Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2.   "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3.   Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən işçilərinin say həddi təsdiq edilsin.[1]

4.   Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləğinə və pul təminatının digər növlərinə bərabər tutulsun. [2]

5.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

5.1.  qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2.  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Dövlət Yanğın Nəzarəti Xidməti, Mülki müdafiə qoşunları, Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi, Dövlət Material Ehtiyatları Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əsasnamələrinin layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3.  bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2006-cı il

        ¹ 394

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında[3]

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Nazirlik) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra - fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.

2.  Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3.  Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4.   Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara, bayraq və rəmzlərə malikdir.

5.   Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.[4]

6.   Nazirlik Bakı şəhərində yerləşir.

 

II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

7.            Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1.  mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımı ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir;

7.2.  mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;

7.3.  Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir;

7.4.  mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatlan fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir;

7.5. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;

7.6. Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

 

III. NAZİRLİYİN VƏZİFƏLƏRİ

 

8.            Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. aşağıda göstərilən məsələlərlə bağlı normativ hüquqi aktların layihələrini hazırlayır və baxılmaq üçün müvafiq qaydada təqdim edir:

8.1.1. Nazirliyin strukturuna daxil olan Mülki müdafiə qoşunları, Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Material Ehtiyatları Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əsasnamələrini;[5]

8.1.2. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması və idarə edilməsi sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi üzrə təkliflərini;

8.1.3.fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Konsepsiyasının layihəsini;

8.1.4.mülki müdafiə planı layihəsini və Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı bölgələrində mülki müdafiə planının həyata keçirilməsi barədə təkliflərini;

8.1.5.fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrinin və aidiyyəti dövlət orqanlarının cəlb edilməsi barədə təkliflərini;[6]

8.1.6.fövqəladə hallarda ölkənin bütün ərazisində və ya ayrı-ayrı bölgələrdə fövqəladə vəziyyət elan etmək barədə təkliflərini;

8.1.7.su hövzələrində insanların axtarışı və xilas edilməsi işlərinin aparılması zamanı icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyət planının layihəsini;

8.1.8.əhalinin və ərazilərin fövqəladə hallar barədə xəbərdar edilməsi üzrə monitorinq, proqnozlaşdırma və digər qabaqlayıcı tədbirlər, fövqəladə halların nəticələrinin aradan qaldırılması və mülki müdafiənin vəziyyəti haqqında illik dövlət hesabatını;

8.1.9.ərazilərin mülki müdafiə üzrə qruplara aid edilməsi barədə təkliflərini;

8.1.10.müvafiq dövlət orqanları ilə birlikdə, öz səlahiyyətləri daxilində, ölkənin milli təhlükəsizliyi üçün mühüm infrastruktur obyektlərinin siyahısını;

8.1.11.fövqəladə hallar zamanı çevik reaksiyanın təşkili və fövqəladə hallar nəticəsində zərər çəkmiş əhaliyə və bərpa işlərinin aparılmasına dövlət büdcəsindən maliyyə yardımı edilməsi barədə təkliflərini;

8.1.12.Azərbaycan Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla dövlət material ehtiyatları fondlarının həcmini, nomenklaturunu və istifadə qaydalarını;

8.1.13.Nazirliyin fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktları.

8.2. Nazirlik aşağıdakı normativ hüquqi aktları işləyib hazırlayır və təsdiq edir:

8.2.1.Nazirliyin fəaliyyət dairəsinə aid edilən məsələlər üzrə normativ hüquqi aktları (qanunlarla, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin normativ hüquqi aktları ilə tənzimlənən məsələlər istisna olmaqla);

8.2.2.əsasnamələri bu Əsasnamənin 8.1.1-ci yarımbəndi ilə təsdiq olunan struktur bölmələri istisna olmaqla, Nazirliyin digər struktur bölmələrinin əsasnamələrini və ya nizamnamələrini;[7]

8.2.3.fövqəladə halların monitorinqinin və proqnozlaşdırılmasının həyata keçirilmə sistemi və qaydalarını;

8.2.4.fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət idarəetmə sistemi çərçivəsində informasiya mübadiləsi qaydalarını;

8.2.5.təşkilatların mülki müdafiə üzrə kateqoriyalara aid edilməsi və ərazilərin və obyektlərin risklilik dərəcəsi ilə bağlı göstəricilərini;

8.2.6.fövqəladə halların təsnifatı və uçotu, fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün dəyən zərərlərin qiymətləndirilməsi metodikasını;

8.2.7. öz səlahiyyətləri daxilində, təhlükə doğura biləcək sənaye obyektlərinin və sualtı obyektlərin təhlükəsizlik bəyannamələrinin hazırlanması və təsdiq olunması qaydalarını;

