Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkil Qaydası barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 187 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Dövlət şəhərsalma kadastrının yaradılması mərhələlərlə aparılmaqla 2004-cü ilə qədər başa çatdırılsın.

3. Kadastrın yaradılma və aparılma metodikasının birinci mərhələdə (2001-2003-cü illərdə) sınaq təcrübəsinin keçirilməsi üçün müəyyən olunmuş şəhərlərin Siyahısı təsdiq edilsin (əlavə olunur).

Şəhərsalma kadastrının aparılması Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir və Əli Bayramlı şəhər icra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin iştirakı ilə göstərilən şəhər icra hakimiyyətlərinin müvafiq bölmələrinə həvalə edilsin və bu bölmələrin normal fəaliyyəti üçün şəhər icra hakimiyyətləri müvafiq istehsalat sahələri və material-texniki vəsaitlər ayrılsınlar.

Müəyyən edilsin ki, şəhərsalma kadastrının məlumat bankı bir tərəfdən təsdiq edilmiş şəhərsalma sənədlərindən, digər tərəfdən geodeziya və xəritəçəkmə materialları, mühəndis-geoloji, statistik və ekoloji göstəricilər, nazirlik və idarələrin lazımi məlumatları, texniki inventarlaşma bürolarından və digər müəssisə və təşkilatlardan alınan məlumatlar əsasında yaradılır.

4. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Torpaq Komitəsi, Dövlət Əmlakı Nazirliyi, Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Mədəniyyət Nazirliyi, Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi və digər əlaqədar nazirlik, komitə, idarə və təşkilatlar, Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir və Əli Bayramlı şəhər icra hakimiyyətləri şəhərsalma kadastrının yaradılması və aparılmasının respublikanın torpaq, su, meşə, ekologiya və digər əlaqələr kadastr və registrlər ilə əlaqələndirilməsini təmin etsinlər.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2001-ci ildən başlayaraq Dövlət Tikinti və Arxitektura Komitəsinin əsaslandırılmış sifarişçiləri əsasında şəhərsalma kadastrının yaradılması və aparılması üçün maliyyə vəsaitinin ayrılmasını müvafiq ilin büdcəsində nəzərdə tutsun.

6. Respublika şəhərlərində şəhərsalma kadastrının yaradılması üçün yerli icra hakimiyyətləri, Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi ilə birgə 2001-2003-cü illərdə:

tələb olunan işlərin görülməsini;

şəhər və digər yaşayış məntəqələrinin faktiki istifadəsindən olan torpaq sahələrinin dəqiqləşdirilməsini;

şəhər və digər yaşayış məntəqələrinin şəhərsalma sənədləri əsasında inzibati sərhədlərinin təyin edilməsini və səlahiyyətli orqanlar tərəfindən təsdiq edilməsini;

təsdiq olunmuş inzibati sərhəd daxilində şəhər və digər yaşayış məntəqələrinin uçotu aparılmaqla ildə iki dəfə aidiyyəti təşkilatlara hesabat verilməsini;

şəhər və digər yaşayış məntəqələrinin xəritəçəkmə materialları üzərində 1:500, 1:1000, 1:2000 miqyasında bina və qurğuların inventarlaşdırılmasının aparılmasını, lazım gələrsə, çatışmayan topoxəritələrin tərtib olunması üçün tədbirlər görülməsini;

layihə institutlarının iştirakı ilə obyektlərin texniki təsvirinin aparılmasını və onların dəyər göstəricilərinin müəyyənləşdirilməsini;

layihə institutlarının iştirakı ilə şəhər ərazilərinin şəhərsalma göstəriciləri nəzərə alınmaq şərti ilə kompleks sosial-iqtisadi qiymətləndirilməsini təmin etsinlər.

