“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 2001-ci il yanvarın 1-dək:

qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin Qanunla təsdiq edilmiş Məcəlləyə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna və bu Qanunla təsdiq edilmiş Məcəlləyə uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc ediləcəyi mətbuat orqanı barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

mülki dövriyyədə olmasına yol verilməyən əşyaların (mülki dövriyyədən çıxarılmış əşyaların) siyahısına dair qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentə təqdim etsin;

mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların) siyahısına dair qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

daşınan əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları haqqında layihələri hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsi və aparılması, habelə bu Fərmanın 1-ci bəndinin yeddinci və 2-ci bəndinin üçüncü və dördüncü abzaslarında  göstərilən reyestrlərin aparılması üçün zəruri olan maliyyə və digər vəsaitlərin ayrılması haqqında təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

"Məhdud məsuliyyətli cəmiyyət haqqında", "Qeyri-kommersiya təşkilatları haqqında" və "Kooperativlər haqqında" Azərbaycan Respublikası qanunlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri hüdudlarında "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, 3 ay müddətində:

"Qiymətli kağızlar haqqında" və "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bütün qiymətli kağızlarla girovun rəsmi reyestri, onun tərtib edilməsi və aparılması qaydaları haqqında layihəni hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının dövlət reyestri, onun tərtib edilməsi və aparılması qaydaları haqqında layihəni hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Müəyyən edilsin ki:[1]

3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü (üçüncü cümlədə), 139-1.1.8-ci və 1076-6.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Məcəllənin 100.2-ci (birinci və ikinci hallarda), 103.2-ci (ikinci cümlədə), 103.5-ci (ikinci cümlədə), 105.4-cü, 144.5-ci, 246.1-ci, 246.2-ci, 246.3-cü, 379.1.3-cü, 398.1-ci (ikinci cümlədə), 710.2-ci və 1076-6.4.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və 209.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq dövlət orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[2]

3.3. həmin Məcəllənin 48.1-ci (birinci cümlədə), 55.7-ci, 59.9-cu, 61.2-ci (birinci və ikinci cümlələrdə) və 61.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:[3]

3.3.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

3.3.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə, habelə təhsil müəssisələrinə münasibətdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi;[4]

3.3.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi;

3.4. həmin Məcəllənin 61.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət büdcəsinə məcburi ödənişlər üzrə borclara münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borclara münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

3.5. həmin Məcəllənin 61.10-cu (dördüncü cümlədə), 139.3-cü, 139-1.1.12-ci, 144.2-1-ci, 144.3-cü (ikinci cümlədə), 146.8-ci (birinci cümlədə), 150.1-ci (ikinci cümlədə) və 748-5-ci (daşınmaz əmlaka münasibətdə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;

3.6. həmin Məcəllənin 139-1.1.1-ci maddəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.7. həmin Məcəllənin 139-1.1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları həyata keçirirlər;

3.8. həmin Məcəllənin 139-1.1.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini şəhər (rayon) icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.9. həmin Məcəllənin 139-1.1.9.1-ci, 139-1.1.9.2-ci (hər iki halda), 139-1.1.10.2-ci, 139-1.1.11-ci və 362.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.10. həmin Məcəllənin 249.3-cü və 997-1.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

3.11. həmin Məcəllənin 609.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

3.12. həmin Məcəllənin 670.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

3.13. həmin Məcəllənin 748-5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini daşınar əmlaka münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə müəyyən edilmiş daşınar əmlakın rəsmi reyestrlərini aparan orqanlar həyata keçirirlər;

3.14. həmin Məcəllənin 1119.2-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

3.15. həmin Məcəllənin 1179.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər;

3.16. həmin Məcəllədə “maliyyə bazarlarına nəzarət orqanı” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

3.17. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil olan məlumatlar, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsinə, habelə ipoteka ilə yüklü edilməsinə dair əqdlərin qeydiyyatı haqqında məlumatlar daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir;

3.18. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qeydiyyata alınan ipoteka kağızları barədə məlumatı 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;[5]

3.19. dövlət və bələdiyyə tərəfindən təhsil müəssisəsi (xüsusi təyinatlı təhsil müəssisəsi istisna olmaqla) publik hüquqi şəxs formasında yaradılır.[6]

4. Dövlət orqanları və yerli özünüidarə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinə ötürə bilməzlər.[7]

5. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumat aşağıdakı mətbu nəşrlərdə dərc edilir: [8]

5.1. qeyri-kommersiya hüquqi şəxsləri, xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri və təhsil müəssisələri haqqında məlumat – “Ədliyyə” qəzetində;[9]

5.2. dini qurumlar haqqında məlumat - “Cəmiyyət və din” qəzetində;

5.3. kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri, publik hüquqi şəxslər, habelə təhsil müəssisələri haqqında məlumat – “Vergilər” qəzetində.[10]

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 avqust 2000-ci il

                  № 386

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

2.       4 avqust 2003-cü il tarixli 906 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 435)

3.       23 oktyabr 2003-cü il tarixli 947 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 552)

4.       17 iyun 2004-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 435)

5.       7 fevral 2005-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 64)

