Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydası və sertifikatların nümunəsi təsdiq edilsin (1-5 nömrəli əlavələr).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 13 iyul 2005-ci il

135

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli əlavə

Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının

ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi

QAYDASI

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qayda Avropa İttifaqı Komissiyasının direktivlərinə, şura reqlamentlərinə və Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının (bundan sonra - sertifikat) verilməsini tənzimləyir.

1.2. Avropa İttifaqı ölkələrinə ixrac edilən balıq və digər dəniz məhsullarının keyfiyyətinə nəzarət sisteminin tətbiqi və sertifikatın verilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan sonra - vahid səlahiyyətli orqan) tərəfindən həyata keçirilir.

1.3. Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracı üçün sertifikat yalnız qanunvericiliyə uyğun olaraq təsdiqedici kod nömrəsinə malik olan müəssisələrdə istehsal, emal edilmiş və qablaşdırılmış balıq və digər dəniz məhsullarına vahid səlahiyyətli orqan tərəfindən keçirilən müvafiq ekspertizalar nəticəsində verilir.

II. SERTİFİKATIN VERİLMƏSİ QAYDASI

2.1. Avropa İttifaqı ölkələrinə ixrac edilən balıq və digər dəniz məhsullarına sertifikat almaq istəyən ixracatçı vahid səlahiyyətli orqana rəsmi ərizə ilə müraciət edir.

2.2. Ərizədə ixrac tarixi, ölkəsi, ixrac edilən məhsulların istehsal və emal edildiyi müəssisənin təsdiqedici kod nömrəsi, gömrük sərhəd buraxılış məntəqəsi, məhsulun adı, miqdarı və s. məlumatlar öz əksini tapmalıdır.

2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

2.3.1. mənşə sənədinin əsli;

2.3.2. uyğunluq sertifikatı;

2.3.3. gigiyenik sertifikatı;

2.3.4. baytarlıq şəhadətnaməsi;

2.3.5. qanunvericilikdə müəyyən edilən hallarda Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyanın (CİTES) təsiri altına düşən növlərdən istehsal və emal edilmiş balıq və digər dəniz məhsullarının ixracı üçün verilən icazə (permit/sertifikat);

2.3.6. ixrac ediləcək məhsula dair hesab-faktura (invoys);

2.3.7. ovlanmanın qadağan olduğu dövrlərdə məhsul ixrac olunarkən balıq və digər dəniz məhsullarına sertifikat verilməsi üçün həmin məhsulların balıq ovunun qadağan olunmamış müddətlərdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd.

2.4. Balıq və digər dəniz məhsullarının hər bir partiyasına sertifikat vermək üçün vahid səlahiyyətli orqan tərəfindən ərizə və ona əlavə edilmiş sənədlər (bu Qaydanın 2.3.2.-2.3.6-cı bəndlərində nəzərdə tutulan sənədlərin əsli təqdim edilməklə surəti) qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır. Ərizəyə baxıldıqdan sonra sənədlərin əsli ərizəçiyə qaytarılır.

2.5. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) gün ərzində yazılı məlumat verilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar və uyğunsuzluq halları konkret göstərilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 3 (üç) gün müddətində onlara və məhsula bu Qaydanın tələblərinə uyğun olaraq baxılır və sertifikatın verilməsindən imtina üçün əsas olmadıqda məhsula müvafiq sertifikat verilir.

2.6. İxracatçıya sertifikatın verilməsindən imtina edildikdə, bu barədə ona qanunvericiliyə əsaslanan imtinanın səbəbləri göstərilməklə 1 (bir) gün müddətində yazılı məlumat verilir. İxracatçı imtina barədə, yaxud da vəzifəli şəxslərin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq məhkəməyə şikayət verə bilər.

