“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1.     qüvvədə olan qanunvericilik aktların "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.     Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.     "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4.       həmin Qanununun 5.4-cü maddəsində nəzərdə tutulmuş baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin uçota durma qaydalarının müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;[1]

1.5.       həmin Qanunun 6.0.5-ci maddəsində nəzərdə tutulmuş baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6.       həmin Qanunun 6.0.6-cı maddəsində və 21.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.7.       həmin Qanunun 6.0.9-cu maddəsində nəzərdə tutulmuş dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.8.       həmin Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş dövlət baytarlıq xidmətinin işçilərinin fərqləndirici nişanı olan xüsusi geyim formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9.       həmin Qanunun 7.4-cü maddəsində nəzərdə tutulmuş dövlət baytarlıq müfəttişlərinin möhürlərinə və onların istifadə edilməsi qaydalarına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.10.      həmin Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş yeni baytarlıq preparatlarının, avadanlıqların və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.11.      həmin Qanunun 8.1.3-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarının, o cümlədən heyvan və insanlar üçün ümumi olan baytarlıq təyinatlı (müşayiətedici sənədlərində və ya istifadə təlimatlarında baytarlıqda tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatların dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12.      həmin Qanunun 8.1.4-cü maddəsində nəzərdə tutulmuş heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.13. həmin Qanunun 8.1.6-cı maddəsində nəzərdə tutulmuş heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi qaydalarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.14.       həmin Qanunun 8.1.7-ci maddəsində nəzərdə tutulmuş heyvanların xüsusi təhlükəli xəstəliklərin, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan heyvanların, heyvan mənşəli məhsulların, xammalın, yem, yem əlavələrinin və digər kənd təsərrüfatı məhsullarının idxal və ixracına məhdudiyyətlərin və ya qadağaların qoyulması, bu xəstəliklər baş verdiyi ərazilərdə karantin qoyulması üçün təklif verilməsi qaydalarına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.15.       həmin Qanunun 8.1.8-ci maddəsində nəzərdə tutulmuş karantin qoyulan ərazidə qoruyucu - karantin, xüsusi baytarlıq və digər tədbirlərin aparılması qaydalarını, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlərin görülməsi hallarına və qaydasına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.16. həmin Qanunun 8.2.6-cı maddəsinə uyğun olaraq idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılmasına dair və müvafiq baytarlıq sənədinin verilməsinə dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.17.       həmin Qanunun 8.2.7-ci maddəsinə uyğun olaraq epizootiya monitorinqinin aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.18.       həmin Qanunun 8.2.16-cı maddəsinə uyğun olaraq baytarlıq sahəsində identikləşdirmə işlərinin, uçot və hesabatların aparılması və heyvanların karantin xəstəliklərinin statistik uçotunun aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.19. həmin Qanunun 13.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.20.       həmin Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulmuş heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.21.       həmin Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının formasını, onların tərtib edilməsi və verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.22.       həmin qanunun 14.8-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş dövlət sərhədlərində baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsini və fəaliyyətini sərhəd rejiminin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;[2]

