Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında "Təxirəsalınmaz Ekoloji Tədbirlər" Layihəsi çərçivəsində institusional islahatların aparılması üçün Yaponiya qrantı üzrə Məktub-Sazişi imzalamaq səlahiyyətinin verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında "Təxirəsalınmaz Ekoloji Tədbirlər" Layihəsi çərçivəsində institusional islahatların aparılması üçün Yaponiya qrantı üzrə Məktub-Sazişi Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının ekoloji və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Məktub-Sazişin Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırova verilməsi barədə Beynəlxalq İnkişaf Assosiasiyasına müvafiq bildiriş göndərsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2002-ci il
№ 934