Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli, 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyən edilsin.

2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Kollegiyanın sədri:

Bağırov Hüseynqulu Seyid oğlu

- ekologiya və təbii sərvətlər naziri

Kollegiyanın üzvləri:

Yaqubov Hafiz Səyavuş oğlu

- Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əliyev Firdovsi Şahmirzə oğlu

- Ekoloji siyasət və ətraf mühitin mühafizəsi idarəsinin rəisi

Əliyev İsa Məmmədxan oğlu

- Beynəlxalq əməkdaşlıq, xarici əlaqələr, informasiya və təbliğat idarəsinin rəisi

Hüseynov Fikrət Alxan oğlu

- İstehsalın təşkili və planlaşdırılması idarəsinin rəisi

Kərimov Nizami Hacıağa oğlu

- Elm, təhsil, ixtisasartırma və kadrlar idarəsinin rəisi

Məmmədova Sədaqət Zeynal qızı

- Bioloji sərvətlər və xüsusi mühafizə olunan ərazilər idarəsinin rəisi

Şirəliyev Səhrab Məcid oğlu

- Milli hidrometeorologiya xidmətinin rəisi

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 12 avqust 2002-ci il
№ 129