1.23.      həmin Qanunun 15.2.3-cü maddəsinə uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) baxışının keçirilməsi qaydalarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.24.      həmin Qanunun 15.4-cü maddəsinə uyğun olaraq ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alman qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi qaydasını və müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.25.      həmin Qanunun 15.5-ci maddəsində nəzərdə tutulmuş dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması qaydalarını beynəlxalq müqavilələrin tələb və tövsiyələri nəzərə alınmaqla müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.26.      həmin Qanunun 16.3.1-ci maddəsinə uyğun olaraq dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunun yoxlanılması, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala baxış keçirilməsi qaydalarına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.27. həmin Qanunun 16.3.2-ci maddəsinə uyğun olaraq heyvan mənşəli məhsullardan və xammaldan nümunə götürüb laboratoriyalarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.28. həmin Qanunun 16.3.3-cü maddəsinə uyğun olaraq baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması qaydalarım müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.29. həmin Qanunun 16.3.4-cü və 16.5-ci maddələrinə uyğun olaraq insan və heyvanların sağlamlığı üçün təhlükəli olan heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.30. həmin Qanunun 16.8-ci maddəsində nəzərdə tutulmuş baytarlıq (baytarlıq - sanitariya) ekspertizasının aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.31. həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi, həmçinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın normativ-texniki sənədlərin və baytarlıq normativlərinin tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydalarım təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.32. həmin Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı qaydalarına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.33. həmin Qanunun 18.5-ci maddəsində nəzərdə tutulmuş baytarlıq preparatlarının dövlət reyestrində qeydə alınmış xarici baytarlıq preparatlarının hər bir yeni seriyalarının (partiyalarının) ekspertizadan keçirilməsi və onların tətbiqi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.34. həmin Qanunun 18.6-cı maddəsində nəzərdə tutulmuş tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem əlavələrinin baytarlıq normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydasını və onların tətbiqinə icazə verilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.35.      həmin Qanunun 19.0.1-ci maddəsinə uyğun olaraq heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.36. həmin Qanunun 19.0.3-cü maddəsinə uyğun olaraq dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.37.      həmin Qanunun 19.0.4-cü maddəsinə uyğun olaraq heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.38. həmin Qanunun 19.0.5-ci maddəsinə uyğun olaraq istifadəsində olan heyvanların, heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsullar və xammalın istehsalı, emalı, saxlanması və satışı obyektlərinin identikləşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.39. həmin Qanunun 19.0.8-ci maddəsinə uyğun olaraq başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması qaydasını və müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.40. həmin Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.41. həmin Qanunun 21.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.42. həmin Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyətinin müvəqqəti dayandırıla bilməsi qaydalarına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.43.      həmin Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayının və yerləşdirilməsinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.44.      həmin Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.45.      həmin Qanunun 24.1-ci maddəsində nəzərdə tutulmuş heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı qaydalarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.46.      həmin Qanunun 24.2-ci maddəsində nəzərdə tutulmuş heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.47.      həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş heyvanların və əhalinin sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin götürülmədən zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə nəticələnən heyvan xəstəliklərinin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.48.      həmin Qanunun 24.4-cü maddəsində nəzərdə tutulmuş heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhvi nəticəsində dəymiş ziyanın əvəzini hüquqi və fiziki şəxslər tərəfindən almaq qaydasına və şərtlərinə dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.49.      həmin Qanunun 24.6-cı maddəsində nəzərdə tutulmuş karantin xəstəliklərinin ləğvində, profilaktikasında və yayılmasının qarşısını alarkən əmlakından və ehtiyatlarından istifadə olunmuş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzini almaq qaydasına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.50.      həmin Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.51.      həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydalarmı müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.52.      həmin Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin uçotunu aparmaq üçün onların identikləşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.53.      həmin Qanunun 29.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.54.      həmin Qanunun 29.2.1-ci maddəsinə uyğun olaraq baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durma qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;[3]