7. Şəhərsalma kadastrının yaradılması və aparılmasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aid edilsin:

respublika səviyyəsində şəhərsalma kadastrının yaradılması və aparılması;

şəhərsalma kadastrının vahid normativ-hüquqi, metodiki əsaslarının tərtib və təsdiq edilməsinin təşkili;

şəhərsalma kadastrı məlumatlarının yaradılması, aparılması və istifadəsinə nəzarətin təşkili;

şəhərsalma kadastrının Azərbaycan Respublikasının vahid dövlət kadastrları sisteminə inteqrasiyasının təmin olunması.

8. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Torpaq Komitəsi, Dövlət Əmlakı Nazirliyi, Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Statistika Komitəsi və digər aidiyyəti nazirlik, komitə və təşkilatlarla, müvafiq şəhər icra hakimiyyətləri ilə birgə şəhərsalma kadastrının yaradılması və aparılması üçün nazirlik, müəssisə və təşkilatlarından məlumatların alınması və istifadəsi qaydalarını hazırlayıb təsdiq etsinlər.

9. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə şəhərsalma kadastrının yaradılması və aparılması üçün kadastrın hazırlanması və təkmilləşdirilməsi üzrə tədbirlər hazırlayıb həyata keçirsinlər.


Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADӘ

Bakı şəhəri, 4 sentyabr 2000-ci il
                   № 159

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2000-ci il 4 sentyabr tarixli, 159 nömrəli qərarı ilə

 TӘSDİQ edİlmİşdİr

 

 

Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili

Qaydaları

 

 

 Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili ĞŞəhərsalmanın əsasları haqqındağ, Ğİnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqındağ Azərbaycan Respublikasının qanunlarına və digər normativ-hüquqi aktlarına əsaslanaraq Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrində ərazinin kompleks idarə olunması və onun şəhərsalma fəaliyyətinin tənzimlənməsi məqsədi ilə yaradılır və aparılır.

 Bu Qaydalar yaşayış məntəqələrində və şəhərsalma fəaliyyəti aparılan digər ərazilərdə dövlət şəhərsalma kadastrının və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin yaradılması və aparılmasının əsas istiqamətlərini, dövlət şəhərsalma kadastrı xidmətlərinin təşkili prinsiplərini, onların funksional vəzifələrini müəyyən edir və normativ-metodiki bazasının yaradılması üçün zəmin yaradır.

I. Ümumİ müddəalar

 Dövlət şəhərsalma kadastrı yaşayış məskənlərində torpaqların və digər daşınmaz əmlakın qeydiyyatı və uçotu da daxil olmaqla ərazinin kompleks qiymətləndirilməsi və şəhərsalma fəaliyyətində müvafiq qərarlar qəbul edilməsi üçün kəmiyyət və keyfiyyət göstəricilərinin məcmusudur.

 Dövlət şəhərsalma kadastrı Azərbaycan Respublikasının dövlət və yerli idarəetmə orqanlarını, fiziki və hüquqi şəxsləri, həmçinin mövcud qanunvericilik çərçivəsində əcnəbiləri, vətəndaşlığı olmayan şəxsləri və xarici hüquqi şəxsləri lazımi məlumatlarla təmin edir.

 2. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi ərazinin şəhərsalma göstəricilərində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə müntəzəm şəkildə aparılan müşahidələr sistemidir.

 3. Dövlət şəhərsalma kadastrı xidməti şəhərsalma kadastrının və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasının hüquqi-sosial, metodiki və texniki cəhətdən kompleks şəkildə idarə olunmasını təmin edən orqandır.

II. Dövlət şəhərsalma kadastrının formalaşma mərhələlərİ

 4. Dövlət şəhərsalma kadastrının formalaşması üç səviyyədə aşağıdakı mərhələlər üzrə aparılır:

 Başlanğıc mərhələdə respublikanın inzibati rayon və şəhərlərindən, bütün yaşayış məntəqələrindən və şəhərsalma baxımından tənzimlənən digər ərazilərindən vahid texnologiya əsasında məlumatlar toplanır, təhlil edilir və xüsusi klassifikatorlar vasitəsi ilə sistemləşdirilərək baza səviyyəsi yaradılır.

