Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasında qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əlİyev

 

Bakı şəhəri, 13 noyabr 2000-ci il

419


 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə

təsdİq edİlmİşdİr

 

 

Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması

 

QAYDASI[1]

 

Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.

1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.[2]

Ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış şəxs (bundan sonra müşayiət olunmayan uşaq) aşkar edildikdə, həmin şəxs barəsində qəyyumluq və himayə orqanlarına müraciət edilir. Qəyyumluq və himayə orqanları müşayiət olunmayan uşağın ölkə ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını dəqiqləşdirir və onun Qaçqın statusu almaq niyyəti vardırsa, bu Qaydaya uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.[3]

Şəxsiyyətini təsdiq edən müvafiq sənədləri və ya Azərbaycan Respublikasının ərazisinə qanuni girişə əsası olmayan "Qaçqın" statusu almaq niyyətində olan şəxs, beynəlxalq hüquq normalarına uyğun olaraq daxili işlər orqanları tərəfindən eyniləşdirmə və zərurət yarandıqda daktiloskopiya prosedurlarını keçir və onun verdiyi məlumatların düzgünlüyü yoxlanılanadək müvəqqəti yerləşdirmə mərkəzində qalır. Belə şəxslər barəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verilir. [4]

Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, habelə Dövlət Sərhəd Xidmətinin struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini üç iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə göndərir. [5]

"Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

Qeyd olunan sənədlərin olmaması "Qaçqın" statusu verilməsi barədə qəbul ediləcək qərara təsir etmir.

Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o, ərizəni müvafiq tibbi sənədlərlə birlikdə özünün səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə təqdim edə bilər.

Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə, o, (müşayiət olunmayan uşaqlar istisna olmaqla) qaçqın statusu verilməsi məsələsi həll edilənə qədər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilir və saxlanılır.[6]

Müşayiət olunmayan uşağa Qaçqın statusu verilməsi məsələsi həll edilənə qədər, qəyyumluq və himayə orqanları onu sosial xidmət müəssisələrində yerləşdirirlər. Müşayiət olunmayan uşaqlar ölkə ərazisində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bərabər tutulur və onların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur, hüquq və mənafeləri qanunvericiliyə uyğun olaraq qorunur.[7]

2. "Qaçqın" statusu almaq niyyətində olan şəxs vəsatətlə müraciət etdiyi dövlət orqanı tərəfindən "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Qayda ilə tanış edilməlidir.

3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.

Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır.

Qaçqın statusu almış şəxslər haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir. [8]

4. Şəxsin "Qaçqın" statusu verilməsi haqqında vəsatətinə baxılmaqdan imtina edildikdə, bu barədə və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə ona Dövlət Miqrasiya Xidmətnin və ya onun yerli orqanları 5 gün müddətində yazılı bildiriş göndərilir.

İmtina haqqında məlumat eyni zamanda Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə, habelə Dövlət Sərhəd Xidmətinə göndərilir. [9]

5. Şəxsin "Qaçqın" statusu verilməsi haqqında vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə, 24 saat ərzində ona və ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindən vəsatətə baxılan müddətədək şəxsiyyətini təsdiq edən xüsusi formada hazırlanmış müvəqqəti şəhadətnamə təqdim edilir.

16 yaşına çatmamış ailə üzvləri haqqında məlumat valideynlərdən birinin, valideynlər olmadıqda isə himayəçinin və yaxud 18 yaşına çatmış, könüllü olaraq davranış, tərbiyə və himayə məsuliyyətini üzərinə götürən qohumlardan birinin şəhadətnaməsinə qeyd olunur.

Müşayiət olunmayan uşağa da müvəqqəti şəhadətnamə verilir. [10]

6. "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət etmiş şəxs və onunla gəlmiş ailə üzvləri səhiyyə və sanitar-epidemioloji nəzarət orqanlarının tələbi ilə haqqını ödəmədən məcburi tibbi baxışdan və zərurət yarandıqda sanitar tənzimləmədən, müalicə-profilaktika müəssisələrində laboratoriya müayinəsindən və vaksinasiyadan keçməlidirlər.

7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır.

Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.

9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

10. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin özü və ailəsi barədə verdiyi bütün məlumatlar və müsahibə vaxtı dedikləri sorğu vərəqinə qeyd edilir.