1.55.      həmin Qanunun 29.2.5-ci maddəsinə uyğun olaraq özəl baytarlıq təbabəti müəssisələri tərəfindən baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotun aparılması, onların xidmət etdiyi hüquqi və fiziki şəxslərə, dövlət baytarlıq orqanlarının yerli bölmələrinə hesabatların təqdim edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.56.      həmin Qanunun 31.0.3-cü maddəsində nəzərdə tutulmuş baytarlıq preparatlarının aprobasiyası, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.57. həmin Qanunun 31.0.6-cı maddəsində nəzərdə tutulmuş baytarlıqda istifadə olunan bioloji və güclü təsiredici baytarlıq preparatlarının istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, o cümlədən 33.1-ci maddəsinə müvafiq olaraq istehsal olunan hər bir baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması və bu barədə qeydəalınma vəsiqəsinin verilməsi qaydasına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.58.      həmin Qanunun 31.0.7-ci maddəsində nəzərdə tutulmuş baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistik hesabat formasını və təqdim edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.59.      həmin Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarına müvafiq sertifikatın verilməsi, markalanması, qablaşdırılması, müşayiətedici sənədlərdə və ya istifadə təlimatlarında baytarlıq təyinatlı olmasının göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.60.      həmin Qanunun 33.4-cü maddəsində nəzərdə tutulmuş baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq məşğul olan hüquqi şəxslərin attestasiyasının keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.61.      həmin Qanunun 33.8-ci maddəsində nəzərdə tutulmuş baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.62.      həmin Qanunun 33.9-cu maddəsində nəzərdə tutulmuş hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında qeydiyyatdan keçən baytarlıq preparatlarının idxal və ixracının həyata keçirilməsi qaydası barədə təkliflərini beynəlxalq müqavilələrin tələbləri və tövsiyələri nəzərə alınmaqla hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.63.      həmin Qanunun 34-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş baytarlıq preparatlarının saxlanması və daşınması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.64.      həmin Qanunun 35.3-cü maddəsində nəzərdə tutulmuş baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.65.      həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş baytarlıq preparatlarının, yem və yem əlavələrinin aprobasiyadan keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.66. həmin Qanunun 36.4-cü maddəsində nəzərdə tutulmuş mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.67.      həmin Qanunun 39.1.2-ci maddəsinə uyğun olaraq heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.68.      həmin Qanunun 39.1.3-cü maddəsinə uyğun olaraq heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.69.      həmin Qanunun 39.1.4-cü maddəsində nəzərdə tutulmuş heyvanların xüsusi təhlükəli yoluxucu xəstəliklərinin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.70.      həmin Qanunun 39.2-ci maddəsində nəzərdə tutulmuş dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin qaydasını və şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.71.       həmin Qanunun 15.3.2-ci, 24.7-ci (birinci və ikinci hallarda), 36.1-ci və 38-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı və 24.7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.72.       baytarlığın maliyyə və digər təminatı ilə bağlı zəruri olan tədbirləri görsün;

1.73.       öz səlahiyyətləri daxilində "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci, 18.3-cü və 33.9-cu maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2.  həmin Qanunun 5.4-cü (birinci halda), 7.3-cü (ikinci halda), 13.2-ci, 14.8-ci (ikinci cümlədə), 15.5-ci, 16.8-ci, 17.4-cü, 18.5-ci, 18.6-cı (birinci halda), 20.2-ci maddələrində, 21.2-ci (birinci və ikinci cümlələrdə), 21.5-ci (ikinci cümləsində), 21.6-cı (birinci və ikinci cümlələrində), 22.3-cü, 24.2-ci, 24.3-cü, 24.4-cü, 24.6-cı, 25-ci, 26.1-ci, 26.2-ci, 29.1.6-cı, 33.8-ci, 34-cü, 35.3-cü, 36.4-cü, 39.1.2-ci, 39.1.3-cü, 39.1.4-cü və 39.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini və 8.1.2-ci, 8.1.3-cü, 8.1.4-cü, 8.1.8-ci, 8.2.7-ci, 8.2.16-cı, 13.1.2-ci, 13.1.3-cü, 15.4-cü, 16.3.2-ci, 16.3.3-cü, 19.0.1-ci, 19.0.3-cü, 19.0.4-cü, 19.0.5-ci, 19.0.8-ci, 29.2.1-ci, 29.2.5-ci, 31.0.3-cü, 31.0.7-ci, 33.2-ci, 33.4-cü, 36.2-ci maddələrində (göstərilən qaydaların müəyyən edilməsi hissəsində), 8.1.12-ci maddəsində (müvafiq qaydaların təsdiq edilməsi hissəsində), 8.1.14-cü maddəsində (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) nəzərdə tutulmuş hüquqları Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[4]

2.3.  həmin Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirlər;