 Respublikada dövlət şəhərsalma kadastrının bütövlükdə formalaşması üçün baza səviyyəsi əsas sayılır.

 İkinci mərhələdə baza səviyyəsi məlumatları Naxçıvan Muxtar Respublikasının rayon və şəhərlərinin inzibati və ərazi hüdudları prinsipi ilə toplanaraq qruplaşdırılır və orta səviyyə formalaşır.

 Zərurət yaranarsa, bu mərhələdə respublikanın iqtisadi zonaları hüdudları daxilində baza səviyyəsi məlumatlarının qruplaşdırılması təklif edilə bilər.

 Üçüncü mərhələdə baza səviyyəsi və orta səviyyə məlumatları dövlət şəhərsalma kadastrının vahid sistemdə mərkəzləşdirilmiş məlumat bankına daxil edilir və şəhərsalma kadastrının respublika dövlət səviyyəsi formalaşır.

 Bu səviyyədə məlumatlar beynəlxalq kadastr sistemləri ilə əlaqələndirilə və inteqrasiya oluna bilər.

 Dövlət şəhərsalma kadastrının formalaşması ilə eyni zamanda onun normativ metodiki bazası da yaradılır.

 5. Səviyyə və mərhələlərdən asılı olmayaraq, şəhərsalma kadastrının cavabdeh olan orqanlar tərəfindən bu mərhələlərə paralel şəkildə dövlət şəhərsalma kadastrının yaradılması konsepsiyasının və proqramının layihəsi, normativ hüquqi sənədlərin qəbul edilməsi və kadastr xidmətlərinin təşkili, dövlət şəhərsalma kadastrının proqram təminatının qurulması və şəhərsalma kadastrına daxil edilməli olan mövcud informasiyanın inventarizasiyası aparılır.

 Eyni zamanda məlumatların mütəmadi olaraq şəhərsalma kadastrına daxil edilməsinin təşkili, qeydiyyatı və müvafiq arayış formalarının tərtibi və təsdiqi həyata keçirilir. Nəticə olaraq şəhərsalma kadastrı vahid format və təsnifatda avtomatlaşdırma yolu ilə sistemləşdirilir və kadastrın struktur tərkibi sxemi ilə yığılır.

III. Dövlət şəhərsalma kadastrının strukturu və formalaşma prosesİ

 6. Dövlət şəhərsalma kadastrının struktur tərkibi müvafiq sərhədlərlə hüdudlanan ərazi, ərazi hissələri, zonalar, bina və qurğular, mühəndisi, nəqliyyat və sosial infrastruktur obyektləri, ərazinin şəhərsalma dəyəri, onun ekoloji, mühəndis-geoloji, seysmik, hidro-geoloji xüsusiyyətləri haqqında məlumatların kəmiyyət və keyfiyyət göstəricilərinin vahid sistemidir.

 7. Şəhərsalma fəaliyyəti obyektlərinin qarşılıqlı əlaqələndirilməsi rayon, şəhər, şəhər rayonu, kənd, qəsəbə, yaşayış massivi, mikrorayon və məhəllələrdə yerləşən binalar, qurğular, mühəndis və küçə-yol şəbəkələrinin sahə və qovşaqları, ərazi zonaları (funksional, mühafizə, mühəndis-geoloji, gigiyena-ekoloji) və digər şəhərsalma fəaliyyəti obyektlərinin kadastr qeydiyyatı (kodlaşdırılması) yolu ilə həyata keçirilir.

 8. Dövlət şəhərsalma kadastrının respublikada vahid sistem üzrə geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı, dövlət torpaq kadastrı və sair kadastr məlumatları əsasında yaşayış məntəqələrinin inzibati hüdudlarının dürüstləşdirilməsindən başlamış, həmin hüdudlar daxilində yerləşən bütün şəhərsalma fəaliyyəti obyektlərini yerüstü, stasionar və digər metodlarla kompleks müşahidə etməklə aparılır.

