Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİNİN QərarI

 

 “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli, 749 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 11 sentyabr 2000-ci il

                   № 166

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 11 sentyabr tarixli, 166 nömrəli qərarı ilə

TƏSDİQ edİlmİşdİr

 

Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası

 

Qaydaları[1]

 

“Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları” “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun işlənib-hazırlanmışdır.

 

Qısaldılan ifadələr:

 

Qanun — “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu;

Agentlik - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi; [2]

İddia sənədi — coğrafi göstəricini qeydə almaq üçün tərtib olunan sənədlər toplusu;

Reyestr — “coğrafi göstəricilərin Dövlət reyestri.”

 

I fəsil

Ümumİ müddəalar

 

1. Coğrafi göstərici

 Qanunun 1-ci maddəsinə uyğun olaraq, coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yerlə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir.[3]

 Coğrafi göstərici, ondan (coğrafi göstəricidən) istifadə olunmaqla müəyyən əmtəə növünü istehsal edən və ya xidmət göstərən bir və ya bir neçə müəssisənin (sahibkarın) yerləşdiyi coğrafi rayonu eyniləşdirir.

 Coğrafi göstəricinin aid olduğu coğrafi rayonda yerləşən hər bir müəssisə istehsal olunan əmtəə və ya göstərilən hər bir xidmət üçün müəyyən edilmiş keyfiyyət və xüsusiyyətlərə əməl etməklə, mənşəcə həmin coğrafi obyektdən olan əmtəələr, yaxud da həmin coğrafi obyektdə göstərilən xidmətlər üçün həmin göstəricidən istifadə etmək hüququna malikdir.

 Coğrafi göstərici kollektiv nişan kimi qeydiyyatdan keçirilə bilər. Kollektiv nişan sahibinin nəzarəti altında eyni zamanda kollektiv nişandan istifadə edən müxtəlif müəssisələrin əmtəələrinin və ya göstərdiyi xidmətlərinin coğrafi mənşəyinin, materialların, istehsal üsulunun, keyfiyyətinin və ya digər ümumi xüsusiyyətlərinin fərqləndirilməsi üçün nişan kimi müəyyən edilə bilər. Bu zaman birliyin bütün üzvləri göstərilən coğrafi obyektdə müəssisələrə malik olmalı və yerli icra hakimiyyəti orqanının xüsusi komissiyası (qrupu) tərəfindən onun üçün müəyyən olunmuş tələblərə uyğun əmtəə istehsal etməli və ya xidmət göstərməlidir.

2. Coğrafi göstərici kimi qeydə alınan nişanlar.

 2.1. Müvafiq Qanunun 8-ci maddəsinə uyğun olaraq coğrafi göstərici kimi ölkənin, şəhərin, bölgənin və ya ərazinin adı coğrafi göstərici kimi qeydə alına bilər.

 Coğrafi adla yanaşı coğrafi göstəricinin qrafik və ya təsviri ifadəsi də mühafizə edilə bilər.[4]

 Coğrafi ad saxta və yanıldıcı mənşəyi ifadə etmirsə, ondan əmtəənin və ya xidmətin xarakterik elementi kimi istifadə oluna bilər.

 Coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur.

 Coğrafi obyektin rəsmi adı, tarixi adı və ya onlardan törəmə adlar coğrafi göstərici kimi istifadə oluna bilər.

 Coğrafi göstəricinin xüsusi keyfiyyəti (xassələri), şöhrəti və digər xüsusiyyətləri təbii şərait və ya insan amili sayəsində əmtəənin coğrafi mənşəyi ilə ifadə oluna (yaradıla), yaxud da eyni zamanda təbii və insan amili ilə ifadə oluna bilər.

 Təbii şərait deyildikdə xüsusən iqlim, yerin konfiqurasiyası, torpağın, suyun tərkibi və s. kimi faktorlar nəzərdə tutulur.

 İnsan amili deyildikdə peşə təcrübəsi, istehsalat sirləri, coğrafi obyektdə yaşayan insanların etnoqrafik xüsusiyyətləri və ənənələri nəzərdə tutulur.

Əmtəənin mənşə yerinin adı, müəyyən coğrafi obyektdə istehsal olunan, coğrafi obyektin təbii xüsusiyyətlərini və ya digər amillərini, yaxud onlara xas olan ümumi xüsusiyyətləri özündə əks etdirən əmtəələrin işarələnməsi bir neçə şəxs tərəfindən birgə şəkildə qeydiyyata alına bilər. Bu şəxslərin hər biri əmtəənin mənşə yerinin adından istifadə hüququna malik olur. Qeydiyyata alınan əmtəənin mənşə yerinin adından istifadə hüququ bu coğrafi obyektdə yerləşən, eyni xüsusiyyətlərə malik məhsul istehsal edən istənilən hüquqi və ya fiziki şəxsə verilir.

Mənşə ölkəsində coğrafi göstərici mühafizə olunan tarixədək tərkibində coğrafi göstərici olan əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədi vicdanla verilmişdirsə, qeydiyyatı aparılmışdırsa və ya əmtəə nişanına dair hüquq vicdanla istifadə yolu ilə əldə edilmişdirsə, əmtəə nişanının qeydiyyatından imtina edilə, qeydiyyatı etibarsız hesab edilə və ya əmtəə nişanından istifadə hüququ məhdudlaşdırıla bilməz.

Həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə Azərbaycan Respublikasında başqa şəxslərin adına qorunan və ya qeydiyyatın aparılması üçün onlar tərəfindən iddia qaldırılan, habelə başqa şəxsin əmtəə nişanı kimi bu Qanunla müəyyən edilən qaydada geniş tanınmış olan nişanlar coğrafi göstərici hesab edilmir.

Coğrafi göstərici, mənşə ölkəsində mühafizə olunan müddətdə növ əlaməti anlayışı kimi hesab edilə bilməz.

 2.2. Coğrafi göstərici kimi aşağıdakı nişanlar (işarələr) qeydiyyata alınmır:

 bu Qaydaların 2.1 bəndində müəyyənləşdirilmiş tələblər yerinə yetirilmədikdə;

 coğrafi göstərici ilə eynilik təşkil edən, lakin ona heç bir aidiyyəti olmayan şərab və spirtli içki adlarına malik nişanlar (yəni, coğrafi mənşəni təsvir edən və ya ona göstərişi olan, şərab və spirtli içkilər üçün saxta, yanıldıcı olan, göstərilən ərazidə olmayan nişanlar);

 əmtəələrin və ya göstərilən xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən nişanlar (işarələr). Bu cür nişanlara əmtəələrin xarakteri, keyfiyyəti və ya istənilən digər xassələri və ya həqiqətə uyğun olmayan coğrafi mənşəyi barədə istehlakçıları yanılda bilən nişanlar aiddir;

 coğrafi obyektin adı olan və ya bu adı özündə əks etdirən, lakin coğrafi obyektə aid olmayan işarə;[5]

 mənşə ölkəsində mühafizə olunmayan coğrafi göstərici.

