlardan da
istifadə edə bilər.
61.3. İnzibati xəta haqqında işə
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin iştirakı ilə
baxılır. Həmin işə şəxsin iştirakı
olmadan, yalnız o hallarda baxılır ki, işə
baxılmasının yeri və müddətinin ona vaxtında
bildirilməsi barədə məlumat olsun və ya işə
baxılmasını təxirə salmaq haqqında ondan
vəsatət daxil olmasın, yaxud belə vəsatət
rədd edilmiş olsun.
61.4. İnzibati xəta haqqında işə
baxarkən hakim, barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin
iştirakını məcburi hesab edə bilər.
61.5. İnzibati həbs,
Azərbaycan Respublikasının hüdudlarından kənara
əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri inzibati qaydada çıxarma və ya
ictimai işlər nəzərdə tutan inzibati
xətalar haqqında işlərə baxılarkən
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin iştirakı məcburidir.
61.6. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılarkən işin hallarının
müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi
təsir göstərə biləcəyi hallarda, onlar
müvəqqəti olaraq işdə iştirakdan
kənarlaşdırılırlar.
Maddə 62. Zərər
çəkmiş şəxs
62.1. İnzibati xəta nəticəsində
mənəvi, fiziki və ya maddi zərər dəymiş
şəxs zərər çəkmiş şəxs
sayılır.
62.2. Zərər çəkmiş şəxsin
aşağıdakı hüquqları vardır:
62.2.1. inzibati xəta haqqında iş üzrə
bütün materiallarla tanış olmaq;
62.2.2. izahat vermək;
62.2.3. sübutlar təqdim etmək;
62.2.4. vəsatət və etirazlar vermək;
62.2.5. hüquqi yardımdan istifadə etmək;
62.2.6. iş üzrə qəbul edilmiş qərardan
şikayət vermək;
62.2.7. ana dilində çıxış etmək
və icraatın aparıldığı dildə
danışa bilmirsə, tərcüməçinin xidmətlərindən
pulsuz istifadə etmək;
62.2.8. inzibati xəta
hadisəsinin baş verdiyi yer videomüşahidə
vasitələrinin (videokameraların) nəzarəti
altındadırsa, hadisənin görüntülərinin
elektron daşıyıcıda surətini almaq;
62.2.9. yol
hərəkəti qaydaları əleyhinə
törədilən inzibati xəta, yaxud bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xəta xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edildikdə,
nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanının nömrəsi, inzibati xəta sürət
həddinin aşılması ilə əlaqədar olduqda
sürətölçən cihazın göstəricisi,
inzibati xətanın törədilmə yeri və tarixi
barədə məlumatlar göstərilməklə, inzibati
xətanın törədildiyi anın fotoşəklini almaq.
62.3. Zərər çəkmiş şəxs bu
Məcəllə ilə müəyyən edilmiş digər
hüquqlardan da istifadə edə bilər.
62.4. İnzibati xətalar haqqında işlərə
zərər çəkmiş şəxsin iştirakı
ilə baxılır. Həmin şəxsin iştirakı
olmadan işə yalnız o hallarda baxıla bilər ki,
işə baxılmasının yeri və müddətinin ona
vaxtında bildirilməsi barədə məlumat olsun və ya
işə baxılmasını təxirə salmaq haqqında
ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət
rədd edilmiş olsun.
62.5. Zərər çəkmiş şəxs bu
Məcəllənin 67-ci maddəsində nəzərdə
tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər.
Maddə 63. Fiziki şəxsin
qanuni nümayəndələri
63.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxs və ya
zərər çəkmiş şəxs yetkinlik
yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda
və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini
onların qanuni nümayəndələri təmsil edir.
63.2. Valideynlər, övladlığa
götürənlər, himayəçilər və
qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri
hesab olunurlar.
63.3. Bu Məcəllənin 63.1-ci maddəsində
göstərilən şəxslərin qanuni
nümayəndələri olmadıqda, inzibati xəta
haqqında iş üzrə icraat aparan səlahiyyətli
vəzifəli şəxs qəyyumluq və
himayəçilik orqanını qanuni nümayəndə
hesab edir.
63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq
edən sənədi hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim
edir.
63.5. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxsin və ya
zərər çəkmiş şəxsin qanuni
nümayəndəsi təmsil etdiyi şəxs barəsində
bu Məcəllədə nəzərdə tutulmuş
hüquqlara malikdir və vəzifələri
daşıyır.
63.6. On səkkiz yaşına çatmayan
şəxslər barəsində inzibati xətalar haqqında
işlərə baxılarkən həmin şəxsin qanuni
nümayəndəsinin iştirakı məcburidir.
Maddə 64. Hüquqi
şəxsin nümayəndəsi
64.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan və ya zərər
çəkmiş olan hüquqi şəxslərin hüquqlarının
və qanuni mənafelərinin müdafiəsi onların
nümayəndələri tərəfindən həyata
keçirilir.
64.2.
Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi
şəxsin təsis sənədləri ilə
müəyyən edilmiş səlahiyyətli
şəxslər, yaxud müvafiq qaydada səlahiyyət
verilmiş, əsas iş yeri həmin hüquqi şəxs
olan işçilər və ya vəkillər hüquqi
şəxsin nümayəndələri hesab edilirlər.[36]
64.3. Hüquqi şəxs tərəfindən
törədilmiş inzibati xətalar haqqında
işlərə hüquqi şəxsin
nümayəndəsinin və ya vəkilinin iştirakı ilə
baxılır. Həmin şəxslərin iştirakı
olmadan inzibati xəta haqqında işə yalnız o hallarda
baxıla bilər ki, işə baxılmasının yeri
və müddətinin ona vaxtında bildirilməsi
barədə məlumat olsun və ya işə
baxılmasını təxirə salmaq haqqında ondan
vəsatət daxil olmasın, yaxud belə vəsatət
rədd edilmiş olsun.
64.4. İnzibati xətalar haqqında işlərə
baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin
iştirakını məcburi hesab edə bilər.
Maddə 65. Müdafiəçi
və nümayəndə
65.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsə hüquqi
yardım göstərmək üçün inzibati xəta
haqqında iş üzrə icraatda müdafiəçi,
zərər çəkmiş şəxsə hüquqi
yardım göstərmək üçün isə
nümayəndə iştirak
edə bilər.[37]
65.1-1.
Məhkəmənin baxdığı inzibati xəta
haqqında iş üzrə icraata fiziki şəxsin
müdafiəçisi qismində yalnız vəkil,
zərər çəkmiş fiziki şəxsin
nümayəndəsi qismində isə onun yaxın qohumu
və ya vəkil buraxılır.[38]
65.2. Bu
Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə
tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və
nümayəndə kimi inzibati xəta haqqında iş
üzrə icraatda vəkil və ya digər şəxslər
iştirak edə bilərlər.[39]
65.3. İnzibati xəta haqqında iş üzrə
icraat başlandığı vaxtdan müdafiəçi
və nümayəndə inzibati xətalar haqqında
işlər üzrə icraatda iştirak etməyə
buraxılırlar. Törədilmiş inzibati xətaya
görə fiziki şəxs barəsində inzibati qaydada tutma
tətbiq edildiyi hallarda müdafiəçi həmin
şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta
haqqında iş üzrə icraatda iştirak etməyə
buraxılır.
65.4. Müdafiəçinin və
nümayəndənin aşağıdakı hüquqları
vardır:
65.4.1. inzibati xəta haqqında iş üzrə
bütün materiallarla tanış olmaq;
65.4.2. sübutlar təqdim etmək;
65.4.3. vəsatət və etirazlar vermək;
65.4.4. işin baxılmasında iştirak etmək;
65.4.5. inzibati xətalar haqqında işlər
üzrə icraatın təmin edilməsi tədbirlərinin
tətbiqindən və iş üzrə qəbul edilmiş
qərardan şikayət vermək;
65.4.6. inzibati xəta
hadisəsinin baş verdiyi yer videomüşahidə
vasitələrinin (videokameraların) nəzarəti
altındadırsa, hadisənin görüntülərinin
elektron daşıyıcıda surətini almaq;
65.4.7. yol
hərəkəti qaydaları əleyhinə
törədilən inzibati xəta, yaxud bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xəta xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edildikdə,
nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanının nömrəsi, inzibati xəta sürət
həddinin aşılması ilə əlaqədar olduqda
sürətölçən cihazın göstəricisi, inzibati
xətanın törədilmə yeri və tarixi barədə
məlumatlar göstərilməklə, inzibati xətanın
törədildiyi anın fotoşəklini almaq.
65.5. Müdafiəçi və nümayəndə bu
Məcəllə ilə müəyyən edilmiş digər
hüquqlardan da istifadə edə bilərlər.
65.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən
orderlə təsdiq edilir. Nümayəndənin
səlahiyyəti Azərbaycan Respublikasının Mülki
Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən
etibarnamə ilə təsdiq edilir.
Maddə 66. Vəkilin
iştirakının məcburiliyi
66.1. İnzibati qaydada
tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə
özlərinin müdafiə hüququnu həyata
keçirə bilməyən digər şəxslərin
işlərində vəkilin iştirakı məcburidir.
Göstərilən hallarda barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin
müdafiəçidən imtinası qəbul olunmur.
66.2. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs tərəfindən
seçilmiş vəkilin gəlməsi mümkün
olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) həmin şəxsi vəkil ilə təmin edir.
66.3. Maddi vəziyyətinə görə öz
hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada
tutulmuş şəxsə hüquqi yardım dövlətin
vəsaiti hesabına göstərilir. Belə halda vəkil
öz vəzifələrini yerinə yetirməkdən imtina
edə bilməz.
Maddə 67. Şahid
67.1. İnzibati xətalar haqqında işlərdə
şahid qismində iş üzrə müəyyən
edilməli olan hallar barədə məlumatı olan
şəxslər çağırılırlar.
67.2. Şahid hakimin, səlahiyyətli orqanın
(vəzifəli şəxsin) çağırışı
ilə göstərilən vaxtda gəlməyə, doğru
izahatlar verməyə, protokola daxil edilmiş izahatını
imzası ilə təsdiq etməyə, iş üzrə ona
məlum olan məlumatları bildirməyə və suallara
cavab verməyə borcludur.
67.3. Şahidin özünə və yaxın
qohumlarına qarşı izahat verməmək,
tərcüməçinin köməyindən pulsuz
istifadə etmək, izahatının doğru yazılması
barədə protokola müvafiq qeydlər etmək hüququ
vardır.
67.4. On dörd yaşı tamam olmamış
şəxslər pedaqoji işçinin və ya psixoloqun
iştirakı ilə sorğu-sual edilirlər.
67.5. Bilə-bilə yalan izahat verməyə
görə inzibati məsuliyyət haqqında şahidə
xəbərdarlıq edilir. Şahid izahat verməkdən imtina
etdikdə və ya çağırış üzrə
gəlməkdən qəsdən boyun qaçırdıqda o,
bu Məcəllədə nəzərdə tutulmuş qaydada
inzibati məsuliyyətə cəlb edilir.
Qeyd: Bu Məcəllədə “qohum”
dedikdə, babaya və nənəyə qədər
əcdadları ümumi olan şəxslər,
ər-arvadın yaxın qohumları, babanın,
nənənin, valideynin, övladlığa
götürənin, doğma və ögey qardaş və
bacının, uşağın, övladlığa
götürülənin və ya nəvənin əri
(arvadı) və ya onların yaxın qohumları
nəzərdə tutulur. Yaxın qohumlara babalar,
nənələr, valideynlər, övladlığa
götürənlər, doğma və ögey qardaşlar
və bacılar, ər-arvad, uşaqlar, övladlığa
götürülənlər, nəvələr aiddirlər.[40]
Maddə 68. Şahid kimi
sorğu-sual edilə bilməyən şəxslər
68.0. Şahid kimi sorğu-sual edilə bilməyən
şəxslər aşağıdakılardır:
68.0.1. fiziki və ya psixi qüsurlarına görə
inzibati xəta haqqında iş üçün
əhəmiyyətli olan hadisələri dərk edə
bilməyən və onlar haqqında düzgün izahat
verə bilməyən şəxs;
68.0.2. müdafiəçi vəzifəsinin yerinə
yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta
törətmiş şəxsin ona bildirdiyi hallar haqqında
inzibati xəta törətmiş şəxsin müdafiəçisi;
68.0.3. nümayəndə (qanuni nümayəndə)
vəzifələrini icra etməsi ilə əlaqədar onlara
məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni
nümayəndəsi və ya hüquqi şəxsin
nümayəndəsi.
Maddə 69. Hal şahidləri
69.1. İşin nəticəsində maraqlı olmayan
yetkinlik yaşına çatmış şəxslər
inzibati xətalar haqqında işlər üzrə
icraatın aparılmasında iştirak etmək
üçün icraatında inzibati xəta haqqında iş
olan vəzifəli şəxs tərəfindən hal
şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin
sayı iki nəfərdən az ola bilməz.
69.2. Şəxsi axtarış, əşyaların
yoxlanılması, nəqliyyat vasitəsinə baxış,
əşyaları və sənədləri
götürmə, eləcə də sərxoşluq vəziyyətinin
müayinəsi aparılarkən hal şahidlərinin
iştirakı məcburidir. Hal şahidləri onların
iştirakı ilə həyata keçirilən prosessual
hərəkətləri, onların məzmununu və
nəticəsini protokolda öz imzası ilə təsdiq
edirlər.
69.3. Hal şahidlərinin inzibati xəta haqqında
iş üzrə icraatda iştirak etmələri protokolda qeyd
edilir.
69.4. İnzibati xəta haqqında iş üzrə
prosessual hərəkətlər barəsində hal şahidlərinin
qeydləri protokolda göstərilir.
69.5. İnzibati xəta haqqında iş üzrə
icraatda hal şahidləri bu Məcəllənin 67-ci
maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual
edilə bilərlər.
Maddə 70. Mütəxəssis
70.1. İnzibati xətalar haqqında işlərin
nəticəsində şəxsən maraqlı olmayan,
sübutların aşkar edilməsində,
götürülməsində və
rəsmiləşdirilməsində, habelə texniki
vasitələrin tətbiq edilməsində kömək
göstərilməsi üçün xüsusi biliyə malik
olan şəxs icraatında inzibati xəta haqqında iş
olan hakim, vəzifəli şəxs tərəfindən
inzibati xətalar haqqında iş üzrə icraatda
iştirak etmək üçün mütəxəssis kimi
dəvət olunur.
70.2. Mütəxəssisin aşağıdakı
vəzifələri vardır:
70.2.1. icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) çağırışı üzrə
gəlmək;
70.2.2. sübutların aşkar edilməsində,
götürülməsində,
rəsmiləşdirilməsində iştirak etmək;
70.2.3. yerinə yetirdiyi hərəkətlər
barədə izahatlar vermək;
70.2.4. yerinə yetirdiyi hərəkətlərin
məzmununu və nəticəsini protokolda öz imzası ilə
təsdiq etmək;
70.2.5. bu Məcəllənin 73.2-ci maddəsində
nəzərdə tutulmuş hallardan biri olduqda,
mütəxəssisi dəvət etmiş hakimə,
səlahiyyətli vəzifəli şəxsə
özü-özünə etiraz etmə haqqında məlumat
vermək.
70.3. Mütəxəssisin aşağıdakı
hüquqları vardır:
70.3.1. iştirak etdiyi prosessual hərəkətin
predmetinə aid olan iş üzrə materiallarla tanış
olmaq;
70.3.2. icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) icazəsi ilə barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə,
zərər çəkmiş şəxsə,
şahidlərə iştirak etdiyi prosessual
hərəkətin predmetinə aid olan suallar vermək;
70.3.3. aparılan hərəkətlərə dair
qeydlər etmək və izahatlar vermək.
70.4. Bilə-bilə yalan izahat
verməsinə görə inzibati məsuliyyət haqqında
mütəxəssisə xəbərdarlıq edilir.
Mütəxəssis öz vəzifələrini yerinə
yetirməkdən imtina etdikdə və ya
çağırış üzrə gəlməkdən
qəsdən boyun qaçırdıqda o, bu
Məcəllədə nəzərdə tutulmuş qaydada
inzibati məsuliyyətə cəlb edilir.
Maddə 71. Ekspert
71.1. Elm, incəsənət, texnika və ya
sənət sahəsində məsələlərin izahı
üçün ekspertizanın aparılması və ekspert
rəyinin verilməsi üçün kifayət qədər
xüsusi biliyə malik olan və inzibati xəta haqqında
işin nəticəsində şəxsən maraqlı olmayan
şəxs ekspert kimi dəvət olunur.
71.2. Ekspertin vəzifələri
aşağıdakılardır:
71.2.1. icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) çağırışı üzrə
gəlmək;
71.2.2. təqdim edilmiş obyektlərin və iş
üzrə materialların tam və hərtərəfli
tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə
əsaslandırılmış və obyektiv rəy vermək;
71.2.3. bu Məcəllənin 73.2-ci maddəsində
nəzərdə tutulmuş hallardan biri olduqda, ekspertizanı
təyin etmiş hakimə, səlahiyyətli orqana
(vəzifəli şəxsə) özü-özünə
etiraz etmə haqqında məlumat vermək.
71.3. Verilən suallar ekspertin xüsusi biliyindən
kənara çıxdıqda, tədqiqat obyektləri və
iş üzrə materiallar rəy verilməsi
üçün yararsız olduqda və ya kifayət
qədər olmadıqda, ekspert rəy verməkdən imtina
edir.
71.4. Ekspertin aşağıdakı hüquqları
vardır:
71.4.1. ekspertizanın predmetinə aid olan iş
üzrə materiallarla tanış olmaq;
71.4.2. iş üzrə rəy verilməsi
üçün zəruri olan əlavə materialların
təqdim olunması barədə vəsatət vermək;
71.4.3. ekspertizanın predmetinə aid olan
məlumatların aydınlaşdırılması
üçün icraatında inzibati xəta haqqında iş
olan hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) icazəsi ilə barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə,
zərər çəkmiş şəxsə,
şahidlərə suallar vermək;
71.4.4. qoyulmuş suallardan əlavə, ekspertizanın
predmetinə aid olan və iş üçün
əhəmiyyətli sayılan digər halları öz
rəyində göstərmək.