8.2.8. xilasetmə xidmətləri, o cümlədən təcili xilasetmə xidməti haqqında əsasnamələri, könüllü qəza-xilasetmə birliklərinin və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılması qaydalarını və nümunəvi əsasnamələrini, habelə əhalinin fərdi müdafiə vasitələri ilə təmin olunmasının təşkili haqqında əsasnaməni;[8]

8.2.9. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlimlərin və məşqlərin hazırlanması və keçirilməsi üzrə təlimatları;

8.2.10.mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində əsas tədbirlərin illik planlarını;

8.2.11.kiçik həcmli gəmilərin dövlət qeydiyyatına alınması, gəmi sürücüsü hüququnun verilməsi və təhlükəsiz istismarına nəzarət qaydalarını;

8.2.12.kiçik həcmli gəmilərin dayanacaq bazalarının (qurğularının), çimərliklərin, yanalma körpülərinin, su keçidlərinin texniki baxışdan keçirilməsi qaydalarını;[9]

8.2.13.tikinti, tikinti materialları, konstruksiya və detallarının istehsalı və istifadəsi sahələrində öz səlahiyyətləri daxilində dövlət tənzimləməsindən irəli gələn normativ hüquqi aktları;

8.2.14.Nazirliyin fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər normativ hüquqi aktları.

8.3.  Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Konsepsiyasının və digər dövlət proqramlarının yerinə yetirilməsini təmin etmək;

8.4.  fövqəladə hallarda humanitar yardımları, o cümlədən xarici ölkələrdən alınan və xarici ölkələrə göstərilən humanitar yardımları idarə etmək;

8.5.  fövqəladə hallar baş verən yerlərdən əhalinin evakuasiyasını (təxliyəsini), xilasetmə işlərini və təcili tibbi xidmətin göstərilməsini, müvafiq dövlət orqanları ilə birlikdə fövqəladə vəziyyət zonasında qalmış əmlakın mühafizəsini və ictimai asayişin təmin edilməsini təşkil etmək;

8.6.  neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını təmin etmək;

8.7.  fövqəladə hallar və terror hadisələri zamanı müvafiq dövlət orqanları ilə birlikdə xüsusi əhəmiyyətli obyektlərin, o cümlədən neft və qaz hasilatı və emalı müəssisələrinin, terminalların, magistral boru kəmərlərinin, içməli su mənbələrinin, elektrik stansiyalarının, hidrodinamik qurğuların və s. Obyekt və qurğuların mühafizəsini hərbiləşdirilmiş xüsusi mühafizə xidməti vasitəsilə təşkil etmək;

8.8.  su hövzələrində kiçik həcmli gəmilərdən, yanalma körpülərindən və kütləvi istirahət yerlərindən, o cümlədən çimərliklərdən istifadə olunmasına və təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarəti həyata keçirmək;

8.9. kiçik həcmli gəmilərin, yanalma körpülərinin, kütləvi istirahət yerlərinin, o cümlədən çimərliklərin təsnifatı, qeydiyyatı və uçotu məsələləri üzrə texniki normativ tənzimlənməni həyata keçirmək;[10]

8.10. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquq müəyyənedici sənədlər vermək;

8.11. qanunvericiliklə müəyyən edilmiş hallarda əməliyyat-axtarış fəaliyyətinin, təhqiqatın və ibtidai istintaqın aparılmasını təşkil etmək;

8.12. Nazirliyin strukturuna daxil olan hərbi və xüsusi xidmət bölmələrinin, habelə xilasetmə işində iştirak edən digər qurumlarının təlim və məşqlərini planlaşdırmaq, onların hazırlanması və həyata keçirilməsinə nəzarət etmək və təyinatı üzrə tətbiq edilməsini təşkil etmək;[11]

8.13. Nazirliyin tabeliyində olan struktur bölmələrində xidmətin təhlükəsizliyini təmin etmək; [12]

8.14. müdafiə və səfərbərlik ehtiyaclarının ödənilməsini təmin etmək və fövqəladə hallarda istifadə etmək üçün dövlət material ehtiyatları fondlarını yaratmaq və idarə etmək;

8.15. Azərbaycan Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə:

8.15.1. əhalinin və təsərrüfat obyektlərinin fövqəladə hallardan müdafiəsi şərtləri nəzərə alınmaqla ölkə ərazisində məskunlaşma və şəhərsalma işlərinin baş planının işlənib hazırlanmasında iştirak etmək;

8.15.2. təhlükə doğura biləcək sənaye obyektlərinin yerləşməsinin baş sxemini işləyib hazırlamaq;

