İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI[1]

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan, səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslər, “Azərsu” SC-nin, “Azərbaycan Hava Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərişıq” ASC-nin,  “Azərikimya” DŞ-nin və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - iri dövlət vergi ödəyiciləri) maliyyə-təsərrüfat fəaliyyətinə, onların gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasına və icrasına nəzarəti daha da gücləndirmək, habelə bu sahədə şəffaflığın artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:[2]

1. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrinin ilkin variantmı hər il iyulun 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hazırlanması məqsədilə yaradılan Komissiyaya təqdim etsinlər.

2. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlir və xərclər smetalarını və müvafiq investisiya proqramlarını razılaşdırmaq üçün hər il dekabrın 1-dək aidiyyəti sahə nazirliyinə, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etsinlər.[3]

3. İri dövlət vergi ödəyiciləri öz gəlirlər və xərclər smetalarını aidiyyəti sahə nazirliyi, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırmaqla hər il fevralın 25-dək təsdiq etsinlər. Hər il gəlirlər və xərclər smetaları müəyyən olunmuş müddətdə təsdiq edilməyəcəyi təqdirdə, həmin vaxtdan (fevralın 25-dən) təsdiq olunan dövrə qədər iri dövlət vergi ödəyiciləri əməkhaqqı və ona bərabər tutulan ödənişlər, əməkhaqqı fondundan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, bank kreditləri, vergi və digər icbari ödənişlər istisna olmaqla, digər xərclər əvvəlki ilin müvafiq dövrü ərzində faktiki istifadə olunmuş xərclərin 50 faizindən çox ödənişlərə yol verməsinlər.

4. İri dövlət vergi ödəyiciləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 45 günədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə və aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə təqdim etsinlər. Təsdiq olunmuş smetaların icrası barədə rüblük hesabatlarda iri dövlət vergi ödəyicisinin daxilolmaları həmin dövr üçün təsdiq edilmiş proqnoz göstəricilərindən 20 faiz (və ya ondan yuxarı) az və ya çox olduqda, bu barədə hesabatla birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə əsaslandırılmış məlumatlar təqdim edilir.[4]

4-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatları təhlil edib nəticəsi barədə ildə 1 dəfə martın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə birgə məlumat təqdim etsinlər.[5]

5. “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

6. “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, növbəti ildə iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması qrafikinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi ilə razılaşdırılmış layihəsini təsdiq olunmaq üçün hər il dekabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

8. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

Bakı şəhəri, 9 iyun 2005-ci il

               ¹ 102

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

    2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi

 

QAYDALARI

 

İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları bu Qaydalara əlavə olunmuş formaya uyğun tərtib olunmaqla “Gəlirlər və daxilolmalar” və “Xərclər” bölmələrindən ibarətdir.

1. “Gəlirlər və daxilolmalar” bölməsinin tərtibi

1.1.  Gəlirlər və daxilolmalar (1)* bölməsində iri dövlət vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin həcmi və onun fəaliyyətindən əldə edilən və kənardan cəlb olunan pul vəsaitləri əlavə dəyər vergisi və aksiz daxil olmaqla öz əksini tapmalıdır.

1.2.  Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi (1.1.) bəndində hesabat dövründə təqdim edilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin mənfəətin hesablanması üçün seçilmiş metoddan (kassa və ya hesablama) asılı olmayaraq həcmi göstərilməlidir.

1.3. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan pul vəsaitləri (1.2.) bəndində malların təqdim edilməsindən, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən əldə olunan və bütün hesablara (xəzinəyə) daxil olan pul vəsaitləri göstərilməlidir. Təsərrüfat xüsusiyyətlərindən asılı olaraq vəsaitlərin daxilolma mənbələri ayrı-ayrılıqda göstərilməlidir (məsələn, nəqliyyat sektoru üzrə yük daşınmasından, sərnişin daşınmasından, xarici iqtisadi fəaliyyətlə məşğul olanlar bu fəaliyyətdən və s.)