71.5. Bilə-bilə yalan rəy verməsinə
görə inzibati məsuliyyət haqqında ekspertə
xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini
yerinə yetirməkdən imtina etdikdə və ya
çağırış üzrə gəlməkdən
qəsdən boyun qaçırdıqda o, bu
Məcəllədə nəzərdə tutulmuş qaydada
inzibati məsuliyyətə cəlb edilir.
Maddə 72.
Tərcüməçi
72.1. İnzibati xətalar haqqında işlərin
nəticəsində şəxsən maraqlı olmayan,
yetkinlik yaşına çatmış və
tərcümə üçün zəruri olan dilləri
bilən şəxs inzibati xətalar haqqında işlərin
icraatında tərcüməçi ola bilər. Məhkəmə icraatında
iştirak edən əlilliyi olan şəxslər
ixtisaslaşmış vasitəçilərin
(qiraətçilərin və peşəkar surdo
tərcüməçilərin) köməyindən
istifadə etdiyi hallarda, həmin ixtisaslaşmış
vasitəçilər (qiraətçilər və
peşəkar surdo tərcüməçilər) bu Məcəllənin
məqsədləri üçün tərcüməçi
hesab olunurlar. [41]
72.2. Tərcüməçi icraatında inzibati
xəta haqqında iş olan hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən təyin
edilir.
72.3. Tərcüməçi icraatında inzibati
xəta haqqında iş olan hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin)
çağırışı üzrə gəlməyə
və ona tapşırılan tərcüməni tam və
dəqiq yerinə yetirməyə və tərcümənin
düzgünlüyünü öz imzası ilə təsdiq
etməyə borcludur.
72.4. Bu Məcəllənin 73.2-ci maddəsində
nəzərdə tutulmuş hallardan biri olduqda,
tərcüməçi onu dəvət etmiş
səlahiyyətli vəzifəli şəxsə özü-özünə
etiraz etmə haqqında məlumat verməlidir.
72.5. Bilə-bilə yanlış tərcümə
etməsinə görə inzibati məsuliyyət haqqında
tərcüməçiyə xəbərdarlıq edilir.
Tərcüməçi təyin olunmuş şəxs öz
vəzifələrini yerinə yetirməkdən imtina
etdikdə və ya çağırış üzrə
gəlməkdən qəsdən boyun qaçırdıqda o,
bu Məcəllədə nəzərdə tutulmuş qaydada
inzibati məsuliyyətə cəlb edilir.
Maddə 73. İnzibati xətalar
haqqında işlər üzrə icraatda iştirakı
rədd edən hallar
73.1. Əvvəllər həmin işlər
üzrə digər iştirakçı qismində
çıxış etmiş şəxslər inzibati
xətalar haqqında işlər üzrə icraatda
müdafiəçi və ya nümayəndə ola
bilməzlər.
73.2. Mütəxəssis, ekspert və
tərcüməçi aşağıdakı hallarda inzibati
xəta haqqında iş üzrə icraatda iştirak edə
bilməzlər:
73.2.1. inzibati xəta törətmiş
şəxslə, zərər çəkmiş
şəxslə, onun nümayəndəsi (qanuni
nümayəndəsi) ilə, vəkillə, prokurorla, hakimlə,
kollegial orqanının üzvü ilə və ya
icraatında inzibati xəta haqqında iş olan
vəzifəli şəxslə qohumluq əlaqələri
olduqda;
73.2.2. əvvəllər həmin işlər
üzrə digər iştirakçı qismində iştirak
etdikdə;
73.2.3. işin nəticəsində birbaşa və ya
dolayısı ilə maraqlı olması barədə
kifayət qədər əsaslar olduqda.
Maddə 74. İnzibati xətalar
haqqında işlər üzrə icraatda iştirakı
rədd edilən şəxslərə etiraz etmə
74.1. Bu Məcəllənin 73-cü maddəsində
nəzərdə tutulan hallar olduqda, vəkil,
nümayəndə (qanuni nümayəndə),
mütəxəssis, ekspert və ya tərcüməçi
inzibati xətalar haqqında iş üzrə icraatda
iştirak etməkdən kənar olmalıdırlar.
74.2. Özü-özünə etiraz etmə və ya
etiraz etmə haqqında ərizə icraatında inzibati
xəta haqqında iş olan hakimə, səlahiyyətli orqana
(vəzifəli şəxsə) təqdim edilir.
74.3. Özü-özünə etiraz etmə və ya
etiraz etmə haqqında ərizəyə baxaraq hakim,
səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın
təmin edilməsi və ya təmin edilməməsi
barədə qərardad qəbul edir.
İnzibati xəta haqqında iş üzrə
sübutlar və onların qiymətləndirilməsi
Maddə 75. İnzibati xəta
haqqında iş üzrə sübut edilməli olan hallar
75.0. İnzibati xəta haqqında iş üzrə
aşağıdakılar müəyyən edilməlidir:
75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta
törədilmişdirmi);
75.0.2. inzibati xəta törətmiş şəxs;
75.0.3. inzibati xəta törətməkdə
şəxsin təqsiri;
75.0.4. inzibati məsuliyyəti
ağırlaşdıran və
yüngülləşdirən hallar;
75.0.5. inzibati xəta nəticəsində vurulan
zərərin xarakteri və miqdarı;
75.0.6. inzibati xətalar haqqında işlər
üzrə icraatı rədd edən hallar;
75.0.7. işin düzgün həlli üçün
əhəmiyyətli olan digər hallar, habelə inzibati
xətanın törədilməsinə kömək edən
səbəblər və şərait.
Maddə 76. Sübutlar
76.1. İnzibati xətanın olub-olmamasını,
inzibati xəta törədən şəxsin təqsirini
və işin düzgün həlli üçün
əhəmiyyətli olan digər halları müəyyən
etmək üçün hakimin, səlahiyyətli orqanın
(vəzifəli şəxsin) əsaslana bildiyi hər cür
faktik məlumatlar inzibati xətalar haqqında işlər
üzrə sübutlar sayılır. Bu məlumatlar maddi
sübutlarla, barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin, zərər
çəkmiş şəxsin, şahidlərin izahatları
ilə, digər sənədlərlə, xüsusi texniki
vasitələrin göstəriciləri ilə, ekspertin
rəyi ilə, inzibati xəta haqqında protokolla, bu
Məcəllə ilə müəyyən edilmiş digər
protokollarla müəyyən edilir.
76.2. Qanuna zidd olaraq əldə edilmiş
sübutların istifadə edilməsinə yol verilmir.
Maddə 77. Maddi sübutlar
77.1. İnzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetlər, yaxud üzərində inzibati
xətanın izlərini saxladığına görə
inzibati xəta haqqında iş üzrə
əhəmiyyət kəsb edən halların
müəyyən edilməsinə kömək edən
predmetlər maddi sübutlar hesab edilir.
77.2. Maddi sübutların fotoşəkilləri
çəkilir və onlar inzibati xəta haqqında
işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar
haqqında protokolda qeyd edilir.
77.3. İcraatında inzibati xəta haqqında iş
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
iş üzrə icraat başa çatanadək maddi
sübutların qorunub saxlanılmasının təmin
edilməsi üçün tədbirlər görməli,
inzibati xəta haqqında iş üzrə icraat başa
çatdıqdan sonra maddi sübutlar haqqında qərar
qəbul etməlidir.
Maddə 78. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin izahatı
78.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin izahatı iş
üzrə ona məlum olan hallar və işdə olan
sübutlar üzrə şifahi və ya yazılı formada
verilən məlumatlardan ibarətdir.
78.2. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin izahatı inzibati
xəta haqqında protokolda, inzibati xəta haqqında iş
üzrə icraatın təmin edilməsi tədbirlərinin
tətbiq edilməsi haqqında protokolda, inzibati xəta
haqqında işə baxma ilə əlaqədar iclas
protokolunda göstərilir.
Maddə 79. Zərər
çəkmiş şəxsin və şahidlərin
izahatları
79.1. Zərər çəkmiş şəxsin
və şahidlərin izahatları iş üzrə ona
məlum olan hallar və işdə olan sübutlar üzrə
şifahi və ya yazılı formada verilən məlumatlardan
ibarətdir.
79.2. Zərər çəkmiş şəxsin
və şahidin izahatları inzibati xəta haqqında
protokolda, inzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin tətbiq
edilməsi haqqında protokolda, inzibati xəta haqqında
işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.
79.3. Mənbəyi məlum olmayan məlumatlara
əsaslanan şahid izahatları sübut hesab edilmir.
Maddə 80. Sənədlər
80.1. Sənədlərdə
müəssisələrin, idarələrin,
təşkilatların, vəzifəli şəxslərin
və fiziki şəxslərin təsdiq etdikləri və ya
şərh etdikləri məlumatların inzibati xəta
haqqında iş üzrə icraat üçün
əhəmiyyəti vardırsa, bu sənədlər iş
üzrə sübutlar hesab edilir.
80.2. Sənədlər yazılı və ya digər
formada müəyyən edilmiş məlumatları
özündə əks etdirə bilər.
Fotoşəkillər, səsyazma və ya videoyazı
materialları, məlumat bazası və məlumat bankı
və digər məlumatları olan müvafiq
daşıyıcılar sənədlər hesab olunur.
80.3. İcraatında inzibati xəta haqqında iş
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
iş üzrə icraat başa çatanadək
sənədlərin qorunub saxlanılmasının təmin
edilməsi üçün tədbirlər görməli,
inzibati xəta haqqında iş üzrə icraat başa
çatdıqdan sonra onlar haqqında qərar qəbul
etməlidir.
Maddə 81. Xüsusi texniki
vasitələrin göstəriciləri
81.1. Müvafiq sertifikatı olan və metroloji
sınaqdan keçmiş ölçü cihazları
xüsusi texniki vasitələr adlanır.
81.2. Yol hərəkəti qaydaları və yol
hərəkəti təhlükəsizliyinin təmin edilməsi
qaydaları
əleyhinə olan inzibati xətaların aşkarlanmasında
istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik
xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə inteqrasiya
olunmalıdır.[42]
81.3. Xüsusi texniki vasitələrin
göstəriciləri inzibati xəta haqqında iş
üzrə protokolda (inzibati xəta haqqında iş
üzrə qərarda) qeyd edilir.[43]
Maddə 82. Ekspertiza
82.1. İnzibati xəta haqqında iş üzrə
icraat zamanı əhəmiyyət kəsb edən hər
hansı məsələnin həlli üçün elm,
incəsənət, texnika və ya sənət
sahəsində xüsusi bilik tələb edən
məsələlərin aydınlaşdırılması
məqsədi ilə hakimin, səlahiyyətli orqanın
(vəzifəli şəxsin) qərardadı ilə ekspertiza
təyin edir.
82.2. Qərardadda aşağıdakılar
göstərilir:
82.2.1. ekspertizanın təyin olunması
üçün əsaslar;
82.2.2. ekspertin soyadı, adı və atasının
adı və ya ekspertiza aparılacaq idarənin adı;
82.2.3. ekspertin rəy verməli olduğu
məsələlər;
82.2.4. ekspertin sərəncamına verilən
materiallar;
82.2.5. ekspertə onun hüquq və
vəzifələrinin izah edilməsi və bilə-bilə
yalan rəy verilməsinə görə inzibati
məsuliyyət barədə xəbərdarlıq haqqında
qeyd.
82.2-1. Bu Məcəllənin
82.1-ci maddəsində nəzərdə tutulmuş
məqsədlər üçün hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) onun baxdığı inzibati
xətalar haqqında işlər üzrə barəsində
inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin,
fiziki ºəxsin müdafiəçisinin və ya qanuni
nümayəndəsinin, hüquqi ºəxsin
nümayəndəsinin, prokurorun, zərər
çəkmiº ºəxsin və ya onun
nümayəndəsinin vəsatəti ilə ekspertiza təyin
edə bilər. Həmin şəxslərin vəsatəti
rədd edildikdə hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) bu barədə əsaslandırılmış
qərardad qəbul etməlidir. [44]
82.2-2. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər
qarşılıqlı razılaşma əsasında konkret səlahiyyətli
єəxsin ekspert təyin edilməsini hakimdən, səlahiyyətli
orqandan (vəzifəli єəxsdən) xahiє edə bilərlər.
82.2-3. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin
ekspertiza keзirilən zaman baxılmalı olan sualları hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim
etmək hüququ vardır.
82.2-4. Ekspert rəyinin
alınmasına dair sualların yekun məzmununu hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) müəyyən edir. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin
təqdim etdiyi sualların rədd edilməsini hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) əsaslandırmağa
borcludur.
82.2-5. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər
ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri
təqdim etmək hüququna malikdirlər. Hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) təqdim edilmiş əşya
və sənədləri ekspert tədqiqatının obyekti
kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış
qərardad qəbul etməlidir.
82.2-6. Ekspertiza bu Məcəllənin
müddəalarında nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlər üzrə icraatın
iştirakзılarının hüquqlarına riayət
olunmaqla keзirilir. Hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) və bu Məcəllənin 82.2-1-ci maddəsində
nəzərdə tutulmuş şəxslərin
ekspertizanın keзirilməsinin gedişi haqqında məlumat əldə
etmək hüququ vardır.
82.2-7. Ekspertiza tədqiqatın
xarakterindən asılı olaraq, həmзinin tədqiqat aparmaq
üзün materialları məhkəməyə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) gətirmək
mümkün deyilsə, yaxud зətinlik törədirsə, məhkəmədə,
səlahiyyətli orqanda, yaxud kənar yerdə keзirilə bilər.
Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə
tutulmuş şəxslərin kənar yerdə keзirilən
ekspertizada iştirakının ekspertlərin normal işinə
maneзilik törədə bilməsi halları istisna olmaqla,
onlar ekspertizanın keзirilməsində iştirak edə bilərlər.
Bu zaman bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə
tutulmuş şəxslər tətbiq edilmiş tədqiqat
üsullarının mahiyyətinin və alınmış nəticələrin
izahını ekspertdən tələb edə və ekspertə
izahlar verə bilərlər.
82.3. Ekspertin qarşısında qoyulan suallar onun
xüsusi biliyindən kənara çıxmamalıdır.
82.4. İcraatında inzibati xəta haqqında iş
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
ekspertizanın təyin olunması haqqında qərardadı
icraya göndərməmişdən əvvəl həmin
qərardadla barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsi, zərər
çəkmiş şəxsi tanış etməli,
onların hüquqlarını izah etməlidir.
82.5. Ekspert ekspertiza
təyin edilməsi haqqında hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərardadı
məhkəmə ekspertizası idarəsinə daxil olduğu
vaxtdan 10 gündən gec olmayaraq yazılı formada rəy
verir, onu öz imzası ilə təsdiq edir və dərhal
məhkəməyə, səlahiyyətli orqana
(vəzifəli şəxsə) göndərir. Ekspertin
rəyində ekspertizanın aparıldığı tarix
və yer, ekspertizanın aparılmasının
əsasları, onun məzmunu, habelə ekspertin
qarşısında qoyulmuş suallar üzrə
əsaslandırılmış cavablar və yekun
nəticələr göstərilir. [45]
82.6. Ekspertizanın
aparılmasını bu Məcəllənin 82.5-ci maddəsində
göstərilən müddətdə təmin etmək
mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin
rəhbəri tərəfindən əsaslandırılmış
səbəblər göstərilməklə bu barədə
hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə)
məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik
dərəcəsi nəzərə alınmaqla ekspertizanın
aparılması müddəti hakimlə, səlahiyyətli
orqanla (vəzifəli şəxslə) yazılı formada
razılaşdırılır. [46]
82.7. Ekspert rəy verilməsi
üзün əlavə tədqiqat materiallarının təqdim
edilməsinə zərurət olduğunu müəyyən
etdikdə ekspertiza təyin edilməsi haqqında qərardadın
məhkəmə ekspertizası idarəsinə daxil olduğu
vaxtdan 5 gündən gec olmayaraq bu barədə hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) vəsatət göndərir.
Vəsatətdə tələb olunan tədqiqat
materiallarının dəqiq və tam siyahısı göstərilir.
82.8. Hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən ekspertin həmin
vəsatətinə 3 gün müddətində
baxılır və əlavə tədqiqat
materiallarının əldə edilməsi müəyyən
vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin
rəhbərinə məlumat verilməklə bu Məcəllənin
82.5-ci maddəsində nəzərdə tutulan müddət
uzadılır.
Maddə 82-1. Şəxslərin
təşəbbüsü ilə ekspertizanın
aparılması[47]
82-1.1. İnzibati xətalar
haqqında işlər üzrə barəsində inzibati
icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki
şəxsin müdafiəзisi və ya qanuni nümayəndəsi,
hüquqi şəxsin nümayəndəsi, zərər зəkmiş
şəxs və ya onun nümayəndəsi onların mənafelərinə
xidmət edə biləcək halların müəyyən
edilməsi üзün öz təşəbbüsləri ilə
ekspertizanın aparılmasını sifariş vermək
üзün özəl məhkəmə ekspertinə və ya
məhkəmə ekspertizası idarəsinə rəsmi
müraciət etmək hüququna malikdirlər.
82-1.2. Barəsində inzibati
icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki
şəxsin müdafiəзisinin və ya qanuni nümayəndəsinin,
hüquqi şəxsin nümayəndəsinin, zərər зəkmiş
şəxsin və ya onun nümayəndəsinin sifarişi ilə
ekspertiza həmin şəxslə özəl məhkəmə
eksperti və ya məhkəmə ekspertizası idarəsinin rəhbəri
arasında bağlanan müqavilə əsasında
ekspertizanı sifariş edən şəxsin hesabına həyata
keзirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə
suallar siyahısını və tədqiqat üзün obyektləri
verir.
82-1.3. Ekspert müqavilədə
göstərilən müddətdə yazılı formada rəy
verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş
rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən materiallara əlavə edilir və
digər sübutlarla yanaşı qiymətləndirilir.
Maddə 83. Əlavə
məlumatların tələb edilməsi
83.1. İcraatında inzibati xəta haqqında iş
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
işin həll edilməsi üçün zəruri olan
əlavə məlumatların tələb edilməsi
barədə qərardad qəbul edə bilər.