8.15.3. geoloji və hidrogeoloji xarakterli təbii fəlakətlərdən müdafiə qurğularının tikintisinin (yerləşməsinin) baş sxeminin işlənib hazırlanmasını təşkil etmək;

8.15.4. seysmik aktiv zonalarda bina və qurğuların seysmik dayanıqlılığının artırılması üzrə zəruri tədbirlər Proqramının işlənib hazırlanmasını təşkil etmək;

8.15.5. ərazilərin, bina və qurğuların təbii fəlakətlərdən müdafiəsi, onların möhkəmliyinin və dayanıqlılığının təmin edilməsi üzrə yerli şəraitə uyğunlaşdırılmış tikinti norma və qaydalarını hazırlamaq;

8.15.6. tikintidə təhlükəsizliyin təmin edilməsi sahəsində normativ sənədlər sisteminin formalaşdırılmasını təşkil etmək.

8.16. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında operativliyi təmin etmək məqsədilə Nazirliyin idarəçiliyində cari material ehtiyatları fondu yaratmaq;

8.17. Azərbaycan Respublikasının dövlət material ehtiyatları fondlarında (habelə Nazirliyin cari material ehtiyatları fondunda) maddi sərvətlərin yaradılmasına, saxlanmasına, yenilənməsinə və istifadəsinə nəzarət etmək;

8.18. təhlükə doğura biləcək obyektlərin, avadanlıqların, energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların dövlət reyestrini öz səlahiyyətləri daxilində aparmaq, onların fəaliyyət rejiminə və təhlükəsizliyinə nəzarət etmək;

8.19. ölkənin bütün ərazisində tikilən sənaye, mülki və mühafizə obyektlərinin və qurğularının layihə-smeta sənədlərinin dövlət ekspertizasını həyata keçirmək;

8.20. təhlükə doğura biləcək obyektlərdə qanunvericiliklə və normativ texniki sənədlərlə müəyyən edilmiş texniki təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;

8.21. mühəndis-axtarış işi sahəsində vahid texniki tənzimlənməni həyata keçirmək, tikinti işlərinin layihələndirilməsi prosesində mühəndis-axtarış işləri üzrə materialların və hesabat xarakterli məlumatların toplanmasını, öyrənilməsini, rəy verilməsini təmin etmək, onlardan norma və standartlara uyğun istifadəyə öz səlahiyyətləri daxilində nəzarət etmək;

8.22. tikinti işlərinin aparılmasında, tikinti materiallarının, konstruksiyalarının və hissələrinin istifadəsində dövlət standartlarına, tikinti norma və qaydalarına, xüsusi texniki şərtlərə, layihələrə və digər normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək;

8.23. tikintisi başa çatmış obyektlərin istismara qəbul edilməsində müəyyən edilmiş qaydada iştirak etmək və istismara qəbul edilməsi qaydalarına riayət edilməsinə müvafiq dövlət orqanları ilə birlikdə nəzarət etmək;

8.24. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət büdcəsi və dövlət zəmanəti ilə alınan kreditlər hesabına aparılan tikinti və bərpa işlərinin podratçılarının seçilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

8.25. tikilən və istismarda olan bina və qurğularda qəzaların baş verməsi səbəblərini araşdırmaq, qəza-bərpa işlərini əlaqələndirmək;

8.26. faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar yerin təkindən istifadə ilə bağlı işlərin təhlükəsiz aparılmasına dövlət nəzarətini həyata keçirmək, faydalı qazıntıların hasilatı və bununla əlaqədar olan digər işlərin texniki layihəsinin müəyyən olunmuş qaydada dövlət ekspertizasını aparmaq və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla dağ-mədən sahələrinin ayrılmasına xüsusi razılıq vermək;

8.27. məskunlaşmış və ya məskunlaşdırılması nəzərdə tutulan ərazilərin fövqəladə hallardan mühafizəsi üçün tədbirlərin hazırlanmasını təşkil etmək və həyata keçirmək;

8.28. daşqın və subasma zonalarını müəyyənləşdirmək və sahilbərkitmə işlərini həyata keçirmək məqsədilə onların mühafizə zolaqlarının layihələndirilməsini təşkil etmək və tikintisinə nəzarəti təmin etmək;

8.29. müdafiə məqsədləri üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq olunması Planının, Səfərbərlik Planının və ölkə ərazisinin operativ istehkamlaşdırılması üzrə Dövlət Proqramının hazırlanması işində öz səlahiyyətləri daxilində iştirak etmək;