2.4.  həmin Qanunun 1.0.6-cı, 8.2.7-ci, 8.2.11-ci, 11.1-ci (səlahiyyətləri daxilində), 18.6-cı (ikinci halda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəyi əsasında), 22.1-ci, 28.2-ci (birinci halda), 33.4-cü və 37.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini və 8.1.1-ci, 8.1.2-ci (maddədə göstərilən normativ texniki sənədlərin təsdiq edilməsi hissəsində), 8.1.3-cü (idxala və ixraca icazə verilməsi hissəsində), 8.1.7-ci və 18.4-cü maddələrində (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin təqdimatı əsasında), 8.1.9-cu (maddədə nəzərdə tutulan dövlət vəsaitlərinin istifadə edilməsi üzərində nəzarət hissəsində), 8.1.12-ci (müvafiq qaydaların təsdiq edilməsi hissəsində), 8.1.14-cü (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada), 8.1.15-ci (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) nəzərdə tutulmuş baytarlıq xidmətinin hüquqlarını, 8.2.1-ci, 8.2.5-ci (səlahiyyətləri daxilində), 8.2.7-ci (müvafiq tədbirlər planın təsdiq edilməsi hissəsində), 8.2.17-ci və 8.2.18-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;[5]

2.5. həmin Qanunun 1.0.4-cü (baytarlıq (baytarlıq-sanitariya) qaydalarının hazırlanması hissəsində), 5.4-cü (ikinci halda), 7.3-cü (birinci halda), 9.1.3-cü, 9.2-ci, 11.1-ci (səlahiyyətləri daxilində), 28.2-ci (ikinci halda), 28.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini və 8.1.2-ci (nəzarətin həyata keçirilməsi və rəy verilməsi hissəsində), 8.1.3-cü (idxala və ixraca icazə verilməsi hissəsi istisna olmaqla), 8.1.4-cü, 8.1.5-ci, 8.1.6-cı, 8.1.7-ci (görülmüş tədbirlər barədə baytarlıq sahəsində səlahiyyətli beynəlxalq təşkilata məlumat verilməsi hissəsində), 8.1.8-ci (müvafiq tədbirlərin görülməsi və göstərişlərin verilməsi hissəsində), 8.1.9-cu (müvafiq dövlət vəsaitinə sərəncam vermək hissəsində), 8.1.10-cu, 8.1.11-ci, 8.1.12-ci (müvafiq qaydaların işlənib hazırlanması hissəsində), 8.1.13-cü, 8.1.15-ci (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) maddələrində nəzərdə tutulmuş baytarlıq xidmətinin hüquqlarını, 8.2.1-ci (müvafiq dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi hissəsində), 8.2.2-ci, 8.2.3-cü, 8.2.4-cü, 8.2.5-ci (səlahiyyətləri daxilində), 8.2.6-cı, 8.2.7-ci (müvafiq tədbirlər planının təsdiq olunması istisna olmaqla), 8.2.8-ci, 8.2.9-cu, 8.2.10-cu, 8.2.11-ci (müvafiq tələbatın müəyyənləşdirilməsi və təkliflərin verilməsi hissəsində), 8.2.12-ci, 8.2.13-cü, 8.2.14-cü, 8.2.15-ci, 8.2.16-cı, 8.2.19-cu, 8.2.20-ci, 8.2.21-ci və 8.2.22-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti həyata keçirir;[6]

2.6. həmin Qanunun 5.4-cü (birinci halda) və 8.1.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.

3. Müəyyən edilsin ki:

3.1. "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında dövlət baytarlıq xidmətini aşağıda göstərilən icra hakimiyyəti orqanları və digər dövlət qurumları təşkil edir:

3.1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

3.1.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti;

3.1.3. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

3.1.4. rayon və şəhər dövlət baytarlıq idarələri;

3.1.5. mərkəzi icra hakimiyyəti orqanlarında, digər dövlət təsisatlarında fəaliyyət göstərən baytarlıq xidmətləri;

3.1.6. nəqliyyatda dövlət baytarlıq nəzarəti xidməti və onun tabeliyində olan nəqliyyat baytarlıq nəzarəti məntəqələri;[7]

3.1.7. 3.1.1-3.1.5-ci yarımbəndlərində göstərilən dövlət orqanlarının tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən təşkilatlar.