2.7. Balıq və digər dəniz məhsullarına sertifikat, bir qayda olaraq, aşağıdakı şərtlər yerinə yetirildikdə verilir:

2.7.1. balıq və digər dəniz məhsulları ixrac edildiyi halda:

2.7.1.1. məhsul təsdiqedici kod nömrəsinə malik olan müəssisə tərəfindən istehsal, emal olunsun və qablaşdırılsın;

2.7.1.2. məhsul partiyasına sertifikatın verilməsi üçün ərizənin təqdim edildiyi tarixədək olan 15 (on beş) gün ərzində müəssisədə müvafiq qaydada keçirilən dövri ekspertizalar zamanı əhəmiyyətli çatışmazlıqlar olmasın;

2.7.1.3. bu Qaydanın III bölməsində göstərilən məhsulun ekspertizasına dair müsbət rəy olsun;

2.7.2. Molyusklar ixrac edildikdə bu Qaydanın 2.7-ci bəndində göstərilənlərə əlavə olaraq məhsulun təsdiqedici kod nömrəsinə malik müəssisə tərəfindən ixrac edildiyi halda.

2.8. Bütün məsuliyyəti təsdiqedici kod nömrəsinə malik müəssisə öz üzərinə götürmək şərtilə başqa bir ixracatçı, təsdiqedici kod nömrəsinə malik olmayan balıq və digər dəniz məhsulları emalı müəssisəsi, yaxud da süni balıqartırma müəssisəsi, həmin müəssisənin səlahiyyətlərindən istifadə edərək öz adlarına məhsul ixrac edə bilərlər. Bu zaman sertifikatda təsdiqedici kod nömrəsinə malik olan emal, yaxud da qablaşdırma müəssisəsinin və ixracatçının adı göstərilməlidir.

III. SERTİFİKAT VERİLƏCƏK MƏHSULUN EKSPERTİZASI

3.1. Məhsula sertifikat verilməsi məqsədilə vahid səlahiyyətli orqan tərəfindən onun ekspertizası keçirilir.

3.2. Ekspertizalar bu sahədəki Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq aparılır.

3.3. Məhsulun ekspertizası üçün nümunələr götürülür və analiz aparılır.

3.4. Analiz aparılması üçün nümunələr partiya nömrələri nəzərə alınmaqla müəssisədən emal prosesinin ən son mərhələsinə çatdırılmış qablaşdırılmış və etiketlənmiş hazır məhsul anbarından müvafiq qaydalara uyğun olaraq vahid səlahiyyətli orqanın ən azı iki nümayəndəsi tərəfindən istehsalçının iştirakı ilə götürülür.

3.5. Nümunələr məhsulun növü və emal formasına görə normativ texniki sənədlərin tələblərinə müvafiq olaraq qiymətləndirilir və keyfiyyəti barədə rəy verilir.

3.6. Canlı molyuskların ixracı zamanı mənşə sənədində məhsulun əldə edildiyi tarixdəki və istehsal sahəsində aparılan ən son tarixdəki suyun və məhsulun mikrobioloji və toksikoloji analiz nəticələri əsas götürülür. Bu halda son analiz və ixrac arasındakı müddət 15 (on beş) gündən artıq olmamalıdır.

IV. SERTİFİKATIN TƏRTİBİ

4.1. Sertifikat təsdiq edilmiş nümunəyə uyğun olaraq vahid səlahiyyətli orqan tərəfindən ingilis dilində və ya ixracatçı ilə idxalatçı arasında razılaşmaya əsasən həmin ölkənin rəsmi dövlət dilində tərtib olunur.

4.2. Məhsullar əgər tranzit ölkədən keçirilərək idxalçı ölkəyə göndəriləcəksə, sertifikatın üzərində tranzit üçün istifadə olunduğu (FOR TRANSİT) yazılır.

4.3. Sertifikat 4 (dörd) nüsxədə tərtib olunur, sertifikatın əsli malı müşayiət edən digər sənədlərə əlavə olunur, 1 (bir) nüsxəsi vahid səlahiyyətli orqanda qalır, qalan nüsxələr isə müəssisəyə təqdim olunur.

4.4. Sertifikat mavi rəngli, pozulmayan və ya silinməyən qələmlə doldurulur, tərtib edənin adı, soyadı, vəzifəsi yazılır, imzalanır və möhürlə təsdiq olunur.

4.5. Sertifikat üzərində düzəlişlər etməyə yol verilmir.

4.6. Sertifikatın alınması üçün ixracatçı tərəfindən daxil olmuş rəsmi müraciət vahid səlahiyyətli orqan tərəfindən xüsusi kitabda qeydə alınır, qeydiyyat nömrəsi və tarixi sertifikatda əks olunur.