8.30. Nazirliyə həvalə olunmuş vəzifələrlə bağlı milli iqtisadiyyatın Səfərbərlik Planının hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək;

8.31. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının mülki müdafiə üzrə səfərbərlik tədbirlərinin hazırlanmasını təşkil etmək;

8.31-1. icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülki müdafiə üzrə xüsusi əhəmiyyətli obyektlərdə kompleks mülki müdafiə təlimlərinin keçirilməsini təşkil etmək;

8.31-2. mülki müdafiə qüvvələrinin təlim və məşqlərini planlaşdırmaq, onların hazırlanmasına və həyata keçirilməsinə nəzarət etmək, təyinatı üzrə tətbiqini təşkil etmək;

8.31-3. əhalinin fövqəladə hadisələrdən qorunma qaydaları və üsullarını, eyni zamanda mülki müdafiə tədbirləri barədə maarifləndirilməsini təşkil etmək;[13]

8.32. Nazirliyin yanğından mühafizə, yanğın-xilasetmə, axtarış-xilasetmə, qəza-xilasetmə birləşmələrinin, aviasiya dəstəsinin və başqa qüvvələrinin fəaliyyətini təşkil etmək;

8.33. mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət planına uyğun olaraq, insanların su hövzələrində axtarışını və xilas olunmasını təşkil etmək;

8.34. "112" qaynar telefon xətti vasitəsilə təcili xilasetmə xidmətinin fəaliyyətini təmin etmək;

8.35. mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən mülki müdafiə, yanğın təhlükəsizliyi, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək;

8.36. mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliyə uyğun olaraq yaradılmış digər hərbi birləşmələrin və qurumların qarşılıqlı fəaliyyətini əlaqələndirmək;

8.37.  Nazirliyin tabeliyində olan struktur bölmələrində xidmət keçən hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların hərbi və səfərbərlik hazırlığı səviyyəsinin saxlanılmasını təmin etmək;[14]

8.38. fövqəladə hallarda və müharibə zamanı mülki müdafiə və hərbiləşdirilmiş xüsusi mühafizə xidməti qüvvələrinin, yanğından mühafizə xidməti hissələrinin və digər qurumların maddi-texniki və insan resurslarının səfərbər edilməsi imkanlarının cari və perspektiv planlaşdırılmasını öz səlahiyyətləri daxilində həyata keçirmək;

8.39. mülki müdafiənin texniki idarəetmə sisteminin və əhalinin hərbi əməliyyatlar zamanı və ya bunun nəticəsi olaraq yaranmış və yarana biləcək təhlükələr barədə xəbərdar edilməsi sisteminin yaradılmasını və daim hazır vəziyyətdə saxlanmasını təmin etmək;

8.40. potensial təhlükəli obyektlərin yerləşdiyi ərazilərdə lokal xəbərdarlıq sisteminin yaradılmasını təmin etmək;

8.41. sığınacaqların və mülki müdafiənin digər obyektlərinin, o cümlədən ikili təyinatlı obyektlərin yaradılması və hazırlıq vəziyyətində saxlanmasına, əhalinin radiasiya, kimyəvi və bioloji müdafiəsinin təşkilinə metodiki rəhbərlik etmək və bu sahədə nəzarəti həyata keçirmək;

8.42. yanğınların qarşısının alınması və söndürülməsi işini təşkil etmək, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı təşkilatların tabeliyində olan habelə idarədənkənar və könüllü yanğından mühafizə bölmələrinin (dəstələrinin) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;[15]

8.43. fövqəladə halların proqnozlaşdırılması, qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin operativ məlumatlandırılması və digər kompleks tədbirlərin həyata keçirilməsi üçün kütləvi istifadə olunan xüsusi təyinatlı avtomatlaşdırılmış elektron informasiya sisteminin yaradılmasını təmin etmək;

8.44. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını operativ surətdə təşkil etmək məqsədilə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən "Fövqəladə Halların İdarə Olunmasının Coğrafi İnformasiya Sistemi"nin (GİS) yaradılmasını təmin etmək;

8.45. Nazirliyin fəaliyyət sahəsi ilə bağlı informasiyanın toplanması və sistemləşdirilməsini həyata keçirmək;

8.46. Nazirliyin fəaliyyət dairəsinə aid məsələlər üzrə statistik uçotu təşkil etmək;

8.47. Nazirlik sistemindəki təcrübə-sınaq laboratoriyalarının sertifikatlaşdırma və akkreditasiya fəaliyyətlərini əlaqələndirmək;[16]

8.48. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə müvafıq dövlət orqanları ilə birgə:

8.48.1. bitki mühafizəsi vasitələrinin (pestisidlərin və bioloji preparatların) istehsalına və saxlanmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;

