"Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı" və "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının təsnifatı"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı" və "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının təsnifatı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 15 fevral 2003-cü il
№ 26

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 15 fevral tarixli 26 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün
TƏSNİFATI

 

1. Ümumİ müddəalar

1.1. Bu təsnifat "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün təsnifatını müəyyən edir.

1.2. Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növləri mahiyyətinə və əlaqədar olduğu sahəyə görə aşağıdakı kimi təsnif edilir:

dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiyalar;

fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiyalar;

ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiyalar.

1.3. Dövlət sirrinə aid edilən ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiyalar "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

2. Dövlət hakİmİyyətİ və yerlİ özünüİdarəetmə orqanlarının fəalİyyətİnİn həyata keçİrİlməsİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİyalar

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən onların fəaliyyətinin həyata keçirilməsinə mənfi təsir edə biləcək aşağıdakı hallarda ətraf mühitə dair informasiyaların alınması məhdudlaşdırıla bilər:

2.1. dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının daxili yazışmalarına və fəaliyyətinin konfidensiallığına aid olduqda;

2.2. dövlətin təhlükəsizliyi məsələləri ilə bağlı olduqda;

2.3. beynəlxalq əlaqələr, ölkənin müdafiəsi məsələləri üzrə dövlət hakimiyyəti orqanlarının məxfi materiallarına istinad edildikdə;

2.4. məhkəmə orqanlarında baxılan və ya ibtidai istintaq mərhələsində olan məsələlərə aid olduqda.

3. Fİzİkİ və hüquqİ şəxslərİn fəalİyyətİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİyalar

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən fiziki və hüquqi şəxslərin fəaliyyətləri ilə əlaqədar onlara təqdim olunmuş və həmin şəxslərin fəaliyyətində aşağıdakılara mənfi təsir edə biləcək ətraf mühitə dair informasiyaların alınması məhdudlaşdırıla bilər:

3.1. fiziki və hüquqi şəxslərin qanuni iqtisadi maraqlarını müdafiə etmək məqsədi ilə onların kommersiya və sənaye xarakterli məlumatlarının konfidensiallığına (bu zaman sahibkarın fəaliyyəti nəticəsində yaranan tullantılar haqqında məlumatlar kommersiya sirrinə aid edilə bilməz);

3.2. əqli mülkiyyət hüquqlarına;

3.3. fiziki şəxslərə aid şəxsi informasiyalara və arxivlərin konfidensiallığına (əgər müvafiq şəxs belə məlumatların açıqlanmasına razılıq verməyibsə).

4. Ətraf mühİtİn mühafİzəsİnİn təmİn edİlməsİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİyalar

Dövlət hakimiyyəti orqanları tərəfindən ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədi ilə ətraf mühitə dair aşağıdakı informasiyaların alınması məhdudlaşdırıla bilər:

4.1. açıqlanması ətraf mühit üçün təhlükə yaradacaq və ya onun komponentlərinə zərər vura biləcək məlumatlar;

4.2. Azərbaycan Respublikasının ərazisində, onun daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, o cümlədən xüsusi mühafizə olunan təbiət ərazilərində nadir flora və fauna növlərinin çoxalma yerlərini açıqlayan məlumatlar;

4.3. Azərbaycan Respublikasının ərazisində zəlzələlərin proqnozlaşdırılması haqqında məlumatlar;

4.4. yerin təkinin sifarişlə yerinə yetirilmiş geoloji öyrənilməsi haqqında məlumatlar;

4.5. yerin təkinin geoloji öyrənilməsinin məcmu kartoqramları haqqında məlumatlar;

4.6. yekun hazırlıq mərhələsində olan materiallar haqqında məlumat və dəqiqləşdirilməmiş ilkin məlumatlar.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 15 fevral tarixli 26 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının
TƏSNİFATI

1. Ümumİ müddəalar

1.1. Bu təsnifat "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli 689 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının təsnifatını müəyyən edir.

1.2. Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanları malik olduqları bu tipli informasiya növlərinə uyğun olaraq aşağıdakı kimi təsnif edilir:

dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanları;

əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsinin təmin edilməsi və fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə əlaqədar ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanları.

2. Dövlət hakİmİyyətİ və yerlİ özünüİdarəetmə orqanlarının, fİzİkİ və hüquqİ şəxslərİn fəalİyyətİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİya üzrə müracİət və ya sorğunun göndərİldİyİ dövlət hakİmİyyətİ orqanları

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

3. Əhalİnİn sağlamlığı və ətraf mühİtİn mühafİzəsİnİn təmİn edİlməsİ və fİzİkİ və hüquqİ şəxslərİn fəalİyyətİ İlə əlaqədar ətraf mühİtə daİr alınması məhdudlaşdırılan İnformasİya üzrə müracİət və ya sorğunun göndərİldİyİ dövlət hakİmİyyətİ orqanları

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi

Azərbaycan Milli Elmlər Akademiyası

Qeyd. Bu təsnifat "Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya növünün təsnifatı"na uyğun hazırlanmışdır və müəyyən qədər şərti xarakter daşıyır, yəni konkret fəaliyyət sahəsindən aslı olmayaraq bu və ya digər dövlət orqanı ətraf mühitə dair alınması məhdudlaşdırılan müxtəlif növ informasiyaya malik ola bilər və bu haqda həmin orqana müraciət və sorğu göndərilə bilər.