 9. Yaşayış məntəqələrində şəhərsalma kadastrının struktur tərkibinə daxil olan obyektlərin vəziyyətinin təyini Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş metodika və proqramlar üzrə aparılır.

 10. Respublikanın müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının kadastr xidmətləri aşağıdakıları həyata keçirir:

 yaşayış məntəqələrinin ərazisində yerləşən bütün şəhərsalma obyektlərinin inventarizasiyasının aparılmasının təşkilini;

 şəhərsalma fəaliyyəti obyektlərinin miqdarı, vəziyyəti və qiymətləndirilməsi haqqında uzunmüddətli operativ informasiyaya olan ehtiyacın mütəmadi şəkildə öyrənilməsini;

 dövlət şəhərsalma kadastrının daim dolğunlaşdırılması üçün vacib olan məlumatların şəhərsalma sənədlərinə daxil olması üzrə tədbirlər görülməsini.

IV. Şəhərsalma fəalİyyətİ obyektlərİnİn monİtorİnqİnİn aparılma qaydaları

 11. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi bütövlükdə ərazinin ümumi monitorinqinin tərkib hissəsi kimi respublikanın bütün yaşayış məntəqələrində vahid metodologiya əsasında aparılır və aşağıdakıları nəzərdə tutur:

 şəhərsalma fəaliyyəti obyektləri üzərində müntəzəm müşahidələr aparmaqla, torpaq, ekoloji, geoloji, kartoqrafik, digər çöl və laboratoriya tədqiqatları yerləşən şəhərsalma fəaliyyəti obyektlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsinin izlənməsini;

 şəhərsalma baxımından tənzimlənən ərazidə baş verən dəyişikliklər, şəhərsalma fəaliyyəti obyektlərinin mülkiyyət formasının, onların texniki və mühəndisi göstəricilərinin dəyişməsi, təbii və texnogen amillərin təsiri ilə aşınması, korlanması və ya sıradan çıxması üzərində müşahidələrin aparılmasını;

 12. Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Torpaq Komitəsi, Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi, Elmlər Akademiyası, rayon (şəhər) icra hakimiyyəti orqanları, müvafiq elmi tədqiqat və layihəaxtarış təşkilatları ilə razılaşdırmaqla aşağıdakıları həyata keçirir:

 şəhərsalma, torpaq, ekoloji, geoloji, kartoqrafik və digər axtarış işlərinin aparılması, yaşayış ərazilərinin müxtəlif miqyaslarda xəritələndirilməsi, şəhərsalma fəaliyyəti obyektləri üzərində operativ monitorinq müşahidələrinin aparılması üçün zəruri olan plan-xəritə materiallarının tərtib edilməsi üzrə təlimatlar və metodik göstərişlərin hazırlanmasının və təsdiqinin təşkilini;

 şəhərsalma obyektlərinin monitorinqi əsasında ərazinin ekoloji vəziyyətinin müəyyənləşdirilməsi və onun mühafizəsi barədə proqramların hazırlanmasını;

 şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi üzrə materialların və məlumatların sistemləşdirilməsini, həmin məlumatların təhlilini, saxlanmasını və verilməsini.

 13. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi ilə bağlı məlumatların dəqiqləşdirilməsi və təhlilini təşkil etmək məqsədi ilə:

 mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mülkiyyətində, istifadəsində və icarəsində olan təsərrüfat obyektlərinin tərkibində baş vermiş dəyişikliklər barədə hər ilin sonunadək rayon (şəhər) icra hakimiyyəti orqanlarına müəyyən olunmuş qaydada məlumat verirlər;

 Naxçıvan MR Nazirlər Kabineti və rayon (şəhər) icra hakimiyyəti orqanları öz inzibati ərazi hüdudlarında şəhərsalma fəaliyyəti obyektlərinin mövcud vəziyyəti və dəyişiklikləri barədə hər il martın 1-dək Dövlət Tikinti və Arxitektura Komitəsinə məlumat verirlər;

 Dövlət Tikinti və Arxitektura Komitəsi MR Nazirlər Kabineti və Dövlət Tikinti və rayon (şəhər) icra hakimiyyəti orqanlarından aldığı məlumatları ümumiləşdirərək və hər il iyunun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə icmal-hesabat təqdim edir.