83.2. Məlumatlar tələb edildiyi vaxtdan üç
günədək müddətdə, inzibati həbs
nəzərdə tutulan inzibati xəta törədildikdə
isə dərhal müvafiq orqanlar, təşkilatlar,
idarələr və müəssisələr
tərəfindən qərardad qəbul etmiş hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə)
göndərilməlidir.
83.3. Müvafiq orqanlardan, təşkilatlardan,
idarələrdən və müəssisələrdən
tələb edilən məlumatların təqdim edilməsi
mümkün olmadıqda, onlar üç günədək
müddətində, inzibati həbs nəzərdə tutulan
inzibati xəta törədildikdə isə dərhal
qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana
(vəzifəli şəxsə) bu barədə yazılı
formada xəbər verməyə borcludurlar.
Maddə 84. Sübutların
qiymətləndirilməsi
84.1. İnzibati xətalar haqqında işlərə
baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
işin bütün hallarının məcmusunun
hərtərəfli, tam və obyektiv surətdə baxılmasına
əsaslanan öz daxili inamı ilə sübutları
qiymətləndirir.
84.2. Heç bir sübutun qabaqcadan müəyyən
edilmiş qüvvəsi yoxdur.
Maddə 85. Materialların
prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına
verilməsi
İcraatında inzibati xəta haqqında iş olan
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki
şəxs tərəfindən törədilmiş inzibati
xətada cinayət əlamətlərini aşkar etdikdə,
materialları prokurora, ibtidai istintaq və ya təhqiqat
orqanına göndərir.
İnzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin tətbiqi
Maddə 86. İnzibati xəta
haqqında iş üzrə icraatın təmin edilməsi
tədbirləri
86.1. İnzibati xətaların
qarşısını almaq, şəxsiyyəti
müəyyən etmək, işlərə vaxtında və
düzgün baxılmasını, inzibati xətalar haqqında
işlərə dair qərarların icrasını təmin
etmək məqsədi ilə səlahiyyətli vəzifəli
şəxs bu Məcəllə ilə müəyyən
edilmiş hallarda aşağıda göstərilən
tədbirləri tətbiq edir:
86.1.1. gətirilmə;
86.1.2. inzibati qaydada tutma;
86.1.3. şəxsi axtarış, fiziki
şəxsdə olan əşyaları yoxlama;
86.1.4. nəqliyyat vasitəsinə baxış;
86.1.5. əşyaları və sənədləri
götürmə;
86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından
kənarlaşdırma;
86.1.7. sərxoşluq vəziyyətini müayinə
etmə;
86.1.8. nəqliyyat vasitəsini saxlama və onun
istismarını qadağan etmə.
86.2. İnzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin qanunsuz
tətbiqi nəticəsində dəymiş zərər
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə müəyyən edilmiş qaydada ödənilir.
Maddə 87. Gətirilmə
87.1. Bu Məcəllənin 109.3-cü maddəsində
nəzərdə tutulmuş hallarda barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan fiziki
şəxs, onun qanuni nümayəndəsi, hüquqi
şəxsin nümayəndəsi və ya şahidlər
gətirilə bilərlər.
87.2. On altı yaşına çatmayan
şəxslər, hamilə qadınlar barəsində
gətirilmə tətbiq edilə bilməz.
87.3. Fiziki
şəxsin gətirilməsi inzibati xətanın baxıldığı
yer üzrə məhkəmənin qərardadı
əsasında onun yaşadığı və ya olduğu yer
üzrə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
Maddə 88. İnzibati qaydada tutma
88.1. İnzibati qaydada tutmanı, yəni fiziki
şəxsin azadlığının qısa
müddətə məhdudlaşdırılmasını, inzibati xəta haqqında işin
düzgün və vaxtında baxılmasının və ya
inzibati xəta haqqında iş üzrə qərarın
icrasının təmin edilməsi üçün aşağıda göstərilən səlahiyyətli
orqanlar (vəzifəli şəxslər) bu maddədə
göstərilən hallarda tətbiq etmək hüququna
malikdirlər:
88.1.1. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - xırda
xuliqanlıq edildikdə, şəxs polis işçisinin,
habelə hərbi qulluqçunun qanuni tələbinə
qəsdən tabe olmadıqda, yığıncaqların,
mitinqlərin, nümayişlərin, küçə
yürüşlərinin və piketlərin təşkili
və keçirilməsi qaydasını pozduqda, ictimai işlər
növündə inzibati tənbehin
çəkilməsindən boyun qaçırdıqda, avaralıqla məşğul
olduqda, ov, balıq və digər su bioresurslarının
ovu və mühafizəsi qaydaları pozulduqda, əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında qanunsuz qaldıqda;
88.1.2. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri -
sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq)
rejim və ya Azərbaycan Respublikasının dövlət
sərhədinin buraxılış
məntəqələrində rejim pozulduqda;
88.1.3. mühafizə olunan obyektin olduğu yerdə
hərbiləşdirilmiş mühafizə dəstəsinin
yuxarı vəzifəli şəxsi - mühafizə edilən
obyektlərə, digər dövlət əmlakına və ya
ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar
inzibati xətalar törədildikdə;
88.1.4. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri -
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
nəqliyyat vasitələrini idarə edən
sürücülər və ya digər şəxslər
tərəfindən yol hərəkəti qaydaları
pozulduqda;
88.1.5. fövqəladə vəziyyət elan olunmuş
yerin komendantı və
xüsusi idarəetmə orqanının vəzifəli
şəxsləri - fövqəladə vəziyyət rejimi
pozulduqda;
88.1.5-1. müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri - dini
ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat
zonasının hüquqi rejiminin tələbləri pozulduqda,
o cümlədən dini ekstremizm əleyhinə aparılan
xüsusi əməliyyat zonasında fiziki şəxslərin
şəxsiyyətini təsdiq edən sənədlər
olmadıqda, onların şəxsiyyətinin
müəyyən edilməsi məqsədilə və ya dini
ekstremizm əleyhinə xüsusi əməliyyat aparan
şəxslərin qanuni tələblərinə mane
olmağa yönəlmiş hərəkətlər
törədildikdə;[48]
88.1.5-2. hərbi
idarəetmə orqanlarının vəzifəli
şəxsləri - hərbi vəziyyət rejiminin
tələbləri pozulduqda;[49]
88.1.6. müvafiq icra
hakimiyyəti orqanının vəzifəli şəxsləri
- əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında
olma qaydaları pozulduqda, yaxud onlar Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya
belə boyun qaçırmanı ehtimal etməyə
kifayət qədər əsaslar olduqda;
88.1.7. müvafiq icra
hakimiyyəti orqanının vəzifəli şəxsləri
- hərbi xidmət əleyhinə olan inzibati xəta
törədildikdə.[50]
88.2. İnzibati qaydada tutulan şəxsə bu
Məcəllə ilə müəyyən edilmiş
hüquqları izah olunmalı, bu barədə inzibati qaydada
tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır.
Maddə 89. İnzibati qaydada tutma
müddətləri
89.1. İnzibati xəta törətmiş
şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin
89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç
saatdan çox ola bilməz.
89.2. Sərhəd rejimini, sərhədboyu
(sərhədboyu zolaq) rejimini və ya Azərbaycan
Respublikasının dövlət sərhədinin
buraxılış məntəqələrində rejimi
pozduğuna, avaralıqla
məşğul olduğuna, əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə
ölkədə olma qaydalarını pozmalarına
görə barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs törətdiyi
xətanın hallarını, habelə onun
şəxsiyyətini müəyyən etmək
üçün, yaxud əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında qərarın
icrasından boyun qaçırdıqda və ya belə boyun
qaçırmanı ehtimal etməyə kifayət
qədər əsaslar olduqda inzibati qaydada
tutma 24 saatadək müddətə və ya inzibati xəta
törədənin şəxsiyyətini təsdiq edən
sənədlər olmadıqda, hakimin qərarı ilə
üç günədək müddətə tutula bilər.
89.3. Fövqəladə
və ya hərbi vəziyyət elan olunmuş
ərazidə şəxs xüsusi verilmiş icazə
vərəqələri olmadan komendant saatı vaxtında
küçələrdə və başqa ictimai yerlərdə
olduqda - komendant saatı bitənədək və ya onun
üzərində şəxsiyyətini təsdiq edən
sənəd olmadan komendant saatı vaxtında
küçələrdə və başqa ictimai
yerlərdə olduqda - tutulanın şəxsiyyəti
müəyyən edilənədək müddətə
inzibati qaydada tutula bilər. [51]
89.3-1. Dini ekstremizm əleyhinə
aparılan xüsusi əməliyyat zonasında fiziki
şəxslərin şəxsiyyətini təsdiq edən
sənədlər olmadıqda - tutulanın şəxsiyyəti
müəyyən edilənədək, dini ekstremizm
əleyhinə xüsusi əməliyyat aparan
şəxslərin qanuni tələblərinə mane olmağa
yönəlmiş hərəkətlər törədən
şəxslər isə 48 saatadək inzibati qaydada tutula
bilər.[52]
89.4. Barəsində inzibati həbs tənbeh
növünün tətbiqini nəzərdə tutan inzibati
xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu
Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci
maddələrində göstərilən xətaları
törətmiş şəxslər isə inzibati xəta
haqqında işin mürəkkəbliyi və ya xəta
törətmiş şəxslərin sayının
çoxluğu işin araşdırılmasını
gecikdirdiyi və ya başqa formada çətinlik
yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan
məcburi müalicəyə ehtiyacının
olub-olmamasını müəyyənləşdirmək
məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48
saatadək müddətə inzibati qaydada tutula bilər.[53]
89.5. İnzibati qaydada tutma müddəti inzibati
xəta törətmiº ºəxsin protokol tərtib
etmək üçün gətirildiyi vaxtdan, sərxoº
halda olmuº ºəxsin isə ayıldığı vaxtdan
hesablanır.
89.6. Fövqəladə və ya hərbi vəziyyət rejiminin
müddəti bitdikdə, bu rejimin tələblərinin
pozulması ilə əlaqədar inzibati qaydada tutulan
şəxslər dərhal azad olunurlar.
89.7. İnzibati qaydada
tutma barədə qərardan yuxarı səlahiyyətli orqana
(vəzifəli şəxsə) və ya
məhkəməyə şikayət edilə bilər.
Maddə 90. İnzibati qaydada tutma
haqqında protokol
90.1. İnzibati xəta törətmiş şəxs
inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir
və orada aşağıdakılar göstərilir:
90.1.1. protokolun tərtib edildiyi tarix və yer;
90.1.2. protokolu tərtib etmiş şəxsin
vəzifəsi, soyadı, adı və atasının adı;
90.1.3. tutulanın şəxsiyyəti haqqında
məlumat;
90.1.4. tutmanın vaxtı və səbəbləri.
90.2. Protokol onu tərtib etmiş vəzifəli
şəxs və tutulmuş şəxs tərəfindən
imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina
etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş
şəxsin izahat vermək və protokolun məzmunu
barədə öz mülahizələrini təqdim etmək,
habelə protokolu imzalamaqdan imtina etməsinin
səbəblərini göstərmək hüququ vardır.
Onun bu izahatı və mülahizələri protokola
əlavə olunur. Protokolun surəti tutulmuş
şəxsə verilir.
Maddə 91. İnzibati qaydada
tutulmuş şəxsin hüquqlarının təmin
edilməsi
91.0. Səlahiyyətli orqan (vəzifəli
şəxs) inzibati qaydada tutulmuş şəxsin bu
Məcəllə ilə müəyyən edilmiş
hüquqlarının təmin edilməsi üçün
aşağıdakı tədbirləri görür:
91.0.1. tutulmuş şəxsə dərhal onun
tutulmasının əsaslarını bildirmək, onun
hüquqlarını izah etmək;
91.0.2. tutulmuş şəxsi inzibati xəta
haqqında protokolla tanış etmək;
91.0.3. tutulmuş şəxsin xahişi ilə onun
yaxın qohumlarına, işlədiyi və ya təhsil
aldığı yerin müdiriyyətinə, yaxud
vəkilinə məlumat vermək;
91.0.4. tutulmuş yetkinlik yaşına
çatmayanın valideynlərinə və ya digər qanuni
nümayəndələrinə dərhal məlumat vermək;
91.0.5. tutulmuş şəxslə davranışda onun
şəxsiyyətinə və ləyaqətinə
hörmətlə yanaşmaq;
91.0.6. tutulmuş şəxsə öz vəkili
ilə əlaqə saxlamaq və onunla görüşmək
imkanı yaratmaq;
91.0.7. tutulmuş şəxsin öz vəkili
olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə
ərazidəki vəkil qurumlarında fəaliyyət
göstərən vəkillərin siyahısını
təqdim etmək, seçilmiş vəkillə əlaqə
saxlamaq və onunla görüşmək imkanı yaratmaq.
Maddə 92. Şəxsi
axtarış və fiziki şəxsdə olan
əşyaları yoxlama
92.1. Fiziki şəxsin şəxsi
axtarışı, onda olan əşyaları yoxlama inzibati
xətanın törədilməsində alət və ya
inzibati xətanın bilavasitə obyekti olmuş predmetin
aşkar edilməsi məqsədi ilə həyata
keçirilir.
92.2. Şəxsi axtarış eyni cinsdən olan
səlahiyyətli şəxs tərəfindən və eyni
cinsdən olan iki hal şahidinin iştirakı ilə
aparılır.
92.3. Əşyalar (əl yükü, baqaj, ov və
balıq ovu alətləri, əldə edilmiş məhsul
və sair) bunların mülkiyyətçilərinin və ya
sahiblərinin iştirakı ilə yoxlanılır.
Təxirə salınmayan hallarda mülkiyyətçisi
və ya sahibi olmadan göstərilən əşyalar iki hal
şahidinin iştirakı ilə yoxlanıla bilər. Feldyeger rabitəsini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanının
əməkdaşı tərəfindən
çatdırılan korrespondensiyalar və digər
göndərişlər açıla
və ya yoxlanıla bilməz.[54]
92.4. Şəxsi axtarış və əşyaları
yoxlama haqqında protokol tərtib olunur.
92.5. Şəxsi axtarış və
əşyaları yoxlama haqqında protokolda
aşağıdakılar göstərilir:
92.5.1. protokolun tərtib edildiyi tarix və yer;
92.5.2. protokolu tərtib etmiş şəxsin
vəzifəsi, soyadı, adı və atasının adı;
92.5.3. barəsində şəxsi axtarış
aparılan şəxs haqqında məlumat;
92.5.4. şəxsi axtarış zamanı aşkar
edilən əşyaların növü, miqdarı və
digər eyniləşdirmə əlamətləri haqqında
məlumat.
92.6. Protokol onu tərtib etmiş vəzifəli
şəxs, barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs və ya axtarış
aparılan əşyaların
sahibi və hal şahidləri tərəfindən
imzalanır. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs və ya axtarış
aparılan əşyaların
sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan
şəxsin izahat vermək və protokolun məzmunu
barədə öz mülahizələrini təqdim etmək,
habelə protokolu imzalamaqdan imtina etməsinin
səbəblərini göstərmək hüququ vardır.
Onun bu izahatı və mülahizələri protokola
əlavə olunur.
92.7. Protokolun surəti barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə
və axtarış aparılan əşyaların sahibinə
verilir.
Maddə 93. Nəqliyyat
vasitəsinə baxış
93.1. Nəqliyyat vasitəsinə baxış, yəni
onun konstruktiv bütövlüyünü pozmadan inzibati
xətanın törədilməsində alət və ya
inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin
müəyyən edilməsi məqsədi ilə aparılan
müayinədir.
93.2. Nəqliyyat vasitəsinə baxış
nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin
iştirakı ilə aparılır. Təxirə
salınmayan hallarda nəqliyyat vasitəsinə baxış
nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı
aparılmaqla keçirilə bilər.
93.3. Nəqliyyat vasitəsinə baxış
haqqında protokol tərtib olunur. Bu protokolda
aşağıdakılar göstərilir:
93.3.1. protokolun tərtib edildiyi tarix və yer;
93.3.2. protokolu tərtib edən şəxsin
vəzifəsi, soyadı, adı, atasının adı;
93.3.3. nəqliyyat vasitəsinin sahibi barəsində
məlumatlar;
93.3.4. nəqliyyat vasitəsinə baxış
keçirilməsi üçün əsaslar;
93.3.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli,
dövlət qeydiyyat nişanı və digər
eyniləşdirmə əlamətləri barədə
məlumatlar;
93.3.6. aşkar edilmiş əşyaların
növü, miqdarı və digər eyniləşdirmə
əlamətləri, o cümlədən silahın markası,
modeli, seriyası və nömrəsi, döyüş
sursatının növü və miqdarı barədə
məlumatlar;
93.3.7. aşkar edilmiş sənədlərin
növü və rekvizitləri.
93.4. Maddi sübutların qeydə alınması
məqsədi ilə fotoşəkillərin,
videoyazıların aparılması tətbiq edilir.
Nəqliyyat vasitəsinə baxış barəsində
protokolda fotoşəkillərdən, videoyazıdan istifadə
edilməsi barədə qeyd aparılır. Baxış
zamanı fotoşəkillərin, videoyazının tətbiq
edilməsi ilə əlaqədar əldə edilmiş
materiallar müvafiq protokola əlavə olunur.
93.5. Nəqliyyat vasitəsinə baxış
haqqında protokol onu tərtib etmiş vəzifəli
şəxs, barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs və ya nəqliyyat
vasitəsinin sahibi, habelə hal şahidləri
tərəfindən imzalanır. Barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan
şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu
imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq
qeyd aparılır. Barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin izahat vermək
və protokolun məzmunu barədə öz
mülahizələrini təqdim etmək, habelə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini
göstərmək hüququ vardır. Onun bu izahatı və
mülahizələri protokola əlavə olunur.
93.6. Nəqliyyat vasitəsinə baxış
haqqında protokolun surəti barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə
və nəqliyyat vasitəsinin sahibinə verilir.
Maddə 94. Əşyaların
və sənədlərin götürülməsi
94.1. İnzibati xətanın baş verdiyi yerdə
və ya fiziki şəxsin şəxsi axtarışı
zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat
vasitəsinə baxış zamanı aşkar edilmiş
və iş üçün sübut əhəmiyyəti olan
əşyaların
və sənədlərin, inzibati xətanın
törədilməsində alət və ya inzibati
xətanın bilavasitə obyekti olan predmetin
götürülməsi inzibati xəta haqqında iş
üzrə icraatı aparan vəzifəli şəxs
tərəfindən iki hal şahidinin iştirakı ilə
həyata keçirilir.