Mənşəyi göstərilən ərazidən olmayan əmtəələrlə bağlı coğrafi göstəricidən əmtəə nişanının tərkibində istifadə edilməsi istehlakçılarda həqiqi mənşə yeri barədə yanlışlıq yarada bilərsə, onun qeydiyyatından imtina olunur və ya qeydiyyatı ləğv edilir.[6]

 

II fəsil

İddİa sənədİ

 

1. İddia sənədinin verilməsi

 Coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı (hüquqi və ya fiziki şəxs) Agentliyə verir. [7]

 İddiaçı Agentliyə iddia sənədini aşağıdakı qaydada verə bilər:

 bilavasitə;

 Agentlikdə qeydə alınan patent müvəkkilləri vasitəsi ilə.

 Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla xarici hüquqi və fiziki şəxslər Agentlik ilə hüquqi əhəmiyyətli işləri yalnız patent müvəkkilləri vasitəsilə aparırlar.[8]

2. İddia sənədinin tərkibi

 İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla, bir coğrafi göstəriciyə aid olmalıdır.

 Coğrafi göstəricinin qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:

 qeydiyyat barəsində vəsatət;

 iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);

 iddia edilən coğrafi göstəricinin işarəsi;[9]

 coğrafi göstəricinin aid ediləcəyi əmtəələrin və ya xidmətlərin adı;

 əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları;

 əmtəələrin və ya göstərilən xidmətlərin xüsusiyyətlərinin təsviri.

 Ərizəyə aşağıdakılar qoşulur:

 xidmət haqqının (ödənişin) ödənildiyini təsdiq edən sənəd;[10]

 iddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;

 coğrafi göstərici kollektiv nişanı kimi təqdim olunduqda, kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya göstərilən xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər xüsusiyyətləri;[11] 

 iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə sənəd və müvafiq yerli icra hakimiyyəti orqanının rəyi;

 əmtəənin və ya xidmətin mənşə ölkəsində xarici iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd.

3. İddia sənədinin dili

 Coğrafi göstəricinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir.

 İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay ərzində təqdim olunmalıdır.

 Agentliyə verilmiş materialların Azərbaycan dilinə tərcüməsi müəyyənləşdirilmiş müddətdə verilmədikdə və bu müddət başa çatanadək onun uzadılması üçün əsaslandırılmış vəsatət təqdim edilmədikdə iddia sənədi verilməmiş sayılır. İddiaçının vəsatəti əsasında və xidmət haqqı (ödəniş) ödənilməklə müəyyənləşdirilmiş müddət 2 aya qədər uzadılır.[12]

4. Nüsxələrin miqdarı

 Ərizə 2 nüsxədə təqdim olunur. Qeydiyyata alınmaq üçün iddia olunan nişan istisna olmaqla, ərizəyə əlavə olunan sənədlər 1 nüsxədə təqdim olunur.

 Qeydiyyata alınmaq üçün iddia olunan nişanın şəkli 12 nüsxədə təqdim olunur.

 Ərizə və ona qoşulan sənədlər çap olunmuş şəkildə təqdim olunur.

5. İmza

 Ərizə iddiaçı və ya onun patent müvəkkili tərəfindən imzalanır. İddiaçı hüquqi şəxs olduqda ərizə təşkilatın rəhbəri və ya rəhbərin adından imzalamağa səlahiyyəti olan şəxs tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi, soyadı, adı göstərilir və imza möhürlə təsdiqlənir. Ərizəyə əlavə vərəq qoşularsa, həmin vərəq yuxarıda göstərilən qaydada imzalanır və təsdiqlənir.

 İddia sənədi patent müvəkkili tərəfindən verildikdə sənədlər patent müvəkkili tərəfindən imzalanır.

6. Ərizə

 Ərizə Agentliyin təsdiq etdiyi formaya uyğun tərtib olunur. Ərizə formasında zəruri olan məlumatların hamısı öz əksini tapmalıdır.

 Əgər hər hansı məlumat formada göstərilən qrafaya yerləşmirsə, onda formada göstərilən qrafada “davamına əlavə vərəqdə bax” ifadəsini yazmaqla məlumat əlavə vərəqdə verilir.

7. İddia olunan nişan

7.1. İddia olunan nişanın şəkli

 İddia olunan nişanın şəkli, coğrafi göstəricinin adı (coğrafi obyektin rəsmi adı, tarixi adı və ya onlardan törəmə adlar) standart şriftlə verilir.

 İddia olunan nişanın şəkli təsviri formada da verilə bilər.

 Coğrafi göstərici kimi qeydiyyata alınan nişan (işarə) əlavə olaraq, müstəqil hüquqi mühafizə verilməyən mənzərəyə (əmtəənin cins əlamətlərinə, fantaziyalı işarələrə, görünüşlərə) malik ola bilər.

 İddia olunan nişanın şəkli təsviri formada iddia olunduqda, 80x80 mm ölçüdə mətbəə və ya qrafik təsvir formasında təqdim olunur (nişanın növündən asılı olaraq onun şəklinin bir tərəfinin ölçüsü 100 mm-ə qədər ola bilər). Nişan qeydiyyata alınmaq üçün etiket formasında təqdim olunarsa, etiketin özü olduğu ölçüdə, iddia olunan nişanın şəkli kimi verilə bilər. [13]

 Coğrafi göstərici ağ-qara rəngdə ifadə olunmaqla, istənilən rəngdə və ya rənglərin uzlaşmasında (kombinasiyasında) qeydiyyata alına bilər.

 Nişanın şəkli keyfiyyətli qrafiki tərtibatda olmalıdır. Bir iddia sənədinə nişanın bir variantda tərtibi daxil edilir.

7.2. İddia sənədinin növü

 İddia sənədi aşağıdakı növlərə ayrılır:

 coğrafi göstəricidən istifadə etmək hüququ almaq üçün verilən iddia sənədi;

 qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququ almaq üçün verilən iddia sənədi.

7.3. İstehsal olunduğu yer göstərilməklə əmtəənin növləri

 Ərizədə coğrafi göstəricinin aid ediləcəyi əmtəənin (əmtəələrin) və ya xidmətin (xidmətlərin) adı göstərilməlidir. Bu zaman yalnız xüsusi xassələri təbii şəraitlə əlaqədar olan və ya coğrafi obyektin insani amilləri ilə bağlılıq təşkil edən əmtəə istehsalı (yəni istehsal olunan ərzaq məhsullarının, o cümlədən şərablar və spirtli içkilərin coğrafi obyektdən olan xammal bazasında istehsalı) göstərilməlidir.