8.48.2.    karantin obyekti mənbələrinin vaxtında aşkar edilməsində, onların təcrid və ləğv edilməsində iştirak etmək;

8.49. əhalinin içməli su təminatının təhlükəsizliyi məqsədilə içməli su mənbələrinin istismarı zamanı təhlükəsizlik, sanitar-gigiyena qaydalarına və normalarına əməl olunmasına müvafiq dövlət orqanları ilə birgə nəzarət etmək;

8.50. müvafiq dövlət orqanları ilə birlikdə ölkənin təbii sərvətlərinin istifadəsi ilə bağlı mühafizə tədbirlərinin icrasına nəzarəti təşkil etmək;

8.51. fövqəladə halların nəticələrinin aradan qaldırılması məqsədilə çevik yardım korpusu yaratmaq və idarə etmək;

8.52. fövqəladə halların proqnozlaşdırılması və monitorinq sisteminin yaradılması üzrə zəruri tədbirləri həyata keçirmək;

8.53. mülkiyyət formasından asılı olmayaraq müəssisələrin radioaktiv tullantılarının toplanması, daşınması, yenidən işlənməsi, saxlanması və basdırılması, habelə radioaktiv tullantılarla işləyən obyektlərin tikilməsi, istismarı, bərpası və istismardan çıxarılması üzrə işləri əlaqələndirmək və bu işlərə nəzarəti həyata keçirmək;

8.54. əhalinin və ərazilərin radiasiya təhlükəsizliyini təmin etmək, ətraf mühitin radioekoloji monitorinqini həyata keçirmək;

8.55. müvafiq dövlət orqanları ilə birlikdə minalanmış ərazilərin minalardan təmizlənməsində iştirak etmək;

8.56. Nazirliyin tabeliyində olan struktur bölmələrinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçularının və mülki işçilərinin həyat və sağlamlığının müvafiq olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq icbari qaydada sığortalanmasını təmin etmək;[17]

8.57. daşınmaz əmlakın (yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortası istisna olmaqla) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;[18]

8.58. Nazirlik sisteminə daxil olan qurumlarda xidməti və döyüş silahının dövriyyəsinə və döyüş sursatının saxlanması qaydalarına əməl olunmasına nəzarət etmək;

8.59. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;[19]

8.59-1. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq etmək;[20]

8.59-2. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək; [21]

8.60. mülki müdafiə, fövqəladə halların qarşısının alınması, yanğın təhlükəsizliyi, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik və tikintidə təhlükəsizlik sahələrində elmi tədqiqat və təcrübə-konstruktor işləri aparmaq;

8.61. əhalini fövqəladə hallar və Nazirliyin fəaliyyəti ilə bağlı məlumatlandırmaq , internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;[22]

8.61-1. insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barədə əhalinin vaxtında xəbərdar edilməsini aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə məlumat vermək;[23]

8.62. təbii və ya texnogen xarakterli fövqəladə hallarda əhalinin operativ məlumatlandırılması məqsədilə qanunvericiliyə uyğun olaraq televiziya və radio yayımı kanallarından istifadə etmək;

8.63. mülki müdafiə, fövqəladə hallardan qorunma, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyi məsələləri ilə bağlı əhalinin maarifləndirilməsini təşkil etmək və başqa dövlət orqanları və ictimai təşkilatlar tərəfindən aparılan bu kimi işlərə metodiki rəhbərlik etmək;

8.64. digər qurumların xilasetmə, qəza-xilasetmə, yanğın-xilasetmə xidmətlərinin müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək;

8.65. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində fəaliyyət göstərən təşkilatların akkreditasiya qaydalarını işləyib hazırlamaq və həyata keçirmək;

8.66. beynəlxalq təcrübə nəzərə alınmaqla, fövqəladə halların qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin görülməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahələrində müasir texnika və texnologiyaların tətbiqini təmin etmək;

8.67. fövqəladə hallar zamanı qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil etmək;

8.68. öz səlahiyyətlərini həyata keçirərkən insan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.69. Nazirliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək;

8.70. Nazirlik sistemində maddi və maliyyə vəsaitlərindən istifadəyə nəzarət etmək, müəyyən olunmuş qaydada uçotunu və təftişini təşkil etmək;

8.71. Nazirliyin fəaliyyəti ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliyə uyğun zəruri mühafizə və təhlükəsizlik tədbirləri görmək;

8.72. Nazirliyin ehtiyacları üçün əsaslı tikinti, o cümlədən sosial təyinatlı obyektlərin tikintisinin aparılması, yenidən qurulması və təmiri ilə bağlı işləri həyata keçirmək;

