Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

 

aşağı səviyyəsində

- 1,04

orta səviyyəsində

- 1,08

yuxarı səviyyəsində

- 1,12

 

əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

 

aşağı səviyyəsində

- 1,16

orta səviyyəsində

- 1,20

yuxarı səviyyəsində

- 1,24

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerlərinin attestasiyasının  nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikasını hazırlayıb təsdiq etsin.

2. Nazirliklər, dövlət komitələri və baş idarələr Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla bu qərarın 1-ci bəndində uyğun olaraq tabeliklərindəki büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və zərərli olan iş yerlərində peşə və vəzifələrin siyahısını müvafiq artım əmsalları göstərilməklə təsdiq etsinlər.

3. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilsin.

4. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

 

 

sahillə quru yol əlaqəsi olduqda

- 1,4

quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:
0,5 km-ə qədər




- 1,5

0,5 km-dən 70 km-ə qədər

1,65

70- km-dən artıq

1,75

 

5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin.[1]

6. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin.[2]

7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının susuz ərazilərini müəyyən etsin və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə həmin ərazilərin xəritəsini hazırlasın.[3]

8. Müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına artım əmsallarını tətbiq edərkən iş yerləri ilə içməli su mənbəyi arasındakı məsafələri hər il şəhər (rayon) icra hakimiyyəti orqanı ilə dəqiqləşdirərək razılaşdırsınlar.

9. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına artım əmsallarını bu qərarın 8-ci bəndində göstərilən qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla tətbiq etsinlər.

10. Bu qərarın 3-cü, 5-ci bəndlərində göstərilən artım əmsalları işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əmək haqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilsin.

11. "Əmək haqqının təşkilinin təkmilləşdirilməsi və xalq təsərrüfatının sənaye sahələrinin işçilərinin yeni tarif və vəzifə maaşlarının tətbiq edilməsi haqqında" Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in 1986-cı il 27 noyabr tarixli, 390 nömrəli qərarının 7-ci bəndi və 14-cü bəndinin ikinci abzası, "Azərbaycan SSR dağ yerlərində yerləşən müəssisə və təşkilat işçilərinə əmək haqqı üzrə güzəştlərin verilməsi qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 16 noyabr tarixli 526 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

12. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 22 avqust 2002-ci il

   ¹ 137

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarına

1 nömrəli əlavə [4]

 

Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin

 

SİYAHISI[5]

 

Yaşayış məntəqələrinin adları[6]

1500 metrdən — 2000 metrədək[7]

2000 metrdən yuxarı

Daşkəsən rayonu

Quytul k.

 

Çovdar k.

 

Zəylik k.

 

Alunitdağ qəs.

 

Daşkəsən şəh.

 

Yuxarı Daşkəsən qəs.

 

Daşkəsən qəs.

 

Mollahəsənli k.

 

Əhmədli k.

 

Şahvələdli k.

 

Qıyıqlı k.

 

Dardərə k.

 

Muşavaq k.

 

Qazaxyolçular k.

 

Zağalı k.

 

Rəsullu k.

 

Xoşbulaq k.

 

Qaraqullar k.

 

Qaratağlar k.

 

Yolqullar k.

 

Zinzahal k.

 

Şahkərəm k.

 

Alaxançallı k.

 

Zivlan k.

 

Gurbulaq k.

 

Əmirvar k.

 

Əhmədli k.

 

Dəvrallı k.

 

Qazaxlı k.

 

Güneykənd k.

 

Tapan k.

 

Qabaqtəpə k.

 

Təzəkənd k.

 

Astaf k.

 

Pirverdilər k.

 

Gəlinqaya k.

 

Çanaqçı k.

 

Kəmərqaya k.

 

Dəstəfur k.

 

Aşağı Daşkəsən k.

 

Çıraqlı k.

 

Almalı k.

 

Kollu k.

 

Quşçu k.

 

Gədəbəy rayonu[8]

Qoşabulaq k.

 

Moruxlu

 

Orconikidze k.

 

Xarxar k.

 

Çanaqçı k.

 

Slavyanka k.

 

Ərtəpə k.

 

Pirbulaq k.

 

Soyuqbulaq k.

 

Maarif k.

 

Qorelsk k.

 

Qaradağ k.

 

Arıqdam k.

 

Yenikənd k.

 

Gədəbəy şəh.

 

Ayıtala k.

 

Şurakənd k.

 

Dəyəqarabulaq k.

 

Musayal k.

 

Düzyurd k.

 

Qarıkənd k.

 

Hacıələkbərli k.

 

Şəkərbəy k.

 

Yaqublu k.

 

Heydərli k.

 

Gödəkdərə k.

 

Sarıhəsənli k.

 

Qozqaralı k.

 

Əmiraslanlı k.

 

Gərgər k.

 

Heriknaz k.

 

Əmir k.

 

Alnabat k.

 

Dəyirmandağ k.

 

Daryurd k.

 

Qarovultomba k.

 

Çaldaş k.

 

Qaravəllər k.

 

Məmmədcəfərli k.

 

Əyridərə k.

 

Sonalar k.

 

Hacılar k.

 

Göyəlli k.

 

Bəydəmirli k.

 

Kollu k.

 

Çay Rəsullu k.

 

Qarıkənd k.

 

Gülallı k.

 

Arısu k.

