"Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı" və "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının təsnifatı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı" və "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının təsnifatı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 15 fevral 2003-cü il

26

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 15 fevral tarixli 26 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün

 

TƏSNİFATI

 

1. Ümumİ müddəalar

 

1.1. Bu təsnifat "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün təsnifatını müəyyən edir.

1.2. Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növləri mahiyyətinə və əlaqədar olduğu sahəyə görə aşağıdakı kimi təsnif edilir:

dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiyalar;

fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiyalar;

ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiyalar.

1.3. Dövlət sirrinə aid edilən ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiyalar "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

2. Dövlət hakİmİyyətİ və yerlİ özünüİdarəetmə orqanlarının fəalİyyətİnİn həyata keçİrİlməsİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİyalar

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən onların fəaliyyətinin həyata keçirilməsinə mənfi təsir edə biləcək aşağıdakı hallarda ətraf mühitə dair informasiyaların alınması məhdudlaşdırıla bilər:

2.1. dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının daxili yazışmalarına və fəaliyyətinin konfidensiallığına aid olduqda;

2.2. dövlətin təhlükəsizliyi məsələləri ilə bağlı olduqda;

2.3. beynəlxalq əlaqələr, ölkənin müdafiəsi məsələləri üzrə dövlət hakimiyyəti orqanlarının məxfi materiallarına istinad edildikdə;

2.4. məhkəmə orqanlarında baxılan və ya ibtidai istintaq mərhələsində olan məsələlərə aid olduqda.

3. Fİzİkİ və hüquqİ şəxslərİn fəalİyyətİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİyalar

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən fiziki və hüquqi şəxslərin fəaliyyətləri ilə əlaqədar onlara təqdim olunmuş və həmin şəxslərin fəaliyyətində aşağıdakılara mənfi təsir edə biləcək ətraf mühitə dair informasiyaların alınması məhdudlaşdırıla bilər:

3.1. fiziki və hüquqi şəxslərin qanuni iqtisadi maraqlarını müdafiə etmək məqsədi ilə onların kommersiya və sənaye xarakterli məlumatlarının konfidensiallığına (bu zaman sahibkarın fəaliyyəti nəticəsində yaranan tullantılar haqqında məlumatlar kommersiya sirrinə aid edilə bilməz);

3.2. əqli mülkiyyət hüquqlarına;

3.3. fiziki şəxslərə aid şəxsi informasiyalara və arxivlərin konfidensiallığına (əgər müvafiq şəxs belə məlumatların açıqlanmasına razılıq verməyibsə).

4. Ətraf mühİtİn mühafİzəsİnİn təmİn edİlməsİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİyalar

Dövlət hakimiyyəti orqanları tərəfindən ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədi ilə ətraf mühitə dair aşağıdakı informasiyaların alınması məhdudlaşdırıla bilər:

4.1. açıqlanması ətraf mühit üçün təhlükə yaradacaq və ya onun komponentlərinə zərər vura biləcək məlumatlar;

4.2. Azərbaycan Respublikasının ərazisində, onun daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, o cümlədən xüsusi mühafizə olunan təbiət ərazilərində nadir flora və fauna növlərinin çoxalma yerlərini açıqlayan məlumatlar;

4.3. Azərbaycan Respublikasının ərazisində zəlzələlərin proqnozlaşdırılması haqqında məlumatlar;

4.4. yerin təkinin sifarişlə yerinə yetirilmiş geoloji öyrənilməsi haqqında məlumatlar;

4.5. yerin təkinin geoloji öyrənilməsinin məcmu kartoqramları haqqında məlumatlar;

4.6. yekun hazırlıq mərhələsində olan materiallar haqqında məlumat və dəqiqləşdirilməmiş ilkin məlumatlar.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 15 fevral tarixli 26 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının

 

TƏSNİFATI

1. Ümumİ müddəalar

1.1. Bu təsnifat "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli 689 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının təsnifatını müəyyən edir.

1.2. Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanları malik olduqları bu tipli informasiya növlərinə uyğun olaraq aşağıdakı kimi təsnif edilir:

dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanları;

əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsinin təmin edilməsi və fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanları.

2. Dövlət hakİmİyyətİ və yerlİ özünüİdarəetmə orqanlarının, fİzİkİ və hüquqİ şəxslərİn fəalİyyətİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİya üzrə müracİət və ya sorğunun göndərİldİyİ dövlət hakİmİyyətİ orqanları

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti [1]

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi[2]

Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

3. Əhalİnİn sağlamlığı və ətraf mühİtİn mühafİzəsİnİn təmİn edİlməsİ və fİzİkİ və hüquqİ şəxslərİn fəalİyyətİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİya üzrə müracİət və ya sorğunun göndərİldİyİ dövlət hakİmİyyətİ orqanları

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Azərbaycan Respublikasının Energetika Nazirliyi[3]

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi[4]

Azərbaycan Milli Elmlər Akademiyası[5]

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti[6]

Qeyd. Bu təsnifat "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı"na uyğun hazırlanmışdır və müəyyən qədər şərti xarakter daşıyır, yəni konkret fəaliyyət sahəsindən aslı olmayaraq bu və ya digər dövlət orqanı ətraf mühitə dair alınması məhdudlaşdırılan müxtəlif növ informasiyaya malik ola bilər və bu haqda həmin orqana müraciət və sorğu göndərilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 4, maddə 370)

2.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 6, maddə 558)

3.       22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 7, maddə 647)

4.       24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 yanvar 2014-cü il, 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 1, maddə 69)

5.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201)

6.       4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418)

7.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955)

8.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 30 sentyabr 2016-cı il, 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1585)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 30 sentyabr 2016-cı il, 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1585) ilə Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatının 2-ci hissəsində Milli Təhlükəsizlik Nazirliyi sözləri Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə 3-cü hissəsində İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatının 2-ci hissəsinin dördüncü abzasından və Sənaye sözləri çıxarılmışdır.

 

[3] 22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 7, maddə 647) ilə Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatının 3-cü bölməsində Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi sözləri Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi sözləri ilə əvəz edilmişdir.

24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 yanvar 2014-cü il, 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 1, maddə 69) ilə Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatının 3-cü hissəsində Sənaye və Energetika sözləri Energetika sözü ilə əvəz edilmişdir.

 

[4] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatının 3-cü hissəsinin beşinci abzasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[5] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 6, maddə 558) ilə "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatı"nın 3-cü bölməsindən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri çıxarılmışdır.

 

[6] 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 4, maddə 370) ilə "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət
hakimiyyəti orqanlarının Təsnifatının 3-cü bölməsinə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri əlavə edilmışdir.