8.73. Nazirliyin tabeliyində olan struktur bölmələrinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsini, sağlamlığının qorunmasını və onların tibbi təminatını həyata keçirmək; [24]

8.74. fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə müvafiq dövlət orqanları ilə birgə fəaliyyət planı tərtib etmək və həyata keçirilməsi zamanı onların fəaliyyətini əlaqələndirmək;[25]

8.75. sərgilərin, konfransların, müxtəlif təlim və idman tədbirlərinin keçirilməsini təşkil etmək;

8.76. Nazirliyin mərkəzi aparatının, tabeliyində olan orqanların və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.77. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.78. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.79. Nazirlik sisteminə daxil olan strukturların maddi-texniki və sosial bazasını möhkəmləndirmək;

8.80. Nazirliyin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. NAZİRLİYİN HÜQUQLARI

 

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1.  mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, habelə su hövzələrində insanların təhlükəsizliyinin, kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin edilməsi, dövlət material ehtiyatları fondlarının yaradılması və istifadəsi sahələrində dövlət siyasətinin əsaslarının formalaşdırılması ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.2.  Nazirliyin fəaliyyət dairəsinə aid edilən məsələlər üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.3.  Nazirliyin bu Əsasnamə ilə müəyyən edilmiş struktur bölmələrini öz səlahiyyətləri daxilində yaratmaq, yenidən təşkil etmək və ya ləğv emək;

9.4.  fövqəladə halların operativ idarə olunmasını təmin etmək və təcili sifarişləri yerinə yetirmək məqsədilə öz tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə işləyən qurumlar yaratmaq;

9.4-1. Nazirliyin tabeliyində olan müalicə profilaktika və sanatoriya-kurort müəssisələri tərəfindən yerinə yetirilən xidmətlərə (qanunla müəyyən edilmiş hallarda pulsuz tibbi xidmət almaq, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) görə ödənişlərin tətbiq edilməsinə razılıq vermək; [26]

9.5.  Nazirliyin fəaliyyətinin aktual məsələlərini müzakirə etmək üçün nümayəndəlik əsasında idarələrarası əlaqələndirmə və məşvərət orqanları, işçi qruplar, komissiyalar (elmi, elmi-texniki, metodiki və s.) yaratmaq;

9.6.  mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən mülki müdafiə tədbirlərinin həyata keçirilməsi hazırlığını müəyyən olunmuş qaydada yoxlamaq;

9.7.  mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən fövqəladə hallar zamanı əhalinin və ərazilərin müdafiəsi üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi hazırlığını müəyyən edilmiş qaydada yoxlamaq;

9.8.  Azərbaycan Respublikasının su hövzələrində kiçik həcmli gəmilərin dövlət qeydiyyatını və istismarının təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən struktur bölməsi yaratmaq və idarə etmək;

9.9.  dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən Nazirliyin nəzarət funksiyalarına aid edilmiş məsələlərlə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasını müəyyən olunmuş qaydada yoxlamaq və pozuntu aşkar olunduğu təqdirdə, qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

9.10. Nazirliyin dövlət sifarişçisi olduğu məqsədli proqramların mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfındən yerinə yetirilməsinə nəzarət etmək;

9.11. tikinti sahəsində dövlət standartlarına, tikinti norma və qaydalarına, texniki şərtlərə, layihələrə və digər normativ hüquqi aktlara riayət olunmasını yoxlamaq, zəruri hallarda tikinti işlərini dayandırmaq və qanunvericiliklə müəyyən olunmuş sanksiyalar tətbiq etmək;

9.12. sərəncamında olan dövlət əmlakını müəyyən olunmuş qaydada idarə etmək;

9.13. Nazirliyin fəaliyyətinin təşkili, xidməti vəzifələrin yerinə yetirilməsi üçün birbaşa büdcə təxsisatlarından, dövlət material ehtiyatlarının yeniləşdirilməsi üçün onların satışından daxil olan vəsaitlərdən, cərimələrdən,könüllü ianələrdən, humanitar yardımlardan, qrantlardan və qanunvericiliyə zidd olmayan digər mənbələrdən əldə olunmuş vəsaitlər üzərində sərəncam vermək;

9.14. yerinə yetirdiyi xidmətlərdən əldə olunan vəsaitlər, cərimə, penya və s. daxilolmalar hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada Nazirliyin büdcədənkənar fondunu yaratmaq və vəsaitlərin idarə olunmasını təmin etmək;