94.2. Sürücü tərəfindən nəqliyyat
vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
növündə inzibati tənbehin tətbiq edilməsini
nəzərdə tutan xətalar törədildikdə, inzibati
xəta haqqında iş üzrə qərar
çıxarılanadək sürücülük
vəsiqəsi götürülür və həmin şəxslərə
nəqliyyat vasitəsini müvəqqəti idarə etmək
hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini
idarə etmək hüququnun
məhdudlaşdırılması haqqında qərar qəbul
edildikdə sürücülük vəsiqəsi
qaytarılmır. Nəqliyyat vasitəsini idarə etmək
hüququnun məhdudlaşdırılması haqqında
qərardan bu Məcəllə ilə müəyyən
edilmiş qaydada şikayətin verilməsi üçün
nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud
şikayət üzrə qərar qəbul
edilənədək, nəqliyyat vasitəsini müvəqqəti
idarə etmək hüququ verən sənədin
qüvvədə olma müddəti uzadılır.
94.3. Əşyaların və sənədlərin
götürülməsi haqqında protokol tərtib olunur.
94.4. Əşyaların və sənədlərin
götürülməsi haqqında protokolda
aşağıdakılar göstərilir:
94.4.1. protokolun tərtib edildiyi tarix və yer;
94.4.2. protokolu tərtib edən şəxsin
vəzifəsi, soyadı, adı, atasının adı;
94.4.3. əşyaları və sənədləri
götürülən şəxs barəsində məlumat;
94.4.4. əşyaların və sənədlərin
götürülməsi üçün əsaslar;
94.4.5. götürülən sənədlərin
növü və rekvizitləri;
94.4.6. götürülən əşyaların
növü, miqdarı və digər eyniləşdirmə
əlamətləri, o cümlədən silahın markası,
modeli, seriyası və nömrəsi, döyüş
sursatının növü və miqdarı barədə məlumatlar.
94.5. Əşyaların və sənədlərin
götürülməsi haqqında protokolda
fotoşəkillərin çəkilməsi, videoyazı
barədə qeyd aparılır. Fotoşəkillərin,
videoyazının tətbiq edilməsi nəticəsində
əşyaların və sənədlərin
götürülməsi ilə bağlı əldə
edilmiş materiallar müvafiq protokola əlavə olunur.
94.6. Əşyaların və sənədlərin
götürülməsi haqqında protokol onu tərtib
etmiş vəzifəli şəxs, əşyaları və
ya sənədləri götürülən şəxs,
habelə hal şahidləri tərəfindən imzalanır.
Əşyaları və ya sənədləri
götürülən şəxs protokolu imzalamaqdan imtina
etdikdə, bu barədə protokolda müvafiq qeyd
aparılır. Barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin izahat vermək
və protokolun məzmunu barədə öz
mülahizələrini təqdim etmək, habelə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini
göstərmək hüququ vardır. Onun bu izahatı və
mülahizələri protokola əlavə olunur.
94.7. Protokolun surəti, barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə,
yaxud onun qanuni nümayəndəsinə təqdim edilir.
94.8. Götürülən əşyalar və
sənədlər yerindəcə qablaşdırılır
və möhürlənir. Götürülmüş
əşyalar və sənədlər inzibati xəta
haqqında işə baxılanadək, əşyaları və
sənədləri götürən səlahiyyətli
orqanların (vəzifəli şəxslərin)
müəyyən etdikləri yerlərdə saxlanılır.
94.9. Götürülmüş odlu silah, onun
patronları, digər silah və döyüş sursatı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi
qaydada saxlanılır.
94.10. Götürülmüş tez xarab olan mallar
barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərəncam
verilir.
94.11. Götürülmüş narkotik
vasitələr və psixotrop maddələr, həmçinin
müvafiq standartlara, sanitariya normalarına və
qaydalarına, gigiyena normativlərinə cavab verməyən
etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi
qaydada yenidən istehsala göndərilir və ya məhv
edilir.
94.12. Məhv edilməli olan narkotik vasitələrin
və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və
tərkibində spirt olan məhsulların nümunələri
inzibati xəta haqqında iş üzrə qəbul edilmiş
qərar qanuni qüvvəyə mindiyi günədək
saxlanılır.
94.13. İnzibati xəta haqqında iş üzrə
qərarda götürülmüş əşyalar və
sənədlər barədə məsələlər bu
Məcəllənin 115.4-cü maddəsinə uyğun olaraq
həll olunur.
Maddə 95.
Götürülmüş əşyaların
qiymətləndirilməsi
95.1. Götürülmüş əşyalar
aşağıdakı hallarda qiymətləndirilir:
95.1.1. inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin dəyəri ilə ölçülən inzibati
cərimə meyarı tətbiq edildikdə;
95.1.2. götürülmüş tez xarab olan mallar
barəsində sərəncam verildikdə;
95.1.3. etil spirti, alkoqollu və tərkibində spirt
olan məhsullar yenidən istehsala göndərildikdə və
ya məhv edildikdə.
95.2. Götürülmüş əşyaların
qiymətləri dövlət tərəfindən
tənzimlənirsə, dövlət tənzimləmə
qiymətləri tətbiq edilir. Digər hallarda
götürülmüş əşyaların qiyməti bazar
qiymətinə əsasən qiymətləndirilir. Göstərilən
qaydada qiymətləndirmə mümkün olmadıqda,
götürülmüş əşyaların qiyməti
ekspertin rəyi əsasında müəyyən edilir.
Maddə 96. Nəqliyyat
vasitəsinin idarə olunmasından kənarlaşdırma
və sərxoşluq vəziyyətinin müayinəsi
96.1. Fiziki şəxslər aşağıdakı
hallarda nəqliyyat vasitəsinin idarə olunmasından
kənarlaşdırılır:
96.1.1. dayandırılmış nəqliyyat
vasitəsini idarə edən şəxsdə və onunla
birlikdə gedən sərnişinlərdən hər hansı
birində sürücülük vəsiqəsi, nəqliyyat
vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin
nəqliyyat vasitəsini idarə etmək hüququ verən
digər əsas olmadıqda;
96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta
və ya qeyri-standart olduqda və
ya nəqliyyat
vasitəsini başqa nəqliyyat
vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı
ilə idarə etdikdə;
96.1.3. dayandırılmış nəqliyyat
vasitəsinin mühərrik, ban və şassi nömrəsi
nəqliyyat vasitəsinin qeydiyyat
şəhadətnaməsindəki rəqəmlərə uyğun
gəlmədikdə;
96.1.4. dayandırılmış nəqliyyat
vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən
və ya güclü təsir göstərən digər
maddələrdən istifadə edilməsi
nəticəsində sərxoş vəziyyətdə
olmasını güman etməyə kifayət qədər
əsas olan şəxs tərəfindən idarə olunduqda
və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə
etmək hüququ olmadıqda;
96.1.5. nəqliyyat
vasitəsində normativ tələblər pozulmaqla
avadanlıq quraşdırıldıqda və ya
dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban
şüşələrinə qanunla tətbiqinə icazə
verilməyən örtüklər çəkildikdə,
nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi
səs (çoxavazlı) və ya sayrışan işıq
siqnalları ilə təchiz edildikdə, bu pozuntuları
yerində aradan qaldırmaq mümkün olmadıqda;
96.1.6. yol
hərəkəti qaydaları əleyhinə olan inzibati
xətaların, yaxud bu Məcəllənin 353.2-ci
maddəsində nəzərdə tutulan inzibati xətanın
törədilməsinə görə inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay
müddətində icra edilməməsinə görə
nəqliyyat vasitəsinin saxlanılması barədə
məhkəmə və ya müvafiq icra hakimiyyəti
orqanının qərarı olduqda;[55]
96.1.7. İcazə verilən qabarit,
çəki və yüklə birlikdə oxa düşən
kütlə parametrlərinə dair tələblər
pozulmaqla yüklənən iriqabaritli və ya
ağırçəkili nəqliyyat vasitələri ümumi
istifadədə olan avtomobil yollarında idarə edildikdə.[56]
96.2. Nəqliyyat vasitəsini idarə edən
şəxsin sərxoş vəziyyətdə olmasını
güman etməyə kifayət qədər əsas olduqda,
onun sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün xüsusi texniki
vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş
vəziyyətdə olub-olmamasının xüsusi texniki
vasitədən istifadə edilməklə müəyyən
edilməsindən imtina etdikdə və ya xüsusi texniki
vasitə ilə müayinənin nəticəsi ilə
razılaşmadıqda, tibbi müayinəyə
aparılır.
96.3. Nəqliyyat vasitəsini idarə etməkdən
kənarlaşdırma barədə və sərxoşluq
vəziyyətini müəyyən etmək üçün
xüsusi texniki vasitələrdən istifadə etmək
və ya tibbi müayinəyə göndərmək
barədə protokol tərtib olunur və həmin
sənədin surəti barəsində belə tədbir
tətbiq edilən şəxsə verilir.
96.4. Nəqliyyat vasitəsini idarə etməkdən
kənarlaşdırma barədə və sərxoşluq
vəziyyətini müəyyən etmək üçün
xüsusi texniki vasitələrdən istifadə etmək
və ya tibbi müayinəyə göndərmək
haqqında protokolda aşağıdakılar göstərilir:
96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
96.4.2. protokolu tərtib edən şəxsin
vəzifəsi, soyadı, adı, atasının adı;
96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən
kənarlaşdırmanın və sərxoşluq
vəziyyətini müəyyən etmənin əsasları;
96.4.4. nəqliyyat vasitəsini idarə edən
şəxs barəsində məlumatlar;
96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli,
dövlət qeydiyyat nişanı və digər
eyniləşdirmə əlamətləri barədə
məlumatlar.
96.5. Nəqliyyat vasitəsini idarə etməkdən
kənarlaşdırma barədə və sərxoşluq
vəziyyətini müəyyən etmək üçün
xüsusi texniki vasitələrdən istifadə etmək
və ya tibbi müayinəyə göndərmək
haqqında protokol onu tərtib etmiş vəzifəli
şəxs, habelə nəqliyyat vasitəsini idarə
etməkdən kənarlaşdırılan və
sərxoşluq vəziyyətini müəyyən etmək
üçün barəsində xüsusi texniki
vasitələrdən istifadə edilən və ya tibbi
müayinəyə göndərilən sürücü
tərəfindən imzalanır. Sürücü protokolu
imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq
qeyd aparılır. Sürücünün izahat vermək
və protokolun məzmunu barədə öz
mülahizələrini təqdim etmək, habelə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini
göstərmək hüququ vardır. Onun bu izahatı və
mülahizələri protokola əlavə olunur. Protokolun
surəti sürücüyə təqdim edilir.
96.6. Sərxoşluq vəziyyətini müəyyən
etmənin tibbi müayinəsi barədə akt müvafiq
protokola əlavə olunur.
Maddə 97. Nəqliyyat
vasitələrinin saxlanılması
97.1. Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində
nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər
sürücü həmin nəqliyyat vasitəsinin yanında
deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci
maddəsində göstərilən hallarda nəqliyyat
vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan
duracağında saxlanılır.[57]
97.2. Nəqliyyat vasitəsinin
saxlanılması səbəbinin aradan
qaldırıldığı barədə lazımi
sənədlər təqdim edildikdən və ya xətaya
görə inzibati tənbeh verildikdən, nəqliyyat
vasitəsinin duracağa gətirilməsi və onun orada
saxlanılması üçün haqq ödənildikdən
dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi
sahibinə qaytarılır.
97.2-1. Bu Məcəllənin 353-cü
maddəsində nəzərdə tutulmuş inzibati xəta
törədildiyi halda nəqliyyat vasitəsinin nəzarət
məntəqəsində saxlanılması üçün
haqq ödənildikdən sonra, saxlanılmış
nəqliyyat vasitəsi sahibinə qaytarılır.[58]
97.3. Nəqliyyat vasitəsi dayanma
və durma qaydalarının pozulduğuna görə, inzibati
cərimənin müəyyən edilmiş müddətdə
ödənilməməsinə görə tətbiq edilən
nəqliyyat vasitəsinin saxlanılması barədə
qərara əsasən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
mühafizə olunan duracağına gətirilmişdirsə,
nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı
törətmiş şəxs inzibati cəriməni
(müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla)
və nəqliyyat vasitəsinin duracağa gətirilməsi
və onun orada saxlanılması üçün haqqı
həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə
bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta
haqqında protokolun, inzibati tənbeh tətbiq etmə
haqqında qərarın surəti verilir
və saxlanılmış nəqliyyat vasitəsi dərhal
sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun
saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) mühafizə olunan
duracağına gətirilmişdirsə, bu qərarın
surəti də sürücüyə verilir. Sürücü
inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi
yerdə ödəməkdən imtina etdikdə, inzibati
xəta haqqında iş üzrə icraat bu Məcəllədə
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
97.4. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətalar haqqında
işlər üzrə sənədləri ünvan
sahibinə onun yaşadığı, yaxud işlədiyi yer
üzrə tapılmaması və onunla birlikdə yaşayan
yetkinlik yaşına çatmış ailə
üzvlərinin olmaması səbəbindən 10 gün
müddətində bu Məcəllənin 57-ci
maddəsində nəzərdə tutulmuş qaydada
çatdırmaq mümkün olmadıqda, həmin
sənədlərin surətinin verilməsi məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən nəqliyyat vasitəsinin
dayandırılaraq müvafiq sənədin təqdim
edilməsi barədə qərar qəbul
edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin
istifadəçisinə həmin sənədlərin
surəti təqdim edildikdən və müvafiq qeydlər
aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi
buraxılır.
97.5. Nəqliyyat vasitəsinin
saxlanılması iki nüsxədə olan aktla
rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati
xəta haqqında protokola əlavə edilir, surəti isə
nəqliyyat vasitəsini idarə edən şəxsə
verilir.
Maddə 98. Nəqliyyat
vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan
və ya xarici işıq cihazları və ya qabaq
şüşənin şüşə silgəcləri,
şüşəyuyanları və ya təkərləri
və şinləri və
ya mühərriki, yaxud
konstruksiyasının digər ünsürləri nasaz olan
və belə nasazlığın aradan qaldırılması
mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.
İnzibati xəta haqqında iş üzrə
icraatın mərhələləri
İnzibati xəta haqqında iş üzrə icraata
başlama
Maddə 99. İnzibati xəta
haqqında iş üzrə icraata başlamağa
səbəblər və əsas
99.1. İnzibati xəta haqqında iş üzrə
icraata başlamağa səbəblər
aşağıdakılardır:
99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu
göstərən kifayət qədər halların
səlahiyyətli vəzifəli şəxs
tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi
ilə aşkar edilməsi;
99.1.2. dövlət
orqanlarından (qurumlarından)
və ya bələdiyyələrdən məlumatların
daxil olması;
[59]
99.1.3. fiziki və ya hüquqi şəxslər
tərəfindən təqdim edilən, yaxud kütləvi
informasiya vasitələrində dərc olunmuş
məlumatlar.
99.2. Məlumatlara inzibati xəta haqqında iş
üzrə icraata başlamaq səlahiyyəti olan
vəzifəli şəxs tərəfindən baxılır.
Həmin məlumatlarda inzibati xətanın
əlamətlərinin olması və inzibati xəta
haqqında iş üzrə icraatı rədd edən
halların olmaması inzibati xəta haqqında işin
başlanmasına əsasdır.
99.3. Bu Məcəllənin 99.1-ci maddəsində
göstərilən səbəblərdən biri və bu
Məcəllənin 99.2-ci maddəsində
göstərilən kifayət qədər əsaslar olduqda,
səlahiyyətli vəzifəli şəxs
tərəfindən inzibati xəta haqqında iş
üzrə icraat başlanılır.
99.3-1. Bu Məcəllənin
41-ci fəslində nəzərdə tutulmuş inzibati
xəta hadisəsinin mövcudluğu ilə bağlı bu
Məcəllənin 99.1-ci maddəsində
göstərilən səbəblərdən biri və bu
Məcəllənin 99.2-ci maddəsində
göstərilən kifayət qədər əsaslar olduqda,
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli
vəzifəli şəxsi inzibati xəta haqqında iş
üzrə icraatın başlanması üçün
zəruri məlumatları toplayaraq ərazi üzrə
müvafiq hərbi prokurora göndərir.[60]
99.4. İnzibati xata haqqında iş üzrə icraat
aşağıda göstərilən vaxtdan
başlanılmış hesab edilir:
99.4.1. bu Məcəllənin 86-cı maddəsində
nəzərdə tutulan tədbirləri tətbiq etmə
haqqında ilk protokol tərtib edildikdə;
99.4.2. inzibati xəta haqqında protokol tərtib
edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə
icraata başlama haqqında prokuror tərəfindən
qərar qəbul edildikdə;
99.4.3. bu Məcəllənin 102-ci maddəsində
nəzərdə tutulan inzibati araşdırılma
tələb olunduğu hallarda inzibati xəta haqqında iş
üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. [61]
99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü
maddələrində göstərilən səbəblərin
əsassız olduğu halda səlahiyyətli vəzifəli
şəxs tərəfindən inzibati xəta haqqında
işin başlanmasının rədd edilməsi haqqında
əsaslandırılmış qərardad qəbul edilir.
99.6. İnzibati xəta haqqında işin
başlanmasının rədd edilməsi haqqında
qərardadın surəti bu Məcəllənin 99.1.2 və
99.1.3-cü maddələrində göstərilən
məlumatları vermiş şəxslərə
göndərilir.
99.7. Bu Məcəllənin 40.0.2 – 40.0.3-cü
maddələrində nəzərdə tutulmuş
səlahiyyətli orqanın (vəzifəli şəxsin)
inzibati xəta haqqında işin başlanmasının
rədd edilməsi haqqında qərardadından onun rəsmi qaydada verildiyi vaxtdan
on gün müddətində
yuxarı səlahiyyətli orqana (vəzifəli
şəxsə), prokurora və ya
məhkəməyə şikayət verilə bilər.