 

Sarıköynək k.

 

Parakənd k.

 

Düz Rəsullu k.

 

Rəhimli k.

 

Zamanlı k.

 

Göyəmli k.

 

Çiçəkli k.

 

Fərzalı k.

 

İsalı k.

 

Cücanlı k.

 

Dördlər k.

 

Çaykənd k.

 

Motudərə k.

 

Mormor k.

 

Araqıran k.

 

Söyüdlü k.

 

Gərməşeyli k.

 

Köhnəkənd k.

 

Şınıx k.

 

Zəhmətkənd k.

 

Samanlıq k.

 

Çalburun k.

 

Plankənd k.

 

Səbətkeçməz k.

 

Miskinli k.

 

Əlinağılar k.

 

Leşkər k. (kəndin yuxarı hissəsi)

 

Kiçik Qaramurad k. (yuxarıda yerləşən ayrıca hissə)

 

Əyrivəng k.

 

Qaraməmmədli k. (kəndin yuxarı hissəsi)

 

Kələman k.

 

Hüseynqulular k.

 

Təkyemişan k.

 

Turşsu k.

 

Novo-Saratovka kəndinin ayrıca tikilmiş sahəsi

 

Arabaçı kəndinin yuxarı hissəsi

 

Pərizamanlı kəndinin yuxarı hissəsi

 

İnəkboğan kəndinin yuxarı hissəsi

 

Böyük Qaramurad kəndinin ayrıca tikilmiş yeni sahəsi

 

Novo-İvanovka kəndinin yeni tikilmiş yuxarı hissəsi

 

Şurakənd kəndinin sürüşmə ilə bağlı köçürüləcək yeni sahəsi

 

Ataxal kəndinin yuxarı hissəsi

 

Poladlı kəndinin yeni tikilmiş sahəsi

 

Çobankənd kəndinin yeni tikilmiş yuxarı hissəsi

 

Goranboy rayonu

Baş Qışlaq k.

 

Ballıqaya k.

 

Buzluq k.[9]

 

Yuxarı Ağcakənd kəndi[10]

 

Göygöl rayonu[11]

Tulalar k.

 

Əzgilli k.

 

Göy-göl qəsəbəsi

 

Sarısu kəndi[12]

 

Xocalı rayonu

Başkənd k.

 

Yalobakənd k.

 

Xocavənd rayonu

Arpagədik k.

 

Çaylaqqala k.

 

Şahyeri k.

 

Köhnə Tağlar k.

 

İsmayıllı rayonu

Vaşa k.

 

Burovdal k.

 

Zarat k.

 

Çəndahar k.

 

Pirəqanım k.

 

Nanıc k.

 

Həftəsov k.

 

Duvaryan k.

 

Qoydan k.

 

Ximran k.

 

Əhən k.

 

Bağəli k.

 

Kənəə k.

 

Kəlfərəc k.

 

Gülyan k.

 

Lahıc qəs.

 

Ərəkit k.

 

Kəlbəcər rayonu

Lev k.

İkinci Milli k.

Elyasalılar k.

Baş Qaraşanlı k.

Cəmilli k.

Zəylik k.

Seyidlər k.

Zar k.

Susuzluq k.

Əli Bayramlı k.

Yanşaq k.

Məmmədsəfi k.

Dəmirçidam k.

İstisu qəs.

İstibulaq k.

Yellicə k.

Ağdaban k.

Zivel k.

Taxtabaşı k.

Çıraq k.

Quzeyçirkin k.

Məmməduşağı k.

Çaykənd k.

Dərəqışlaq k.

Oktyabrkənd k.

Həsənlər k.

Aşağı Ayrım k.

Orta Qaraşanlı k.

Şaplar k.

Tatlar k.

Birinci Milli k.

Orta Şurtan k.

Üçüncü Milli k.

Yuxarı Şurtan k.

Sınıq Kilsə k.

Soyuqbulaq k.

Kilsəli k.

Tövlədərə k.

Mərcimək k.

Vəzirxana k.

Zülfüqarlı k.

Hopurlu k.

Abdullauşağı k.

Şeyinli k.

Əsrik k.

Yuxarı Ayrım k.

Alıbəyli k.

Göydərə k.

Pirilər k.

Kaha k.

Barmaqbinə k.

 

Qalaboyun k.

 

Qaraxancallı k.

 

Zərqulu k.

 

Xallanlı k.

 

Başlıbel k.

 

Keşdək k.

 

Qanlıkənd k.

 

Kəlbəcər şəh.

 

Zağalar k.

 

Ağcakənd k.

 

Xolazəy Alxaslı k.

 

Dalqılıçlı k.

 

Otaqlı k.

 

Alolar k.

 

Armudlu k.

 

Təkdam k.

 

Aşağı Qaraşanlı k.

 

Vəng k.

 

Bağlıpəyə k.

 

Zallar k.

 

Yanşaqbinə k.

 

Qasımbinəsi k.

 

Bağırsaq k.

 

Təkəqaya k.

 

Bozlu k.

 

Çopurlu k.

 

Çəpli k.

 

Qılıçlı k.

 

Ağbulaq k.

 

Sarıdaş k.

 

Güneypəyə k.

 

Alçalı k.

 

Allıkənd k.

 

Boyur k.

 

Aşağı Xaç k.

 

Mişni k.