 Məhsulun istehsal olunduğu yer coğrafi obyektin sərhədlərinə (coğrafi obyektin hansı zonanı əhatə etməsinə) göstəriş olmaqla ifadə edilə bilər. Coğrafi obyektin sərhədləri, koordinatları bildirilməklə yerin təbii sərhədləri — çay, dağ, göl, inzibati sərhədlər, uzunmüddətli tikililər, kommunikasiyalar və s. vasitəsi ilə göstərilə bilər.

7.4. Əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrinin təsviri

 Əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrinin təsvirində, onların oxşar əlamətlərdən və ya göstərilən xidmətlərdən fərqli xüsusiyyətləri göstərilir. Təsvirdə coğrafi obyektin təbii mühit və (və ya) insani amillərdən asılılığını əks etdirən xüsusiyyətləri verilməlidir.

 Təsvir informasiya xarakteri daşımalıdır, xüsusən onda göstərilməlidir ki, coğrafi obyektdə başlanğıc məhsul, müvafiq iqlim, geoloji və ya digər təbii mühitlər, ənənəvi yolla onu hazırlayan insanlar (kollektiv) mövcuddur.

7.5. Ərizəyə qoşulan sənədlərin siyahısı

 Yerli icra hakimiyyəti orqanı tərəfindən verilən və ərizəyə qoşulan sənəddə, iddiaçının həmin coğrafi obyektdə yerləşdiyi və əmtəə istehsalı ilə məşğul olduğu göstərilməli, verilən coğrafi obyektin təbii şərait və insani amillərdən asılı olaraq istisna xüsusiyyətlərə malik olduğu qeyd edilməlidir.

 Əmtəənin və göstərilən xidmətin xüsusi keyfiyyətinin müəyyənləşdirilməsi zamanı yerli icra hakimiyyəti orqanı bu sahədə səlahiyyətli olan təşkilatları və ya müstəqil mütəxəssisləri cəlb edə bilər. Rəy əmtəənin və göstərilən xidmətin qiymətləndirilməsinə görə səlahiyyəti olan ixtisaslaşma qabiliyyətinə malik təşkilat tərəfindən hazırlanmalıdır. Göstərilən məhsulları hazırlayan şəxsin coğrafi obyektin hüdudlarında olduğu təsdiq olunmalıdır.

 7.6. Xarici iddiaçının iddia olunan coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd, əmtəənin mənşə ölkəsində coğrafi göstəricidən istifadə hüququna dair səlahiyyətli orqan tərəfindən verilən şəhadətnamə və ya sertifikat ola bilər. Şəhadətnamənin (sertifikatın) əsli və ya müəyyən edilmiş qaydada təsdiqlənmiş surəti təqdim olunur.

 

III fəsil

Coğrafİ göstərİcİnİ qeydə almaq üçün İddİa sənədİ üzrə İşlərİn AgentlİK İlə aparılması

 

1. Nümayəndənin təyini

 1.1. İddia sənədini Agentliyə verdikdən sonra iddiaçı onunla bağlı işləri aparmaq və iddia sənədinə baxılarkən maraqlarını təmin etmək məqsədi ilə, müvafiq etibarnamə verməklə özünün nümayəndəsini təyin edə bilər.

 1.2. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərdən ibarət olan iddiaçıları coğrafi göstəricilərin mühafizəsi sahəsində hüquqi əhəmiyyətli işləri şəxsən özləri və ya Agentlikdə qeydiyyatda olan patent müvəkkili vasitəsi ilə apara bilər.

 1.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan fiziki şəxslərin nümayəndələri və ya xarici hüquqi şəxslər (xarici iddiaçılar), yaxud onların patent müvəkkilləri iddia sənədinin verilməsi, mühafizə sənədinin alınması, qüvvədə saxlanması və onlarla bağlı digər hüquqi əhəmiyyətli işləri yalnız Agentlikdə qeydiyyatda olan patent müvəkkilləri vasitəsi ilə apara bilər.

 1.4. Nümayəndəyə görə etibarnamə iddia sənədi təqdim olunan zaman və ya Qanunun 9-cu maddəsinə müvafiq olaraq kargüzarlıq işlərinin aparılma prosesində verilə bilər.

 1.5. Etibarnamə ərizəyə qoşulur.

 1.6. Nümayəndənin səlahiyyəti etibarnamədə göstərilən müddət çərçivəsindədir.

2. Agentlik ilə yazışmaların aparılması

 2.1. Yazışmalar hər bir iddia sənədi üzrə ayrılıqda iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən aparılır.

 İddia sənədi verildikdən sonra həmin sənədlə bağlı iddiaçının Agentliyə göndərdiyi əlavə materiallarda iddia sənədinin nömrəsi, onun verilmə tarixi, iddiaçının və ya onun nümayəndəsinin imzası öz əksini tapmalıdır.

 2.2. İddia sənədi üzrə kargüzarlıq işləri qanunvericiliklə müəyyən edilən müddətdə aparılır. Əgər kargüzarlıq işlərinin aparılma müddəti “… müddət ərzində” sözləri ilə müəyyən edilirsə və müddətin axırıncı günü iş gününə düşmürsə, onda müddətin qurtarması həmin gündən sonra gələn növbəti iş günü üzrə müəyyən edilir. Əgər müddətin qurtardığını göstərən gün (tarix) onun düşdüyü ayın gününə uyğun gəlmirsə, yəni həmin ayda müddətin qurtardığını göstərən gün (tarix) yoxdursa, müddətin qurtarması günü həmin ayın axırıncı günü hesab edilir.

2.3. Yazışma iddiaçının nümayəndəsi ilə aparılarsa, Agentliyə daxil olan materialların müddəti, nümayəndə tərəfindən materialların Agentliyə verilmə tarixində hesablanır.

3. İddia sənədi materiallarına əlavələr edilməsi, həmin materiallarda dəyişikliklər və düzəlişlərin aparılması

 3.1. İddia sənədinin ekspertizasının aparıldığı dövrdə ona dair müvafiq qərar qəbul edilənədək iddiaçı öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və onlara düzəliş edə bilər.

 3.2. İddia sənədində dəyişikliklərin edilməsi iddiaçı tərəfindən müəyyən olunmuş formaya uyğun ərizə verməklə həyata keçirilir. Ərizənin Agentliyə daxil olması və ona baxılmanın nəticəsi barədə iddiaçıya bildiriş göndərilir.