Maddə 100. İnzibati xəta
haqqında protokol
100.1. Bu Məcəllənin 54-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati
xətanın törədilməsi haqqında protokol tərtib
edilir. İnzibati xəta haqqında protokolda
aşağıdakılar göstərilir:
100.1.1. protokolun tərtib edildiyi tarix və yer;
100.1.2. protokolu tərtib etmiş şəxsin
vəzifəsi, soyadı, adı, atasının adı;
100.1.3. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi
identifikasiya nömrəsi;[62]
100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt
və bu xətanın mahiyyəti;
100.1.5. inzibati xətaya görə məsuliyyət
nəzərdə tutan bu Məcəllənin müvafiq
maddəsi;
100.1.6. olduğu halda, şahidlərin və
zərər çəkmiş şəxslərin adı,
atasının adı, soyadı və onların yaşadığı
yerin ünvanı;
100.1.7. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxsin və ya
hüquqi şəxsin nümayəndəsinin izahatları;
100.1.8. inzibati
xətanın aşkar edilməsində xüsusi texniki
vasitələrdən istifadə olunmuşdursa, onların
göstəriciləri, habelə istifadə olunmuş
xüsusi texniki vasitənin tipi, markası, modeli,
yerləşdiyi yer, ölçmə vasitəsinin son
dəfə müqayisəli dövlət yoxlamasından
keçdiyi vaxt (bunu təsdiq edən sənədin
nömrəsi, tarixi) və növbəti yoxlamanın
keçirilməli olduğu vaxt barədə məlumatlar;
100.1.9. inzibati
xətanın törədilməsi nəticəsində
şəxsin sağlamlığına yüngül
zərər vurulmuşdursa və ya maddi zərər
yetirilmişdirsə, bu hallar barədə qeydlər;
100.1.10. inzibati xəta haqqında iş üzrə
icraat üçün zəruri olan digər məlumatlar.
100.2. Protokol tərtib edilərkən, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsə və ya hüquqi şəxsin
nümayəndəsinə, habelə inzibati xəta haqqında
iş üzrə icraatın digər
iştirakçılarına bu Məcəllədə
nəzərdə tutulmuş hüquqları və
vəzifələri izah edilir və bu barədə protokolda
müvafiq qeyd aparılır.
100.3. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsə və ya hüquqi şəxsin
nümayəndəsinə inzibati xəta haqqında protokolun
surəti verilir. İnzibati xəta haqqında iş
üzrə zərər çəkmiş şəxsin də
inzibati xəta haqqında protokolun surətini almaq hüququ
vardır.
100.4. Protokol onu tərtib etmiş şəxs,
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxs və ya hüquqi
şəxsin nümayəndəsi tərəfindən imzalanır.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxs və ya hüquqi
şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina
etdikdə, bu barədə protokolda müvafiq qeyd
aparılır. Barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan fiziki şəxsin və ya
hüquqi şəxsin nümayəndəsinin izahatlar və
protokolun məzmunu barəsində öz
mülahizələrini təqdim etmək, habelə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini
göstərmək hüquqları vardır. Onların bu
izahatları və mülahizələri protokola əlavə
olunur.
100.5. Protokol ciddi hesabat sənədi olmaqla,
nömrələnmiş blanklarda tərtib olunur. Protokolun
forması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
Maddə 101. İnzibati xəta
haqqında protokolun tərtib edilməsi müddətləri
101.1. İnzibati xətanın törədilməsi
faktı aşkar edildikdən dərhal sonra inzibati xəta
haqqında protokol tərtib edilir.
101.2. İşin hallarının, eləcə də
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxsin şəxsiyyətinin
və ya hüquqi şəxs barəsində məlumatların
əlavə aydınlaşdırılması tələb
olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati
xətanın aşkar edildiyi vaxtdan iki gün
müddətində tərtib edilir.
101.3. İnzibati araşdırma
aparıldığı hallarda, inzibati xəta haqqında
protokol bu Məcəllənin 102.5-ci maddəsində
göstərilən müddətdə tərtib edilir.
Maddə 102. İnzibati
araşdırma
102.1. Sağlamlıq
əleyhinə, yaxud maliyyə, vergi, rüsum,
gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın
təhlükəsizliyi və cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində, habelə yol
hərəkəti qaydaları, hərbi xidmət
əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci
maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar
edildikdən sonra kifayət qədər vaxt tələb
edən ekspertizanın və ya digər prosessual
hərəkətlərin aparılması zərurəti
yarandıqda inzibati araşdırma aparılır.[63]
102.2. İnzibati xəta haqqında iş üzrə
icraatın başlanması və inzibati araşdırma
aparılması haqqında qərardad bu Məcəllənin
42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati
xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında
işlərə baxmaq səlahiyyəti
olan vəzifəli şəxs tərəfindən qəbul
edilir. Prokuror isə inzibati xəta haqqında iş
üzrə icraatın başlanması və inzibati
araşdırma aparılması haqqında qərar qəbul
edir.
102.3. İnzibati xəta haqqında iş üzrə
icraatın başlanması və inzibati araşdırmanın
aparılması haqqında qərardadda
aşağıdakılar göstərilir:
102.3.1. qərardadın tərtib edildiyi yer və tarix;
102.3.2. qərardadı tərtib edən şəxsin
vəzifəsi, soyadı, adı, atasının adı;
102.3.3. inzibati xəta haqqında iş üzrə
icraatı başlamaq üçün səbəblər
və əsaslar;
102.3.4. inzibati xətaya görə inzibati
məsuliyyət nəzərdə tutan bu Məcəllənin
müvafiq maddəsi.
102.4. İnzibati araşdırma inzibati xəta
törədilən, yaxud aşkar edilən yerdə aparılır.
102.5. İnzibati araşdırma inzibati xəta
haqqında iş üzrə icraatın başlama vaxtından
bir aydan artıq olmayan müddətə aparılır.
İcraatında inzibati xəta haqqında iş olan
səlahiyyətli vəzifəli şəxsin
əsaslandırılmış vəsatəti olduqda, bu
müddət yuxarı vəzifəli şəxs
tərəfindən bir ayadək müddətə
uzadılır.
102.6. İnzibati araşdırma başa
çatdıqda, inzibati xəta haqqında protokol tərtib
edilir və ya inzibati xəta haqqında işin icraatına
xitam verilməsi barədə qərar qəbul edilir.
Maddə 103. Protokolun (prokurorun
qərarının) baxılması üçün
göndərilməsi
103.1. İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında
iş üzrə icraatın başlanması haqqında
qərarı və ya bu Məcəllənin 102.6-cı
maddəsində nəzərdə tutulmuş qaydada tərtib
etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə)
göndərilir. [64]
103.2. İnzibati həbs nəzərdə tutan inzibati
xəta haqqında protokol (prokurorun
inzibati xəta haqqında iş üzrə icraatın
başlanması haqqında qərarı və ya bu
Məcəllənin 102.6-cı maddəsində
nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol)
tərtib edildikdən dərhal sonra baxılması
üçün hakimə göndərilir.
Maddə 104. İnzibati xəta
haqqında iş üzrə icraatın
dayandırılması
104.1. İnzibati xəta haqqında iş üzrə
icraat aşağıdakı hallarda dayandırılır:
104.1.1. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxs qaçıb
gizləndikdə və ya digər səbəblərdən
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxsin olduğu yer
müəyyən edilmədikdə;
104.1.2. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxsin ağır
xəstəliyi ilə əlaqədar inzibati xəta
haqqında iş üzrə icraatda iştirakı
mümkün olmadıqda;
104.1.3. inzibati xətanı törədən
şəxs müəyyən olunmadıqda.
104.2. İnzibati xətalar haqqında iş
üzrə icraatın dayandırılmasına qədər
səlahiyyətli vəzifəli şəxs, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin iştirakı olmadan həyata keçirilməsi
mümkün olan bütün prosessual
hərəkətləri aparmalı, bu Məcəllənin
104.1.1 və 104.1.3-cü maddələrində
nəzərdə tutulmuş və inzibati xəta haqqında
iş üzrə icraatın dayandırılması
üçün səbəb olmuş halların aradan
qaldırılması üçün bütün
tədbirləri görməlidir.
104.3. İnzibati xəta haqqında iş üzrə
icraat səlahiyyətli vəzifəli şəxsin qərarı
ilə dayandırılır. İnzibati xəta haqqında
iş üzrə icraatın dayandırılması
haqqında qərarda bu Məcəllənin 115-ci
maddəsində qeyd edilən məlumatlar göstərilir.
104.4. İnzibati xəta haqqında iş üzrə
icraatın dayandırılması haqqında qərarı
qəbul edən səlahiyyətli vəzifəli şəxs
48 saat ərzində həmin qərarın surətini
müvafiq prokurora göndərməlidir.
104.5. Prokuror inzibati xəta haqqında iş
üzrə icraatın dayandırılması haqqında
qərarı aldığı vaxtdan bir ay müddətində
həmin qərarın qəbul edilməsində bu
Məcəllənin 104.1-ci maddəsinin tətbiq edilməsinin
düzgünlüyünü yoxlayır. Həmin yoxlama
ilə əlaqədar prokuror müvafiq qərarı qəbul
edən səlahiyyətli vəzifəli şəxsdən
inzibati xəta haqqında iş üzrə icraatın
materiallarını tələb etdikdə, materiallar bir gün
ərzində prokurora təqdim edilməlidir.
104.6. Prokuror inzibati xəta haqqında iş
üzrə icraatın dayandırılması haqqında
qərarın bu Məcəllənin 104.1-ci maddəsi pozulmaqla
qəbul edildiyini müəyyən etdikdə, həmin
qərarın ləğv edilməsi barədə qərar
qəbul edir və onun surətini qərarı qəbul
etmiş səlahiyyətli vəzifəli şəxsə
göndərir. Bu halda prokuror həmçinin səlahiyyətli
vəzifəli şəxs barəsində bu
Məcəllənin 596.2-ci maddəsində nəzərdə
tutulmuş inzibati
xəta haqqında iş üzrə icraatın
başlanması haqqında qərar qəbul edir.
104.7. İnzibati xəta haqqında iş üzrə
icraatın dayandırılması haqqında qərarın
ləğv edilməsi barədə qərar qəbul
edildikdə və ya bu Məcəllənin 104.1.1 -
104.1.3-cü maddələrində göstərilən hallar
aradan qaldırıldıqda, səlahiyyətli vəzifəli
şəxsin qərarı ilə inzibati xəta haqqında
iş üzrə icraat təzələnir və bu
barədə 48 saat ərzində müvafiq prokurora
yazılı məlumat verilir.
104.8. Bu Məcəllənin 38-ci
maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş
üzrə dayandırılmış icraata xitam verilir.
Qeyd: Bu Məcəllənin 104.4 – 104.7-ci
və 596-cı maddələrində “səlahiyyətli
vəzifəli şəxs” dedikdə hakim nəzərdə
tutulmur.
Maddə 105. İnzibati xəta
haqqında işin icraatına xitam verilməsi
105.1. Bu Məcəllənin 53-cü maddəsində
nəzərdə tutulmuş hallardan hər hansı biri
olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya
səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati
xəta haqqında işin icraatına xitam verilməsi
haqqında qərar qəbul edir.
105.2. İnzibati xəta haqqında işin icraatına
xitam verilməsi haqqında qərarın surəti
barəsində belə qərar qəbul edilmiş
şəxslərə və
zərər çəkmiş şəxsə
göndərilir.
İnzibati xəta haqqında işlərə
baxılması
Maddə 106. İnzibati xəta
haqqında işin baxılmağa hazırlanması
106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) inzibati xətalar haqqında işlərə
baxarkən aşağıdakı məsələləri
həll edir:
106.0.1. işin baxılması onun
səlahiyyətinə aiddirmi;
106.0.2. işin hakim, kollegial orqanın üzvü,
vəzifəli şəxs tərəfindən
baxılmasını istisna edən hallar mövcuddurmu;
106.0.3. inzibati xəta haqqında protokol və işin
digər materialları bu Məcəllənin
tələblərinə müvafiq olaraq tərtib
edilmişdirmi;
106.0.4. işin icraatını rədd edən hallar
mövcuddurmu;
106.0.5. mahiyyəti üzrə baxılması
üçün işdə kifayət qədər sübutlar
toplanmışdırmı;
106.0.6. işə baxılmasının yeri və
vaxtı barədə işdə iştirak edən
şəxslər məlumatlandırılıbmı;
106.0.7. iş üzrə vəsatətlər və
etiraz etmə vardırmı.
Maddə 107. Hakim, kollegial
orqanın üzvü, vəzifəli şəxs
tərəfindən işin baxılmasını istisna
edən hallar
107.0. İnzibati xəta haqqında işin
baxılması icraatına verilmiş hakim, kollegial orqanın
üzvü, vəzifəli şəxs aşağıdakı
hallarda bu işə baxa bilməz:
107.0.1. o, barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin, zərər
çəkmiş şəxsin, onların qanuni
nümayəndələrinin, müdafiəçinin və ya
nümayəndənin qohumudursa;
107.0.2. o, şəxsən düzünə və ya
dolayısı ilə işin həllində
maraqlıdırsa.
Maddə 108. Hakimin, kollegial
orqanın üzvünün, vəzifəli şəxsin
özü-özünə etiraz etməsi və ya onlara etiraz
etmə
108.1. Bu Məcəllənin 107-ci maddəsində
nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial
orqanın üzvü, vəzifəli şəxs
özü-özünə etiraz etməlidir. Özü-özünə
etiraz etmə barədə ərizə müvafiq
məhkəmənin sədrinə, kollegial orqanın
sədrinə, yuxarı vəzifəli şəxsə verilir.
108.2. Bu Məcəllənin 107-ci maddəsində
nəzərdə tutulan hallardan biri olduqda, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs,
zərər çəkmiş şəxs, fiziki şəxsin
qanuni nümayəndəsi və ya hüquqi şəxsin
nümayəndəsi, müdafiəçi,
nümayəndə və ya prokuror tərəfindən
hakimə, kollegial orqanın üzvünə və ya
vəzifəli şəxsə etiraz edir.
108.3. Ərizəyə icraatında inzibati xəta
haqqında iş olan hakim, kollegial orqan və vəzifəli
şəxs tərəfindən baxılır.
108.4. Ərizəyə baxmanın nəticəsi
barədə onun təmin edilməsi və ya təmin
edilməməsi haqqında qərardad qəbul edilir.
Maddə 109. İnzibati xəta
haqqında işin baxılmağa hazırlanması zamanı
qərarın (qərardadın) qəbul edilməsi
109.1. İnzibati xəta haqqında işin
baxılmağa hazırlanması zamanı
aşağıdakı məsələlər barəsində
qərardad qəbul edilir:
109.1.1. işin baxılması tarixinin və yerinin
təyin edilməsi;
109.1.2. işin baxılmasında iştirak etmək
üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci
maddələrində göstərilən şəxslərin
çağırılması;
109.1.3. iş barəsində zəruri olan əlavə
materialların tələb edilməsi;
109.1.4. ekspertizanın təyin edilməsi;
109.1.5. işə baxılmanın təxirə
salınması;
109.1.6. protokol və digər materiallar
səlahiyyəti olmayan şəxslər tərəfindən
tərtib edildikdə, protokol və digər sənədlər
düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş
materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq
mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun
və ya digər sənədlərin onu tərtib etmiş
orqana, vəzifəli şəxsə geri qaytarılması;
109.1.7. əgər bu məsələnin
baxılması hakimin, orqanın (vəzifəli şəxsin)
səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial
orqanın üzvünə, vəzifəli şəxsə
etiraz etmə barədə qərardad
çıxarılmışdırsa, inzibati xəta
haqqında protokolun və ya digər materialların
baxılması üçün aidiyyəti üzrə
göndərilməsi.
109.2. Bu Məcəllənin 53 və 104.1-ci
maddələrində nəzərdə tutulmuş hallar olduqda
inzibati xəta haqqında iş üzrə icraata xitam
verilməsi və ya inzibati xəta haqqında iş
üzrə icraatın dayandırılması barədə
qərar qəbul edilir.
109.3. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxsin, hüquqi
şəxsin nümayəndəsinin, yetkinlik yaşına
çatmayanların qanuni nümayəndəsinin, habelə
şahidlərin üzrlü səbəblər olmadan
çağırış üzrə gəlməkdən
qəsdən boyun qaçırması nəticəsində
inzibati xəta haqqında iş üzrə icraatın
baxılması təxirə salındıqda, bu isə inzibati
xəta haqqında işin hallarının tam, ətraflı,
obyektiv və vaxtında araşdırılmasına və onun
ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın
baxıldığı yer üzrə məhkəmə
həmin şəxslərin gətirilməsi barədə
qərardad qəbul edə bilər.
Maddə 110. İnzibati xəta
haqqında işin baxılması yeri
110.1. İnzibati xəta haqqında işə onun
törədildiyi yerdə baxılır. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin vəsatətinə əsasən inzibati xəta
haqqında işə onun yaşadığı yer
üzrə baxıla bilər.
110.2. Yetkinlik yaşına çatmayanlar
barəsində inzibati xətalar haqqında işlərə
şəxsin yaşadığı yer üzrə
baxılır.
110.3. Nəqliyyat vasitəsini idarə etmək
hüququnun məhdudlaşdırılmasına səbəb
ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminin
məlumatları nəzərə alınmaqla, bu
Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada
baxılır.
Maddə 111. İnzibati xətalar
haqqında işlərə baxılması
müddətləri
111.1. İnzibati xəta haqqında işə
baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli
şəxs) bu cür işlərə inzibati xəta
haqqında protokolu və işin digər materiallarını
aldığı vaxtdan on beş gün müddətində
baxır.
111.2. İnzibati xəta haqqında iş üzrə
icraatın iştirakçılarının vəsatəti
və ya əlavə müəyyən edilməli hallar olarsa,
işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) özünün əsaslandırılmış
qərardadı ilə işin baxılmasını bir ayadək
müddətə uzadır.
111.3. İnzibati həbs tənbeh növü
nəzərdə tutan inzibati xətalar haqqında
işlərə inzibati xəta haqqında protokol daxil
olduğu gün, inzibati qaydada tutulan şəxslər
barəsində isə onların tutulduğu vaxtdan ən geci
48 saat keçənədək baxılır.