 

Ağdaş k.

 

Başkənd k.

 

Çovdar k.

 

Şahkərəm k.

 

Oruclu k.

 

Təzəkənd k.

 

Qızılqaya k.

 

Çorman k.

 

Çoban Kərəhməz k.

 

Qazıxanlı k.

 

Tağılar k.

 

Keçiliqaya k.

 

Qaracanlı k.

 

Fətalılar k.

 

Ağyataq k.

 

Mozkənd k.

 

Əlirzalar k.

 

Laçın k.

 

Ağqaya k.

 

Kilsəli k.

 

Nəcəfalılar k.

 

Qaragüney k.

 

Quşyuvası k.

 

Günəşqaya k.

 

Almalıq k.

 

Çayqovuşan k.

 

Bağırlı k.

 

İmambinəsi k.

 

Aşağı Şurtan k.

 

Narınclar k.

 

Otqışlaq və Babaşlar kəndləri

 

Qax rayonu

Sarıbaş k.

 

Quba rayonu

Cek k.

Qrız k.

Əlik k.

Xınalıq k.

Haputlu k.

Qalayxudat k.

Adur k.

Zeyid k.

Qarxun k.

Buduq k.

Rük k.

 

Buduq k.

 

Dalıqaya k.

 

Qayadalı k.

 

Dərk k.

 

Söhüb k.

 

Qusar rayonu[13]

Quxur k.

Əlix k.

Sudur k.

 

Quturğan k.

 

Kənarçay k.

 

Gican k.

 

Xuluq k.

 

Laza k.

 

Zindanmuruq k.

 

Əniq k.

 

Çətgün k.

 

Kuzun k.

 

Düztahir kəndi

 

Cağar kəndi

 

Laçın rayonu

Alıcan k.

Qarakeçdi k.

Nağdalı k.

 

Ələkçi k.

 

Bozdağan k.

 

Şamkənd k.

 

Çorman k.

 

Köhnə Çorman k.

 

Ərikli k.

 

Kürdhacı k.

 

Oğuldərə k.

 

Qorçu k.

 

Korcabulaq k.

 

Ağalaruşağı k.

 

Laçın şəh.

 

Mişni k.

 

Hoçaz k.

 

Avazlar k.

 

Uludüz k.

 

Sonasar k.

 

Mayis k.

 

Qarıqışlaq k.

 

Piçənis k.

 

Xaçınyalı k.

 

Bozlu k.

 

Qalaça k.

 

Pircahan k.

 

Əliqulu k.

 

Ərdəşəvi k.

 

Bülüldüz k.

 

Qarabəyli k.

 

Zağaaltı k.

 

Bülövlük k.

 

Ağcakənd k.

 

Qoşasu k.

 

Qovuşuq k.

 

Hacıxanlı k.

 

Dambulaq k.

 

İmanlar k.

 

Kaha k.

 

Budaqdərə k.

 

Şəlvə k.

 

Vəlibəyli k.

 

Narışlar k.

 

Hətəmlər k.

 

Sarıbaba k.

 

Şeylanlı k.

 

Katos k.

 

Alxaslı k.

 

Çıraqlı k.

 

Kamallı k.

 

Alpout k.

 

Qaraçanlı k.

 

Ayıbazar k.

 

Birinci İpək k.

 

Minkənd k.

 

Mirik k.

 

Quşçu k.

 

Əhmədli k.

 

Soyuqbulaq k.

 

Qılıçlı k.

 

Ziyrik k.

 

Sadınlar k.

 

Hacılar k.

 

Köhnəkənd k.

 

Daşlı k.

 

İrçan k.

 

Əyrik k.

 

Xumarta k.

 

Suarası k.

 

Xırmanlar k.

 

Ağbulaq k.

 

Fərraş k.

 

Vaqazin k.

 

Nurəddin k.

 

Arduşlı k.

 

Bozgüney k.

 

Kalafalıq k.

 

Təzəkənd k.

 

Qozlu k.

 

Fingə k.

 

Haqnəzər k.

 

Qışlaq k.

 

Lerik rayonu[14]

Çayrud k.

 

Kekonu k.

 

Nüravud k.

 

Zərdəbərə k.

 

Barzavu k.

 

Büzeyir k.

 

Pirəsora k.

 

Piyəkücə k.

 

Andurma k.

 

Rvarud k.

 

Hilədərə k.

 

Coqara k.

 

Anzovlu k.

 

Xozavi qəs.

 

Qışlaq k.

 

Təngəbin k.

 

Rəzğov k.

 

Qəiəbin k.

 

Qoşmalyan k.

 

Hivəri k.

 

Xocadoy k.

 

Pendi k.

 

Axunahiran k.

 

Küsəkəran k.

 

Babakücə k.

 

Tülü k.

 

Monidigah k.

 

Coni k.

 

Lələkəran k.

 

Yuxarı Amburdərə k.

 

Məhləabad k.

 

Kələxan k.

 

Hüseynabad k.

 

Gövdərə k.

 

Tatoni k.

 

Xəlfəlikənd k.

 

Pirəsora k.

 

Digovdərə k.

 

Mistan k.

 

Digov k.

 

Kəlvəz k.

 

Aşağı Amburdərə k.

 

Veri k.

 

Köhnə Orand k.

 

Orand k.

 

Nisli k.

 

Şinəbənd k.