6.       27 may 2005-ci il tarixli 238 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 403)

7.       6 iyul  2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

8.       12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034)

9.       12 mart 2007-ci il tarixli 549 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 228)

10.    21 iyun  2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 606)

11.    23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1110)

12.    28 dekabr 2007-ci il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1246)

13.    20 iyun 2008-ci il tarixli 775 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 493)

14.    5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)

15.    14 may 2009-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  20 may 2009-cu il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 324)

16.    24 may 2010-cu il tarixli 270 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 may 2010-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 399)

17.    27 iyul 2010-cu il tarixli 309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 iyul 2010-cu il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 628)

18.    2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

19.    8 avqust 2011-ci il tarixli 491 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2011-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 751)

20.    1 iyun 2012-ci il tarixli 641 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2012-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 535)

21.    3 iyun 2014-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyun 2014-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 626)

22.    6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464)

23.    14 dekabr 2016-cı il tarixli 1153 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2071)

24.    13 fevral 2017-ci il tarixli 1242 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 fevral 2017-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 186)

25.    17 yanvar 2018-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 18 yanvar 2018-ci il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 43)

26.    5 fevral 2018-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan” qəzeti 9 fevral 2018-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 171)

27.    5 iyul 2018-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 6 iyul 2018-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1448)

28.    10 aprel 2019-cu il tarixli 617 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 aprel 2019-cu il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 617)

29.    22 iyul 2019-cu il tarixli 792 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2019-cu il, № 159)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163) ilə 3-cü bəndinin səkkizinci abzasından “Prezidenti yanında” sözləri və on ikinci abzasından “Prezidentinin yanında” sözləri çıxarılmışdır.

3 iyun 2014-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyun 2014-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 626) ilə 3-cü hissənin ikinci – on dördüncü abzaslar müvafiq olaraq üçüncü – on beşinci abzaslar hesab edilmişdir və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

3 iyun 2014-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyun 2014-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 626) ilə 3-cü hissənin üçüncü abzasın “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 48.1-ci və 61.5-ci maddələrində” sözləri “həmin Məcəllənin 48.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 61.11-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

3 iyun 2014-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyun 2014-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 626) ilə 3-cü hissənin üçüncü abzasın “, 60.1-ci maddəsində nəzərdə tutulmuş “hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqanı”nın” sözləri çıxarılmışdır.

20 iyun 2008-ci il tarixli 775 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 493) ilə 3-cü bəndinin üçüncü abzasından "246.4-cü," sözləri çıxarılmışdır.

27 iyul 2010-cu il tarixli 309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 iyul 2010-cu il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 628) ilə 3-cü bəndinin üçüncü abzasında “və 710.2-ci” sözləri “,710.2-ci və 1078-11.5-ci” sözləri ilə əvəz edilmişdir.

1 iyun 2012-ci il tarixli 641 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2012-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 535) ilə ikinci bənddə “209.1-ci,” sözlərindən sonra “246.1-ci,” sözləri əlavə edilmişdir.

1 iyun 2012-ci il tarixli 641 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2012-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 535) ilə üçüncü bənd ləğv edilmişdir.

12 mart 2007-ci il tarixli 549 nömrəli Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 228) ilə  3-cü bəndin altıncı abzasında "140.1-ci, 142.2-ci, 144.3-cü, 147.5-ci, 148.1-ci, 150.1-ci və 151.1-ci" sözləri "144.3-cü, 148.1-ci və 150.1-ci" sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə 3-cü bəndinin altıncı və səkkizinci abzaslarında ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə, yeddinci abzasında "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin" sözləri "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin" sözləri ilə əvəz edilmişdir.

8 avqust 2011-ci il tarixli 491 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2011-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 751) ilə 3-cü hissəsinə on ikinci bənd əlavə edilmişdir.

1 iyun 2012-ci il tarixli 641 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2012-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 535) ilə on üçüncü bənd əlavə edilmişdir.

6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464) ilə 3-cü hissəsinin on altıncı abzasında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

3 iyun 2014-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyun 2014-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 626) ilə 3-cü hissəyə yeni məzmunda on altıncı və on yeddinci abzaslar əlavə edilmişdir.

14 dekabr 2016-cı il tarixli 1153 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2071) ilə 3-cü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Müəyyən edilsin ki:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[1]

həmin Məcəllənin 48.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 61.11-ci maddəsində, 130.5-ci, 131.1-ci, 131.2-ci, 131.4-cü, 132.2-ci, 134-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın, 60.1-ci maddəsində nəzərdə tutulmuş "hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqanı"nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, onların rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, habelə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər; [1]

həmin Məcəllənin 100.2-ci, 103.2-ci, 103.5-ci, 105.4-cü, 122.1-ci, 209.1-ci, 246.1-ci, 246.2-ci, 246.3-cü, 246.4-cü, 248.1-ci, 379.1.3-cü, 398.1-ci, 710.2-ci və 1078-11.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini ("Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirilmə qaydasında yaradılan səhmdar cəmiyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [1]

həmin Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq dövlət orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [1]

həmin Məcəllənin 129.1-ci, 130.5-ci, 131.1-ci, 131.2-ci, 131.4-cü, 132.2-ci, 133.1-ci, 134-cü və 670.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; [1]

həmin Məcəllənin 144.3-cü, 148.1-ci və 150.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini bütün daşınmaz əmlaka münasibətdə onun mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir; [1]

