Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanının 4.2. bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 28 sentyabr 2005-ci il

178

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin)

 

SİYAHISI

 

Sıra

-si

Malların (işlərin, xidmətlərin) adı

1

2

1.

Elektrik enerjisi

2.

Xam neft və neftdən emal olunan əsas məhsullar (idxal olunan ekoloji norması avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri istisna olmaqla)[1]

2-1.

Naftalan nefti[2]

3.

Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı[3]

4.

Maye qaz(topdansatış)[4]

5.

Dövlət mənzil fondunun yaşayış sahələrindən sosial kirayə və ya kirayə müqavilələri üzrə istifadəyə (kirayəyə), həmin sahələrin saxlanması və təmirinə görə haqlar[5]

6.

Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər, (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla) dövlət və bələdiyyə torpaqlarının icarə haqqı, satış qiymətləri, sahələr üzrə məlumatların verilməsi xidmətləri[6]

6-1.[7]

Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi xidmətləri

7.

İçməli və texniki su

8.

İstilik enerjisi

9.

İstilik təchizatı[8]

10.

Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli xidmətləri

11.

Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri[9]

12.

Bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə, hərəkət və dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı, və yükaşırma), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma; metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma və s.)[10]

12-1.[11]

Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri

13.

Rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s.)

14.

Dövlətə məxsus kommunal təsərrüfatı sahəsində əsas xidmətlər (mənzil, məhəllə-daxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı, yaşayış evlərində liftdən istifadə edilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, çirkab suların axıdılması və s.)[12]

15.[13]

Dövlətə məxsus təhsil sahəsində xidmətlər (orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ödənişli əsaslarla kadr hazırlığı (ali təhsil pilləsinin bakalavriat, magistratura səviyyələri, ikinci təhsil), orta ixtisas və peşə təhsili və s.)[14]

16.

Dövlətə məxsus ixtisaslaşdırılmış müəssisələrdə tibbi yardım, müayinə, müalicə və sanitar sahələrdə xidmətlər

17.

Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin və informasiyaların verilməsi)

18.

Hidrometeorologiya xidmətləri

19.

Standartlaşdırma, sertifikatlaşdırma və patentləşdirmə xidmətləri[15]

20.

Karantin tədbirlərinin həyata keçirilməsi xidmətləri

21.

Baytarlıq sahəsində əsas xidmətlər (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)[16]

22.

Dövlətə məxsus laboratoriya xidmətləri (malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza və Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qiymətləndirilməsi üzrə laboratoriya və ekspertiza xidmətləri, nəzarət-toksikologiya)[17]

23.

Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları)

24.

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)[18]

25.

Zərərli maddələrin daşınması və zərərsizləşdirilməsi xidmətləri

26.

Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər (baş su təmizləyici qurğu-ların, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların, su anbarlan, kanallar, kollektorlar və bəndlərin istismarı və s.)

27.

Dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri[19]

28.

Dövlət yollarının salınması və saxlanılması xidmətləri

29.

Torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətləri

30.

Ovçuluq sahəsində (su və meşə heyvanlarının ovlanması, ovçuluq biletinin qiyməti) xidmətlər

31.

Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması

32.

DYPİ-nin xidmətləri (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)[20]

33.

Xüsusi rabitə xidmətləri

34.

Dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətləri

35.

Dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi

36.

Küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklam tarifi[21]

37.

Gəmilərə texniki baxış xidmətləri (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)[22]

38.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə məxsus olan idman obyektlərində keçirilən idman yarışlarına giriş tarifləri, vətəndaşların belə obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətləri, büdcə vəsaitləri hesabına maliyyələşən mərkəzi təşkilatların göstərdikləri xidmətlər[23]

39.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi xidmətləri (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)[24]

40.

Yaşayış binalarının, o cümlədən mənzillərin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri[25]

41.

Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xidmətlər[26]

42.

Dövlət qulluğu üzrə test imtahanlarında iştirak etmək[27]

43.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlər[28]

44.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödədiyi illik haqq[29]

45.

Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq

46.

Nəzarət markasının alınmasına görə haqq

47.

Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq

48.[30]

Açıq məkanda reklam yayımı

49.[31]

Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasına, Azərbaycan Respublikasının Patent haqqında və Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunlarında nəzərdə tutulan xidmətlər (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 6 yanvar 2007-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 1, maddə 45)
  2. 19 mart 2007-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 3, maddə 312)
  3. 08 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 1021)
  4. 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 116)
  5. 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491)
  6. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846)
  7. 1 dekabr 2009-cu il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 12, maddə 1061)
  8. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264)
  9. 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 359)
  10. 16 iyul 2010-cu il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 07, maddə 702)
  11. 23 dekabr 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 12, maddə 1122)
  12. 31 mart 2014-cü il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 3, maddə 321)
  13. 23 oktyabr 2014-cü il tarixli 352 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 28 oktyabr 2014-cü il, 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1322)
  14. 14 aprel 2015-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 24 aprel 2015-ci il, 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 474)
  15. 28 yanvar 2016-cı il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 7 fevral 2016-cı il, 28; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 366)