Maddə 112. İnzibati xəta
haqqında işə baxılma qaydası
112.1. İnzibati xəta haqqında işə
baxılarkən:
112.1.1. işə baxan şəxs, baxılan işin
qısa məzmunu, işinə baxılan şəxs elan
olunur;
112.1.2. inzibati məsuliyyətə cəlb edilən
fiziki şəxsin və ya hüquqi şəxsin qanuni
nümayəndəsinin, habelə işin baxılmasında
iştirak edən digər şəxslərin iştirakı
müəyyənləşdirilir;
112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin
və hüquqi şəxsin nümayəndəsinin,
müdafiəçinin və nümayəndənin
səlahiyyətləri müəyyən edilir;
112.1.4. iş üzrə icraatda iştirak edən
şəxslərin gəlməmələrinin
səbəbləri araşdırılır və həmin
şəxslərin iştirakı olmadan işə baxılma
və ya işə baxılmanın başqa vaxta
keçirilməsi məsələsi həll edilir;
112.1.5. işin baxılmasında iştirak edən
şəxslərə onların hüquqları və
vəzifələri izah olunur;
112.1.6. edilmiş etirazlar və verilmiş
vəsatətlər həll edilir.
112.2. Aşağıda göstərilən hallarda
işə baxılmanın başqa vaxta keçirilməsi
barədə qərardad qəbul edilir:
112.2.1. əgər etiraz etmə işin mahiyyəti
üzrə baxılmasına mane olursa,
özü-özünə etiraz etmə və ya işə
baxan hakimə, vəzifəli şəxsə, yaxud kollegial
orqanın üzvünə etiraz etmə barədə
ərizə daxil olduqda;
112.2.2. mütəxəssisə, ekspertə və ya
tərcüməçiyə etiraz etmə işin
mahiyyəti üzrə baxılmasına mane olduqda;
112.2.3. işdə iştirak edən şəxsin
gəlməsi və ya əlavə sənədlərin
tələb olunması, yaxud ekspertizanın təyin
edilməsi vacib olduqda.
112.3. Bu Məcəllənin 109.3-cü maddəsinə
müvafiq olaraq iştirakı məcburi olan şəxsin
gətirilməsi barədə qərardad
çıxarılır.
112.4. Bu Məcəllənin 110-cu maddəsinə
müvafiq olaraq işin aidiyyəti üzrə
göndərilməsi barədə qərardad çıxarılır.
112.5. İşə baxılma davam edərsə,
inzibati xəta haqqında protokol, zəruri hallarda isə
işin digər materialları elan edilir. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsin, hüquqi şəxsin
nümayəndəsinin, inzibati xəta haqqında iş
üzrə icraatda iştirak edən digər
şəxslərin, habelə mütəxəssisin
izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar
araşdırılır, işə baxılmada prokuror
iştirak etdikdə, onun rəyi dinlənilir.
Maddə 113. İnzibati xəta
haqqında işə baxma ilə əlaqədar iclas
protokolunun məzmunu
113.1. İnzibati xəta haqqında işə kollegial
orqan və ya məhkəmə tərəfindən
baxılarkən iclas protokolu tərtib olunur.
113.2. İnzibati xəta haqqında işə baxma
ilə əlaqədar iclas protokolunda aşağıdakılar
göstərilir:
113.2.1. işə baxılmanın tarixi və yeri, iclasın başlanma və qurtarma
vaxtı;
113.2.2. işə baxan kollegial orqanın
adı və tərkibi, yaxud hakimin və məhkəmə iclasının katibinin
adı;
113.2.3. baxılan işin qısa məzmunu;
113.2.4. işdə iştirak edən
şəxslərin gəlməsi haqqında məlumatlar;
113.2.5. işdə iştirak edən şəxslərə
onların prosessual hüquq və vəzifələrinin elan
edilməsinə dair məlumatlar;
113.2.6. etirazlar, vəsatətlər və onların
baxılmasının nəticələri;
113.2.7. işə baxılmasında iştirak edən
şəxslərin izahatları və rəyləri;
113.2.8. iclas vaxtı edilmiş çıxışların məzmunu;
113.2.9. işə baxılarkən tədqiq edilən
sənədlər barədə məlumatlar;
113.2.10. yazılı sübutların elan edilməsinə dair
məlumatlar, maddi sübutların müayinəsinə, səs
yazılarının dinlənilməsinə, videoyazılara
baxılmasına dair məlumatlar;
113.2.11. işdə iştirak edən şəxslərə
protokolla tanış olmaq və ona dair qeydlər vermək
hüquqlarının izah olunmasına dair məlumatlar;
113.2.12. protokolun tərtib olunma tarixi.
113.3. Kollegial orqanın iclasının protokolu iclasa
sədrlik edən və katib tərəfindən,
məhkəmə iclasının protokolu isə hakim və məhkəmə
iclasının katibi tərəfindən
imzalanır.
113.4.
Protokol inzibati xəta haqqında işə baxma ilə
əlaqədar iclas qurtardıqdan sonra 5
gündən gec olmayaraq tərtib edilməli və
imzalanmalıdır.
Maddə 114. İnzibati xəta
haqqında işə baxılarkən çıxarılan
qərar (qərardad)
114.1. İnzibati xəta haqqında
işə baxılarkən aşağıdakı məsələlər
barəsində qərar çıxarılır:
114.1.1. inzibati tənbeh vermə
haqqında;
114.1.2. inzibati
cərimənin şərti olaraq tətbiq edilməsi
haqqında;
114.1.3. inzibati xəta haqqında iş
üzrə icraatın dayandırılması haqqında;
114.1.4. inzibati xəta haqqında iş
üzrə icraata xitam verilməsi haqqında.
114.2. İnzibati xəta haqqında iş üzrə
icraata xitam verilməsi haqqında qərar
aşağıdakı hallarda çıxarılır:
114.2.1. bu Məcəllənin 53-cü maddəsində
nəzərdə tutulan hallardan biri mövcud olduqda;
114.2.2. bu Məcəllənin 16.4-cü
maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə
cəlb etmək barədə qərar qəbul edilməsi
üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə;
114.2.3. inzibati xəta haqqında işdə
cinayətin əlamətləri olduqda, iş üzrə
materiallar prokurora, təhqiqat və ya istintaq orqanına
göndərildikdə;
114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə
müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyaya
(kollegial orqana) göndərildikdə.
114.3. İnzibati xəta haqqında işə
baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati
xəta haqqında işin aidiyyəti üzrə hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə)
göndərilməsi barədə qərardad
çıxarılır.
114.4. Səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən inzibati xəta haqqında işə
baxılarkən çıxarılan qərar (qərardad) ciddi
hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda
tərtib olunur. Həmin qərarın (qərardadın)
formaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
Maddə 115. İnzibati xəta
haqqında iş üzrə qərar
115.1. İnzibati xəta haqqında iş üzrə
qərarda aşağıdakılar göstərilir:
115.1.1. qərarı çıxarmış hakimin,
vəzifəli şəxsin vəzifəsi, soyadı, adı,
atasının adı, kollegial orqanın adı və
tərkibi;
115.1.2. işin baxılması tarixi və yeri;
115.1.3. işinə baxılan şəxs haqqında
məlumat, o cümlədən vətəndaşın fərdi
identifikasiya nömrəsi;
115.1.4. işə baxılarkən müəyyən
edilmiş hallar;
115.1.5. inzibati xətaya görə məsuliyyət
nəzərdə tutan bu Məcəllənin müvafiq
maddəsi və inzibati
xətaya görə tətbiq edilən inzibati tənbeh
növü;
115.1.6. inzibati cərimə şərti
olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan
qaldırılması üçün müəyyən
edilmiş müddət və bu müddətdə
hüquqpozma aradan qaldırıldığı təqdirdə,
cərimənin ödənilməməsi barədə qeyd;
115.1.7. iş üzrə icraata xitam
verilməsi və ya dayandırılması üçün əsas
olan bu Məcəllənin müvafiq maddəsi;
115.1.8. qərardan şikayət verilməsi
müddəti və qaydası.
115.2. İnzibati xətaya görə inzibati tənbeh
tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi
zərərin ödənilməsi, həmçinin inzibati həbs
nəzərdə tutan inzibati xəta törətmiş,
narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə
məcburi müalicənin təyin edilməsi məsələləri
hakim tərəfindən həll edilir.
115.3. İnzibati xətaya görə
inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə
ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan
şəxslər barəsində məcburi müalicənin tətbiqi
məsələsi hakim tərəfindən həll edilir.
115.4. İnzibati xəta haqqında iş üzrə
qərarda götürülmüş əşyalar və
sənədlər barədə məsələlər
aşağıdakı qaydada həll olunmalıdır:
115.4.1. dövriyyədən
çıxarılmamış sənədlər və
əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni
sahibi müəyyən edilmədikdə isə dövlətin
mülkiyyətinə verilməlidir;
115.4.2. dövriyyədən
çıxarılmış əşyalar aidiyyəti
dövlət orqanlarına (qurumlarına)
verilməli, yaxud məhv edilməlidir; [65]
115.4.3. maddi sübut hesab edilən sənədlər
inzibati xəta haqqında işdə müəyyən
edilmiş saxlama müddəti ərzində saxlanılır
və ya sahibinə verilir;
115.4.4. alınmış orden, medal, döş
nişanları onların qanuni sahibinə qaytarılır,
qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilir.
115.5. İnzibati xəta haqqında
iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial
orqanın iclasına sədrlik edən şəxs, habelə
vəzifəli şəxs tərəfindən imzalanır.
Maddə 116.
İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi
116.1. Eyni inzibati xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsi
halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 393-1.2,
393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 – 544,
551.2, 557.2 və 603-cü maddələrində nəzərdə
tutulan inzibati xətanı törətmiş şəxs barəsində
səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin
şərti olaraq tətbiq edilməsi haqqında qərar
çıxarır.[66]
116.2. İnzibati cərimənin
şərti olaraq tətbiq edilməsi haqqında qərarda
şəxsin törətdiyi hüquqpozmanı aradan
qaldırması üçün müddət nəzərdə
tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın
aradan qaldırılmasının mürəkkəbliyi və
bunun üçün əlavə vaxtın tələb
olunması nəzərə alınaraq bir aydan iki ayadək
müəyyən olunur.
116.3. Bu Məcəllənin
116.2-ci maddəsində nəzərdə tutulan müddətdə
hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə
ödənilmir. Əks təqdirdə, inzibati cərimənin
şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə
tutulan cərimə ödənilməlidir. Cərimənin
ödənilməsi şəxsi törətdiyi
hüquqpozmanın aradan qaldırılması öhdəliyindən
azad etmir.
116.4. İnzibati xəta
törətmiş şəxs hüquqpozmanı aradan
qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində
nəzərdə tutulan müddət ərzində inzibati xəta
haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli
şəxsə) bu barədə məlumat verməlidir. Həmin
məlumatın verildiyi gündən bu Məcəllənin
116.2-ci maddəsində nəzərdə tutulan müddətin
axımı dayanır. İşə baxan səlahiyyətli orqan
(vəzifəli şəxs) ona məlumatın verildiyi gündən
5 iş günü müddətində bu məlumatın
düzgünlüyünü araşdırır və
araşdırmanın nəticəsi barədə inzibati xəta
törətmiş şəxsə yazılı bildiriş
göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə,
hüquqpozmanın aradan qaldırılması müddətinin
axımı məlumatın daxil olduğu gündən bərpa
olunur.[67]
Maddə 117. İnzibati xəta
haqqında iş üzrə qərarın elan edilməsi
117.1. İnzibati xəta haqqında iş üzrə
qərar onun baxılmasından dərhal sonra elan olunur.
117.2. Qərarın surəti iki gün
müddətində barəsində qərar qəbul
edilmiş fiziki şəxsə, hüquqi şəxsin
nümayəndəsinə və
zərər çəkmiş şəxsə verilir.
Maddə 118. İnzibati xəta
haqqında iş üzrə qərardad
118.1. İnzibati xəta haqqında qərardadda
aşağıdakılar göstərilir:
118.1.1. qərardad çıxarmış hakimin,
vəzifəli şəxsin vəzifəsi, soyadı, adı,
atasının adı, kollegial orqanın adı və
tərkibi;
118.1.2. ərizənin, vəsatətin, işin
materiallarının baxılma tarixi və yeri;
118.1.3. ərizə, vəsatət vermiş və ya
işinə baxılan şəxs haqqında məlumat;
118.1.4. ərizənin, vəsatətin məzmunu;
118.1.5. ərizəyə, vəsatətə, işin
materiallarına baxılarkən müəyyən edilən
hallar;
118.1.6. ərizəyə, vəsatətə, işin
materiallarına baxılmasının nəticəsi.
118.2. İnzibati xəta haqqında iş üzrə
qərardad onu qəbul etmiş hakim, kollegial orqanın
iclasına sədrlik edən şəxs və vəzifəli
şəxs tərəfindən imzalanır.
Maddə 119. İnzibati
xətanın törədilməsinə kömək edən
səbəbləri və şəraiti aradan qaldırmaq
haqqında təqdimat
119.1. İnzibati xəta haqqında işə baxan
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
inzibati xətanın törədilməsinə kömək
edən səbəbləri və şəraiti müəyyən
etdikdə, müvafiq müəssisə, idarə və
təşkilatlara, vəzifəli şəxslərə
onların aradan qaldırılması üçün
tədbirlər görmək haqqında təqdimat verir.
119.2. Təqdimatın alındığı
gündən bir ay ərzində həmin
müəssisələr, idarələr, təşkilatlar,
habelə vəzifəli şəxslər təqdimat vermiş
hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) görülən tədbirlər haqqında
məlumat verməyə borcludurlar.
Yol hərəkəti qaydaları və yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi qaydaları
əleyhinə olan inzibati xətalar haqqında
işlərə baxılmanın xüsusiyyətləri[68]
Maddə 120. Yol
hərəkəti qaydaları əleyhinə olan inzibati
xətalar haqqında işlərə baxılmanın
ümumi qaydası
Bu Məcəllənin 327 - 348-ci
maddələrində nəzərdə tutulmuş yol
hərəkəti qaydaları əleyhinə olan inzibati
xətalar haqqında işlərə, bu fəsillə müəyyən
edilmiş xüsusiyyətlər nəzərə alınmaqla,
bu Məcəllə ilə müəyyən edilmiş qaydada
baxılır.
Maddə 121. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xəta haqqında iş
üzrə barəsində icraat aparılan şəxsin
səlahiyyətli orqana çağırılmasının
yolverilməzliyi
Bu Məcəllənin 122.7, 122.8
və 124.3-cü maddələrində nəzərdə
tutulmuş hallar istisna olmaqla, yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xəta haqqında iş
üzrə barəsində icraat aparılan şəxsin
səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən çağırılması qadağandır.
Maddə 122. İnzibati xəta
hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik
xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edildikdə icraatın aparılması qaydası
122.1. Bu Məcəllənin 327.1
- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və
469.3-cü maddələrində nəzərdə tutulmuş
xətalar foto və ya video qeydiyyat funksiyalarına malik
xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edildikdə, xüsusi texniki vasitələrin məlumatları
müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminin proqram təminatı əsasında real vaxt
rejimində elektron formada birbaşa həmin mərkəzi
informasiya sisteminə ötürülür, inzibati
xətanı törətmiş şəxsin iştirakı
olmadan real vaxt rejimində, “Elektron imza və elektron
sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada elektron sənəd
şəklində inzibati tənbeh vermə haqqında elektron
qərar çıxarılır və
həmin mərkəzi informasiya sisteminin müvafiq
səlahiyyətli əməkdaşının elektron
imzası ilə təsdiqlənir. Təsdiq
edilmiş həmin qərar real vaxt rejimində,
xüsusi texniki vasitələrin məlumatları əlavə
edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti
orqanının informasiya sisteminə göndərilir.[69]
122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat
vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına
dair müqavilə və ya
nəqliyyat vasitəsindən istifadə etmə və ya ona
dair sərəncam vermə hüquqları ilə bağlı
etibarnamə əsasında sonuncu dəfə təkrar
dövlət qeydiyyatından keçirilərkən qeydiyyata
götürülmüş şəxs, hüquqi
şəxsin mülkiyyətində və ya
istifadəsində, yaxud dövlət qurumunun
istifadəsində olan nəqliyyat
vasitəsinin sürücüsü, belə məlumat
olmadıqda isə nəqliyyat vasitəsinin
mülkiyyətçisi olan fiziki şəxs)
barəsində tərtib edilir.[70]
122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu
Məcəllənin 115.1-ci
maddəsində nəzərdə tutulanlarla yanaşı
aşağıdakılar göstərilir: [71]
122.3.1. inzibati xətanın
aşkar edilməsində istifadə olunmuş xüsusi texniki
vasitələrlə əldə edilən məlumatlar (inzibati
xəta hadisəsinin baº verdiyini və hansı nəqliyyat
vasitəsinin sürücüsü tərəfindən
törədildiyini sübut edən foto və ya video materiallar
əlavə edilməklə);
122.3.2. inzibati xəta haqqında
elektron protokolla əlaqədar vəsatət verilməsi
qaydası;[72]
122.3.3. inzibati cərimənin
məbləği və ödənilməsi qaydası.