1.4.  Sair daxilolmalar (1.3.) bəndində malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə bağlı olmayan və bütün hesablara (xəzinəyə) daxil olan sair pul vəsaitləri göstərilməlidir. Belə daxilolmalara ssuda və kreditlər üzrə daxilolmalar, xarici valyuta üzrə məzənnə fərqləri və sair bu qəbildən olan daxilolmalar şamil edilməlidir.

1.5. Dövlət büdcəsindən ayrılan vəsaitlər (1.4.) bəndində dövlət büdcəsindən ayrılan subsidiyalar, dövlət əsaslı vəsait qoyuluşu və digər ayırmalar öz əksini tapmalıdır.[6]

1.6. Kreditlər (1.5.) bəndində kreditlər, o cümlədən dövlət zəmanəti ilə alınmış kreditlər üzrə məbləğlər əks olunmalıdır. [7]

2. “Xərclər” bölməsinin tərtibi

2.1.  Bu bölmədə hesabat dövründə bütün hesablara (xəzinəyə) daxil olan pul vəsaitlərinin və dövlət büdcəsindən ayrılan subsidiyaların xərc istiqamətləri əlavə dəyər vergisi və aksiz daxil olmaqla göstərilməlidir.

2.2.  Büdcə ödənişləri (2.1.) bəndində vergi qanunvericiliyinə əsasən büdcə qarşısında yerinə yetirilmiş öhdəliklər üzrə xərclər öz əksini tapmalıdır. Yarımbəndlər üzrə vergi ödənişləri ayrı-ayrılıqda göstərilməlidir.

2.3.  Əməkhaqqı və ona bərabər tutulan ödənişlər (2.2.) bəndində əməkhaqqı və ona bərabər tutulan ödənişlərin bütün növləri üzrə xərclər göstərilməlidir. Ödənilmiş gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları (işçilərin əməkhaqqından) müvafiq olaraq 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərdə öz əksini tapmalıdır.

2.4.  Əməkhaqqı fondundan DSMF-yə ayırmalar (2.3.) bəndində əmək haqqı fondundan işəgötürənlərin DSMF-yə ayırmaları öz əksini tapmalıdır.

2.5.  Xammal və materiallar (2.4.) bəndində xammal və materiallar üzrə xərclər əks olunmalı, yanacaq xərcləri isə 2.4.1-ci yarımbəndində ayrıca göstərilməlidir. Dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınmış yanacaq xərcləri 2.4.1.1-ci yarımbəndində, dolayı subsidiyalar isə “Enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidiyanın verilməsi mexanizmi”nə müvafiq rəsmiləşdirildikdən sonra smetada öz əksini tapmalıdır.

2.6.  Rabitə xərcləri (2.5.) bəndində rabitə xərcləri öz əksini tapmalıdır.

2.7.  Nəqliyyat xərcləri (2.6.) bəndində həm daxili, həm də cəlb olunmuş nəqliyyatlara görə xərclər öz əksini tapmalıdır.

2.8.  Kommunal xərclər (2.7.) bəndində yalnız kommunal məqsədlər üçün sərf edilmiş xərclər göstərilməlidir. Texnoloji məqsədlər üçün alınan və xammal kimi istifadə olunan su, qaz, elektrik enerjisi, buxar və s. isə 2.4-cü bəndində öz əksini tapmalıdır.

2.9.  Ezamiyyə xərcləri (2.8.) bəndində limitdən asılı olmayaraq bütün ezamiyyə xərcləri öz əksini tapmalıdır.

2.10.  Reklam xərcləri (2.9.) bəndində reklama görə xərclər öz əksini tapmalıdır.

2.11.  Mühafizə xərcləri (2.10.) bəndində həm daxili, həm də bağlanmış müqavilələrə görə xərclər öz əksini tapmalıdır.

2.12.  Bank xidməti üzrə xərclər (2.11.) bəndində bank hesablarına xidmətlə bağlı sərf olunan xərclər göstərilməlidir.

2.13.  Borca və kreditə görə ödənilmiş əsas məbləğlər (2.12.) bəndində borca və kreditə görə ödənilmiş əsas məbləğlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə əsas məbləğlərin qaytarılması xərcləri 2.12.1-ci yarımbəndində göstərilməlidir.