 Ərizəyə iddia sənədi materiallarında dəyişikliklərin aparılması üçün xidmət haqqın (ödənişin) ödənildiyini təsdiq edən sənəd qoşulur. [14]

Xidmət haqqın (ödənişin) ödənildiyi barədə sənəd təqdim olunmadıqda və ya ödənilən məbləğ müəyyən edilən həcmə uyğun gəlmədikdə, materiallar baxılmaq üçün qəbul olunmur və bu barədə iddiaçıya bildiriş göndərilir.

 Patent müvəkkilinin dəyişməsi və yazışma aparılmasına görə ünvanın dəyişməsi ilə əlaqədar dəyişikliklər üçün xidmət haqqı (ödəniş) alınmır.[15]

 3.3. İddia sənədi materiallarında mövcud olan səhvlər üzrə düzəlişlərin aparılması barədə iddiaçı tərəfindən Agentliyə ərizə verilir. Ərizə iddiaçı və ya onun patent müvəkkili tərəfindən imzalanır və ərizədə iddia sənədinin nömrəsi göstərilir. Agentlik iddiaçının ərizəsi əsasında uyğun sənədlərdə düzəlişlər aparır.

4. İddia sənədi materialları ilə tanışlıq

 İddiaçı ekspertiza qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi üzrə qərarı aldıqdan sonra 1 ay ərzində müəyyən edilmiş ödənişi aparmaqla həmin sənədlərin surətini tələb edə bilər.

5. İddiaçının iştirakı ilə iddia sənədinə baxılması

 5.1. İddiaçının (onun nümayəndəsinin) iştirakı ilə iddia sənədi materiallarına baxma, nişanın aid edildiyi əmtəələrin və göstərilən xidmətlərin təbii şərait və ya insan amilləri ilə eyni vaxtda asılılığı, iddia olunan nişanın mühafizə qabiliyyəti məsələsi üzrə iddiaçının və ekspertizanın mövqelərinin aydınlaşdırılması, həmin əmtəələr və ya xidmətlər üçün coğrafi göstəricidən istifadə hüququnun verilməsinin və qeydiyyata alınmasının mümkünlüyünün araşdırılması hallarında, bir qayda olaraq, ekspertiza üçün əlavə izahata zərurət yarandıqda aparılır.

 İddiaçının və ya onun nümayəndəsinin iştirakı ilə iddia sənədi materiallarına baxılma iddia olunan nişan üzrə əlavə açıqlanmaların aparılması və iddia olunan nişanı qeydə alma şərtləri ilə bağlı məsələlərə aydınlıq gətirilməsinə zərurət yarandığı təqdirdə həyata keçirilir. Bu, ekspertizanın sorğusu və ya iddiaçının xahişi ilə hər iki tərəfin qaldırılan məsələ ilə tanışlığından sonra aparılır.

 5.2. Ekspertizanın tələbləri iddiaçıya göndərilən sorğuda göstərilir. Ekspertizanın sorğusuna cavab əlavə sənədlər sorğunun alındığı tarixdən 2 ay ərzində iddiaçı tərəfindən təqdim olunmalıdır (iddiaçının özünün müzakirələrdə iştirak edib-etməməsindən asılı olmayaraq).

 İddia sənədi ilə əlaqədar iddiaçının sualları isə vəsatətlə verilə bilər.

 5.3. İddia sənədinə baxılmanın tarixi və vaxtı əvvəlcədən razılaşdırılır. İddia sənədinə baxılma ilə bağlı tərəflərdən hər hansı birinin buna imkanı olmadığı təqdirdə digər tərəf xəbərdar edilir.

 5.4. İddia sənədinə baxılmada nümayəndənin iştirakı bu Qaydaların 6-cı hissəsində göstərilən şərtlərin yerinə yetirildiyi halda mümkün hesab edilir. [16]

6. Sorğu yolu ilə istənilən materialların təqdim olunma müddətinin uzadılması

 6.1. İddiaçının verdiyi vəsatətə əsasən xidmət haqqını (ödənişi) ödəmək şərtilə, sorğu yolu ilə istənilən materialların təqdim olunma müddəti 2 ay uzadıla bilər.[17]

 6.2. İddiaçı müddətin uzadılması barədə vəsatəti sorğunu aldığı tarixdən 2 ay müddət bitənə qədər təqdim etməlidir.

 6.3. Verilən sorğu üzrə materialların təqdim olunma müddətinin uzadılması ilə əlaqədar qəbul olunmuş qərar barədə iddiaçıya bildiriş göndərilir.

 6.4. İddiaçı tərəfindən müddətin uzadılması barədə vəsatət bu Qaydaların 6.1-ci və 6.2-ci bəndlərinə uyğun verilmədikdə və ya ödənilən xidmət haqqı (ödəniş) müəyyən edilmiş həcmə uyğun gəlmədikdə, materialların təqdim olunma müddəti uzadılmır və iddia sənədi verilməmiş sayılır. Bu barədə iddiaçıya bildiriş göndərilir. [18]

7. İddia sənədinin geri götürülməsi

7.1. İddia sənədi ona baxılmanın istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.

7.2. Coğrafi göstəricinin kollektiv nişan kimi qeydiyyata alınmasına dair iddia sənədi veriləndə, o, yalnız həmin nişandan istifadə hüququ olan birliyin bütün üzvlərinin razılığı ilə geri götürülə bilər.

7.3. İddia sənədi iddiaçının xahişinin qəbul olunduğu barədə ona bildirişin göndərildiyi tarixdən geri götürülmüş hesab olunur.

 

IV fəsil

Agentlİkdə İddİa sənədİnə baxılması[19]

 

1. İddia sənədinin qeydə alınması

1.1. İddia sənədinin Agentliyə daxil olduğu tarix ərizənin verildiyi tarix sayılır. Agentliyə təqdim olunan ərizə ilə iddia sənədinə müvafiq nömrə verilir və həmin nömrə ərizədə qeyd edilir. Bununla yanaşı ərizədə iddia sənədinin daxil olduğu tarix (tarixlə yanaşı iddia sənədinin daxil olduğu saat və dəqiqə) qeyd edilir. Eyni vaxtda ərizənin ikinci nüsxəsində (surətində) həmin göstəricilər qeyd olunaraq iddiaçıya (onun patent müvəkkilinə, nümayəndəsinə) təqdim olunur.

 1.2. Azərbaycan dilində tərtib olunmayan ərizə qeydə alınmır və onu təqdim edən şəxsə qaytarılır.

 1.3. Qeydə alınan ərizə geri qaytarılmır.

2. İlkin ekspertiza

 2.1. İddia sənədinin ilkin ekspertizası iddia sənədinin Agentliyə daxil olduğu tarixdən 1 ay müddətində aparılır.