4.7. Sertifikat hər hansı səbəbdən itirildikdə, onun qanunvericiliyə uyğun olaraq dublikatı verilir.

4.8. Vahid səlahiyyətli orqan tərəfindən sertifikat aşağıdakı hallarda ləğv edilir:

4.8.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

4.8.2. sertifikatın verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

4.8.3. məhkəmənin müvafiq qərarı olduqda;

4.8.4. hüquqi şəxs ləğv edildikdə;

4.8.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

4.9. İxracatçıya sertifikat verən vahid səlahiyyətli orqan tərəfindən sertifikatın ləğv edilməsi haqda qərar qəbul olunandan 1 (bir) gün müddətində yazılı şəkildə sertifikat sahibinə və gömrük orqanlarına məlumat verilir.

4.10. Bu Qaydaya uyğun olaraq verilən sertifikat əsasında məhsul ixrac edildikdən sonra 3 (üç) gün müddətində məhsulun yük-gömrük bəyannaməsinin surəti ərizəçi tərəfindən vahid səlahiyyətli orqana təqdim edilir.

V. BU QAYDANIN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Sertifikat verən vahid səlahiyyətli orqanın vəzifəli şəxsləri sertifikatın verilməsi qaydasının pozulmasına görə, habelə ərizəçi təqdim etdiyi sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə

Keyfiyyət sertifikatının

NÜMUNƏSİ

Seriya nömrəsi_____________________

Avropa İttifaqı ölkələrinə ixrac olunan balıq və balıq məhsulları üçün nəzərdə tutulur

Göndərən ölkə______________________________________________________________________

Vahid səlahiyyətli orqan______________________________________________________________

I. Məhsulu təyin edən göstəricilər

Məhsulun təsviri___________________________________________________________________

Növü (elmi adı) ____________________________________________________________________

______________________________________________________________________________________

Emal forması (1)____________________________________________________________________

Qablaşdırmanın növü_______________________________________________________________

______________________________________________________________________________________

Yerlərin sayı_______________________________________________________________________

______________________________________________________________________________________

Netto çəkisi________________________________________________________________________

Saxlama və daşıma temperaturu______________________________________________________

II. Məhsulun mənşəyi

İstehsal sahəsi

Vahid səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və emal müəssisəsinin adı, ünvanı və təsdiqedici kod nömrəsi_______________________________________________________

______________________________________________________________________________________

III. Məhsulların göndərildiyi yer

Məhsullar (göndərilmişdir)__________________________________________________________

______________________________________________________________________________________

Haradan (göndərən yer)_____________________________________________________________

______________________________________________________________________________________

Haraya (göndərildiyi yer və ölkə)_____________________________________________________

______________________________________________________________________________________

Nəqliyyat vasitəsinin növü (2)________________________________________________________

(1) İnsanın istehlakı üçün nəzərdə tutulmuş canlı, hazırlanmış, emal edilmiş və s. şəkildə

(2) Yük maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

Məhsulu göndərənin adı və ünvanı___________________________________________________

______________________________________________________________________________________

______________________________________________________________________________________

Alıcının adı və məhsulun göndərildiyi ünvan__________________________________________

______________________________________________________________________________________

______________________________________________________________________________________

IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki:

1. yuxarıda göstərilən balıq və digər dəniz məhsulları onların istehsalına və satışına dair sağlamlıq şərtlərini müəyyən edən 91/493/AİB nömrəli 1991-ci il 22 iyul tarixli Şuranın Direktivinin şərtlərinə əsasən emal olunmuş, saxlanılmış və nəql olunmuşdur;

2. əlavə olaraq, ikitaylı molyuskların dondurulması və emalı zamanı onların saxlanıldığı yerlər istehsalına və satışına dair sağlamlıq şərtlərini müəyyən edən 91/492/AİB nömrəli 1991-ci il 15 iyul tarixli Şuranın Direktivinin şərtlərinə uyğundur.