2.14.  Borca və kreditə görə ödənilmiş faizlər (2.13.) bəndində borca və kreditə görə ödənilmiş faizlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.13.1-ci yarımbəndində göstərilməlidir. Bu xərclər vaxtı keçmiş borca və kreditə görə hesablanmış faizlərin qaytarılmasına şamil edilmir.

2.15.  Vaxtı keçmiş borca və kreditə görə ödənilmiş faizlər (2.14.) bəndində vaxtı keçmiş borclara və kreditlərə görə ödənilmiş faizlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış vaxtı keçmiş kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.14.1-ci yarımbəndində göstərilməlidir.

2.16.  Nümayəndəlik xərcləri (2.15.) bəndində nümayəndəlik xərcləri öz əksini tapmalıdır.

2.17. Kadr hazırlığı xərcləri (2.16.) bəndində kadrların hazırlanması ilə bağlı xərclər göstərilməlidir.

2.18.  Elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (2.17.) bəndində elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər göstərilməlidir. Normativ sənədlərin hazırlanması ilə bağlı xərclər 2.17.1-ci yarımbəndində göstərilməlidir.

2.19.  Təmir xərcləri (2.18.) bəndində cari təmir xərcləri öz əksini tapmalıdır. Bu xərclərə cari təmirlə bağlı bütün xərclər, o cümlədən material xərci, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üzrə xərc və s. daxil edilməlidir. [8]

2.20.  Sığorta xərcləri (2.19.) bəndində sığorta üzrə müvafiq xərclər öz əksini tapmalıdır.

2.21.  Dividendlərin ödənilməsi (2.20.) bəndində bütün növ dividendlərin ödənişi üzrə xərclər göstərilməlidir. Dövlət büdcəsinə ödənilən dividendlər 2.20.1-ci yarımbəndində öz əksini tapmalıdır.

2.22.  Kapital və maliyyə qoyuluşları (2.21.) bəndində tikinti-quraşdırma işləri, avadanlıqların alınması, qeyri-maddi aktivlərin alınması, torpaq sahələrinin alınması, qiymətli kağızların alınması üzrə xərclər və faizli istiqrazlara maliyyə qoyuluşları və sair bu kimi kapital və maliyyə qoyuluşları göstərilməlidir. Xərclər yarımbəndlər üzrə ayrı-ayrılıqda göstərilməlidir.

2.23.  Sosial xərclər (2.22.) bəndində qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin, qeyri-istehsal təyinatlı obyektlərin avadanlıqlarının yeniləşməsinə və əsaslı təmirinə çəkilən xərclər və xeyriyyəçilik məqsədləri ilə aparılmış ödənişlər göstərilməlidir.

2.24.  Digər xərclər (2.23.) bəndində yuxarıda sadalanmayan bütün xərclər göstərilməlidir.

3. “Gəlirlər və daxilolmalar” və “Xərclər” bölməsinin tərtibinə dair açıqlamaların və arayışın tərtibi

3.1.  Smetaların tərtibi zamanı hesabat formasının bəndlərinə aid göstəricilərin açıqlanması smetaya əlavə olunmaqla aşağıdakı məlumatların təhlilini özündə əks etdirən arayış təqdim olunmalıdır:

3.1.1.  təqdim edilmiş malların (iş və xidmətlərin) həcminin əsas fəaliyyət növlərinə uyğun bölgüsü;

3.1.2.  cəlb olunmuş vəsaitlərin (o cümlədən banklardan alınmış kreditlərin) və onların təyinatının, cəlb olunmuş vəsaitlər üzrə faiz öhdəliklərinin bölgüsü;

3.1.3.  xammal və material xərclərinin əsas növləri üzrə bölgüsü;

3.1.4. dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınan xammal və materialların bölgüsü;

3.1.5.  təmir xərclərinin təmir aparılan obyektlər üzrə bölgüsü;

3.1.6.  sığorta xərclərinin sığorta növləri üzrə bölgüsü;