 

Yuxarı Velik k.

 

Sorusçay k.

 

Əliabad k.

 

Tikəbənd k.

 

Pirzəkücə kəndi

 

Bilabənd kəndinin cənub-qərbində yeni tikilmiş sahə

 

Qəvoy kəndinin şimal-qərbində ayrıca tikilmiş ərazi

 

Şonaçola kəndi

 

Loda kəndi

 

Şamaxı rayonu

Zarat Xeybəri k.

 

Səfalı k.

 

Dəmirçi k.

 

Yusif Məmmədəliyev qəsəbəsi (N. Tusi adına Şamaxı Astrofizika rəsədxanası)

 

Şəmkir rayonu

Yeni Göyçə k.

 

Aşağı Çaykənd k.

 

Yuxarı Çaykənd k.

 

Günəşli k.

 

Şuşa rayonu

Çaykənd k.

 

Şırlan k.

 

Paşalar k.

 

Cəmillər k.

 

Məmişlər k.

 

Səfixanlar k.

 

Xanlıqpəyə k.

 

Allahqulular k.

 

Şuşa şəh.

 

Xanalı k.

 

İmamqulular k.

 

Zamanpəyəsi k.

 

Turşsu qəs.

 

Göytala k.

 

Sarıbaba və Kirov kəndləri

 

Tovuz rayonu

Sarıtala k.

 

Şamlıq k.

 

Lazılar k.

 

Güvəndi k.

 

Çeşməli k.

 

Məşədivəlilər k.

 

Papaqçılar k.

 

Abbasqulular k.

 

Həsənli k.

 

Böyük Qışlaq k.

 

Nəsibli k.

 

Səfərli k.

 

Mollalar k.

 

Göyəbaxan k.

 

Qaralar k.

 

Qayadibi k.

 

Şıxheybət k.

 

Qandalar k.

 

Muncuqlu k.

 

Cirdək k.

 

Baqqallı k.

 

Qalaboyun k.

 

Qoşa k.

 

Hacılar k.

 

Çatax k.

 

Kazımlı k.

 

Namxoş k.

 

Çobansığnaq k.

 

Yoğunbulaq k.

 

Saladınlı k.

 

Xatıncan k.

 

Dondarlı k.

 

Qaradaş k.

 

Məsimlər k.

 

Məşədiqulular k.

 

Bala Şamlıq k.

 

Hüseynqulular k.

 

Pələkli k.

 

Kirən k.

 

Sofular k.

 

Yardımlı rayonu

Allar k.

 

Şıxhüseynli k.

 

Kürəkçi k.

 

Gərsavan k.

 

Arvana k.

 

Peştəsər k.

 

Fındıqlıqışlaq k.

 

Abdinli k.

 

Xanbulaq k.

 

Dağüzü k.

 

Deman k.

 

Abasallı k.

 

Qaravuldaş k.

 

Avaş k.

 

Pirembel k. (kəndin yuxarı hissəsi)

 

Qaraqaya kəndi

 

Naxçıvan Muxtar Respublikası

Babək rayonu

Çalxanqala k.

 

Yuxarı Buzqov k.

 

Kərməçatax k.

 

Aşağı Buzqov k. (yeni sahə)

 

Göynük k.[15]

 

Culfa rayonu

Köynük k.[16]

Teyvaz k. (yeni sahə)

Milax k.

 

Ərəfsə k.

 

Ləkətağ k.

 

Boyəhməd k.

 

Teyvaz k.

 

Qazançı k.

 

Ordubad rayonu

Nürgüt k.

Ağdərə qəs.

Xurs k.

Parağaçay qəs.

Ələhi k.

Urmis k.

Bist k.

Nəsirvaz k.

Tivi k.

 

Parağa k.

 

Kənzə k.

 

Unus k.

 

Biləv k.

 

Dırnış k.

 

Çənənəb k.

 

Kələki k.

 

Nüsnüs k.

 

Pəzməri k.

 

Məzrə k.

 

Bəhrud k.

 

Ustupu k.

 

Danaqırt k.

 

Şahbuz rayonu

Külüs k.

Biçənək k.

Nurs k.

Keçili k.

Yuxarı Qışlaq k.

Gömür k.

Aşağı Qışlaq k.

Kükü k.

Badamlı k.

Yuxarı Remeşin k.

Badamlısu qəs.

 

Şada k.

 

Kolanı k.

 

Mahmudoba k.

 

Aşağı Remeşin k.

 

Gecəzür kəndi

 

Şərur rayonu

Günnüt k.

Avuş k.

Cağazur k.

 

Yuxarı Yəyci k.

 

 

Qeyd. Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır.[17]

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına

2 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin[18]

 

S İ Y A H I S I [19]

 

Yaşayış məntəqələrinin adları[20]

Astara rayonu

Hamoşam k.

 

Toradi k.

 

Şabran rayonu[21]

Qızılqazma k.

 

Zöhrabkənd k.

 

Qəriblik k.

 

Daşkəsən rayonu

Çaykənd k.

 

Quşçu körpüsü qəsəbəsi

 

Suqovuşan kəndi

 

Gədəbəy rayonu [22]

Köhnəqışlaq k.

 

Toplar k.

 

Qasımlı k.

 

Kərimli k.

 

Nağılar k.

 

Kəsəmən k.

