"Kənd rayonlarında Ətraf Mühitin Qorunması" Layihəsinin hazırlanması üçün Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yaponiya Qrantı üzrə Məktub-Sazişin və Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Qlobal Ekoloji Fondun Qrantı üzrə Məktub-Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2002-ci il noyabrın 27-də Bakı şəhərində imzalanmış "Kənd rayonlarında Ətraf Mühitin Qorunması" Layihəsinin hazırlanması üçün Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yaponiya Qrantı üzrə Məktub-Saziş və Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Qlobal Ekoloji Fondun Qrantı üzrə Məktub-Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sazişlərin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq İnkişaf Assosiasiyasını və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını xəbərdar etsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2003-cü il
                 № 1127