3.1.7. kapital qoyuluşlarının, o cümlədən tikinti-quraşdırma işlərinin (bu işlərin yerinə yetirilmə obyektləri üzrə), əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, torpaq sahələrinin alınması xərclərinin təyinatı üzrə bölgüsü;

3.1.8.  sosial xərclərin təyinatı üzrə bölgüsü;

3.1.9.  xeyriyyəçilik məqsədli ödənişlərin təyinatı üzrə bölgüsü;

3.1.10.  kapital qoyuluşlarının, o cümlədən tikinti-quraşdırma işlərinin (bu işlərin yerinə yetirilmə obyektləri üzrə), əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, torpaq sahələrinin alınması xərclərinin təyinatı üzrə bölgüsü;

3.1.11.  sosial xərclərin təyinatı üzrə bölgüsü;

3.1.12.  xeyriyyəçilik məqsədli ödənişlərin təyinatı üzrə bölgüsü;

3.1.13.  digər xərclərin bölgüsü.

3.1.14. hesabat dövrünün əvvəlinə və sonuna debitor və kreditor borclar, o cümlədən dövlət zəmanətli kreditlər haqqında məlumatlar;

3.1.15. hesabat dövrünün əvvəlinə və sonuna vəsait qalığı barədə məlumatlar. [9]

 

 

 

 

“İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər

smetalarının tərtibi Qaydaları”na

ƏLAVƏ

 

 

 

_________________________________________________________________________-ci il üzrə

(iri dövlət vergi ödəyicisinin adı)

 

 

gəlirlər və xərclər smetasının forması

 

 

 

mln, manatla

Sıra

¹-si

Gəlir və xərc maddələrinin məzmunu

keçən il fakt

cari il gözlənilən

növbəti il

proqnoz

o cümlədən

1-ci

rüb

2-ci rüb

3-cü rüb

4-cü

rüb

1

2

3

4

5

6

7

8

9

1.

GƏLİRLƏR və DAXİLOLMALAR,

o  cümlədən

 

 

 

 

 

 

 

1.1.

Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi

 

 

 

 

 

 

 

1.2.

Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan pul vəsaitləri*

 

 

 

 

 

 

 

1.2.1.

 

 

 

 

 

 

 

 

1.2.2.

 

 

 

 

 

 

 

 

1.2.3.

 

 

 

 

 

 

 

 

1.2.4.

 

 

 

 

 

 

 

 

1.2.5.

 

 

 

 

 

 

 

 

1.3.

Sair daxilolmalar

 

 

 

 

 

 

 

1.4.

Dövlət büdcəsindən ayrılan vəsaitlər

 

 

 

 

 

 

 

1.4.1.

subsidiyalar

 

 

 

 

 

 

 

1.4.2.

dövlət əsaslı vəsait qoyuluşu

 

 

 

 

 

 

 

1.4.3.

digər ayırmalar[10]

 

 

 

 

 

 

 

1.5.

Kreditlər[11]

 

 

 

 

 

 

 

1.5.1.

dövlət zəmanəti ilə alınmış kreditlər

 

 

 

 

 

 

 

1.5.2.

digər kreditlər

 

 

 

 

 

 

 

 

2.

XƏRC İSTİQAMƏTLƏRİ,

o cümlədən

 

 

 

 

 

 

 

2.1. [12]

Büdcə ödənişləri, o cümlədən

 

 

 

 

 

 

 

2.1.1.

mənfəət vergisi

 

 

 

 

 

 

 

2.1.2.

əlavə dəyər vergisi

 

 

 

 

 

 

 

2.1.3.

aksiz

 

 

 

 

 

 

 

2.1.4.

mədən vergisi

 

 

 

 

 

 

 

2.1.5.

əmlak vergisi

 

 

 

 

 

 

 

2.1.6.

torpaq vergisi

 

 

 

 

 

 

 

2.1.7. [13]

digər vergi və ödənişlər

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

2.2. [14]

Əməkhaqqı və ona bərabər tutulan ödənişlər

 

 

 

 

 

 

 

2.2.1.

işçilərin əmək haqqı

 

 

 

 

 

 

 

2.2.2.