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatlar, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsinə, habelə girova qoyulmasına dair əqdlərin qeydiyyatı haqqında məlumatlar daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir; [1]

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qeydiyyatını apardığı daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatı mütəmadi olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidir; [1]

daşınmaz əmlakın dövlət reyestri notariuslar tərəfindən daşınmaz əmlakın yüklülüyü ilə bağlı təsdiq edilmiş müqavilələr əsasında tərtib edilir;

notariuslar daşınmaz əmlakın yüklüklüyü ilə bağlı əqdlər barəsində notarial hərəkətləri həyata keçirdikdə, müvafiq əqdlərin surətlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, eyni zamanda dövlətə məxsus daşınmaz əmlakın yüklülüyü ilə bağlı əqdlərin surətlərini Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, göstərilən əmlakın yüklülüyü (əqdlər) qiymətli kağızlar formasında rəsmiləşdirildikdə isə onların surətlərini Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 48 saat müddətində təqdim etməlidirlər;

dövlət mülkiyyətində olan əmlakın yüklülüyünə dair əqdlər yalnız o halda bağlana bilər ki, əqdi bağlayan şəxsin səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilsin; [1]

həmin Məcəllənin 147.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qanunla nəzərdə tutulmuş hallarda və qaydada məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir; [1]

həmin Məcəllənin 362.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir;

həmin Məcəllənin 400.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini müvafiq qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmiş icra hakimiyyəti orqanı həyata keçirir;

həmin Məcəllənin 609.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

həmin Məcəllənin 1033.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir. [1]

həmin Məcəllənin 1179.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri nəzərdə tutulur.[1]

həmin Məcəllənin 1119.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.[1]

həmin Məcəllənin 249.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur. [1]

həmin Məcəllənin 61.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət büdcəsinə məcburi ödənişlər üzrə borclara münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borclara münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; [1]

həmin Məcəllənin 61.10-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;[1]

 

[2] 5 fevral 2018-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan” qəzeti 9 fevral 2018-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 171) ilə 3.2-ci bənddə “105.4-cü,” sözlərindən sonra “144.5-ci,” sözləri əlavə edilmişdir.

 

[3] 22 iyul 2019-cu il tarixli 792 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2019-cu il, № 159) ilə 3.3-cü bəndə “(birinci cümlədə)” sözlərindən sonra “, 55.7-ci, 59.9-cu” sözləri əlavə edilmişdir.

 

[4] 13 fevral 2017-ci il tarixli 1242 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 fevral 2017-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 186) ilə 3.3.2-ci yarımbənddən “, habelə təhsil müəssisələrinə” sözləri çıxarılmışdır.

 

17 yanvar 2018-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 18 yanvar 2018-ci il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 43) ilə 3.3.2-ci yarımbənddə “” sözü “, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə,” sözləri ilə əvəz edilmişdir.

 

[5] 10 aprel 2019-cu il tarixli 617 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 aprel 2019-cu il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 617) ilə 3.18-ci bənd ləğv edilmişdir.

 

[6] 13 fevral 2017-ci il tarixli 1242 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 fevral 2017-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 186) ilə 3.18-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.19-cu bənd əlavə edilmişdir.

5 iyul 2018-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 6 iyul 2018-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1448) ilə 3.19-cu bəndinə “müəssisəsi” sözündən sonra “(xüsusi təyinatlı təhsil müəssisəsi istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[7] 24 may 2010-cu il tarixli 270 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 may 2010-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 399) ilə 4-cü bənd əlavə edilmişdir.

14 dekabr 2016-cı il tarixli 1153 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2071) ilə 4-cü hissədə “hüquqi şəxslərə” sözləri “kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinə” sözləri ilə əvəz edilmişdir.

 

[8] 3 iyun 2014-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyun 2014-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 626) ilə yeni məzmunda 5-ci hissə əlavə edilmişdir.

 

[9] 14 dekabr 2016-cı il tarixli 1153 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2071) ilə 5.1-ci bənddən “və təhsil müəssisələri” sözləri çıxarılmışdır.

 

17 yanvar 2018-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 18 yanvar 2018-ci il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 43) ilə 5.1-ci bənddə “şəxslər” sözü “şəxsləri, xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri” sözləri ilə əvəz edilmişdir.

 

[10] 14 dekabr 2016-cı il tarixli 1153 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2071) ilə 5.3-cü bəndə “şəxslər” sözündən sonra “və publik hüquqi şəxslər, habelə təhsil müəssisələri” sözləri əlavə edilmişdir.

 

13 fevral 2017-ci il tarixli 1242 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 fevral 2017-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 186) ilə 5.3-cü bənddən “, habelə təhsil müəssisələri” sözləri çıxarılmışdır.

 

17 yanvar 2018-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 18 yanvar 2018-ci il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 43) ilə 5.3-cü bənddə “şəxslər və” sözləri “şəxsləri, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri,” sözləri ilə əvəz edilmişdir.