11. "Qaçqın" statusu verilməsi ilə əlaqədar müraciət edən şəxsin vəsatəti, anketləri, sorğu vərəqələri, profilaktik baxış keçirilməsi haqqında tibbi sənədi və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur.

12. Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu almaq niyyətində olan şəxsin şəxsi işini nəzərdən keçirir və vəsatətin qeydiyyata alındığı gündən bir ay keçənədək şəxsi işin surətini baxılmaq üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərir. [11]

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti bir ay müddətində şəxsi işlə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Dövlət Miqrasiya Xidmətinə bildirir. [12]

13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərsin. [13]

14. Dövlət Miqrasiya Xidməti qəbul olunmuş müvafiq qərarın surətini 5 gün müddətindən gec olmayaraq, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərir.

15. "Qaçqın" statusu almış şəxsə və onun 16 yaşına çatmış ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindən "Qaçqın vəsiqəsi" və Azərbaycan Respublikasından kənarda hərəkət etmək hüquqi verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.[14]

Şəxsə "Qaçqın vəsiqəsi" veriləndə ona "Qaçqın" statusu verilməsi barədə vəsatətə baxılması haqqında müvəqqəti şəhadətnamə Dövlət Miqrasiya Xidməti tərəfindən geri alınır və "Qaçqın" statusu alanın şəxsi işinə daxil edilir.

16. Şəxsə qaçqın vəsiqəsi verilərkən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, eyni zamanda, həmin şəxsi yaşayış yeri üzrə qeydiyyata alır. Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə ilə müəyyən olunmuş sənədləri tələb edir. Yaşayış yeri olmayan qaçqın statusu almış şəxslər yaşayış yeri əldə edənədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar. [15]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 19)

2.       16 avqust 2007-ci il tarixli 617 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 765)

3.       6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 168)

4.       21 avqust 2008-ci il tarixli 815 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Qəzeti, 2008-ci il, 22 avqust 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 722)

5.       9 avqust 2010-cu il tarixli 313 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 10 avqust 2010-cu il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 8, maddə 718)

6.       7 sentyabr 2010-cu il tarixli 322 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 8 sentyabr 2010-cu il, 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 9, maddə 770)

7.       10 may 2011-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 11 may 2011-ci il, 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 5, maddə 378)

8.       1 may 2015-ci il tarixli 508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 2 may 2015-ci il, 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 514)

9.       9 sentyabr 2015-ci il tarixli 589 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 10 sentyabr 2015-ci il, 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 9, maddə 976)

10.    23 fevral 2017-ci il tarixli 1257 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Xalq qəzeti, 24 fevral 2017-ci il, 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 201)

11.    8 may 2017-ci il tarixli 1369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 773)

12.    18 may 2017-ci il tarixli 1411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 may 2017-ci il, 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 815)

13.    6 mart 2018-ci il tarixli 1863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti 7 mart 2018-ci il, 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 413)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 168) ilə mətndə "Dövlətqaçqınkom" sözü ismin müvafiq hallarında "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilmişdir.

 

[2] 9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 19) ilə 1-ci bəndin birinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", habelə Dövlət Sərhəd Xidmətinin" sözləri əlavə edilmişdir.

 

6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 168) ilə 1-ci bəndin birinci abzasında "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra - Dövlətqaçqınkom)" sözləri "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə" sözləri ilə əvəz edilmişdir.

 

8 may 2017-ci il tarixli 1369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 773) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 1-ci hissənin birinci abzasda Milli Təhlükəsizlik Nazirliyi sözləri Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz edilmişdir.

 

6 mart 2018-ci il tarixli 1863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti 7 mart 2018-ci il, 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 413) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 1-ci hissəsinin birinci abzasında sərhəd-nəzarət sözləri dövlət sərhədindən sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 fevral 2017-ci il tarixli 1257 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Xalq qəzeti, 24 fevral 2017-ci il, 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 201) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 1-ci hissənin ikinci-yeddinci abzaslar müvafiq olaraq üçüncü-səkkizinci abzaslar hesab edilmişdir və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[4] 9 sentyabr 2015-ci il tarixli 589 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 10 sentyabr 2015-ci il, 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 9, maddə 976) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 1-ci hissəsinin ikinci abzasın birinci cümləsindən daxili işlər orqanları tərəfindən, zərurət yarandıqdavə onun verdiyi məlumatların düzgünlüyü yoxlanılanadək müvəqqəti yerləşdirmə mərkəzində qalır sözləri çıxarılmışdır.