əməyin ödənişi ilə bağlı sair pul ödənişləri (mükafat, müavinət və s.)

 

 

 

 

 

 

 

2.2.3.

gəlir vergisi

 

 

 

 

 

 

 

2.2.4.

sosial sığorta haqları

 

 

 

 

 

 

 

2.2.5.

əməkhaqqı üzrə digər ödənişlər

 

 

 

 

 

 

 

2.3.

Əmək haqqı fondundan Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

 

 

 

 

 

 

 

2.4.

Xammal və material, o cümlədən

 

 

 

 

 

 

 

2.4.1.

yanacaq, o cümlədən

 

 

 

 

 

 

 

2.4.1.1.

dolayı subsidiya hesabına alınan yanacaq

 

 

 

 

 

 

 

2.5.

Rabitə xərcləri

 

 

 

 

 

 

 

2.6.

Nəqliyyat xərcləri

 

 

 

 

 

 

 

2.7.

Kommunal xərcləri, o cümlədən

 

 

 

 

 

 

 

2.7.1.

su haqqı

 

 

 

 

 

 

 

2.7.2.

elektrik enerjisi haqqı

 

 

 

 

 

 

 

2.7.3.

qaz haqqı

 

 

 

 

 

 

 

2.7.4.

kanalizasiya və tullantı haqları

 

 

 

 

 

 

 

2.7.5.

istilik haqqı

 

 

 

 

 

 

 

2.8.

Ezamiyyə xərcləri

 

 

 

 

 

 

 

2.8.1. [15]

ölkədaxili ezamiyyətlərlə bağlı xərclər

 

 

 

 

 

 

 

2.8.2

xaricə ezamiyyətlərlə bağlı xərclər

 

 

 

 

 

 

 

2.9.

Reklam xərcləri

 

 

 

 

 

 

 

2.10.

Mühafizə xərcləri

 

 

 

 

 

 

 

2.11.

Bank xidməti üzrə xərclər

 

 

 

 

 

 

 

2.12.

Borca və kreditə görə ödənilmiş əsas məbləğlər, o cümlədən

 

 

 

 

 

 

 

2.12.1.

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

 

 

 

 

 

 

 

2.13.

Borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən

 

 

 

 

 

 

 

2.13.1.

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

2.14.

Vaxtı keçmiş borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən

 

 

 

 

 

 

 

2.14.1.

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

 

 

 

 

 

 

 

2.15.

Nümayəndəlik xərcləri

 

 

 

 

 

 

 

2.16.

Kadr hazırlığı xərcləri

 

 

 

 

 

 

 

2.17.

Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər, o cümlədən

 

 

 

 

 

 

 

2.17.1.

normativ sənədlərin hazırlanması xərci

 

 

 

 

 

 

 

2.18. [16]

cari təmir xərcləri

 

 

 

 

 

 

 

2.19.

Sığorta xərcləri

 

 

 

 

 

 

 

2.20.

Dividendlərin ödənilməsi, o cümlədən

 

 

 

 

 

 

 

2.20.1.

büdcəyə ödənilən dividendlər

 

 

 

 

 

 

 

2.21.

Kapital və maliyyə qoyuluşları, o cümlədən

 

 

 

 

 

 

 

2.21.1.

tikinti quraşdırma işləri

 

 

 

 

 

 

 

2.21.1.1.

əsaslı təmir

 

 

 

 

 

 

 

2.21.1.2.

yeni bina və qurğuların tikinti və quraşdırma işləri

 

 

 

 

 

 

 

2.21.2.

əsas vəsaitlərin alınması, o cümlədən

 

 

 

 

 

 

 

2.21.2.1.

avtonəqliyyat vasitələrinin alınmasına

 

 

 

 

 

 

 

2.21.2.2.