 14. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqi müvafiq rayon (şəhər) kadastr xidmətləri tərəfindən aparılır.

 15. Şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması prosesini tənzimləyən texniki sənədlərin nümunələrinin hazırlanması Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təşkil olunur.

V. Dövlət şəhərsalma kadastrı fondu

 16. Dövlət şəhərsalma kadastrının fonduna Azərbaycan Respublikasının yaşayış məntəqələri hüdudlarında yerləşən bütün şəhərsalma fəaliyyəti obyektlərinin təyinatı, sərhədləri, ölçüləri, koordinatları, hüquqi statusu və s. haqqında kadastr məlumatları və materialları daxildir.

 17. Dövlət şəhərsalma kadastrının fondu Dövlət Tikinti və Arxitektura Komitəsinin sərəncamındadır.

 18. Mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün müəssisələr dövlət şəhərsalma kadastrı və monitorinq üzrə hazırlanmış materialların bir nüsxəsini Dövlət Tikinti və Arxitektura Komitəsinin təsdiq etdiyi qaydalara müvafiq olaraq dövlət şəhərsalma kadastrının fonduna daxil etmək məqsədi ilə uyğun səviyyəli kadastr xidmətinə təqdim edirlər.

 19. Dövlət şəhərsalma kadastrı fondu digər kadastr fondları ilə əlaqəli şəkildə qurularaq respublikanın vahid informasiya fondunun tərkib hissəsini təşkil edir.

VI. Kadastr məlumatlarının tərkİbİ və aparılması qaydaları

 20. Hər bir səviyyənin şəhərsalma kadastrında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhlükəli, təbii və texnogen proseslərin mənbəyi olan və fövqəladə vəziyyət yarada bilən ərazilərin və təsərrüfat obyektlərinin siyahısı, xüsusi qoruqların, ekoloji ərazilərin siyahısı, tarixi, mədəniyyət obyektlərinin siyahısı, xüsusi tənzimlənmə tələb edən istehsalat müəssisələri və obyektlərin siyahısı, eləcə də torpaq sahələrinin və nəqliyyat kommunikasiyalarının siyahıları əks olunur.

 Bundan başqa hər bir səviyyənin şəhərsalma kadastrına ona daxil edilməli olan bütün obyektlərin torpaq sahələri, onlara sahiblik, istifadə və ya icarə səlahiyyətləri olan hüquqi və fiziki şəxslər haqqında məlumatlar daxil edilir.

 21. Hər bir səviyyənin şəhərsalma kadastrına müvafiq inzibati ərazi sərhədlərində yerləşmiş bütövlükdə ərazilər, ərazi hissələri, zonalar, istehsal, mühəndis, nəqliyyat və sosial infrastruktur obyektləri şəhərsalma fəaliyyətinin xüsusi təyinatlı obyektləri rekreasiya əraziləri, mədəni landşaftlar və s. də daxil olmaqla daşınmaz əmlak barədə məlumatlar daxildir. Həmçinin bir səviyyənin şəhərsalma kadastrı özündən yuxarı səviyyənin obyektləri barədə ümumi məlumatları da özündə əks etdirir.