 

Qızıltorpaq k.

 

Hacıalılar k.

 

Cəfərli k.

 

Yenikənd k.

 

Goranboy rayonu[23]

Gülüstan k.

 

Rus Borisi k.

 

Erkeç kəndi

 

Mənəşli kəndi

 

Todan kəndi

 

Xocalı rayonu

Kosalar kəndi

 

Cavadlar kəndi

 

Canhəsən kəndi

 

Qarağav kəndi

 

Xızı rayonu

Altıağac qəs.

 

Baxışlı k.

 

Yarımca k.

 

Qızılqazma k.

 

Xocavənd rayonu

Ağkənd k.

 

Ağcakənd k.

 

İsmayıllı rayonu

Gendərə k.

 

Basqal qəsəbəsi

 

Tağlabiyan kəndi

 

Zərnava kəndi

 

Müdri kəndi

 

Müdrisə kəndi

 

Mulux kəndi

 

Kəlbəcər rayonu

İmarət Qərvənd k.

 

Çərəkdar k.

 

Kəndyeri k.

 

Boyaqlı k.

 

Comərd k.

 

Nadirxanlı k.

 

Çapar k.

 

Qamışlı k.

 

Qəbələ rayonu

Qəmərvan k.

 

Laza k.

 

Quba rayonu

Qonaqkənd k.

 

Talış k.

 

Zıxır k.

 

Aydınkənd k.

 

Gürdəh k.

 

Susay k.

 

Yerfi k.

 

Küsnət k.

 

Utuq kəndi

 

Cimi kəndi

 

Xaşı kəndi

 

Xaltan kəndi

 

Muçu kəndi

 

Afurca kəndi

 

Atuc kəndi

 

Güləzi kəndi

 

Dalaqo kəndi

 

Ruçuq kəndi

 

Ördüc kəndi

 

Xırt kəndi

 

Qax rayonu

İlisu k.

 

Qubadlı rayonu

Əyin k.

 

Milanlı k.

 

Məzrə k.

 

Novlu k.

 

Cılfır k.

 

Seytas k.

 

Almudlu k.

 

Başarat k.

 

Hat k.

 

Laçın rayonu

Suarası k.

 

Birinci Tığıq k.

 

Zeyvə k.

 

Cağazur k.

 

Xanalılar k.

 

Aşağı Fərəcan k.

 

Fərəcan k.

 

Dəyhan k.

 

Ağanus k.

 

Qarıkaha k.

 

Ağcayazı k.

 

Hacısamlı k.

 

Lələbağırlı k.

 

Mollalar k.

 

Tərxanlı k.

 

İkinci Tığıq k.

 

Lerik rayonu

Zardoni k.

 

Lerik qəs.

 

Vov k.

 

Vənədi k.

 

Nosovyədi k.

 

Hamarat k.

 

Dızdipok k.

 

Jindi k.

 

Ambu k.

 

Sonacola k.

 

Qosələr k.

 

Xəlfəküçə kəndi

 

Hiveri kəndi

 

Divağac kəndi

 

Osnağaküçə kəndi

 

Cəngəmiran kəndi

 

Lüləkəran kəndi

 

Mastail kəndinin yuxarı hissəsi

 

Xanəgah kəndinin yuxarı hissəsi

 

Qələbin kəndinin yeni tikilən yuxarı hissəsi

 

Siyov kəndinin yuxarı hissəsi

 

Oğuz rayonu

Baş Daşağıl k.

 

Filfili k.

 

Şuşa rayonu

Mirzələr k.

 

Zarıslı k.

 

Xəlfəli k.

 

Böyük Qaladərəsi k.

 

Şəki rayonu

Şin k.

 

Baş Kəldək k.

 

Şəmkir rayonu

Çənlibel k.

 

Hacıalılar k.

 

Atabəy k.

 

Daşbulaq k.

 

Ələsgərli k.

 

Əhmədli k.

 

Şeidlər k.

 

Varlı Həyat k.

 

Dağ Cəyir k.

 

Qaraqoyunlu k.

 

Nərimanlı kəndi

 

Şamaxı rayonu

Yusif Məmmədəliyev qəs.

 

Pirbəyli k.

 

Astraxanka k.

 

Əhmədli k.

 

Çuxuryurd k.

 

Avaxıl k.

 

Ərçiman k.

 

Novoastraxanka k.

 

Nağaraxana kəndi

 

Talışnuru kəndi

 

Dədəgünəş kəndinin yuxarı hissəsi

 

Hacılı kəndinin yuxarı hissəsi

 

Tovuz rayonu[24]

Ağaçqala k.

 

Hacıhəsənli k.

 

Xınnakirən k.

 

İsakənd k.

 

Qarabağlılar k.

 

Hətəmlər k.

 

Kəcavənd k.

 

Qonaqlı

 

Ağbaşlar kəndi

 

Almalıtala kəndi

 

Qəribli kəndi

 

Dəlləkli kəndi

 

Öskəm kəndi

 

Yardımlı rayonu

Gilar k.

 

Cirimbel k.

 

Mamulqan k.

 

Şilavengə k.

 

Ökü k.

 

Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi[25]

 

Ostayır kəndi

 

Dəlləkli kəndi

 

Avun kəndi

 

Zaqatala rayonu

Ağdam Qalal k.

 

Əzgili k.