əsas vəsaitlərin əsaslı təmiri

 

 

 

 

 

 

 

2.21.3.

qeyri-maddi aktivlərin alınmasına

 

 

 

 

 

 

 

2.21.4.

torpaq sahələrinin alınmasına

 

 

 

 

 

 

 

2.21.5.

qiymətli kağız və səhmlərin alınmasına, faizli istiqrazlara uzunmüddətli maliyyə qoyuluşları

 

 

 

 

 

 

 

2.21.6.

digər kapital və maliyyə qoyuluşları

 

 

 

 

 

 

 

2.22.

Sosial xərclər, o cümlədən

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

2.22.1.

qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin tikintisinə

 

 

 

 

 

 

 

2.22.2.

qeyri-istehsal təyinatlı obyektlərin əsas vəsaitlərinin yeniləşməsinə və əsaslı təmirinə

 

 

 

 

 

 

 

2.22.3.

xeyriyyəçilik məqsədilə ödənişlər

 

 

 

 

 

 

 

2.22.4.

digər sosial xərclər

 

 

 

 

 

 

 

2.23.

Digər xərclər**

 

 

 

 

 

 

 

 

 

Qeyd.

*    Hər bir iri vergi ödəyicisi tərəfindən fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, daxil-olmaların növlərinə müvafiq bölünməlidir.

** Hər bir iri vergi ödəyicisi tərəfindən fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla açıqlanması smetaya əlavə olunmalıdır.

 

Rəhbərin imzası:

 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması

QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

1.1.  Bu Qaydalar iri dövlət vergi ödəyicilərinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılmasını tənzimləyir.

1.2.  İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması zəruri məlumatlan və hesabatları almaqla və ilkin sənədləri araşdırmaqla iri dövlət vergi ödəyicisinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş gəlirlər və xərclər smetalarının faktiki və proqnoz göstəricilərinin təhlil edilməsini və qiymətləndirilməsini nəzərdə tutur.

2. MONİTORİNQİN APARILMASI

2.1. İri dövlət vergi ödəyicilərində gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hər il təsdiq etdiyi qrafikə uyğun müddətlərdə Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, aidiyyəti üzrə Energetika Nazirliyinin və Nəqliyyat Nazirliyinin nümayəndələri daxil edilməklə yaradılan işçi qrupu tərəfindən Maliyyə Nazirliyinin vəsiqəsi əsasında aparılır.[17]

2.2. İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması zamanı aşağıdakı göstəricilər araşdırılır;

2.2.1. iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun tərtibi;

2.2.2. malların (işlərin, xidmətlərin) təqdim edilməsindən hesablarına və kassalarına daxil olmuş vəsaitlərin mədaxil və məxaricinin uçotda və gəlirlər və xərclər smetasının icrasına dair hesabatda əks etdirilməsi;

2.2.3. büdcədən ayrılan subsidiyaların öz təyinatına uyğun istifadəsi, qarşılıqlı əvəzləşdirmələr, barter əməliyyatlarının aparılması;

2.2.4.  bank kreditlərinin, ssudaların, investisiyaların və qrantların istifadəsinin vəziyyəti və səmərəliliyi;

2.2.5.  investisiya fəaliyyətinin vəziyyəti;

2.2.6.  büdcə qarşısında olan öhdəliklərin yerinə yetirilməsi, ödənişlərin növbəliliyinə riayət edilməsi;

2.2.7.  maya dəyərinin ayrı-ayrı xərc maddələrinin, o cümlədən xammal və material xərclərinin əsas növləri üzrə icrası və səmərəliliyi;

2.2.8.  dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınan xammal və materialların təyinatı üzrə istifadəsi;

2.2.9. kapital qoyuluşu çərçivəsində həyata keçirilən layihələrin ekspertizadan keçirilməsinin vəziyyəti;

2.2.10.  yanacaq-sürtkü materiallarının və kommunal xidmətlərin təsdiq olunmuş normalara uyğunluğu və onlardan istifadənin səmərəliliyi;

2.2.11.  təmir xərclərinin təmir aparılan obyektlər üzrə icrası;

2.2.12.  iş və xidmətlərin satınalmasının vəziyyəti;

2.2.13.  əmək ehtiyatlarından istifadənin vəziyyəti;

2.2.14.  sosial xərclərin təyinatı üzrə icrası;

2.2.15.  xeyriyyəçilik məqsədilə aparılan ödənişlərin təyinatı üzrə icrası;

2.2.16.  kapital və maliyyə qoyuluşlarının səmərəliliyi;

2.2.17.  xarici-iqtisadi fəaliyyətin vəziyyəti;

2.2.18.  debitor və kreditor borclarının dinamikası;

2.2.19.  fondların yaradılması və istifadəsi;

2.2.20.  digər xərclərin icrası.