 22. Səviyyəsindən asılı olmayaraq şəhərsalma kadastrı ərazidə dövlət şəhərsalma norma və qaydalarına, şəhərsalma reqlamentlərinə əməl olunmasına nəzarəti həyata keçirmək, şəhərsalma fəaliyyətini tənzimləmək, ərazi və yaşayış məskənlərinin dayanıqlı və ahəngdar inkişafını təmin etmək üçün vacib olan aşağıdakı məlumatları cəmləşdirir:

 a) təsdiq edilmiş şəhərsalma sənədlərini;

 b) topo-geodeziya və kartoqrafik materiallarının dövlət kadastrı məlumatları, ekologiya, sosial-iqtisadi və sair kadastr məlumatlarını;

 c) ərazinin şəhərsalma cəhətdən qiymətləndirilməsi və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin nəticələri haqqında məlumatları;

 ç) istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun inkişafı, tarix, mədəniyyət, təbiət abidələrinin mühafizəsi, ərazinin abadlaşdırılması və mühafizəsi üzrə təsdiq olunmuş layihə, sxem, proqram və investisiya layihələrinin göstəricilərini;

 d) şəhərsalma sahəsindəki norma və qaydaları, layihə sənədləri barəsindəki məlumatları, tikintinin aparılması üçün icazələri, obyektlərin yoxlama aktlarını, onların qəbulu və istismara verilməsi aktlarını və s.

 23. Şəhərsalma kadastrının tərkibinə, bunlardan əlavə, istinad topoqrafik planlarının materialları, yerüstü və yeraltı mühəndis kommunikasiyalarının iri miqyaslı planları, yaşayış binalarının registri, inşası başa çatmış obyektlərin cizgiləri, inventarlaşma sənədləri və daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi barədə materiallar və s. də daxil edilir.

 24. Dövlət şəhərsalma kadastrı məlumatları sisteminin formalaşması toplanma, yığılma, saxlanma və istifadə üçün verilmə mərhələləri üzrə həyata keçirilir:

 toplanma mərhələsində kadastr planlarından rəqəmli (elektron) qrafik məlumatların və mətnlərin alınması həyata keçirilir;

 yığılma mərhələsində kadastr məlumatlarının rəqəmli modeli və mətnləri formalaşaraq qrafik semantik fayl şəklində yığılır;

 saxlanma mərhələsində kadastr məlumatlarının qrafik təsvirinin və mətnlərinin toplanması, onların kadastrın struktur tərkibinə daxil olan komponentlərlə əlaqəli şəkildə saxlanması həyata keçirilir;

 istifadəyə verilmə mərhələsində tələbata əsasən rəqəmli kadastr planlarının, sxemlərinin, mətnlərinin və şəhərsalma fəaliyyəti obyektlərinin pasportlarının hissələrlə və ya bütöv formada verilməsi həyata keçirilir.

 25. Əsas sənədlər və şəhərsalma kadastrına daxil olan köməkçi məlumatlar qoyulmuş tələblərə uyğun olduqda onlara qeydiyyat nömrələri verilir və qeydiyyat kitabçasına müvafiq yazılışlar edilir, həmin məlumatlar məlumat ehtiyatları statusu alır.

 26. Şəhərsalma kadastrının məlumat ehtiyatlarının qeydiyyatı, uçotu və təzələnməsi aşağıdakı istiqamətlərdə aparılır:

 a) ərazinin vəziyyəti və onun şəhərsalma cəhətdən qiymətləndirilməsi;

 b) ərazi və məskənlərin inkişafının şəhərsalma baxımından planlaşdırılması;

 c) ərazilərin kadastr zonalarına bölünməsi;

 ç) kadastr zonalarının ərazisindən istifadə olunmasında məhdudiyyətlər, qadağanlar, üstünlükvermələr və digər tələblər;

 d) şəhərsalma fəaliyyətində iştirakçıların hüquqi münasibətlərinin tənzimlənməsi.

 27. İnformasiya ehtiyatlarının işlənməsi, qorunması və təzələnməsi, istifadəçilərə məlumatların təqdim olunması, həmçinin sənədlərin ləğv edilməsi, köhnə məlumatların arxivə göndərilməsi şəhərsalma kadastr xidməti tərəfindən Mərkəzi Arxivlər İdarəsinin müəyyən etdiyi qaydalara əsasən həyata keçirilir.