 

Qarqay k.

 

Car k.

 

Göygöl rayonu[26]

Toğanlı k.

 

Qarabulaq kəndi

 

Quşçu kəndi

 

Sarısu kəndi

 

Naxçıvan Muxtar Respublikası

Şərur rayonu

Axura k.

 

Tənənəm k.

 

Babək rayonu

Payız k.

 

Nəhəcir k.[27]

 

Culfa rayonu

Nəhəcir k.[28]

 

Xanəgah k.

 

Əlincə k.

 

Xoşkeşin k.

 

Şurud k.

 

Gal k.

 

Göydərə k.

 

Kəngərli rayonu

Qarabağlar k.

 

Ordubad rayonu

Anabad k.

 

Yuxarı Əylis k.

 

Yuxarı Əndəmic k.

 

Qoruqlar k.

 

Başkənd k.

 

Şahbuz rayonu[29]

Ayrınc k.

 

Qarababa k.

 

Şahbuzkənd k.

 

Şahbuz şəhəri. [30]

 

Türkeş k.

 

 

Aparatın rəhbəri A. HACIYEV

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 aprel 2003-cü il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 4, maddə 225)

2.       22 iyul 2003-cü il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 7, maddə 392)

3.       08 oktyabr 2003-cü il tarixli 131 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 616)

4.       3 may 2004-cü il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 5, maddə 379)

5.       1 sentyabr 2005-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 9, maddə 853)

6.       14 fevral 2007-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 191)

7.       1 fevral 2008-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 104) 

8.       6 fevral 2008-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 112)

9.       9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 584) 

10.    20 avqust 2008-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 788)

11.    20 aprel 2010-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 361)

12.    25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 6, maddə 566)

13.    15 mart 2012-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 03, maddə 265)

14.    11 iyun 2013-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, ¹ 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə 728)

15.    30 avqust 2013-cü il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 7 sentyabr 2013-cü il, ¹ 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08, maddə 1035)

16.    5 iyun 2014-cü il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 iyun 2014-cü il, ¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 728)

17.    19 mart 2015-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 461)

18.    15 sentyabr 2015-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2015-ci il, ¹ 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə 1217)

19.    4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1418)

20.    17 may 2017-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 983)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 fevral 2007-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 191) ilə  5-ci bəndində "hündürlük" sözündən sonra "1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1," sözləri əlavə edilmişdir.

 

[2] 14 fevral 2007-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 191) ilə  6-cı bəndində "dəniz səviyyəsindən" sözlərindən sonra "1200 metrdən 1500 metrədək," sözləri əlavə edilmişdir, "siyahısı" sözlərindən sonra "təsdiq edilsin (əlavə olunur)" sözləri "1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin" sözləri ilə əvəz edilmişdir.

 

[3] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1418) ilə 7-ci hissədə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 fevral 2007-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 191) ilə  "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın yuxarı hissəsində "qərarı ilə təsdiq edilmişdir" sözləri "qərarına 1 nömrəli əlavə" sözləri ilə əvəz edilmişdir.

 

[5] 15 sentyabr 2015-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2015-ci il, ¹ 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə 1217) ilə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Gədəbəy rayonu” bölməsində “Qurudərə k.” sətri “Gülallı k.” sətri ilə, “Yenikənd k.” sətri “Qızılqaya k.” sətri ilə, “Qasımağalı k.” sətri “Çaykənd k.” sətri ilə, “Arabaçı k.” sətri “Çiçəkli k.” sətri ilə, “Kəlbəcər rayonu” bölməsində “Qaragüney k.” sətri “Tağılar k.” sətri ilə, “Alçalı k.” sətri “Günəşqaya k.” sətri ilə, “Alçalı k.” sətri “Ağbulaq k.” sətri ilə, “Tirkəşəvənd k.” sətri “Alıbəyli k.” sətri ilə və “Laçın rayonu” bölməsində “Ağbulaq k.” sətri “Sarıbaba k.” sətri ilə əvəz edilmişdir.

 

[6]  6 fevral 2008-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 112) ilə «Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı»nın 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin adlarının Lerik rayonuna aid olan hissəsinə «Şonaçola kəndi» sözləri əlavə edilsin və Şamaxı rayonuna aid hissəsində «Pirqulu Astrofizika rəsədxanası» sözləri «Yusif Məmmədəliyev qəsəbəsi (N.Tusi adına Şamaxı Astrofizika rəsədxanası)» sözləri ilə əvəz edilmişdir.

 

[7] 22 iyul 2003-cü il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 7, maddə 392) ilə Daşkəsən rayonuna aid olan hissəsinə "Quşçu kəndi", "Xanlar rayonuna aid olan hissəsinə "Göygöl qəsəbəsi", Kəlbəcər rayonuna aid olan hissəsinə "Otqışlaq və Babaşlar kəndləri", Lerik rayonuna aid olan hissəsinə "Pirzəküçə kəndi", Şamaxı rayonuna aid olan hissəsinə "Pirqulu Astrofizika rəsədxanası", Şuşa rayonuna aid olan hissəsinə "Sarıbaba və Kirov kəndləri", Yardımlı rayonuna aid olan hissəsinə "Qaraqaya kəndi", Şahbuz rayonuna aid olan hissəsinə isə "Gecəzür kəndi" sözləri əlavə edilmişdir.