122.4. İnzibati xəta
hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü
maddələrində nəzərdə tutulmuş xəta
hadisəsinin həmçinin videoyazısı həmin inzibati
xəta haqqında is üzrə icraat başa
çatanadək və hər bir halda inzibati xəta
haqqında iş üzrə qərar barədə bu
Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan
üç aydan az olmayan müddətdə
saxlanılmalıdır.[73]
122.5. Foto və ya
video qeydiyyat funksiyalarına malik xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edilmiş
inzibati xətalara görə nəqliyyat vasitəsini
dayandıraraq, törədilmiş belə xətalar
haqqında inzibati xəta haqqında protokol tərtib etmək
və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar
çıxarmaq qadağandır. Bütün foto və ya
video qeydiyyat funksiyalarına malik xüsusi texniki
vasitələr müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin
texniki vasitələrin köməyi ilə aşkar edilmiş
inzibati xətalar haqqında yalnız bu Məcəllənin
122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada
elektron qərar çıxarılır.[74]
122.6. Barəsində bu
Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı
maddələrində nəzərdə tutulmuş qaydada
inzibati tənbeh vermə haqqında qərar
çıxarılmış şəxs bu
Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü
maddələrində müəyyən olunmuş qaydada
məlumatlandırıldığı vaxtdan təyin
olunmuş cəriməni ödəyə bilər.[75]
122.7. Barəsində bu
Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı
maddələrində nəzərdə tutulmuş qaydada
inzibati tənbeh vermə haqqında qərar
çıxarılmış şəxs inzibati xətanın
törədilməsi zamanı nəqliyyat vasitəsinin
digər şəxsin sahibliyində və ya istifadəsində
olması, yaxud digər şəxslərin qanunsuz
əməlləri nəticəsində onun sahibliyindən
çıxması ilə bağlı və ya digər
səbəbdən qərarla razılaşmadığı
hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci
maddəsində nəzərdə tutulmuş qaydada yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə) və
ya məhkəməyə şikayət verə bilər.
Şikayət verən şəxs inzibati xətanın
törədilməsi zamanı nəqliyyat vasitəsini kimin
idarə etdiyinə dair ehtimalını şikayətdə
göstərə bilər. Şikayətdə
göstərilən məlumatlar təsdiq olunarsa, inzibati
tənbeh vermə haqqında qərar ləğv edilir və
inzibati xətanı törətmiş şəxsin inzibati
məsuliyyətə cəlb edilməsi üçün
müvafiq tədbirlər görülür.[76]
122.8. İnzibati tənbeh vermə
haqqında elektron qərardan şikayət vermiş
şəxsin tələbi ilə ona həmin inzibati
xətanın qeydə alınmasının texnologiyası
əyani şəkildə göstərilməlidir.[77]
Maddə 123. Foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələrin
köməyi ilə aşkar edilən və hüquqi
şəxsə (dövlət qurumuna) məxsus
nəqliyyat vasitəsinin istifadəçisi
tərəfindən törədilən inzibati xəta
haqqında iş üzrə icraatın aparılması
qaydası[78]
123.1. Bu Məcəllənin
122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar
hüquqi şəxsin mülkiyyətində və ya
istifadəsində, yaxud dövlət qurumunun
istifadəsində olan nəqliyyat
vasitəsinin sürücüsü tərəfindən
törədildikdə və müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində inzibati
xətanın törədilməsi zamanı nəqliyyat
vasitəsini idarə etmək hüququna malik fiziki şəxs
barədə məlumat olmadıqda, həmin hüquqi
şəxsə (dövlət qurumuna)
səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən bu barədə dərhal sorğu göndərilir.[79]
123.2. Hüquqi
şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli
şəxsi sorğunu rəsmi
qaydada aldığı vaxtdan 5 gün müddətində
inzibati xətanın törədilməsi zamanı
nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki
şəxs barədə səlahiyyətli orqana
(vəzifəli şəxsə) məlumat verməlidir.
Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı
aldığı vaxtdan 3 gün müddətində
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib
edir. İnzibati tənbeh vermə haqqında qərar həmin
günün sonunadək müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sistemində yerləşdirilir və
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin qərar barədə bu
Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumat verilir.[80]
123.3. Bu Məcəllənin
123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya
cavab verməyən hüquqi şəxs, yaxud
dövlət qurumunun vəzifəli şəxsi bu
Məcəllənin 347-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətanın törədilməsinə
görə məsuliyyətə cəlb olunur. Hüquqi
şəxsin, yaxud dövlət qurumunun
vəzifəli şəxsinin
məsuliyyətə cəlb olunması onu müvafiq
məlumatı təqdim etmək vəzifəsindən, fiziki
şəxsi isə törətdiyi əmələ
görə məsuliyyətdən azad etmir.[81]
Maddə 124. İnzibati xəta
hadisəsi səlahiyyətli vəzifəli şəxs
tərəfindən bilavasitə aşkar edildikdə
icraatın aparılması qaydası
124.1. İnzibati xətalar
haqqında işlərə baxmaq hüququ rayon
(şəhər) məhkəmələrinə aid edilmiş
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar
səlahiyyətli vəzifəli şəxs
tərəfindən bilavasitə aşkar edildikdə, bu
Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati
xəta haqqında protokol tərtib edilir və baxılmaq
üçün məhkəməyə göndərilir.
Məhkəmə inzibati xəta haqqında iş üzrə
qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu
mərkəzi informasiya sisteminə yerləşdirilməsi
üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı
daxil olduğu gün mərkəzi informasiya sisteminə
yerləşdirir. Barəsində inzibati xəta haqqında
iş üzrə qərar çıxarılmış
şəxs həmin qərar barədə bu
Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırılır.
124.2. İnzibati xətalar
haqqında işlərə baxmaq hüququ səlahiyyətli
orqana (vəzifəli şəxsə) aid edilmiş yol
hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar
səlahiyyətli vəzifəli şəxs
tərəfindən bilavasitə aşkar edildikdə və
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs inzibati xəta hadisəsinin
mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh
tətbiq etmə haqqında qərar çıxarılır.
124.3. Barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan
şəxs inzibati xəta hadisəsinin mövcudluğu
ilə razılaşmadıqda, səlahiyyətli
vəzifəli şəxs inzibati xəta haqqında protokol
tərtib edir.
124.4. İnzibati tənbeh
tətbiq etmə haqqında qərar və ya inzibati xəta
haqqında protokol operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompüter vasitəsilə
tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda
həmin günün sonunadək müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində
yerləşdirilir və barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə
bu Məcəllənin 125.2.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada bu barədə məlumat
verilir. İnzibati tənbeh tətbiq etmə haqqında
qərarın və ya inzibati xəta haqqında protokolun
kağız daşıyıcıda surəti
səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən yerindəcə barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan
şəxsə, həmçinin belə müraciəti
olduqda inzibati xəta haqqında iş üzrə zərər
çəkmiş şəxsə verilir. Bu
Məcəllənin 124.3-cü maddəsində
nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında
protokol baxılması üçün yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə)
göndərilir. Yuxarı səlahiyyətli orqan
(vəzifəli ºəxs) tərəfindən həmin
iº üzrə qəbul edilən qərar qəbul edildiyi
gün müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sistemində yerləşdirilir və
barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan şəxsə həmin qərar barədə bu
Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumat verilir.
124.5. Bu Məcəllənin 346.1
və ya 346.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxs
nəqliyyat vasitəsinin yanında olmadığı
və həmin nəqliyyat vasitəsi yol hərəkəti
və piyadaların hərəkətinə maneə
yaratdığı hallarda, habelə bu Məcəllənin
346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati
xəta törətmiş şəxsin iştirakı olmadan
foto və ya video çəkiliş aparılmaqla nəqliyyat
vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib
edilir və nəqliyyat vasitəsi mühafizə edilən
duracağa aparılır. Bu halda inzibati tənbeh
vermə haqqında qərarda”
nəqliyyat vasitəsinin aparıldığı
duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ
nəqliyyat vasitəsində quraşdırılmış
bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemində yerləşdirilir və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə həmin qərar
barədə bu Məcəllənin 125.2-ci maddəsində
nəzərdə tutulmuş qaydada məlumat verilir. [82]
Qeyd: Bu Məcəllənin 124.5-ci
maddəsində “yol hərəkəti və piyadaların
hərəkətinə maneə yaratdığı hallar”
dedikdə dayanma və ya durma qaydalarını pozmuş
nəqliyyat vasitəsinin mühafizə olunan duracağa
aparılmamasının tıxac yaranmasına və digər
nəqliyyat vasitələrinin və piyadaların hərəkətini
mühüm dərəcədə
məhdudlaşdırılmasına səbəb olduğu
hallar başa düşülür.[83]
124.6. Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və
346-1.4-cü
maddələrində nəzərdə tutulmuş inzibati
xətanı törətmiş şəxs nəqliyyat
vasitəsinin yanında olmadığı və nəqliyyat
vasitəsinin mühafizə edilən duracağa
aparılması mümkün olmadığı hallarda
inzibati xəta törətmiş şəxsin iştirakı
olmadan foto və ya video çəkiliş aparılmaqla,
nəqliyyat vasitəsinin istifadəçisi barədə
inzibati tənbeh vermə haqqında qərar tərtib
edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və
hansı nəqliyyat vasitəsinin sürücüsü
tərəfindən törədildiyini sübut edən foto
və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti
nəqliyyat vasitəsinin ön şüşəsinə
qoyulur. İnzibati tənbeh vermə haqqında
qərar operativ nəqliyyat
vasitəsində quraşdırılmış bort-kompüter
vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya
sistemində yerləşdirilir və barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan
şəxsə həmin qərar
barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci
maddələrində nəzərdə tutulmuş qaydada
məlumat verilir. [84]
Maddə 125. İnzibati xəta
haqqında protokol və inzibati xəta haqqında iş
üzrə qərar barədə məlumatlandırma
125.1. Müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə
yerləşdirilmiş inzibati xəta haqqında protokol və
ya inzibati xəta haqqında iş üzrə qərar
həmin anda elektron qaydada, həmçinin müvafiq icra
hakimiyyəti orqanının informasiya sisteminə
yerləşdirilir.
125.2. İnzibati xətanı
törətmiş nəqliyyat vasitəsinin
istifadəçisi (həmçinin mülkiyyətində
və ya istifadəsində olan nəqliyyat vasitələri
ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat
vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati
xəta haqqında protokol və inzibati xəta haqqında
iş üzrə qərar barədə
aşağıdakı qaydada məlumatlandırılır:[85]
125.2.1. müvafiq icra
hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta
haqqında protokolu və ya
inzibati xəta haqqında iş üzrə qərarı
və onların əlavələrini hər bir nəqliyyat
vasitəsinin istifadəçisi üçün internet
informasiya resursunda yaradılmış elektron kabinetə
dərhal yerləşdirir və barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan şəxsin
elektron ünvanına (olduğu halda) göndərir;[86]
125.2.2. eyni zamanda müvafiq icra
hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat
vasitəsi istifadəçisinin elektron
kabinetində olan mobil telefon
nömrəsinə inzibati xəta törətməsi,
törətdiyi xətanın qısa məzmunu, xətanın
törədildiyi yer və vaxt, bu Məcəllənin hansı
maddəsinə əsasən inzibati məsuliyyətə
cəlb olunması, cərimənin məbləği, inzibati
xəta haqqında elektron protokolun və ya inzibati xəta
haqqında iş üzrə qərarın nömrəsi,
həmin sənədlə və ona əlavə edilmiş
materiallarla tanış ola biləcəyi elektron kabinetin
internet ünvanı və daxilolma qaydası barədə
ödənişsiz SMS məlumatı dərhal göndərir;[87]
125.2.3. inzibati tənbeh vermə
haqqında elektron qərar əlavə edilmiş materiallarla
birlikdə müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sistemi tərəfindən kağız
daşıyıcıda çap olunaraq, bu
Məcəllənin 57-ci maddəsində nəzərdə
tutulmuş rəsmi qaydada verilməsi üçün 2
gün ərzində müvafiq icra hakimiyyəti orqanına
göndərilir.[88]
125.3. Nəqliyyat vasitəsinin
istifadəçisi üçün internet informasiya resursunda
yaradılmış elektron
kabinetdə şəxsin hansı tarixdə
inzibati xəta haqqında protokol və ya inzibati xəta
haqqında iş üzrə qərar barədə bu
Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində
nəzərdə tutulmuş qaydada məlumatlandırılması
haqqında qeyd yerləşdirilməlidir Müvafiq icra hakimiyyəti orqanının informasiya
sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində
nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat
vasitəsinin istifadəçisinə
çatdırıldığı vaxt barədə
məlumatı müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sisteminə göndərməlidir. SMS
məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə
çatdırıldığı vaxt barədə
məlumat, həmçinin nəqliyyat vasitəsinin
istifadəçisinin elektron kabinetinə yerləşdirilir
və onun elektron ünvanına (olduğu halda)
göndərilir.[89]
125.4. Foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələrin
köməyi ilə aşkar edilmiş inzibati xətalara
görə çıxarılmış inzibati tənbeh vermə
haqqında elektron qərarın bu Məcəllənin 57-ci
maddəsində nəzərdə tutulmuş qaydada “Poçt
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş sifarişli poçt
göndərişi vasitəsilə rəsmi
çatdırılması barədə məlumatlar 1 gün
müddətində müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müvafiq icra hakimiyyəti
orqanlarının informasiya sistemlərinə göndərilir.[90]
125.5. “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci
maddəsinin II hissəsinin 1-ci bəndində
nəzərdə tutulmuş nəqliyyat vasitəsini
dövlət qeydiyyatından keçirərkən fiziki
şəxslər qeydiyyatda olduğu və
yaşadığı ünvanı, mobil telefon nömrəsini
və olduğu halda elektron ünvanını və
sürücülük vəsiqəsinin nömrəsini,
hüquqi şəxslər (dövlət qurumları) isə
nəqliyyat vasitəsinin idarə edilməsini həvalə
etdiyi şəxsin (nəqliyyat vasitəsi
sürücüsünün) müvafiq məlumatlarını
dövlət qeydiyyatını həyata keçirən orqana
verməli və həmin məlumatlar dəyişdikdə,
onları 3 gün müddətində
yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı
məlumatların telefon, poçt və internet
vasitəsilə elektron qaydada verilməsi və
yenilənməsi üçün müvafiq imkanların
olmasını təmin etməlidir.[91]
125.6.
Müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminə daxil edilmiş, bu Məcəllənin 125.4
və 125.5-ci maddələrində nəzərdə
tutulmuş məlumatlar
müvafiq icra hakimiyyəti orqanının informasiya
sisteminə də göndərilir.
125.7. Elektron
kabinetdə şəxsə aid, qüvvədə olan (icra
olunmamış, ödənilməmiş) inzibati xəta
haqqında iş üzrə qərar və ya yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xəta,
yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xəta haqqında protokol yoxdursa, o, həmin
tarixə bu barədə çap və ya elektron formada
çıxarış əldə edə bilər.[92]
125.8. İnzibati
xəta haqqında elektron protokol və ya inzibati xəta
haqqında iş üzrə qərar elektron kabinetdə
yerləşdirilməyənədək onun icra olunması (o
cümlədən cərimə növündə inzibati tənbeh
tədbirinin ödənilməsi, dəbbə pulunun
hesablanması) tələb edilə bilməz, həmin səbəbdən
nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul
edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq
duracağa gətirilə bilməz.[93]
Maddə 126. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayətə
baxılma qaydası
126.1. Barəsində inzibati
xəta haqqında iş üzrə qərar qəbul
edilmiş şəxs inzibati xəta törətməsi
barədə bu Məcəllənin 125.2.2-ci
maddəsində və ya 125.2.3-cü maddəsində (elektron
kabinetdə mobil telefon nömrəsi olmadığı halda)
müəyyən olunmuş qaydada
məlumatlandırıldığı vaxtdan 20 gün
müddətində yuxarı səlahiyyətli orqana
(vəzifəli şəxsə) və ya
məhkəməyə şikayət edə bilər.
Şikayət şəxsən verilə və ya poçt, yaxud
internet vasitəsilə göndərilə bilər.[94]
126.2. Yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə) inzibati xəta
haqqında iş üzrə qərardan şikayət
verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli
şəxs) videomüşahidə vasitələrinin qeydə
aldığı videoyazıya baxış
keçirməklə və araşdırma aparmaqla
qərarın ləğv edilməsi üçün
əsaslar müəyyən etdikdə, inzibati xəta
haqqında iş üzrə qərarı ləğv edir,
belə əsaslar müəyyən olunmadıqda isə
inzibati xəta haqqında iş üzrə qərarın
dəyişdirilmədən saxlanılması barədə
qərar qəbul edilir.
126.3. Bu Məcəllənin
126.2-ci maddəsində nəzərdə tutulmuş
qərarlar müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sistemində yerləşdirilir və
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin qərar
barədə bu Məcəllənin 125.2-ci maddəsində
nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 127. Yol
hərəkəti qaydaları əleyhinə olan inzibati
xətaların törədilməsinə görə inzibati
cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərarın icra edilməməsi ilə
əlaqədar xətalar üzrə icraatın
aparılması qaydası
Bu Məcəllənin 529.3-cü
maddəsində nəzərdə tutulmuş inzibati
xətanı törətmiş şəxs bu
Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırılmaqla, onun
iştirakı olmadan barəsində inzibati xəta haqqında
protokol tərtib edilir və müvafiq sənədlərlə
birlikdə baxılmaq üçün aidiyyəti üzrə
məhkəməyə göndərilir.
Maddə 127-1. İriqabaritli və ya ağırçəkili
nəqliyyat vasitələrinin icazə verilən çəki
və yüklə birlikdə oxa düşən kütlə
parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil
yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta
hadisəsi elektron tərəzilər və foto və ya
videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi
ilə aşkar edildikdə icraatın aparılması
qaydası
127-1.1. Bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanın törədilməsi
ilə
əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə
olan nəqliyyat vasitəsinin çəki və kütlə
parametrlərini ölçən və yol
örtüyünün altında yerləşən xüsusi
texniki vasitələrin (elektron tərəzilərin) məlumatları
əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada tərtib edilir. Bütün elektron tərəzilər
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə inteqrasiya edilməlidir.[95]
127-1.2. İnzibati tənbeh vermə haqqında
elektron qərar çəki və yüklə birlikdə
oxa düşən kütlə parametrlərinə dair tələblərin
pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin
məlumatları əlavə edilməklə elektron qaydada dərhal
müvafiq icra hakimiyyəti
orqanının və ya müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun ən yaxın nəzarət
məntəqəsinə göndərilir.[96]
127-1.3. Bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanın törədildiyi
nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti
orqanının əməkdaşı tərəfindən
nəzarət məntəqəsində saxlanılır və
inzibati
tənbeh vermə haqqında elektron qərarın və
xüsusi texniki vasitələrin məlumatlarının
kağız daşıyıcıda surətləri nəqliyyat
vasitəsini idarə edən şəxsə təqdim olunur.[97]
127-1.4. Saxlanılmış nəqliyyat
vasitəsinin çəki və kütlə parametrləri nəzarət
məntəqəsində quraşdırılmış
xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat
vasitəsini idarə edən şəxsin iştirakı ilə
müvafiq icra hakimiyyəti orqanının və müvafiq
icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları
tərəfindən ölçülür və məlumatlar
real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sisteminə ötürülür.[98]
127-1.5. Hərəkətin davam etdirilməsi
üçün yükgöndərən
(daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən
normadan artıq yükün boşaldılması və
yükün digər nəqliyyat vasitəsilə
daşınması təmin edilməlidir.