 28. Ərazidən istifadəyə, orada tikinti aparılmasına, obyektlərin dəyişilməsinə olan tələblər də daxil olmaqla, şəhərsalma fəaliyyəti obyektləri barədə müəyyən olunmuş məlumatların məcmusu şəhərsalma pasportunda öz əksini tapır.

 29. Şəhərsalma obyektlərinin pasportu Dövlət Tikinti və Arxitektura Komitəsinin təsdiq etdiyi formada tərtib edilir.

VII. Dövlət şəhərsalma kadastrının yaradılması və aparılmasını həyata keçİrən orqanlar

 30. Azərbaycan Respublikasının ərazisində dövlət şəhərsalma kadastrı aşağıdakı orqanlar tərəfindən yaradılır və aparılır:

 respublikada: Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi;

 Naxçıvan Muxtar Respublikasında: Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti;

 inzibati rayon və şəhərlərdə: müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları;

 31. Dövlət şəhərsalma kadastrının yaradılması və aparılması müvafiq icra hakimiyyəti orqanı tərkibində aşağıdakı strukturlara həvalə edilir:

 Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi nəzdində bilavasitə ĞDövlət Şəhərsalma Kadastrının yaradılması və aparılmasının metodiki əsaslarının işlənməsiğ üzrə keçirilən tenderdə qalib gələn və bu işləri hazırda aparan ĞAzəraqrarsukanallayihəğ İnstitutuna;

 Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura idarəsinə;

 müvafiq rayon (şəhər) icra hakimiyyətinin memarlıq və şəhərsalma orqanına.

 32. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi respublika ərazisində şəhərsalma kadastrının aparılmasının vahid sisteminin yaradılmasının və şəhərsalma kadastrının aparılması işlərinin dövlət sifarişçisi olaraq aşağıdakıları yerinə yetirir:

 a) məlumatların toplanılması, işlənilməsi, uçotu, qeydiyyatı, saxlanılması, informasiya ehtiyatlarının təzələnməsi, məlumatların istifadəçilərə verilməsi də daxil olmaqla şəhərsalma kadastrının vahid sistemlə aparılmasının norma və standartlarının, birtipli formaların, metodikaların, təsnifatların və digər normativ metodiki sənədlərin hazırlanmasını və təsdiqini;

 b) şəhərsalma kadastrının aparılması üzrə respublika qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində təkliflərin hazırlanmasını;

 c) respublika səviyyəsində şəhərsalma kadastrı və onun avtomatlaşdırılmış sisteminin yaradılması və istismarı proqramının işlənilməsi və həyata keçirilməsi;

 ç) bütün səviyyələrdə şəhərsalma kadastrının aparılması üçün vahid normativ-metodiki bazanın yaradılmasını;

 d) bütün səviyyələrdə şəhərsalma kadastrları, o cümlədən torpaq, meşə, su və başqa dövlət kadastrları və informasiya sistemləri arasında müvafiq icra orqanları ilə bağlanılan və əsas sənədlərin, məlumatların şəhərsalma kadastrına daxil edilməsi qaydalarını nəzərdə tutan müqavilələr üzrə informasiya mübadiləsinin təşkilini;

 e) Azərbaycan Respublikasının bütün ərazisində şəhərsalma kadastrının vahid sistemdə təsdiq olunmuş normativ sənədlərə əsasən nəzarətini.