 

[8] 08 oktyabr 2003-cü il tarixli 131 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 616) ilə "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin adlarının Gədəbəy rayonuna aid olan hissəsinə "Novo-Saratovka kəndinin ayrıca tikilmiş sahəsi", "Arabaçı kəndinin yuxarı hissəsi", "Pərizamanlı kəndinin yuxarı hissəsi", "İnəkboğan kəndinin yuxarı hissəsi", "Böyük Qaramurad kəndinin ayrıca tikilmiş yeni sahəsi", "Novo-İvanovka kəndinin yeni tikilmiş yuxarı hissəsi", "Şurakənd kəndinin sürüşmə ilə bağlı köçürüləcək yeni sahəsi", "Ataxal kəndinin yuxarı hissəsi", "Poladlı kəndinin yeni tikilmiş sahəsi", "Çobankənd kəndinin yeni tikilmiş yuxarı hissəsi" sözləri əlavə edilmişdir.

 

15 mart 2012-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 03, maddə 265) ilə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Gədəbəy rayonu” bölməsində “Ağamalı” sözü “Çanaqçı” sözü ilə, “Əliismayıllı” sözü “Alnabat” sözü ilə, “Rüstəm Əliyev” sözləri “Miskinli” sözü ilə əvəz edilmişdir.

 

[9] 30 avqust 2013-cü il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 7 sentyabr 2013-cü il, ¹ 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08, maddə 1035) ilə 1 nömrəli əlavəsi - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın cədvəlinin “1500 metrdən - 2000 metrədək” sütununun “Goranboy rayonu” bölməsinə “Ballıqaya k.” sətrindən sonra “Buzluq k.” sətri əlavə edilmişdir.

 

[10] 17 may 2017-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 983) ilə 1 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “1500 metrdən 2000 metrədək” sütununun “Goranboy rayonu” bölməsinə “Buzluq k.” sətrindən sonra “Yuxarı Ağcakənd kəndi” sətri əlavə edilmişdir.

 

[11] 9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 584)  ilə 1 nömrəli əlavə - «Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı»nın «Xanlar rayonu» bölməsinin adında «Xanlar rayonu» sözləri «Göygöl rayonu» sözləri ilə əvəz edilmişdir.

 

[12] 20 aprel 2010-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 361) ilə qərarın 1 nömrəli əlavəsi — “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın Göygöl rayonuna aid olan hissəsinə Göygöl qəsəbəsi sözlərindən sonra Sarısu kəndi sözləri əlavə edilmişdir.

 

[13]  1 sentyabr 2005-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 9, maddə 853) ilə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin adlarının Qusar rayonuna aid olan hissəsinə “Düztahir kəndi” və “Cağar kəndi” sözləri əlavə edilmişdir.

 

[14] 3 may 2004-cü il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 5, maddə 379) ilə "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin adlarının Lerik rayonuna aid olan hissəsinə "Bilabənd kəndinin cənub-qərbində yeni tikilmiş sahə", "Qəvoy kəndinin şimal-qərbində ayrıca tikilmiş ərazi" sözləri əlavə edilmişdir.

5 iyun 2014-cü il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 iyun 2014-cü il, ¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 728) ilə 1 nömrəli əlavəsi – “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Yaşayış məntəqələrinin adları”nın “1500 metrdən 2000 metrədək” sütununun “Lerik rayonu” bölməsinə “Şonaçola kəndi” sətrindən sonra “Loda kəndi” sətri əlavə edilmişdir.

 

[15] 19 mart 2015-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 461) ilə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Yaşayış məntəqələrinin adları”nın “1500 metrdən 2000 metrədək” sütununun “Culfa rayonu” bölməsindən “Köynük k.” sətri çıxarılmışdır və “Babək rayonu” bölməsinə “Göynük k.” sətri əlavə edilmişdir.

 

[16] 19 mart 2015-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 461) ilə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Yaşayış məntəqələrinin adları”nın “1500 metrdən 2000 metrədək” sütununun “Culfa rayonu” bölməsindən “Köynük k.” sətri çıxarılmışdır və “Babək rayonu” bölməsinə “Göynük k.” sətri əlavə edilmişdir.

 

[17] 22 aprel 2003-cü il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 4, maddə 225) ilə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı"na yeni redaksiyada qeyd əlavə edilmişdir.

 

[18] 14 fevral 2007-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 191) ilə  "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı" əlavə edilmişdir.

 

[19] 20 avqust 2008-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 788) ilə 2 nömrəli əlavə - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı"nda "Yaşayış məntəqələrinin adları" qrafasının  "Lerik rayonu" hissəsinə "Siyov kəndinin yuxarı hissəsi" sözləri və "Quba rayonu" hissəsinə "Mucu kəndi" sözləri əlavə edilmişdir.

20 aprel 2010-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 361) ilə qərarın 2 nömrəli əlavəsi — “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın Quba rayonuna aid olan hissəsinə Xaşı kəndisözlərindən sonra Xaltan kəndi sözləri, Lerik rayonuna aid olan hissəsinə Xanəgah kəndinin yuxarı hissəsi sözlərindən sonra Qələbin kəndinin yeni tikilən yuxarı hissəsi sözləri, Göygöl rayonuna aid olan hissəsinə Toğanlı k. sözlərindən sonra Qarabulaq kəndi sözləri əlavə edilmişdir və həmin hissədən Sarısu kəndisözləri çıxarılmışdır.