 

[5] 9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 19) ilə 1-ci bəndin üçüncü abzasında "Milli Təhlükəsizlik Nazirliyinin" sözlərindən sonra müvafiq olaraq ", habelə Dövlət Sərhəd Xidmətinin" sözləri əlavə edilmişdir.

 

8 may 2017-ci il tarixli 1369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 773) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 1-ci hissənin dördüncü abzasda və Milli Təhlükəsizlik Nazirliyinin sözləri , Dövlət Təhlükəsizliyi Xidmətinin sözləri ilə əvəz edilmişdir.

 

[6] 9 sentyabr 2015-ci il tarixli 589 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 10 sentyabr 2015-ci il, 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 9, maddə 976) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 1-ci hissəsinə yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

 

23 fevral 2017-ci il tarixli 1257 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Xalq qəzeti, 24 fevral 2017-ci il, 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 201) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 1-ci hissənin səkkizinci abzasda müraciət etdikdə, o, sözlərindən sonra (müşayiət olunmayan uşaqlar istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[7] 23 fevral 2017-ci il tarixli 1257 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Xalq qəzeti, 24 fevral 2017-ci il, 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 201) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 1-ci hissəsinə yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.

 

[8] 21 avqust 2008-ci il tarixli 815 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Qəzeti, 2008-ci il, 22 avqust 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 722) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü bəndinə yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.

 

7 sentyabr 2010-cu il tarixli 322 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 8 sentyabr 2010-cu il, 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 9, maddə 770) ilə "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü bəndinin üçüncü abzasında "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə" sözləri "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə" sözləri ilə əvəz edilmişdir.

 

[9] 9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 19) ilə 4-cü bəndin ikinci abzasında "Milli Təhlükəsizlik Nazirliyinə" sözlərindən sonra ", habelə Dövlət Sərhəd Xidmətinə" sözləri əlavə edilmişdir.

 

1 may 2015-ci il tarixli 508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 2 may 2015-ci il, 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 514) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 4-cü hissənin ikinci abzası ləğv edilmişdir.

 

[10] 23 fevral 2017-ci il tarixli 1257 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Xalq qəzeti, 24 fevral 2017-ci il, 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 201) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 5-ci hissənin üçüncü abzasında Valideynsiz və qəyyumsuz Azərbaycan Respublikasına gəlmiş Qaçqın statusu almaq niyyətində olan 16 yaşına çatmamış şəxsə də sözləri Müşayiət olunmayan uşağa da sözləri ilə əvəz edilmişdir.

 

[11] 8 may 2017-ci il tarixli 1369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 773) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 12-ci hissənin birinci abzasda və Milli Təhlükəsizlik Nazirliyinə sözləri , Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə sözləri ilə əvəz edilmişdir.

 

[12] 8 may 2017-ci il tarixli 1369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 773) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 12-ci hissənin ikinci abzasda və Milli Təhlükəsizlik Nazirliyi sözləri , Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[13] 16 avqust 2007-ci il tarixli 617 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 765) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 13-cü bəndində məhkəmə qaydasında sözlərindən əvvəl inzibati qaydada və (və ya) sözləri əlavə edilmişdir.

 

1 may 2015-ci il tarixli 508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 2 may 2015-ci il, 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 514) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 13-cü hissəsindən və Daxili İşlər Nazirliyinə sözləri çıxarılmışdır.

 

[14] 9 avqust 2010-cu il tarixli 313 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 10 avqust 2010-cu il, 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 8, maddə 718) ilə "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 15-ci bəndinin birinci abzasından "16 yaşına çatmış" sözləri çıxarılmışdır.

 

10 may 2011-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 11 may 2011-ci il, 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 5, maddə 378) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 15-ci bəndinin birinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[15] 18 may 2017-ci il tarixli 1411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 may 2017-ci il, 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 815) ilə Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasına yeni məzmunda 16-cı hissə əlavə edilmişdir.