 2.1.1. İddia sənədinin ilkin ekspertizasının mərhələsində iddia sənədinin məzmunu, ərizəyə qoşulan zəruri sənədlərin müəyyənləşdirilmiş tələblərə uyğunluğu, o cümlədən aşağıdakıların mövcudluğu yoxlanılır:

 a) coğrafi göstəricinin qeydiyyata alınması barədə vəsatət və ondan istifadə hüququnun verilməsi və ya qeydiyyatda olan coğrafi göstəricidən istifadə hüququnun verilməsi barədə ərizə;

 b) iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);

 c) iddia edilən coğrafi göstəricinin şəkli;

 ç) qeydiyyata alınması xahiş olunan coğrafi göstəricinin aid edildiyi əmtəələrin və ya göstərilən xidmətlərin adı və ondan istifadə hüququnun verilməsi və ya artıq qeydiyyatda olan coğrafi göstəricidən istifadə hüququnun verilməsi;

 d) əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları;

 e) əmtəənin və ya göstərilən xidmətin xüsusiyyətlərinin təsviri;

 ə) xidmət haqqının (ödənişin) ödənildiyini təsdiq edən sənəd;[20]

 f) patent müvəkkilinə verilmiş etibarnamə (iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda onun səlahiyyətini təsdiqləyən sənəd);

 g) iddiaçının göstərilən coğrafi obyektdə yerləşməsi və onun xüsusiyyətləri həmin coğrafi obyekt üçün səciyyəvi olan amillərlə əmtəə istehsal etməsi və ya xidmət göstərməsi barədə yerli icra hakimiyyəti orqanının rəyi və müvafiq sənədi;

 ğ) kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmәtlәrin siyahısı, vahid keyfiyyət və digər xüsusiyyətləri (əgər kollektivin subyektləri coğrafi göstəricini kollektiv nişanı kimi qeydə almaq barədə vəsatət verərsə);

 h) əmtəənin mənşə ölkəsində xarici iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd;

 x) iddia sənədinə və vəsatətə qoşulan və Azərbaycan dilində olmayan materialların tərcüməsi.

 2.1.2. İlkin ekspertiza keçirilərkən IV fəslinin 2.1.1 bəndində göstərilən məlumat və sənədlərin olması və həmin bəndin “a”, “b”, “c”, “ç”, “d”, “e” yarımbəndlərində sadalanan sənədlərin bu Qaydaların tələblərinə uyğunluğu yoxlanılır.

 2.1.3. İddia sənədinin daxil olma tarixi bu Qaydaların IV fəslinin 2.1.1 bəndinin “a”, “b”, “c”, “ç”, “d”, “e” yarımbəndlərində sadalanan sənədlərin və məlumatların daxil olma tarixi üzrə müəyyən edilir.

2.2. İddia sənədi materiallarında çatışmayan sənədlər və ya düzəlişlər üzrə sorğu

 2.2.1. İlkin ekspertiza mərhələsində iddia sənədinin bu Qaydaların tələblərinə uyğun tərtib olunmadığı müəyyən edildikdə, iddiaçıya aşkar olunmuş səhvlər və (və ya) tələb olunan əlavə sənədlər barədə sorğu göndərilir. İddiaçı sorğunu aldığı tarixdən 2 ay müddətində ona cavab verməlidir.

 Bu müddət iddiaçının verdiyi vəsatətə əsasən xidmət haqqını (ödənişi) ödəmək şərtilə 2 ay uzadıla bilər.[21]

 2.2.2. Sorğu üçün aşağıdakılar əsas götürülür:

 iddia sənədi materiallarında bu Qaydaların IV fəslinin 2.1.1 bəndində göstərilən məlumatların və (və ya) sənədlərin olmaması;

 ödənilmiş xidmət haqqının (ödənişin) məbləğinin müəyyən edilmiş məbləğə uyğun gəlməməsi.[22]

 İddia sənədinin baxılması gedişində ekspert iddiaçıdan onun üçün zəruri olan əlavə sənəd tələb edə bilər.

 2.2.3. İddiaçı tərəfindən sorğuya verilən cavab qənaətbəxş hesab edilmədikdə, ona təkrar sorğu göndərilə bilər.

 2.2.4. İddiaçı bu Qaydaların IV fəslinin 2.1.1 yarımbəndində göstərilən müddəti pozarsa və ya ekspertizanın tələbinə cavab verməzsə, iddia sənədi verilməmiş sayılır və bu barədə iddiaçıya bildiriş göndərilir.

2.3. İddia sənədinin baxılmaq üçün qəbul olunması barədə qərar

 İddia sənədi materialları müəyyən olunmuş tələblərə uyğun olduqda, həmçinin göndərilmiş sorğu üzrə zəruri məlumatları və ya sənədləri iddiaçı vaxtında təqdim etdikdə iddiaçıya, iddia sənədinin daxil olduğu tarixdən, baxılmaq üçün qəbul olunduğu barədə qərar göndərilir.

2.4. İddia sənədinin baxılmağa qəbul edilməsindən imtina qərarı

 İddia sənədinin baxılmaq üçün qəbul edildiyinə dair qərarda iddiaçıya Qanunda və bu Qaydalarda nəzərdə tutulmuş əlavə məlumat və ya sənədlərin təqdim olunmasının zəruriliyi barədə sorğu verilə bilər.

 İddiaçı tərəfindən ekspertizanın sorğusuna verilən cavabda sorğu üzrə tələb olunan məlumatlar (və ya sənədlər) yoxdursa, iddia sənədinə baxılmaqdan imtina qərarı qəbul edilir.

 İmtina qərarının qəbul edilməsi üçün aşağıdakılar əsas götürülür:

 vəsatətdə iddiaçı göstərilmədikdə;

 ərizədə iddiaçının göstərilməsi bu Qaydaların tələblərinə uyğun gəlmədikdə;

 coğrafi göstərici kimi qeydiyyata alınmaq üçün verilən və (və ya) coğrafi göstəricidən istifadə hüququnun verilməsi üçün təqdim olunan iddia sənədində coğrafi göstəricini müəyyən edən nişanın (işarənin) olmaması;

 qeydiyyata alınmaq üçün və coğrafi göstəricidən istifadə hüququnun verilməsi barədə təqdim olunan iddia sənədlərində, o cümlədən artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsinə dair iddia sənədində əmtəələrin (xidmətlərin) göstərilməməsi;

 iddia sənədində coğrafi göstəricinin hüquqlarının göstərilməməsi;

 iddia sənədində əmtəələrin və ya xidmətlərin xüsusi əlamətlərinin təsvirinin göstərilməməsi.