33. Bütün səviyyələrdə Dövlət şəhərsalma kadastrını aparan müvafiq icra hakimiyyəti orqanları aşağıdakıları həyata keçirir:

 a) respublika şəhərsalma kadastrı məlumatlarının istifadəçilərə təqdim olunmasının, o cümlədən respublikanın mülkiyyət obyektləri barədə məlumatlarının sorğu əsasında Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarına verilməsinin təşkilini;

 b) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Dövlət şəhərsalma kadastrı məlumatlarının istifadəsinə görə rüsumların miqdarının, əsas məlumatları təqdim edən orqanlarının maraqlarını nəzərə almaqla (onlarla razılaşma əsasında) göstərilən xidmətlər üçün köçürülən vəsaitin istifadə olunma qaydalarının və şəhərsalma qanunvericiliyinin, şəhərsalma reqlamentlərinin pozulmasına görə cərimələrin miqdarının müəyyənləşdirilməsini;

 c) Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Dövlət şəhərsalma kadastrının yaradılması və aparılması üzrə kadrların hazırlanması və təkmilləşdirilməsinin təşkilini;

 34. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Dövlət Tikinti və müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində aşağıdakıları təmin edir:

 a) memarlıq və şəhərsalma orqanının bölməsi kimi dövlət şəhərsalma kadastrı xidmətinin yaradılmasını;

 b) respublikanın müvafiq normativ-hüquqi akt və sənədləri əsasında, yerli xüsusiyyətləri nəzərə almaqla, dövlət şəhərsalma kadastrının və monitorinqinin aparılması üzrə uyğun normativ-hüquqi aktların və normativ metodiki sənədlərin hazırlanmasını;

 c) bu Qaydaların 32-ci bəndinin ç) yarımbəndrində göstərilən qayda və razılaşmalar əsasında icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər, həmçinin qanunvericilik çərçivəsində əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər tərəfindən Naxçıvan Muxtar Respublikasının şəhərsalma kadastrına daxil ediləcək əsas sənədlərin təqdimat qaydalarının hazırlanmasını və təsdiqini;

 ç) Naxçıvan Muxtar Respublikasının və müvafiq inzibati rayonun (şəhərin) şəhərsalma kadastrının yaradılması proqramının və onun avtomatlaşdırılmış sisteminin yaradılması və tətbiqi layihələrinin işlənilməsini və həyata keçirilməsini.

 35. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, həmçinin Muxtar Respublika rayon (şəhər) şəhərsalma kadastrının vahid sistem üzrə aparılmasına nəzarət edilməsini həyata keçirir.

VIII. Dövlət şəhərsalma kadastrının malİyyələşdİrİlməsİ

 36. Şəhərsalma kadastrının yaradılması və aparılması büdcə vəsaitindən və təsərrüfat hesablı fəaliyyətdən əldə edilən mənfəətdən maliyyələşir. Təsərrüfat hesablı fəaliyyətdən alınan vəsait qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəhərsalma qanunvericiliyini, şəhərsalma reqlamentlərini pozmağa görə cərimələrdən, kadastr xidməti və informasiya təminatına görə ödənişlərdən formalaşır.

 

 

 

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2000-ci il 27 oktyabr tarixli 139 nömrəli qərarı ilə

 təsdİq edİlmİşdİr

 

 

Dövlət Şəhərsalma Kadastrının yaradılması və tətbiq olunma Metodikasının birinci mərhələsində, 2001—2003-cü illərdə sınaq təcrübəsi keçiriləcək şəhərlərin

Sİyahısı

 

Şəhərlərin adı

Kadastr xidmətinin yaranma müddəti

Kadastrın yaranması və tətbiq olunması üçün cavabdeh təşkilat

Bakı şəhəri

2001-ci il

Bakı Şəhər İcra Hakimiyyəti

Naxçıvan şəhəri

2002-ci il

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti

Gəncə şəhəri

2002-ci il

Gəncə

Şəhər İcra Hakimiyyəti

Sumqayıt şəhəri

2002-ci il

Sumqayıt Şəhər İcra Hakimiyyəti

Mingəçevir şəhəri

2003-cü il

Mingəçevir Şəhər İcra Hakimiyyəti

Əli Bayramlı şəhəri

2003-cü il

Əli Bayramlı Şəhər İcra Hakimiyyəti