127-1.6. Nəqliyyat vasitəsində olan
normadan artıq yükün boşaldılması və digər
nəqliyyat vasitəsilə daşınması təmin
edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin
çəki və kütlə parametrləri nəzarət məntəqəsində
quraşdırılmış xüsusi texniki vasitələrlə
saxlanılmış nəqliyyat vasitəsini idarə edən
şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti
orqanının və müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun əməkdaşları
tərəfindən ölçülərək göstəricilər
real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sisteminə ötürülür.[99]
127-1.7. Bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanı törətmiş
nəqliyyat vasitəsini idarə edən şəxs inzibati cəriməni
(müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla)
və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində
saxlanılması üçün haqqı həmin yerdə
bank və ya ödəmə terminalı vasitəsilə
ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat
vasitəsi onu idarə edən şəxsə dərhal
qaytarılır.[100]
127-1.8. Müvafiq icra hakimiyyəti
orqanı və müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum inzibati cəriməni və nəqliyyat
vasitəsinin nəzarət məntəqəsində
saxlanılması üçün haqqı nəzarət məntəqəsində
bank və ya ödəmə terminalı vasitəsilə
ödəmək üçün şərait yaratmalıdırlar.[101]
127-1.9. Saxlanılmış nəqliyyat
vasitəsi nəzarət məntəqəsində
quraşdırılmış xüsusi texniki
vasitələrlə bu Məcəllənin 127-1.4-cü maddəsinə
uyğun olaraq ölçülən zaman nəqliyyat
vasitəsinin icazə verilən çəki və
yüklə birlikdə oxa düşən kütlə
parametrlərinə dair tələblər pozulmamaqla
yüklənməsi müəyyən edildikdə,
saxlanılmış nəqliyyat vasitəsi
hərəkətin davam etdirilməsi üçün
dərhal onu idarə edən şəxsə qaytarılır.[102]
Maddə 127-2. Parklanmaya görə
ödənişin edilməməsi və ya parklanma yerindən
ödəniş edilmiş müddətdən artıq istifadə
üçün əlavə ödənişin edilməməsi,
habelə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma
yerində saxlanılması ilə əlaqədar inzibati xəta
hadisəsi parkomatlar və foto və ya video qeydiyyat
funksiyalarına malik texniki vasitələrin köməyi ilə
aşkar edildikdə icraatın aparılması qaydası[103]
127-2.1. Bu Məcəllənin
346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh
vermə haqqında elektron qərar parklanma yerlərində
quraşdırılmış parkomatlar və foto və ya
video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
məlumatları əsasında bu Məcəllənin 122.1-ci
maddəsində nəzərdə tutulmuş qaydada tərtib
edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq
icra hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminin proqram təminatı əsasında həmin mərkəzi
informasiya sisteminə inteqrasiya edilməlidir.
127-2.2. Parklanma yerlərində
quraşdırılmış parkomat və foto və ya video
qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma
müddətinə (parklanma yerinə daxil olması və
oranı tərk etməsinə) və parklanmaya görə
edilmiş və ya edilməmiş ödənişlərə,
habelə 24 saatdan artıq müddətdə parklanma yerində
saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminin proqram təminatı əsasında real vaxt
rejimində elektron formada birbaşa həmin mərkəzi
informasiya sisteminə ötürülür.
127-2.3. Bir parklanma
üçün müəyyən edilmiş 24 saatlıq
parklanma müddəti bitdikdən sonra 1 saat ərzində nəqliyyat vasitəsinin istifadəçisinə
bu Məcəllənin 125.2.2-ci maddəsinə uyğun olaraq məlumat
verilir.[104]
127-2.4. Bu Məcəllənin
346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın
törədilməsi barədə bu Məcəllənin
122.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında
elektron qərar çıxarıldıqdan
sonra həmin nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
ən yaxın mühafizə olunan duracağına
aparılması üçün bu barədə məlumat
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) əməkdaşına
ötürülür. Bu cür nəqliyyat vasitələrinin
müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) ən yaxın mühafizə
olunan duracağına aparılması təmin edilir və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə bu Məcəllənin 125.2-ci maddəsində
nəzərdə tutulmuş qaydada bu barədə məlumat
verilir.[105]
127-2.5. Bu Məcəllənin
346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı
törətmiş nəqliyyat vasitəsinin istifadəçisi
inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə
pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin mühafizə
olunan duracağa gətirilməsi və orada saxlanılması
üçün haqqı həmin yerdə bank və ya ödəmə
terminalı vasitəsilə ödəyə bilər. Bu halda nəqliyyat
vasitəsi dərhal onun istifadəçisinə
qaytarılır.
127-2.6. müvafiq
icra hakimiyyəti orqanı müəyyən etdiyi orqan (qurum) inzibati cəriməni və nəqliyyat vasitəsinin
mühafizə olunan duracaqda saxlanılması
üçün haqqı həmin duracaqda bank və ya ödəmə
terminalı vasitəsilə ödəmək üçün
şərait yaratmalıdır.
FƏSİL 17
İnzibati xəta haqqında iş üzrə
qərara yenidən baxılma
Maddə 128. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya
protest vermək hüququ
128.1. Barəsində qərar
çıxarılmış fiziki şəxs, yetkinlik
yaşına çatmayanların qanuni nümayəndəsi,
hüquqi şəxsin nümayəndəsi, zərər
çəkmiş şəxs, müdafiəçi və
nümayəndə, həmçinin bu Məcəllənin
43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli
şəxs inzibati xəta haqqında iş üzrə
qərardan şikayət, prokuror isə protest verə
bilər.[106]
128.2. İnzibati xəta haqqında iş üzrə
qərardan şikayət və ya protest
aşağıdakı məhkəməyə və ya
səlahiyyətli orqana (vəzifəli şəxsə)
verilir:
128.2.1. hakimin qərarından - apellyasiya instansiyası
məhkəməsinə;
128.2.2. kollegial orqanın qərarından - kollegial
orqanın olduğu yerin məhkəməsinə;
128.2.3. səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qərarından - yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.
Maddə 129. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya
protest vermə qaydası
129.1. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya
protest aşağıdakı qaydada verilir:
129.1.1. hakimin qərarından
apellyasiya instansiyası məhkəməsinə verilən
şikayət və ya protest - həmin qərarı qəbul
etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya
instansiyası məhkəməsinə;
129.1.2. kollegial orqanın
qərarından məhkəməyə verilən
şikayət və ya protest -
birbaşa kollegial orqanın olduğu yer üzrə rayon
(şəhər) məhkəməsinə; [107]
129.1.3. səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından
məhkəməyə verilən şikayət -
şikayət verən şəxsin yaşayış yeri
və ya hüquqi şəxsin ünvanının olduğu
yer üzrə rayon (şəhər)
məhkəməsinə;
129.1.4. səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından
məhkəməyə verilən protest - səlahiyyətli
orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
129.1.5. səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından
yuxarı səlahiyyətli orqana (vəzifəli
şəxsə) verilən şikayət - yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə).
129.2. Bu Məcəllənin
129.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda
hakim şikayətin daxil olduğu gündən üç
gün müddətində şikayəti və ya protesti
iş üzrə bütün materiallarla birlikdə apellyasiya
instansiyası məhkəməsinə göndərir.
129.3. İnzibati həbs tənbeh
növünün tətbiqi barədə qərardan
şikayət və ya protest apellyasiya instansiyası
məhkəməsinə şikayətin və ya protestin daxil
olduğu gün göndərilir.
129.4. Şikayətə və ya
protestə baxılma hakimin, orqanın (vəzifəli
şəxsin) səlahiyyətinə aid olmadıqda,
şikayət və ya protest üç gün
müddətində aidiyyəti üzrə göndərilir.
129.5. İnzibati xəta haqqında
iş üzrə qərardan verilən şikayətdən
dövlət rüsumu tutulmur.
Maddə 130. Qərardan
şikayət və ya protest vermə müddətləri
130.1. Bu Məcəllənin 126.1-ci
maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, qərarın surəti bu
Məcəllənin 57-ci maddəsində nəzərdə
tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün
müddətində inzibati xəta haqqında iş
üzrə qərardan şikayət və ya protest verilə bilər.[108]
130.2. Bu Məcəllənin 130.1-ci maddəsində
nəzərdə tutulmuş müddət üzrlü
səbəbdən buraxıldıqda, şikayət və ya protest verən
şəxsin vəsatəti ilə bu müddət hakim,
səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən bərpa edilir.
130.3. Buraxılmış müddətin bərpası
qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti
rədd etmə haqqında qərardad qəbul edilir.
Maddə 131. İnzibati xəta haqqında
iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxılma müddətləri
131.1. İnzibati xəta haqqında iş üzrə
qərardan verilən şikayətə və ya protestə
daxil olduğu gündən on gün müddətində
baxılır.
131.2. İnzibati xəta törədən şəxs
barəsində inzibati həbs tənbeh növü tətbiq
edildikdə, inzibati həbs barəsində verilmiş
qərardan şikayətə və ya protestə həmin
şikayətin və ya protestin verildiyi vaxtdan bir gün
müddətində baxılır.
Maddə 132. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxmağa
hazırlıq
132.1. İnzibati xəta haqqında iş üzrə
qərardan verilən şikayətə və ya protestə
baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən
aşağıdakı məsələlər həll edilir:
132.1.1. inzibati xəta haqqında iş həmin hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə)
aiddirmi;
132.1.2. inzibati xəta haqqında iş üzrə
icraatı rədd edən hallar mövcuddurmu;
132.1.3. vəsatətlərə baxılır,
zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar
tələb olunur, şikayətə və ya protestə
baxılma üçün lazım olan şəxslər
çağırılır.
132.2. Şikayətə və ya protestə baxılma
hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) səlahiyyətinə aid olmadıqda,
şikayət və ya protest bütün materiallarla
birlikdə aidiyyəti üzrə göndərilir.
Maddə 133. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxılma
133.1. İnzibati xəta haqqında iş üzrə
qərardan verilən şikayətə və ya protestə
hakim və ya vəzifəli şəxs tərəfindən
təkbaşına baxılır.
133.2. İnzibati xəta haqqında iş üzrə
qərardan verilən şikayətə və ya protestə
baxılarkən:
133.2.1. şikayətə və ya protestə kim
tərəfindən baxılması, hansı
şikayətə və ya protestə baxılması,
şikayətin kim tərəfindən verilməsi elan olunur;
133.2.2. barəsində inzibati xəta haqqında iş
üzrə qərar qəbul edilən fiziki şəxsin
və ya hüquqi şəxsin nümayəndəsinin,
habelə şikayətə və ya protestə baxılmada
iştirak etmək üçün çağırılmış
digər şəxslərin gəlib-gəlmədiyi
müəyyən edilir;
133.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin
və ya hüquqi şəxsin nümayəndəsinin,
müdafiəçinin və nümayəndənin
səlahiyyətləri müəyyən edilir;
133.2.4. inzibati xəta haqqında iş üzrə
icraatın iştirakçılarının
gəlməməsi səbəbləri
aydınlaşdırılır, şikayətə və ya
protestə həmin şəxslərin iştirakı olmadan
baxılma məsələsi həll edilir, yaxud
şikayətə və ya protestə baxılma təxirə
salınır, şikayətə və ya protestə
baxılma üçün vacib olan şəxslərin
gətirilməsi barədə qərardad qəbul edilir;
133.2.5. şikayətə və ya protestə
baxılmada iştirak edən şəxslərin
hüquqları və vəzifələri onlara izah edilir;
133.2.6. etiraz etmə və ya vəsatət haqqında
müraciətlər həll edilir;
133.2.7. inzibati xəta haqqında iş üzrə
qərardan verilmiş şikayət və ya protest elan edilir;
133.2.8. inzibati xəta haqqında iş üzrə
qərardan verilən şikayətə və ya protestə
baxılarkən qəbul edilmiş qərarın qanuniliyi
və əsaslılığı iş üzrə olan və
əlavə təqdim edilmiş materiallar əsasında
yoxlanılır;
133.2.9. inzibati xəta haqqında iş üzrə
icraatda prokuror iştirak etdiyi hallarda onun rəyi dinlənilir.
Maddə 134. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxılma haqqında
qərar
134.1. İnzibati xəta haqqında iş üzrə
qərardan verilən şikayətə və ya protestə
baxılaraq aşağıdakı qərarlardan biri qəbul
edilir:
134.1.1. qərarın dəyişdirilmədən,
şikayətin və ya protestin isə təmin
edilmədən saxlanılması haqqında;
134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci
maddələri ilə müəyyən edilmiş hallarda
qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın
çıxarılması haqqında;
134.1.3. bu Məcəllənin 53-cü maddəsində
nəzərdə tutulduğu hallarda qərarı ləğv
edərək inzibati xəta haqqında iş üzrə
icraata xitam verilməsi haqqında;
134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı
maddələri ilə müəyyən edilmiş hallarda
qərarın ləğv edilməsi və inzibati xəta
haqqında işin yenidən baxılmaq üçün
hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) göndərilməsi haqqında;
134.1.5. şikayətə və ya protestə
baxılarkən inzibati xəta haqqında iş üzrə
qərarı buna səlahiyyəti çatmayan hakimin,
orqanın (vəzifəli şəxsin) qəbul etdiyi
müəyyən olunduqda, qərarın ləğv
edilməsi və işin aidiyyəti üzrə baxılmaq
üçün göndərilməsi haqqında.
134.2. Şikayətə və ya protestə baxılma
haqqında qərarda bu Məcəllənin 115-ci
maddəsində qeyd edilən məlumatlar göstərilir.
Maddə 135. İnzibati xəta haqqında iş üzrə qərarın
ləğv edilməsi və ya dəyişdirilməsi
üçün əsaslar
135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:
135.1.1. hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr
üzrə mühüm əhəmiyyət kəsb edən
bütün faktiki halların araşdırılmaması;
135.1.2. hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin
işin faktiki hallarına uyğun olmaması;
135.1.3. hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən
müəyyən edilmiş iş üçün əhəmiyyətli
olan halların sübuta yetirilməməsi;
135.1.4. inzibati məsuliyyət
müəyyən edən qanunun normasının düzgün
tətbiq edilməməsi;
135.1.5. tətbiq edilmiş tənbehin
bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə
uyğun olmaması;
135.1.6. bu Məcəllə
ilə müəyyən edilmiş tələblərin
işin hallarının hərtərəfli, tam və obyektiv
araşdırılmasına maneə törədəcək dərəcədə
pozulması.
135.2. İnzibati
xəta haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs), barəsində qərar
qəbul edilmiş şəxsin vəziyyətini
ağırlaşdıran qərarı yalnız bununla əlaqədar
zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində
nəzərdə tutulan vəzifəli şəxsin
şikayəti və ya prokurorun protesti olduqda qəbul edə
bilər.
Maddə 136. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən
şikayət və ya protest barəsində
çıxarılmış qərarın elan edilməsi
136.1. İnzibati xəta haqqında iş üzrə
qərardan verilən şikayət və ya protest haqqında
qərar qəbul edildikdən dərhal sonra elan edilir.
136.2. İnzibati xəta haqqında iş üzrə
qərardan verilən şikayət və ya protest üzrə
qəbul edilmiş qərarın surəti, onun qəbul
olunduğu gündən iki gün müddətində,
barəsində inzibati xəta haqqında iş üzrə
qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi
şəxsin nümayəndəsinə, zərər
çəkmiş şəxsə və ya protest vermiş
prokurora verilir.
136.3. İnzibati həbs haqqında tənbeh
növünün tətbiq edilməsi barədə qərardan
verilən şikayət və ya protest üzrə qərar onu
icra etməli olan səlahiyyətli orqana (vəzifəli
şəxsə), habelə barəsində inzibati həbs
tətbiq edilən şəxsə qərarın qəbul
olunduğu gün verilir.
Maddə 137. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən
şikayət və ya protest üzrə qəbul edilmiş
qərara məhkəmədə yenidən baxılma
137.1. İnzibati xəta haqqında iş üzrə
qərardan verilən şikayət və ya protest üzrə
qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik
yaşına çatmayanın qanuni nümayəndəsi,
hüquqi şəxsin nümayəndəsi, zərər
çəkmiş şəxs, habelə müdafiəçi
və nümayəndə tərəfindən verilən
şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə
bu Məcəllədə
müəyyən edilmiş qaydada və müddətdə
baxılır.
137.2. İnzibati xəta haqqında iş üzrə
qərardan şikayət və ya protest üzrə hakim
(vəzifəli şəxs) tərəfindən qəbul
edilmiş qərardan bu
Məcəllənin 130-cu maddəsində nəzərdə
tutulmuş müddətdə şikayət verilə
bilər.
İnzibati xəta haqqında iş üzrə
qərarın icrası
Ümumi müddəalar
Maddə 138. İnzibati xəta
haqqında iş üzrə qərarın, şikayət ya
protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə
minməsi
138.1. İnzibati xəta haqqında iş üzrə
qərar, habelə şikayət və ya protest üzrə
qəbul edilmiş qərar aşağıdakı hallarda
qanuni qüvvəyə minir:
138.1.1. əgər bu qərardan şikayət və ya
protest verilməmişdirsə, inzibati xəta haqqında
iş üzrə qəbul edilmiş qərardan
şikayətin verilməsi müddətinin bitdiyi gün;
138.1.2. əgər bu qərardan şikayət və ya
protest verilməmişdirsə, inzibati xəta haqqında
iş üzrə qərardan şikayət və ya protest
üzrə hakim (vəzifəli şəxs)
tərəfindən qəbul edilmiş qərardan
şikayətin verilməsi müddətinin bitdiyi gün;
138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə
qəbul edilmiş qərarı elan olunduğu andan
dərhal sonra.