Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının təşkili barəsində

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanunun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyası 19 nəfərdən ibarət tərkibdə təşkil edilsin.

Redaksiya komissiyasının tərkibinə Azərbaycan Respublikasının aşağıdakı xalq deputatları seçilsin:

1.      Aşurov Murad Məhəmməd oğlu — Azərbaycan KP Yevlax Şəhər Komitəsinin birinci katibi.

2.      Qayıbov İsmət İsmayıl oğlu — Azərbaycan Respublikasının prokuroru.

3.      Qasımov Mirabbas Göycə oğlu — Bakı Dövlət Universitetinin rektoru.

4.      Qurbanov Cəlal Bilal oğlu — Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

5.      Ələkbərov Sahib Nurəddin oğlu —Azərbaycan Respublikası Ali Sovetinin Gənclər daimi komissiyasının sədri.

6.      Əliyev Mirismayıl Mirəli oğlu — Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri.

7.      Əliyev Telman Fərzəli oğlu — Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatları Sovetlərinin işi, yerli özünüidarə və yerli təsərrüfat məsələləri üzrə daimi komissiyasının sədri.

8.      Əhmədov Ramiz Haşım oğlu — Azərbaycan KP MK Nəzarət-Təftiş Komissiyasının sədri.

9.      Köçərli Tofiq Qasım oğlu — Bakı Ali Partiya Məktəbinin professoru.

10.  Məmmədov Aydın Yusif oğlu — Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsinin sədri.

11.  Orucov Telman Xəlil oğlu — Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini.

12.  Polyaniçko Viktor Petroviç — Azərbaycan KP MK-nın ikinci katibi.

13.  Rüstəmzadə Zaur Paşa oğlu — SSRİ Nazirlər Soveti yanında Azərbaycan Respublikası Nazirlər Sovetinin daimi nümayəndəsinin müavini.

14.  Rüstəmov Tofiq Tağı oğlu — “Kommunist” qəzetinin redaktoru.

15.  Səmədzadə Ziyad Əlabbas oğlu — Azərbaycan Respublikası Ali Sovetinin İqtisadiyyat məsələləri daimi komissiyasının sədri.

16.  Xələfov Məmməd Süleyman oğlu — Azərbaycan Respublikası Ali Sovetinin Qanunvericilik, qanunçuluq və vətəndaşların hüquqları məsələləri daimi komissiyasının sədri.

17.  Xəlilov Nizami İsgəndər oğlu — Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

18.  Hacıyev Zülfi Saleh oğlu — Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini.

19.  Şedrin Yuri Yevgenyeviç — Azərbaycan Respublikası Ali Sovetinin Nəqliyyat, rabitə və informatika məsələləri daimi komissiyasının sədri.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA.

 

Bakı şəhəri, 7 fevral 1991-ci il.

№ 49-XII.