Tərtib olunduğu yer ________________________________________________________________

______________________________________________________________________________________

Tarix _____________________________________________________________________________

_________________________________________

M.Y. imza

______________________________________________________________________________________

______________________________________________________________________________________

Adı, soyadı və vəzifəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

3 nömrəli əlavə

Keyfiyyət sertifikatının

NÜMUNƏSİ

Seriya nömrəsi_____________________

Avropa İttifaqı ölkələrinə ixrac olunan aşağıdakı canlı məhsullar üçün nəzərdə tutulur:

ikitaylı molyusklar (1)

dərisitikanlılar (1)

qabıqlılar (1)

başıayaqlılar (1)

qarınayaqlılar (1)

Göndərən ölkə_____________________________________________________________________

Vahid səlahiyyətli orqan____________________________________________________________

I. Məhsulu təyin edən göstəricilər

Növü (elmi adı)____________________________________________________________________

Kod -si (mümkündürsə)___________________________________________________________

Qablaşdırmanın növü_______________________________________________________________

Yerlərin sayı_______________________________________________________________________

Netto çəkisi________________________________________________________________________

Analiz rəyinin nömrəsi______________________________________________________________

II. Məhsulun mənşəyi

İstehsal sahəsi______________________________________________________________________

Vahid səlahiyyətli orqan tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac üçün icazə verilən müəssisənin adı, ünvanı və təsdiqedici kodun nömrəsi________________

III. Məhsulun göndərildiyi yer:

Məhsul göndərilmişdir

Haradan (göndərən yer)_____________________________________________________________

Haraya (göndərildiyi yer və ölkə)_____________________________________________________

Nəqliyyat vasitəsinin növü (2)________________________________________________________

Məhsulu göndərənin adı və ünvanı___________________________________________________

______________________________________________________________________________________

______________________________________________________________________________________

Alıcının adı və məhsulun göndərildiyi ünvan

______________________________________________________________________________________

______________________________________________________________________________________

(1) Lazım olmayanı silin

(2) Yük maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar:

1. 91/492/AİB nömrəli Direktivin əlavəsinin I, II və III bəndlərindəki gigiyenik tələblərə uyğun olaraq ovlanmış və nəql olunmuşdur;

2. 91/492/AİB nömrəli Direktivin əlavəsinin IV bəndinə uyğun olaraq sağlamlıq qaydaları əsasında hazırlanmış, zəruri hallarda təmizlənmiş və qablaşdırılmışdır;

3. 91/492/AİB nömrəli Direktivin əlavəsinin VI bəndinə uyğun olaraq yoxlamadan keçirilmişdir;

4. 91/492/AİB nömrəli Direktivin əlavəsinin V, VII, VIII, IX və X bəndlərinə uyğun olaraq istehlak üçün tam yararlıdır.

Tərtib olunduğu yer ________________________________________________________________

______________________________________________________________________________________

Tarix _____________________________________________________________________________

_________________________________________

M.Y. imza

______________________________________________________________________________________

______________________________________________________________________________________

Adı, soyadı və vəzifəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

4 nömrəli əlavə

Keyfiyyət sertifikatının

NÜMUNƏSİ

Seriya nömrəsi____________________

Avropa İttifaqı ölkələrinə ixrac olunan aşağıdakı dondurulmuş və ya emal edilmiş məhsullar üçün nəzərdə tutulur:

ikitaylı molyusklar (1)

dərisitikanlılar (1)

qabıqlılar (1)

qarınayaqlılar (1)

başıayaqlılar (1)

Göndərən ölkə_____________________________________________________________________

Vahid səlahiyyətli orqan____________________________________________________________

I. Məhsulu təyin edən göstəricilər

Növü (elmi adı)____________________________________________________________________

Məhsulun görünüşü və emal forması (2)______________________________________________

Kod -si (mümkündürsə)__________________________________________________________

Qablaşdırmanın növü______________________________________________________________

Yerlərin sayı______________________________________________________________________

Netto çəkisi_______________________________________________________________________

Analiz rəyinin nömrəsi_____________________________________________________________

Saxlama və daşıma temperaturu_____________________________________________________

II. Məhsulun mənşəyi

İstehsal sahəsi_____________________________________________________________________

Vahid səlahiyyətli orqan tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac üçün icazə verilən müəssisənin adı, ünvanı və təsdiqedici kodun nömrəsi______________________

III. Məhsulun göndərildiyi yer

Məhsul göndərilmişdir

Haradan (göndərən yer)_____________________________________________________________

Haraya (göndərildiyi yer və ölkə)_____________________________________________________

Nəqliyyat vasitəsinin növü (3)________________________________________________________

Məhsulu göndərənin adı və ünvanı___________________________________________________

______________________________________________________________________________________

Alıcının adı və məhsulun göndərildiyi ünvan

______________________________________________________________________________________

(1) Lazım olmayanı silin

(2) Soyudulmuş, buzlaşdırılmış, konservləşdirilmiş və s.