9.15. xüsusi texniki vasitələr hazırlamaq, bu cür vasitələrin hazırlanması üçün sifarişlər vermək, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada öz ehtiyacları üçün silah, sursat, rabitə vasitələri, xüsusi texnika və digər texniki vasitələr almaq, onların saxlanması və təmiri ilə bağlı işlər görmək;

9.16. Nazirliyin hərbi qulluqçularına və digər vəzifəli şəxslərinə qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silah və xüsusi vasitələr vermək;[27]

9.17. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər barədə lazım olan məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) tələb etmək;

9.18. Nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, digər işçilərinin və onların ailə üzvlərinin, habelə pensiyaçılarının sağlamlığının qorunması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər sosial müdafiə tədbirlərini həyata keçirmək;[28]

9.19. Nazirliyin ehtiyacları üçün əsaslı tikinti, o cümlədən mənzil tikintisinin aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;

9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq hakimiyyət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

9.21. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xarici ölkələrə humanitar yardım göstərilməsi və eləcə də xarici ölkələrdən humanitar yardım alınması barədə həmin ölkələrin müvafiq qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkdaşlıq etmək;

9.22. xüsusi siqnallar, rabitə vasitələri və bayraqla təchiz edilmiş, müəyyən olunmuş qaydada təsdiq edilmiş tanınma nişanı, bayrağı və xüsusi rəngi olan hava, dəniz və çay gəmilərinə və xüsusi nəqliyyat vasitələrinə malik olmaq;

9.23. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;

9.24. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya), xüsusi icazə və hüquq müəyyənedici digər sənədlər vermək;

9.25. Nazirliyə təqdim olunmuş layihələrə və digər sənədlərə ekspert rəyi vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, fəaliyyət sahəsi üzrə tədqiqatlar aparmaq;

9.26. qanunvericiliklə müəyyən edilən hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, təhqiqat və ibtidai istintaq aparmaq;

9.27. təhsil müəssisələrində Nazirliyin fəaliyyət dairəsinə uyğun sahələr üzrə mütəxəssislər hazırlamaq və kadrların ixtisasının artırılması üçün tədbirlər görmək; [29]

9.28. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.29. qanunvericiliklə müəyyən olunmuş qaydada qəzet, jurnal, bülleten buraxmaq, nəşriyyat işini həyata keçirmək, internet səhifəsi yaratmaq və ondan istifadə etmək;[30]

9.30. Nazirliyin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10. Nazirliyin mərkəzi aparatı və strukturuna daxil olan orqanlar və təşkilatlar, habelə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi vahid sistem təşkil edir.

10.1.Nazirlik öz fəaliyyətini strukturuna daxil olan Mərkəzi Aparatı, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi, mülki müdafiə qüvvələri, yanğından mühafizə və yanğın nəzarəti, böhran vəziyyətində idarəetmə, radioaktiv tullantıların zərərsizləşdirilməsi, qəza-xilasetmə, axtarış-xilasetmə, təcili xilasetmə, sularda xilasetmə, aviasiyada və nəqliyyatda xilasetmə, strateji obyektlərin hərbiləşdirilmiş mühafizəsi xidmətləri, dövlət material ehtiyatlarının idarə olunması, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə və tikintidə təhlükəsizliyə nəzarət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tikinti və bərpa işlərinin idarə olunması, mühəndis-axtarış işləri, layihələndirmə, tikinti və tikintiyə nəzarət işləri üzrə xidmətlər, kinoloji, tibb və laboratoriya xidmətləri, kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti, əməliyyat-istintaq, rabitə və informasiya, maliyyə, kadr, təlim, tədris və elmi tədqiqat sahələri, sanatoriya-kurort, idman-sağlamlıq mərkəzləri, Nazirliyin tabeliyində olan regional mərkəzlər və digər orqanlar və təşkilatlar vasitəsilə həyata keçirir.[31]

10.2. Nazirliyin strukturu və büdcədən maliyyələşdirilən işçilərinin ümumi sayı, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları nəzərə alınmaqla hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının sayı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən say həddi daxilində Nazirliyin mərkəzi aparatının və tabeliyində olan qurumların strukturu Nazirlik tərəfindən təsdiq edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [32]

10.3. Nazirlik sistemində qulluqkeçmə hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçularının xidmətindən ibarət olmaqla, qulluqkeçmənin qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.[33]

10.4.Nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.[34]

Nazirlik sistemində hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların ərzaq və əşya təminatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının ərzaq və əşya təminatı normalarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.[35]

10.5. Nazirliyin hərbi qulluqçuları xidməti vəzifələrinə uyğun olaraq hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.

10.6. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.

10.7. Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır.