3. Coğrafi göstəricinin ekspertizası

 3.1. İddia olunan coğrafi göstəricinin ekspertizası baxılmaq üçün qəbul edilmiş iddia sənədi üzrə ilkin ekspertiza başa çatdıqdan sonra 2 ay ərzində həyata keçirilir.[23]

 Ekspertiza mərhələsində iddia olunan sənədlər barəsində aşağıdakılar yoxlanılır:

 yoxlanılması ilkin ekspertiza gedişində həyata keçirilən iddia sənədi materiallarından başqa, iddia sənədi materiallarının bu Qaydalarda nəzərdə tutulmuş və ona qoşulan sənədlərin məzmununa və tərtibinə görə qoyulan tələblərə uyğunluğu;

 iddiaçının göstərilən coğrafi obyektdə yerləşməsi və həmin coğrafi obyekt üçün səciyyəvi olan xüsusi xassəli əmtəə istehsal etməsi və ya xidmət göstərməsi barədə yerli icra hakimiyyəti orqanının rəyinin olması;

 əmtəənin xüsusi xassələrinin təsvirinin işarələnməsi üçün reyestrdə olan coğrafi göstəricidən istifadə hüququ verilməsi barədə qoyulan tələblərə uyğunluğu.

 3.2. İddia olunan nişanın (işarənin) coğrafi göstəriciyə müəyyən olunmuş tələblərə uyğunluğu təyin edilərkən, aşağıdakılar yoxlanılır:

 iddia olunan nişanın (işarənin), bu Qaydaların müddəaları nəzərə alınmaqla, coğrafi obyektin rəsmi, müasir və ya tarixi adına uyğunluğu;

 adı coğrafi göstərici kimi iddia olunan coğrafi obyektin məhz iddia sənədində göstərilən yerdə olmasını təsdiq edən məlumatların olması;

 iddia sənədi verilən tarixə qədər coğrafi obyekt adının əmtəələrin və ya göstərilən xidmətlərin fərdiləşməsi üçün istifadə olunması və həmin coğrafi obyektin təbii şəraiti və (və ya) insani amillərlə şərtləndirilən xüsusi xassələrinə malik işarə kimi mövcudluğu;

 coğrafi obyektin adı əvvəllər əmtəənin fərdiləşdirilməsi üçün tətbiq edildiyi, lakin iddia sənədi verilən vaxtdan əmtəənin istehsal yerinin coğrafi göstəricisi olmaq və onun xüsusi xassələrini səciyyələndirmək qabiliyyətini itirdiyi halda, o, Azərbaycan Respublikasında müəyyən növ əmtəənin (növ anlayışı) hazırlanma yeri ilə bağlı olmayan işarəsi kimi ümumi istifadəyə daxil olmuş işarə sayılır;

 qeydiyyata almaq və coğrafi göstəricidən istifadə hüququnun verilməsi üçün və ya artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququ verilməsi tələb edilən ərizədə əmtəələrin və ya xidmətlərin, göstərilən coğrafi obyektin sərhədlərində olması;

 əmtəənin və ya xidmətin xüsusi xassələrinin təsvirinin olması və onların yerli icra hakimiyyəti orqanının rəyinə uyğunluğu.

3.2.1. İddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl iddiaçıya bu barədə müvafiq bildiriş göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 (iki) ay ərzində öz dəlillərini ekspertizanı aparan tərəfə təqdim edə bilər.[24]

3.3. Coğrafi göstəricinin qeydiyyatına və ondan istifadə hüququnun verilməsinə dair qərar. Artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsinə dair qərar

 3.3.1. İddia olunan nişanın (işarənin) bu Qaydaların tələblərinə uyğunluğu müəyyən edilərkən, həmin nişanın (işarənin) reyestrdə qeydiyyatı olmadıqda, coğrafi göstəricinin qeydiyyata alınması və ondan istifadə hüququnun verilməsinə dair qərar çıxarılır.

 3.3.2. İddia olunan nişanın (işarənin) bu Qaydalara uyğunluğu müəyyən edilərkən, həmin nişanın (işarənin) reyestrdə qeydiyyatı olduğu halda artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsinə dair qərar çıxarılır.

 3.3.3. Coğrafi göstəricinin qeydiyyata alınması və ondan istifadə hüququnun verilməsi barədə qərarda və artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsinə dair qərarda aşağıdakı məlumatlar göstərilir:

 barəsində istifadə hüququ verilən, coğrafi göstərici kimi qeydiyyata alınan nişan (işarə) və ya istifadə hüququ verilmiş, artıq coğrafi göstərici kimi qeydiyyata alınmış nişan (işarə);

 coğrafi göstəricidən istifadə hüququ verilən şəxs (şəxslər) barədə məlumatlar;

 şəhadətnamənin qüvvədə olma müddətinin başlanması tarixi sayılan, iddia sənədinin daxil olma tarixi;

 qeydiyyatdan keçirilən coğrafi göstərici və (və ya) coğrafi göstəricidən istifadə hüququ verilən əmtəənin xüsusi xassələrinin növü və təsviri.

3.4. Coğrafi göstəricinin qeydiyyata alınmasından və ondan istifadə hüququnun verilməsindən imtinaya dair qərar. Artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsindən imtinaya dair qərar

 3.4.1. İddia olunan nişanın (işarənin) ekspertizası nəticəsində nişanın (işarənin) müəyyən olunmuş tələblərə uyğun olmadığı müəyyən edilərsə, həmin nişan (işarə) reyestrdə olmadıqda, coğrafi göstəricinin qeydiyyatından və ondan istifadə hüququnun verilməsindən imtinaya dair qərar çıxarılır.

 3.4.2. İddia olunan nişanın (işarənin) ekspertizası nəticəsində nişanın (işarənin) müəyyən olunmuş tələblərə uyğun olmadığı müəyyən edilərsə, həmin nişan (işarə) reyestrdə olduğu halda, artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsindən imtinaya dair qərar çıxarılır.

 3.4.3. Coğrafi göstəricinin qeydiyyata alınmasından və ondan istifadə hüququnun verilməsindən imtinaya dair qərarda və artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsindən imtinaya dair qərarda bu Qaydalara əsaslanmış coğrafi göstəricinin qeydiyyata alınmasından və (və ya) ondan istifadə hüququ verilməsindən imtinanın səbəbləri göstərilir.

4. Əlavə materialların yoxlanılması

 4.1. İddiaçı tərəfindən verilmiş əlavə materiallar ekspertizanın sorğusu ilə daxil olduqda, onların təqdim edilməsi üçün müəyyən olunmuş müddətə əməl edilməsi yoxlanılır.

 4.2. İddiaçının təşəbbüsü və ya ekspertizanın sorğusu ilə təqdim edilmiş və baxılma üçün qəbul edilmiş əlavə materiallar daxil olduqda, onların iddia sənədini mahiyyətcə dəyişib-dəyişmədiyi yoxlanılır.

