Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin qaydası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin "Toxumçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə " 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin qaydası təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri

A. RASİZADƏ

 

Bakı şəhəri, 10 iyul 1997-ci il

N 75

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1997-ci il 10 iyul tarixli 75 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin

QAYDASI

 

1. Bu qayda karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin şərtlərini müəyyən edir.

2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada toxum istehsalı, tədarükü, ticarəti və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər müəyyən olunmuş karantin qaydalarına riayət edərkən karantin obyektlərinə qarşı aparılan profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə dövlət tərəfindən kompensasiya ala bilər.

3. Hazırkı qayda üzrə dövlət kənd tәsәrrüfatı müəssisələri kompensasiya ala bilməzlər. Dövlət kənd təsərrüfatı müəssisələrinə karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumların və toxumluq əkinlərin həcmi müəyyən olunmuş qaydada dövlət, yerli və sığorta toxum fondları hesabına ödənilir.

4. Kompensasiya aşağıda göstərilən hallarda verilir:

a) karantin obyektləri ilə yoluxması ehtimalı olan toxumların və toxumluq əkinlərin məhv edilməsinə görə ("karantin zonalarına" daxil olan, habelə karantin obyektləri ilə yoluxmuş və bu səbəbdən ləğv edilmiş toxumluq əkinlərin yaxınlığında yerləşən əkinlər);

b) karantin obyektləri ilə yoluxmuş toxumların və toxumluq əkinlərin məhv edilməsinə görə, o şərtlə ki, onlar göstərilən əkin sahəsinin sahibi tərəfindən aşkar edilsin və bu barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və icra hakimiyyəti orqanına vaxtında rəsmi məlumat verilsin. [1]

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi toxum istehsalı, tədarükü, ticarəti və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərin məlumatına əsasən və ya mövcud qanunvericilikdə müəyyən olunmuş hallarda karantin obyektlərini aşkar edərkən profilaktiki və ləğvedici tədbirlərin nəticəsində məhv edilən toxumlar və toxumluq əkinlər haqqında müvafiq yerli icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdimat verir. [2]

6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təqdimatına əsasən müvafiq yerli icra hakimiyyəti orqanı karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsi məqsədi ilə 10 gün müddətində aşağıdakı tərkibdə xüsusi komissiyasını yaradır: [3]

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi;

Kənd Təsərrüfatı Nazirliyinin yerli orqanının nümayəndəsi;

Maliyyə Nazirliyinin yerli orqanının nümayәndәsi;

yerli icra hakimiyyəti orqanının nümayəndəsi.

Komissiya məhv edilən toxumların və toxumluq əkinlərin sahibinin iştirakı ilə və onun təqdim etdiyi müvafiq sәnәdlәr əsasında (toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı, karantin sertifikatı) bir ay müddətində yerlərdə lazımi müşahidələr apararkən kompensasiya miqdarını müəyyənləşdirir və bu barədə üç nüsxədən ibarət akt tərtib edir (nümunəsi əlavə olunur). Həmin sənəd yerli icra hakimiyyəti orqanının möhürü ilə təsdiq edilir. [4]

Aktın bir nüsxəsi komissiya tərəfindən yerli icra hakimiyyəti orqanına, iki nüsxəsi isə məhv edilən toxumların və toxumluq əkinlərin sahibinə təqdim olunur.

Xüsusi komissiyanın üzvləri baxılmış məsələ ilə əlaqədar yekdil fikrә gəlmədiyi halda tərtib olunmuş akta fikir ayrılığına dair arayış əlavə olunur.

7. Məhv edilən toxumların və toxumluq əkinlərin sahibi bir ay müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ərizə ilə müraciət edir ( xüsusi komissiyanın aktı əlavə olunmaqla).

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi təqdim olunan sənədlər əsasında bir ay müddətində müvafiq qərar qəbul edir və ona dövlət büdcəsindən kənd təsərrüfatı bitkilərinin mühafizәsinә ayrıları vəsait hesabına məhv edilən toxumların və toxumluq əkinlərin sahibinə müəyyən olunmuş kompensasiya miqdarını ödəyir. Təqdim edilmiş sənədlərlə razılaşmadığı halda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həmin müddətdə ərizəçiyə və müvafiq yerli icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir.

8. Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumların və toxumluq əkinlərin sahibi xüsusi komissiyanın aktı və ya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə razılaşmadığı halda inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər. [5]

 


 

Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin qaydasına

ƏLAVƏ

Nümunə

KARANTİN OBYEKTLƏRİNİN YAYILMASININ QARŞISINI ALMAQ ÜÇÜN

PROFİLAKTİKİ VƏ LƏĞVEDİCİ TƏDBİRLƏRİN APARILMASI NƏTİCƏSİNDƏ

MƏHV EDİLƏN TOXUMLARA VƏ TOXUMLUQ ƏKİNLƏRƏ ÇƏKİLƏN

XƏRCLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ DÖVLƏT TƏRƏFİNDƏN

KOMPENSASİYA EDİLMƏSİ ÜÇÜN XÜSUSİ KOMİSSİYANIN

AKTI

 

_______ _________________ 19_____il

______________________

( rayon, şəhər )

Komissiyanın tərkibi:

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi;

Kənd Təsərrüfatı Nazirliyinin yerli orqanının nümayəndəsi;

Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi;

yerli icra hakimiyyəti orqanının nümayəndəsi.

_________________________________________________________ünvanda yaşayan

əkin sahəsinin sahibinin____________________________________________________

( soyadı, adı, atasının adı)

iştirakı ilə məhv edilən toxum və toxumluq əkinlər üzrə müşahidələr aparılmışdır.

Toxumların və toxumluq әkinlәrin vəziyyəti haqqında məlumat:

1. Toxumların və toxumluq әkinlәrin keyfiyyәt şəhadətnaməsi (əlavə olunur)

 

2. Əkilən toxumların karantin sertifikatı (əlavə olunur)

 

3. Məhv edilən toxumların miqdarı______ton və əkin sahəsi____hektar

 

4. Bitki növü

 

5. Aqrotexniki vəziyyət

 

Komissiyanın xüsusi rəyi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il "___"_________

tarixli____nömrəli qərarı ilə təsdiq edilmiş karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin qaydasını rəhbər tutaraq komissiya kompensasiya miqdarını __________ manat müəyyən edir.

Komissiyanın üzvləri: (imzalar)

Sahə sahibinin imzası

Yerli icra hakimiyyəti orqanının möhürü

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 6, maddə 558)

2.       23 dekabr 2005-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 12, maddə 1238)

3.       22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 472)

4.       23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 26 may 2019-cu il, 115)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 6, maddə 558) ilə "Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərinə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin Qaydasının 4-cü bəndinin b) yarımbəndində müvafiq yerli bitkilərin karantini müfəttişliyinə sözləri yerli Dövlət Fitosanitar Nəzarəti Xidmətinə sözləri ilə, 5-ci bəndində "Dövlət bitkilərin karantini müfəttişliyi sözləri "Dövlət Fitosanitar Nəzarəti Xidməti sözləri ilə, 6-cı bəndinin birinci abzasında Dövlət bitkilərin karantini müfəttişliyinin sözləri "Dövlət Fitosanitar Nəzarəti Xidmətinin sözləri ilə və 6-cı bəndinin ikinci abzasında və həmin qaydaya əlavədə yerli bitkilərin karantini müfəttişi sözləri yerli Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndəsi" sözləri ilə əvəz edilmişdir.

 

23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 26 may 2019-cu il, 115) ilə Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktik və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərinə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin Qaydasının 4-cü hissənin b bəndində və Qaydaya Əlavənin mətnində ismin müvafiq hallarında yerli Dövlət Fitosanitar Nəzarəti Xidməti sözləri ismin müvafiq hallarında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 26 may 2019-cu il, 115) ilə Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktik və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərinə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin Qaydasının 5-ci hissəsində Dövlət Fitosanitar Nəzarəti Xidməti sözləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 26 may 2019-cu il, 115) ilə Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktik və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərinə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin Qaydasının 6-cı hissənin birinci abzasında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin sözləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sözləri ilə və həmin hissənin ikinci abzasında isə yerli Dövlət Fitosanitar Nəzarəti Xidmətinin sözləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 dekabr 2005-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 12, maddə 1238) ilə Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin Qaydasının 6-cı bəndinin altıncı abzasında toxumların keyfiyyət şəhadətnaməsi sözləri toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı sözləri əvəz edilsin.

 

[5] 22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 472) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 iyul tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktik və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərinə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin Qaydasının 8-ci bəndində mövcud qanunvericiliyə uyğun şikayət ilə aidiyyəti məhkəməyə müraciət sözləri inzibati qaydada və ya məhkəmə qaydasında şikayət sözləri ilə əvəz edilmişdir.