16.    25 fevral 2016-cı il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 mart 2016-cı il, 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 610)

17.    11 may 2016-cı il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 15 may 2016-cı il, 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 951)

18.    2 avqust 2016-cı il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 avqust 2016-cı il, 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1431)

19.    1 sentyabr 2016-cı il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 4 sentyabr 2016-cı il, 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1555)

20.    18 noyabr 2016-cı il tarixli 467 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 noyabr 2016-cı il, 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1955)

21.    26 yanvar 2017-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 yanvar 2017-ci il, 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 131)

  1. 28 mart 2017-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 30 mart 2017-ci il, 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 510)
  2. 14 avqust 2017-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 avqust 2017-ci il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1617)
  3. 15 dekabr 2017-ci il tarixli 556 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 16 dekabr 2017-ci il, 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, II kitab, maddə 2504)
  4. 27 iyun 2018-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 iyun 2018-ci il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1377)
  5. 13 iyul 2018-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 17 iyul 2018-ci il, 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, II kitab, maddə 1630)
  6. 27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 avqust 2018-ci il, 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 8, maddə 1809)
  7. 8 noyabr 2018-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 13 noyabr 2018-ci il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 11, maddə 2428)
  8. 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 21 dekabr 2018-ci il, 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2735)

30.    19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2738)

31.    21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 24 yanvar 2019-cu il, 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 01, maddə 157)

  1. 16 sentyabr 2019-cu il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 sentyabr 2019-cu il, 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 9, maddə 1564)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 mart 2014-cü il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 3, maddə 321) ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 2-ci sütununun 2-ci bəndinə "məhsullar" sözündən sonra "(idxal olunan ekoloji norması avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri istisna olmaqla)" sözləri əlavə edilmişdir.

 

[2] 14 avqust 2017-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 avqust 2017-ci il, 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1617s) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına yeni məzmunda 2-1-ci sətir əlavə edilmişdir.

 

[3] 16 sentyabr 2019-cu il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 sentyabr 2019-cu il, 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 9, maddə 1564) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 3-cü hissəsində Təbii qaz sözləri Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı sözləri ilə əvəz edilmişdir.

 

[4] 6 yanvar 2007-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 1, maddə 45) ilə 178 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 4-cü bəndinə "Maye qaz" sözlərindən sonra "(topdansatış)" sözü əlavə edilmişdir.

 

[5] 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 359) ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 5-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5. Mənzil kirayəsi (dövlət fondu üzrə)

 

[6] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 6-cı bənddə kadastrı xidmətləri sözlərindən sonra (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla) sözləri əlavə edilmişdir.

30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846) ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 6-cı bəndində "Daşınmaz əmlak və dövlət torpaqlarının kadastrı xidmətləri" sözləri "Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər" sözləri ilə əvəz edilmişdir.

 

[7] 27 iyun 2018-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 iyun 2018-ci il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1377) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına yeni məzmunda 6-1-ci hissə əlavə edilmişdir.

 

[8] 18 noyabr 2016-cı il tarixli 467 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 noyabr 2016-cı il, 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1955) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 9-cu hissəsində İsti su və istilik təchizatı xidmətləri sözləri İstilik təchizatı sözləri ilə əvəz edilmişdir.

 

[9] 16 sentyabr 2019-cu il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 sentyabr 2019-cu il, 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 9, maddə 1564) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 4-cü və 11-ci hissələri ləğv edilmişdir.

 

[10] 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 116) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 12-ci bəndində ictimai sözü ümumi istifadədə olan sözləri ilə əvəz edilmişdir.

 

23 oktyabr 2014-cü il tarixli 352 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 28 oktyabr 2014-cü il, 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1322) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 12-ci sətrində və hərəkət sözləri , hərəkət və dəniz üzgüçülüyünün sözləri ilə əvəz edilmişdir.

 

28 yanvar 2016-cı il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 7 fevral 2016-cı il, 28; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 366) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 12-ci hissəsindən birinci halda , respublika ərazisində yük və sərnişin daşıma sözləri çıxarılmışdır.

 

11 may 2016-cı il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 15 may 2016-cı il, 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 951) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 12-ci hissəsindən hərəkət və sözləri çıxarılmışdır və həmin hissədə yükaşırma və hərəkət təhlükəsizliyi sözləri və yükaşırma sözləri ilə əvəz edilmişdir.

 

[11] 25 fevral 2016-cı il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 31 mart 2016-cı il, 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 610) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına yeni məzmunda 12-1-ci sətir əlavə edilmişdir.

 

23 oktyabr 2014-cü il tarixli 352 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 28 oktyabr 2014-cü il, 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1322) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 12-ci sətrində və hərəkət sözləri , hərəkət və dəniz üzgüçülüyünün sözləri ilə əvəz edilmişdir.

 

28 yanvar 2016-cı il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 7 fevral 2016-cı il, 28; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 366) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 12-ci hissəsindən birinci halda , respublika ərazisində yük və sərnişin daşıma sözləri çıxarılmışdır.

 

[12] 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 359) ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 14-cü bənddən "mənzil," sözü çıxarılmışdır.