3. MONİTORİNQİN NƏTİCƏLƏRİ

3.1.  İri dövlət vergi ödəyicilərində aparılan gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin nəticələri arayışla rəsmiləşdirilir. Arayış monitorinqin aparılmasını həyata keçirmiş işçi qrupunun üzvləri, habelə iri dövlət vergi ödəyicisinin rəhbəri və digər aidiyyəti şəxsləri tərəfindən imzalanır. Arayışın bir nüsxəsi iri dövlət vergi ödəyicisinin rəhbərliyinə təqdim edilir.

3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və aidiyyəti üzrə Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi monitorinq başa çatdıqdan sonra 30 gün müddətində onun nəticələri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə birgə məlumat təqdim edirlər.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹9, maddə 757)

2.       29 aprel 2010-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 371)

3.       28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190)

4.       15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, ¹ 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 1, maddə 57)

5.       24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, ¹ 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 1, maddə 69)

6.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, ¹ 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹02, maddə 201)

7.       12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 745)

8.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, ¹ 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6, maddə 747)

9.       11 mart 2016-cı il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 789)

10.    13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955)

11.    30 dekabr 2016-cı il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2017-ci il, ¹ 02, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2249)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



* Mötərizədəki rəqəmlər gəlirlər və xərclər smetasının formasındakı müvafiq bəndləri göstərir.

 



[1] 30 dekabr 2016-cı il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2017-ci il, ¹ 02, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2249) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ləğv edilmişdir.

 

[2] 24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹9, maddə 757) ilə preambulasından «Azəriqaz» QSC-nin» sözləri çıxarılmışdır.

29 aprel 2010-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 371) ilə preambulasından ", "Azərikimya" DŞ-nin" sözləri çıxarılmışdır.

28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə preambulasında “Dövlət Neft Şirkətinin, “Azərenerji” SC-nin, Dövlət Dəmir Yolunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan, səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslər” sözləri ilə, “Azərbaycan Hava Yolları” DK-nın” sözləri “Azərbaycan Hava Yolları” QSC-nin” sözləri ilə əvəz edilmişdir və “Xəzər Dəniz Gəmiçiliyinin” sözlərindən sonra “, Bakıelektrikşəbəkə” ASC-nin” sözləri əlavə edilmişdir.

15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, ¹ 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 1, maddə 57) ilə preambulasında “Xəzər Dəniz Gəmiçiliyinin” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin“ sözləri ilə əvəz edilmişdir.

13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, ¹ 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6, maddə 747) ilə preambulasında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 745) ilə birinci abzasında "Bakı Metropoliteninin" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.

11 mart 2016-cı il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 789) ilə preambulasında “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.

 

[3] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə 2-4-cü hissələri yeni redaksiyada verilmişdir və yeni məzmunda 4-1-ci hissə əlavə edilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrini aidiyyəti üzrə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi, habelə Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq olunmaq üçün hər il noyabrın 1-dək Nazirlər Kabinetinə təqdim etsinlər.

3. İri dövlət vergi ödəyiciləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonrakı ayın 25-dək Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə təqdim etsinlər.

4. Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatları təhlil edib nəticəsi barədə 1 ay müddətində Nazirlər Kabinetinə birgə məlumat təqdim etsinlər.