(3) Yük maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilmiş dondurulmuş və ya emal edilmiş məhsullar:

1. 91/492/AİB nömrəli Direktivin əlavəsinin VI bəndinə uyğun olaraq yoxlamadan keçirilmişdir və icazə verilmiş, toksiki elementlər olmayan yerdə və tarixdə ovlanılmışdır;

2. 91/492/AİB nömrəli Direktivin əlavəsinin V bəndinin 2-5-ci və 7-ci maddələri nəzərə alınmışdır;

3. 91/492/AİB nömrəli Direktivin əlavəsinin II bəndində göstərilən qaydalara uyğun olaraq nəql olunmuşdur;

4. 91/493/AİB nömrəli Direktivin əlavəsinin III, IV və VI bəndlərinə uyğun olaraq hazırlanmış, dondurulmuş, emal olunmuş və qablaşdırılmışdır;

5. 91/493/AİB nömrəli Direktivin əlavəsinin V bəndinə uyğun olaraq analizlərdən keçirilmişdir;

6. 91/493/AİB nömrəli Direktivin əlavəsinin VIII bəndinə uyğun olaraq sağlamlıq qaydaları ilə hazırlanmış və nəql olunmuşdur.

Tərtib olunduğu yer ________________________________________________________________

______________________________________________________________________________________

Tarix _____________________________________________________________________________

_________________________________________

M.Y. imza

______________________________________________________________________________________

______________________________________________________________________________________

Adı, soyadı və vəzifəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

5 nömrəli əlavə

Keyfiyyət sertifikatının

NÜMUNƏSİ

Seriya nömrəsi_____________________

Avropa İttifaqı ölkələrinə ixrac olunan qurbağa ayaqları və dəniz ilbizi üçün nəzərdə tutulur:

qurbağa ayaqları (1)

dəniz ilbizi (1)

Göndərən ölkə____________________________________________________________________

Vahid səlahiyyətli orqan____________________________________________________________

I. Məhsulu təyin edən göstəricilər

Məhsulun təsviri___________________________________________________________________

Növü (elmi adı)____________________________________________________________________

Vəziyyəti və emal forması (2)________________________________________________________

Kod -si (mümkündürsə)__________________________________________________________

Qablaşdırmanın növü_______________________________________________________________

Yerlərin sayı_______________________________________________________________________

Netto çəkisi________________________________________________________________________

Saxlama və daşıma temperaturu______________________________________________________

II. Məhsulun mənşəyi

İstehsal sahəsi

Vahid səlahiyyətli orqan tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac üçün icazə verilən müəssisənin adı, ünvanı və təsdiqedici kod nömrəsi

______________________________________________________________________________________

______________________________________________________________________________________

III. Məhsulun göndərildiyi yer

Məhsul göndərilmişdir

Haradan (göndərən yer)_____________________________________________________________

Haraya (göndərildiyi yer və ölkə)_____________________________________________________

Nəqliyyat vasitəsinin növü (3)________________________________________________________

Məhsulu göndərənin adı və ünvanı___________________________________________________

______________________________________________________________________________________

Alıcının adı və məhsulun göndərildiyi ünvan

______________________________________________________________________________________

______________________________________________________________________________________

(1) Lazım olmayanı silin

(2) Soyudulmuş, buzlaşdırılmış, bişirilmiş, emal olunmuş, konservləşdirilmiş və s.

(3) Yük maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən qurbağa ayaqları və ya dəniz ilbizi:

1. 92/118/AİB nömrəli Direktivin II əlavəsinin 3-cü bəndindəki gigiyenik tələblərə əsasən hazırlanmış, bişirilmiş, emal olunmuş, konservləşdirilmiş, dondurulmuş, qablaşdırılmış və saxlanılmışdır;

2. 94/356/AİB nömrəli Direktivə uyğun olaraq müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən hazırlanmış proqram əsasında yoxlamadan keçirilmişdir;

3. 91/493/AİB nömrəli Direktivin əlavəsinin V bəndinə uyğun olaraq analizlərdən keçirilmişdir.