 Əlavə materiallar aşağıdakıları əks etdirdikdə, o, iddia sənədini mahiyyətcə dəyişdirən sayılır:

 yerli icra hakimiyyəti orqanının rəyinə əsasən əmtəənin və ya xidmətin malik olmadığı xassələrə göstəriş;

 iddia olunan nişan (işarə) coğrafi göstəricinin nəzərdə tutulmuş olduğu əmtəənin özünün adını ehtiva edirsə.

 4.3. Əlavə materiallar iddia sənədinin mahiyyətini dəyişdirən sayıldıqda, ekspertizanın qərarına qədər iddiaçıdan əlavə materiallara daxil edilmiş bu cür məlumatlara əsas verən sənəd tələb olunur.

5. İddia sənədi barəsində ekspertizanın qərarından şikayət verilməsi

 5.1. İddiaçı iddia olunmuş coğrafi göstəricinin ilkin ekspertizası və ya ekspertizası nəticəsində qəbul olunmuş qərarla razılaşmadıqda, qərarı aldığı tarixdən 3 ay müddətində Apellyasiya şurasına şikayət verə bilər. [25]

 5.2. Apellyasiya şurası etiraza onun daxil olduğu tarixdən 3 ay ərzində baxır.[26]

 5.3. İddiaçının və ya patent müvəkkilinin Apellyasiya şurasında iddiaya baxılmasında iştirak etmək və çıxarılmış qərarın materialları ilə tanış olmaq hüququ vardır.

 5.4. İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət verə bilər.

6. Ötürülən müddətin bərpası

 6.1. Apellyasiya şurasına etirazın verilmə müddəti iddiaçı tərəfindən ötürüldükdə, həmin müddət iddiaçının əsaslandırılmış vəsatətinə əsasən və əlavə dövlət rüsumu ödəmək şərtilə Agentlik tərəfindən əlavə olaraq 6 ay keçənədək bərpa edilə bilər.[27]

 6.2. Ötürülən müddətin bərpasına dair əsaslandırılmış vəsatətlə birgə ekspertizanın tələblərinə uyğun tərtib olunmuş zəruri sənədlər və ötürülmüş müddət üçün müəyyən edilmiş rüsumun ödənildiyini təsdiqləyən sənəd təqdim olunmalıdır. Həmin sənədlər təqdim edilmədikdə vəsatət verilməmiş sayılır.

7. Coğrafi göstəricinin qeydə alınması

Qeydə alınması haqqında qərar qəbul edildikdə iddiaçı 4 ay ərzində dövlət rüsumu ödədikdən sonra əmtəə nişanları və ya coğrafi göstəricilər qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə verilir. İddiaçı müəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə haqq ödəmək şərtilə ona əlavə olaraq 4 (dörd) ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış hesab edilir.[28]

Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən 1 ay ərzində Agentlik coğrafi göstəricini reyestrdə qeydə alır. [29]

8. Coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili

Coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla), coğrafi göstəricilərə dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə və iddia sənədlərinin (o cümlədən, ilkinlik üzrə sənədlərin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını SMPDK tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.[30]

 

 

 


 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)

2.       10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)

3.       21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

4.       19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752)

5.       13 sentyabr 2012-ci il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 sentyabr 2012-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 923)

6.       19 noyabr 2012-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 noyabr 2012-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1210)

7.       25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900)

8.       18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735)

9.       29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə 6-cı, 8-ci, 11-ci, 13.2-ci, 13.3-cü bəndlərində, III fəslin adında, 15.1-ci, 15.2-ci, 15.3-cü, 15.6-cı, 15.7-ci, 16-cı, 16.1-ci, 16.3-cü, 17.1-ci, 17.2-ci, 17.3-cü, 17.4-cü, 17.6-cı bəndlərində, IV fəslin adında, 22.1-ci, 23.1-ci, 23.2-ci, 23.4-cü, 24.4-cü, 25.2-ci, 30.1-ci, 30.2-ci, 30.3-cü, 31.1-ci, 31.2-ci, 31.3-cü, 34.1-ci və 35.1-ci bəndlərində "DETK" qısaldılmış ifadəsi "SMPDA" qısaldılmış ifadəsi ilə əvəz edilmişdir.

 

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə II fəslinin 1-ci, 3-cü, 6-cı bəndlərində, III fəslin adında və 1.1-ci, 1.2-ci, 1.3-cü, 2-ci, 2.1-ci, 2.3-cü, 3.2-ci, 3.3-cü, IV fəslin adında və 1.1-ci, 2.1-ci, 6.1-ci bəndlərində "SMPDA" ifadəsi "SMPDK" ifadəsi ilə əvəz edilmişdir.

 

[2] 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Qısaldılan ifadələr" hissəsində "DETK - "Dövlət Elm və Texnika Komitəsi" sözləri "SMPDA - "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın “Qısaldılan ifadələr” bölməsində “SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Agentlik - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə I fəsil üzrə 1-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qanunun 1-ci maddəsinə uyğun olaraq coğrafi göstərici — əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə (coğrafi obyektlə) bağlı olduğunu bildirən, onun xüsusi keyfiyyətini, şöhrətini və başqa xüsusiyyətlərini əks etdirən göstəricidir.

 

[4] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 2.1-ci bəndin ikinci abzasında "olunur" sözü "edilə bilər" sözləri ilə əvəz edilmişdir və doqquzuncu - on ikinci abzaslar əlavə edilmişdir.

 

[5] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 2.2-ci bəndin beşinci abzasından "Azərbaycan Respublikasında" sözləri çıxarılmışdır, "nişan" sözü isə "işarə" sözü ilə əvəz edilmişdir.

 

[6] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 2.2-ci bəndə yeddinci abzas əlavə edilmişdir.

 

[7] 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın II fəslin 1-ci hissəsinin ikinci, üçüncü, beşinci və altıncı abzaslarında, 3-cü hissəsinin dördüncü abzasında, 6-cı hissəsinin ikinci abzasında, III fəslin adında, 1.1-ci, 1.2-ci, 1.3-cü bəndlərində, 2-ci hissəsində, 2.1-ci bəndinin ikinci abzasında, 2.3-cü (hər iki halda) bəndində, 3.2-ci bəndinin birinci abzasının ikinci cümləsində, 3.3-cü bəndinin birinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz  edilmişdir.

 

[8] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə II fəsil üzrə 1-ci bəndin beşinci abzasında "iddia sənədini SMPDK-ya yalnız patent müvəkkili vasitəsi ilə verirlər" sözləri "SMPDK ilə hüquqi əhəmiyyətli işləri yalnız patent müvəkkilləri vasitəsilə aparırlar" sözləri ilə əvəz edilmişdir.

 

[9] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 2-ci bənd üzrə beşinci abzasda "şəkli" sözü "işarəsi" sözü ilə əvəz edilmişdir.