 

[20] 6 fevral 2008-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 112)  ilə «Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı»nın yaşayış məntəqələrinin adlarının Goranboy rayonuna aid olan hissəsindən sonra «Xocalı rayonu» sözləri və Xocalı rayonuna aid olan hissəsinə «Kosalar kəndi», «Cavadlar kəndi», «Canhəsən kəndi» və «Qarağav kəndi» sözləri, yaşayış məntəqələrinin adlarının Daşkəsən rayonuna aid olan hissəsinə «Quşçu körpüsü qəsəbəsi», «Suqovuşan kəndi» sözləri, İsmayıllı rayonuna aid olan hissəsinə «Basqal qəsəbəsi», «Tağlabiyan kəndi», «Zərnava kəndi», «Müdri kəndi», «Müdrisə kəndi», «Mulux kəndi» sözləri, Quba rayonuna aid olan hissəsinə «Utuq kəndi», «Cimi kəndi», «Xaşı kəndi» sözləri, Lerik rayonuna aid olan hissəsinə «Xəlfəküçə kəndi», «Hiveri kəndi», «Divağac kəndi», «Osnağaküçə kəndi», «Cəngəmiran kəndi», «Lüləkəran kəndi», «Mastail kəndinin yuxarı hissəsi», «Xanəgah kəndinin yuxarı hissəsi» sözləri, Şəmkir rayonuna aid olan hissəsinə «Nərimanlı kəndi» sözləri, Şamaxı rayonuna aid olan hissəsinə «Nağaraxana kəndi», «Talışnuru kəndi», «Dədəgünəş kəndinin yuxarı hissəsi», «Hacılı kəndinin yuxarı hissəsi» sözləri, Tovuz rayonuna aid olan hissəsinə «Ağbaşlar kəndi», «Almalıtala kəndi» sözləri, Yardımlı rayonuna aid olan hissəsinə «Ostayır kəndi», «Dəlləkli kəndi», «Avun kəndi» sözləri, Xanlar rayonuna aid olan hissəsinə «Sarısu kəndi» sözləri əlavə edilmişdir və Lerik rayonuna aid olan hissəsindən «Şonaçola k.» sözü, Şamaxı rayonuna aid olan hissəsindən «Yusif Məmmədəliyev qəs.» sözləri çıxarılmışdır.

 

[21] 25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 6, maddə 566) ilə 2 nömrəli əlavə — “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Dəvəçi rayonu” bölməsinin adında Dəvəçi sözü Şabran sözü ilə əvəz edilmişdir.

 

[22] 15 mart 2012-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 03, maddə 265) ilə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Gədəbəy rayonu” bölməsində “Dikdaş” sözü “Qızıltorpaq” sözü ilə əvəz edilmişdir.

 

[23] 17 may 2017-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 983) ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Goranboy rayonu” bölməsinə “Rus Borisi k.” sətrindən sonra “Erkeç kəndi”, “Mənəşli kəndi” və “Todan kəndi” sətirləri, “Quba rayonu” bölməsinə “Muçu kəndi” sətrindən sonra “Afurca kəndi”, “Atuc kəndi”, “Güləzi kəndi”, “Dalaqo kəndi”, “Ruçuq kəndi”, “Ördüc kəndi” və “Xırt kəndi” sətirləri, “Göygöl rayonu” bölməsinə “Qarabulaq kəndi” sətrindən sonra “Quşçu kəndi” sətri əlavə edilmişdir.

 

[24] 5 iyun 2014-cü il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 iyun 2014-cü il, ¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 728) ilə 2 nömrəli əlavəsi – “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Yaşayış məntəqələrinin adları”nın “Tovuz rayonu” bölməsinə “Almalıtala kəndi” sətrindən sonra “Qəribli kəndi”, “Dəlləkli kəndi  və “Öskəm kəndi” sətirləri əlavə edilmişdir.

 

[25] 17 may 2017-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 983) ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Yardımlı rayonu” bölməsində “Daşkənd k.” sözləri “Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi” sözləri ilə əvəz edilmişdir.

 

[26] 9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 584)  ilə 2 nömrəli əlavə - «Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı» nın «Xanlar rayonu» bölməsinin adında «Xanlar rayonu» sözləri «Göygöl rayonu» sözləri ilə əvəz edilmişdir.

 

[27] 19 mart 2015-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 461) ilə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Culfa rayonu” bölməsindən “Nəhəcir k.” sətri çıxarılmışdır və “Babək rayonu” bölməsinə “Nəhəcir k.” sətri əlavə edilmişdir.

 

[28] 19 mart 2015-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 461) ilə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Culfa rayonu” bölməsindən “Nəhəcir k.” sətri çıxarılmışdır və “Babək rayonu” bölməsinə “Nəhəcir k.” sətri əlavə edilmişdir.

 

[29] 11 iyun 2013-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, ¹ 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə 728) ilə 2 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Şahbuz rayonu” bölməsindən “Qarababa k.” sətri çıxarılmışdır.

 

[30] 1 fevral 2008-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 104)  ilə  2 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Şahbuz rayonu” bölməsində “Şahbuz qəsəbəsi” sözləri “Şahbuz şəhəri” sözləri ilə əvəz edilmişdir.