 

14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, ¹ 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹02, maddə 201) ilə 2-ci və 3-cü hissələrdə, 4-cü hissənin birinci və ikinci cümlələrində, 4-1-ci hissədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə, 7-ci hissədə isə “İqtisadi İnkişaf” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955) ilə 2-ci, 3-cü hissələrdən, 4-cü hissənin birinci və ikinci cümlələrindən, 4-1-ci və 7-ci hissələrdən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[4] 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, ¹ 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 1, maddə 69) ilə 4-cü (hər iki halda), 4-1-ci və 7-ci hissələrdə “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.

 

[5] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə 2-4-cü hissələri yeni redaksiyada verilmişdir və yeni məzmunda 4-1-ci hissə əlavə edilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrini aidiyyəti üzrə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi, habelə Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq olunmaq üçün hər il noyabrın 1-dək Nazirlər Kabinetinə təqdim etsinlər.

3. İri dövlət vergi ödəyiciləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonrakı ayın 25-dək Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə təqdim etsinlər.

4. Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatları təhlil edib nəticəsi barədə 1 ay müddətində Nazirlər Kabinetinə birgə məlumat təqdim etsinlər.

 

[6] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”nın 1.5-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.5. Dövlət büdcəsindən ayrılan subsidiyalar (1.4.) bəndində hər il üzrə təsdiq olunmuş dövlət büdcəsi haqqında enerji və nəqliyyat sektoruna nəzərdə tutulmuş subsidiyaların hesabat dövründə istifadə olunmuş məbləğləri göstərilməlidir. Dolayı subsidiyalar “Enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidiyanın verilməsi mexanizmi”nə müvafiq rəsmiləşdirildikdən sonra smetada öz əksini tapmalıdır.

 

[7] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na yeni redaksiyada 1.6-ci bənd əlavə edilmişdir.

 

[8] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”nın 2.19-cu bəndin birinci cümləsində “bəndində” sözündən sonra “cari” sözü əlavə edilmişdir və ikinci cümləsində “Təmir xərclərinə təmirlə bağlı bütün xərclər” sözləri “Bu xərclərə cari təmirlə bağlı bütün xərclər” sözləri ilə əvəz edilmişdir.

 

[9] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”nın “3. “Gəlirlər və daxilolmalar” və “Xərclər” bölməsinin tərtibinə dair açıqlamaların və arayışın tərtibi” bölməsinə yeni məzmunda 3.1.14-cü və 3.1.15-ci yarımbəndlər əlavə edilmişdir.

 

[10] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Gəlirlər və daxilolmalar” bölməsinin 1.4-cü bəndində “subsidiyalar” sözü “vəsaitlər” sözü ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmunda 1.4.1 - 1.4.3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[11] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Gəlirlər və daxilolmalar” bölməsinə yeni məzmunda 1.5-ci bənd əlavə edilmişdir.

 

[12] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinin 2.1-ci, 2.4-cü, 2.7-ci, 2.21-ci, 2.22-ci bəndlərindən və 2.21.2-ci yarımbəndindən “, o cümlədən” sözləri çıxarılmışdır.

 

[13] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinə yeni məzmunda 2.1.7-ci yarımbənd əlavə edilmişdir.

 

 

[14] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinin 2.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.2. Əməkhaqqı və ona bərabər tutulan ödənişlər, o cümlədən

2.2.1. gəlir vergisi

2.2.2. sosial sığorta haqları

 

[15] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinə yeni məzmunda 2.8.1-ci, 2.8.2-ci, 2.21.1.1-ci, 2.21.1.2-ci, 2.21.2.2-ci, 2.21.6-cı və 2.22.4-cü yarımbəndlər əlavə edilmişdir.

 

[16] 28 fevral 2012-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 02, maddə 190) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları”na əlavənin “Xərc istiqamətləri” bölməsinin 2.8-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.18. Təmir xərcləri

 

[17] 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, ¹ 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 1, maddə 69) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydaları”nın 2.1-ci və 3.2-ci bəndlərində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.

 

14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, ¹ 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹02, maddə 201) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydaları”nın 2.1-ci bəndində “İqtisadi İnkişaf” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye” sözləri ilə, 3.2-ci bəndində isə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955) ilə “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydaları”nın 2.1-ci və 3.2-ci bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.