 

[10] 19 noyabr 2012-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 noyabr 2012-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1210) ilə 2-ci hissənin on birinci abzasında "dövlət rüsumunun" sözləri "müəyyən edilmiş haqqın" sözləri ilə əvəz edilmişdir.

 

25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın II fəslin 2-ci hissənin on birinci abzasında “müəyyən edilmiş haqqın” sözləri “xidmət haqqının (ödənişin)” sözləri ilə əvəz edilmişdir.

 

[11] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 2-ci bənd üzrə on ikinci abzasda "xidmətlərin siyahısı," sözlərindən sonra "onların" sözü əlavə edilmişdir.

 

[12] 19 noyabr 2012-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 noyabr 2012-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1210) ilə 3-cü hissənin dördüncü abzasının ikinci cümləsində "Əlavə dövlət rüsumu" sözləri "Müəyyən edilmiş haqq" sözləri ilə əvəz edilmişdir.

 

25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın II fəslin 3-cü hissənin dördüncü abzasının ikinci cümləsində “Müəyyən edilmiş haqq” sözləri “İddiaçının vəsatəti əsasında və xidmət haqqı (ödəniş)” sözləri ilə əvəz əvəz edilmişdir.

 

[13] 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə  7.1-ci bəndində "50x50 mm" sözləri "80x80 mm" sözləri ilə əvəz edilmişdir.

 

[14] 25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın III fəslin 3.2-ci bəndin ikinci, üçüncü, dördüncü abzaslarında ismin müvafiq hallarında “haqq” sözü ismin müvafiq hallarında “xidmət haqqı (ödəniş)” sözləri ilə əvəz edilmişdir.

 

[15] 19 noyabr 2012-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 noyabr 2012-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1210) ilə 3.2-ci bəndin ikinci, üçüncü və dördüncü abzaslarında ismin müvafiq hallarında "rüsum" sözü ismin müvafiq hallarında "haqq" sözü ilə əvəz edilmişdir.

 

[16] 25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın III fəslin 5.4-cü bənddə “15-ci bəndində” sözləri “6-cı hissəsində” sözləri ilə əvəz edilmişdir.

 

[17] 19 noyabr 2012-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 noyabr 2012-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1210) ilə 6.1-ci və 6.4-cü bəndlərdə "rüsum" sözü "haqq" sözü ilə əvəz edilmişdir.

 

25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın III fəslin 6.1-ci bənddə “və müəyyən edilmiş əlavə haqq ödəmək şərtilə” sözləri “xidmət haqqını (ödənişi) ödəmək şərtilə” sözləri ilə əvəz edilmişdir.

 

[18] 25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın III fəslin 6.4-cü bənddə “və ya ödənilən haqq” sözləri “və ya ödənilən xidmət haqqı (ödəniş)” sözləri ilə və “15.1 və 15.2 bəndlərinə” sözləri “6.1-ci və 6.2-ci bəndlərinə” sözləri ilə əvəz edilmişdir.

[19] 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın IV fəslin adında, 1.1-ci bəndinin birinci və ikinci cümlələrində, 2.1-ci və 6.1-ci bəndlərində ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[20] 19 noyabr 2012-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 noyabr 2012-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1210) ilə 2.1.1-ci yarımbəndin "ə)" yarımbəndində "dövlət rüsumunun" sözləri "müəyyən edilmiş haqqın" sözləri ilə əvəz edilmişdir.

 

25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın IV fəslin 2.1.1-ci yarımbəndin səkkizinci abzasında “müəyyən edilmiş haqqın” sözləri “xidmət haqqının (ödənişin)” sözləri ilə əvəz edilmişdir.

 

[21] 19 noyabr 2012-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 noyabr 2012-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1210) ilə 2.2.1-ci yarımbəndin ikinci abzasında "dövlət rüsumunu" sözləri "haqqı" sözü ilə əvəz edilmişdir.

 

25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın IV fəslin 2.2.1-ci yarımbəndin ikinci abzasında "əlavə haqqı ödəmək şərti ilə" sözləri “xidmət haqqını (ödənişi) ödəmək şərtilə” sözləri ilə əvəz edilmişdir.

 

[22] 19 noyabr 2012-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 noyabr 2012-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1210) ilə 2.2.2-ci yarımbəndin üçüncü abzasında "rüsumun" sözü "haqqın" sözü ilə əvəz edilmişdir.

 

25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın IV fəslin 2.2.2-ci yarımbəndin üçüncü abzasında “haqqın” sözü “xidmət haqqının (ödənişin)” sözləri ilə əvəz edilmişdir.

 

[23] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 3.1-ci bəndin birinci abzasında "sonra" sözündən sonra "2 ay ərzində" sözləri əlavə edilmişdir.

 

[24] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 3.2.1-ci yarımbənd əlavə edilmişdir.

 

[25] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.1-ci, 5.2-ci, 5.3-cü, 5.4-cü, 6.1-ci bəndlərdə və 7-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında "Apellyasiya komissiyası" sözləri ismin müvafiq hallarında "Apellyasiya şurası" sözləri ilə əvəz edilmişdir.

 

[26] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.2-ci bənddə "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir.

 

[27] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 6.1-ci bənddə "əsasən" sözündən sonra "və əlavə dövlət rüsumu ödəmək şərtilə" sözləri, ikinci halda "tərəfindən" sözündən sonra isə "əlavə olaraq" sözləri əlavə edilmişdir.

 

[28] 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148) ilə "Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın IV-cü fəslinin 7-ci bəndinin ikinci abzası  yeni redaksiyada verilmişdir

Əvvəlki redaksiyada deyilirdi:

İddiaçı coğrafi göstəricinin qeydə alınması, ona dair məlumatın dərci və şəhadətnamənin verilməsi barədə bildiriş aldığı tarixdən 2 ay ərzində dövlət rüsumu ödəməlidir.

 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 7-ci bəndin birinci abzasında "iddiaçı" sözündən sonra "2 ay ərzində" sözləri əlavə edilmişdir və həmin abzasa ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

 

13 sentyabr 2012-ci il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 sentyabr 2012-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 923) ilə "Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın IV fəslinin 7-ci hissəsinin ikinci abzasının birinci cümləsində "2" rəqəmi "4" rəqəmi ilə əvəz edilmişdir.

 

29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın IV fəslinin 7-ci hissəsinin ikinci abzasının ikinci cümləsində “dövlət rüsumu” sözləri “haqq” sözü ilə əvəz edilmişdir.

 

[29] 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın IV fəslin 7-ci hissənin üçüncü abzasında “SMPDK” abreviaturası “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[30] 25 iyun 2014-cü il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 900) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın IV fəslə yeni məzmunda 8-ci hissə əlavə edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 8-ci hissə ləğv edilmişdir.