 

[13] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə 15-ci bəndində ali məktəblərin müxtəlif pillələrinə və orta təhsil bazasında orta ixtisas məktəblərinə sözləri ali təhsil pilləsinin müxtəlif səviyyələrinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə sözləri ilə, ali bakalavr, magistratura sözləri ali təhsil pilləsinin bakalavriat, magistratura səviyyələri sözləri ilə, peşə təhsili sözləri ilk peşə-ixtisas təhsili sözləri ilə əvəz edilmişdir.

 

[14] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 15-ci bənddən , xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması sözləri çıxarılmışdır.

26 yanvar 2017-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 yanvar 2017-ci il, 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 131) ilə 15-ci hissədə ali təhsil pilləsinin müxtəlif səviyyələrinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərdən sənədlərin götürülməsi, sözləri orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi. sözləri ilə əvəz edilmişdir.

8 noyabr 2018-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 13 noyabr 2018-ci il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 11, maddə 2428) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 15-ci hissəsində tibb təhsili üzrə əsas təhsil sözləri əsas (baza ali) tibb təhsili sözləri ilə əvəz edilmişdir.

19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2738) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 15-ci hissəsində ilk peşə-ixtisas sözləri peşə sözü ilə əvəz edilmişdir.

 

[15] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 19-cu bənd çıxarılmışdır.

 

[16] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 21-ci bənddə (qida və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın zəruri baytar-sanitar keyfiyyətinin təminatına nəzarət, heyvanların profilaktiki, epizootiya əleyhinə, sanitariya tədbirlərinin aparılması, əhalini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq tədbirləri və s.) sözləri (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla) sözləri ilə əvəz edilmişdir.

 

[17] 23 dekabr 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 12, maddə 1122) ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 22-ci bəndində "mənşə sertifikatlarının verilməsi" sözləri "malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza və Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qiymətləndirilməsi üzrə laboratoriya və ekspertiza xidmətləri" sözləri ilə əvəz edilmişdir.

 

[18] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 24-cü bənddə ((dövlətə məxsus orqanlar tərəfindən göstərilən xidmətlər) (obyektin qiymətinin hesablanması, elmi-tədqiqat və layihə işləri, layihə-axtarış işləri, layihə-smeta sənədlərinin ekspertizası, tikintidə istifadə olunan bazis əmsalları, inşaat pasportlarının hazırlanması, poçt ünvanlarının verilməsi və s.)) sözləri (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla) sözləri ilə əvəz edilmişdir.

 

[19] 14 aprel 2015-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 24 aprel 2015-ci il, 86, 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 474) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 27-ci sətri yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

27.

Dərman preparatlarının sınağının keçirilməsi xidmətləri

 

[20] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 32-ci bəndin sonuna (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[21] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 36-cı bənddən yerləşdirilməsi, sözü çıxarılmışdır.

 

1 sentyabr 2016-cı il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 4 sentyabr 2016-cı il, 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1555) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 36-cı hissəsi ləğv edilmişdir.

 

[22] 10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 37-ci bəndin sonuna (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[23] 1 dekabr 2009-cu il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 38-ci bəndində "Büdcə" sözü "Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə məxsus olan idman obyektlərində keçirilən idman yarışlarına giriş tarifləri, vətəndaşların belə obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətləri, büdcə" sözləri ilə əvəz edilmişdir.

 

[24] 19 mart 2007-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 3, maddə 312) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına 39-cu bənd əlavə edilmişdir.

 

08 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 1021) ilə 39-cu bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

 

10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 491) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 39-cu bəndin sonuna (Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 24 yanvar 2019-cu il, 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 01, maddə 157) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 39-cu hissəsində Dövlət Dəniz Administrasiyasının sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi sözləri ilə əvəz edilmişdir.

 

[25] 16 iyul 2010-cu il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 702) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına 40-cı bənd əlavə edilmişdir.

 

[26] 2 avqust 2016-cı il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 6 avqust 2016-cı il, 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1431) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına yeni məzmunda 41-ci hissə əlavə edilmişdir.

 

[27] 26 yanvar 2017-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 28 yanvar 2017-ci il, 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 131) ilə yeni məzmunda 42-ci hissə əlavə edilmişdir.

 

[28] 28 mart 2017-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 30 mart 2017-ci il, 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 510) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına yeni məzmunda 43-cü hissə əlavə edilmişdir.

 

[29] 15 dekabr 2017-ci il tarixli 556 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 16 dekabr 2017-ci il, 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 12, II kitab, maddə 2504) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına yeni məzmunda 44-47-ci hissələr əlavə edilmişdir.

27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 avqust 2018-ci il, 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 8, maddə 1809) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 44-cü hissəsində Müəllif Hüquqları sözləri Əqli Mülkiyyət sözləri ilə əvəz edilmişdir.

 

[30] 13 iyul 2018-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 17 iyul 2018-ci il, 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, II kitab, maddə 1630) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına yeni məzmunda 48-ci hissə əlavə edilmişdir.

 

[31] 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 21 dekabr 2018-ci il, 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2735) ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına yeni məzmunda 49-cu hissə əlavə edilmişdir.