3.2. "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə müvafiq olaraq:

3.2.1.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişidir;

3.2.2.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavinləri Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişinin müavinləridir;

3.2.3.  Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq qurumunun rəhbəri Naxçıvan Muxtar Respublikasının baş dövlət baytarlıq müfəttişidir;

3.2.4.  Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq qurumunun rəhbərinin müavinləri Naxçıvan Muxtar Respublikasının baş dövlət baytarlıq müfəttişinin müavinləridir;

3.2.5.  rayon və şəhər dövlət baytarlıq idarələrinin rəhbərləri rayon və şəhər dövlət baytarlıq müfəttişləridir;

3.2.6.  dövlət sərhəd baytarlıq nəzarəti məntəqələrinin, nəqliyyatda baytarlıq xidmətinin, sahə baytarlıq məntəqələrinin, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin dövlət baytarlıq xidmətlərinin, baytarlıq-sanitariya ekspertizası laboratoriyalarının rəhbərləri vəzifə etibarı ilə xidmət etdikləri sahələrin və inzibati ərazilərin dövlət baytarlıq müfəttişləridir;[8]

3.2.7.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət baytarlıq xidmətində baytarlıq nəzarəti funksiyasını yerinə yetirən digər vəzifəli şəxslərə və baytarlıq mütəxəssislərinə tutduqları vəzifələrə uyğun olaraq "dövlət baytarlıq müfəttişi" adı verilə bilər.

4.      Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, bu Fərmanın icrasının təmin edilməsi ilə bağlı zəruri olan tədbirlərin həyata keçirilməsini təmin etsin.

5.      Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 noyabr 2005-ci il

                       ¹ 316

 

 

 


 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       6 avqust 2008-ci il tarixli 811 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2008-ci il, ¹ 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 718)

2.       31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  03 sentyabr 2009-cu il, ¹ 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə 630)

3.       15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə 186)

4.       23 iyul 2015-ci il tarixli 573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 iyul 2015-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 07, maddə 841)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  03 sentyabr 2009-cu il, ¹ 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə 630) ilə 1.4-cü və 1.54-cü bəndləri çıxarılmışdır.

 

[2] 15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə 186) ilə 1.22-ci bənd çıxarılmışdır.

 

[3] 31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  03 sentyabr 2009-cu il, ¹ 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə 630) ilə 1.4-cü və 1.54-cü bəndləri çıxarılmışdır.

 

[4] 6 avqust 2008-ci il tarixli 811 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2008-ci il, ¹ 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 718) ilə 2.2-ci bənddən “5.4-cü (birinci halda), “, “29.2.1-ci,”“33.4-cü,” sözləri çıxarılmışdır.

15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə 186) ilə 2.2-ci bənddən 14.8-ci (ikinci cümlədə), sözləri çıxarılmışdır.

 

[5] 6 avqust 2008-ci il tarixli 811 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2008-ci il, ¹ 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 718) ilə 2.4-cü bənddən “, 33.4-cü” sözləri çıxarılmışdır.

23 iyul 2015-ci il tarixli 573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 iyul 2015-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 07, maddə 841) ilə 2.4-cü bəndində (hər iki halda), 2.5-ci bəndində, 3.1.2-ci, 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində “Dövlət Baytarlıq Xidməti” sözləri ismin müvafiq hallarında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 6 avqust 2008-ci il tarixli 811 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2008-ci il, ¹ 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 718) ilə 2.5-ci bənddən “, 28.3-cü” sözləri çıxarılmışdır , 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və Fərmana yeni məzmunda 2.6-cı bənd əlavə edilmişdir.

 

[7] 15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə 186) ilə 3.1.6-cı bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

dövlət sərhədində və nəqliyyatda dövlət baytarlıq nəzarəti xidməti və onların tabeliyində olan sərhədyanı və nəqliyyat baytarlıq nəzarəti məntəqələri;

 

[8] 15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə 186) ilə 3.2.6-cı bənddən dövlət sərhəd baytarlıq nəzarəti məntəqələrinin, sözləri çıxarılmışdır.