10.8. Nazirin Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və altı müavini vardır.[36]

10.9. Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

10.10. Nazir:

10.10.1.Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

10.10.2. öz müavinləri arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dairəsini və səlahiyyətlərini müəyyən edir;

10.10.3.Nazirliyin bu Əsasnamənin 10.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş strukturu və büdcədən maliyyələşdirilən işçilərinin ümumi say həddi daxilində Mərkəzi Aparatının və tabeliyində olan orqanların və təşkilatların strukturunu, ştat cədvəlini, ayrılmış büdcə vəsaiti daxilində xərclər smetasını və digər mənbələr hesabına əldə edilmiş vəsaitlər üzrə gəlirlər və xərclər smetasını təsdiq edir;

10.10.3-1. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;[37]

10.10.4.Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları ilə tənzimlənən məsələlər istisna olmaqla, Nazirliyin fəaliyyət sahəsinə aid olan məsələlərlə bağlı normativ hüquqi aktları müəyyən olunmuş qaydada təsdiq edir;

10.10.5.Nazirliyin vəzifəli şəxslərinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına zidd olan əmr, sərəncam və göstərişlərini ləğv edir;

10.10.6. Nazirliyin mərkəzi aparatının işçilərini, tabeliyində olan qurumların və digər orqanlarının rəhbərlərini (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi istisna olmaqla), həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, Azərbaycan Respublikası vətəndaşlarını qanunvericiliyə uyğun olaraq, hərbi və xüsusi rütbəli vəzifələrdə xidmətə qulluğa qəbul edir və qulluqdan azad edir, Nazirliyin vəzifəli şəxslərinin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərini müəyyən edir, kadr nomenklaturunu təsdiq edir və qanunvericiliklə müəyyən edilmiş qaydada işçilərin attestasiyasının keçirilməsini təşkil edir; [38]

10.10.6-1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, Akademiyanın rəisinin təqdimatına əsasən Akademiyanın rəis müavinlərini vəzifəyə təyin edir;[39]

10.10.7.Nazirliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını təsdiq edir; [40]

10.10.8.Nazirliyin tabeliyində olan struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında təkliflər verir, Nazirliyin aparatının və tabeliyində olan orqanların və təşkilatların strukturunu və ştat cədvəlini təsdiq edir;[41]

10.10.9.Nazirlik sistemində icrası məcburi olan, habelə digər orqanların rəhbərləri ilə birgə və ya onlarla razılaşdırılmış əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarəti təşkil edir;

10.10.10.Nazirliyin tabeliyində olan hərbi qurumların formalaşdırılması və inkişafı konsepsiyasını və planını müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, onların strukturu və tərkibi, ştat sayı barədə təkliflər verir;[42]

10.10.11.Nazirlik əməkdaşlarının dövlət qulluğu keçməsi ilə bağlı məsələləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edir;

10.10.12.Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı barədə təkliflər verir;

10.10.13.Dövlət büdcəsi vəsaiti hesabına saxlanılan orqanların işçilərinin ümumi say həddi haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

10.10.14. Nazirliyə və onun hərbi qurumlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün müvəqqəti qurumların yaradılması və ləğv edilməsi qaydalarını müəyyən edir;

10.10.15.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirliyin işçilərini Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına ezam edir;[43]

10.10.16.müəyyən olunmuş qaydada Nazirliyin sıravi, kiçik, orta və böyük rəis heyətlərinə polkovnik rütbəsi daxil olmaqla hərbi və xüsusi rütbələr, o cümlədən vaxtından əvvəl və növbədənkənar hərbi rütbələr verir, hərbi rütbələrdən məhrum edir, ali zabit heyəti vəzifələri siyahısının təsdiq edilməsi, ali rəhbər heyətdən olan vəzifəli şəxslərə ali hərbi rütbələrin verilməsi, ali hərbi rütbəsi olan hərbi qulluqçuların ehtiyata buraxılması və ya istefaya göndərilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır;

10.10.17.Nazirlik sisteminə işə götürülən mülki işçilərlə əmək müqaviləsinin bağlanılması və xitam verilməsi məsələlərinə dair Nazirliyin vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir;[44]

10.10.18.Nazirliyin əməkdaşlarını və hərbi qulluqçularını Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edir;

10.10.19.Nazirlik sisteminə daxil olan strukturların hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçularının, habelə Nazirliyin üzərinə qoyulmuş vəzifələrin həyata keçirilməsinə kömək göstərmiş şəxslərin təltif edilməsi üçün müəyyən olunmuş qaydada döş nişanlarını təsis edir, onların təsvirlərini və əsasnamələrini təsdiq edir, həmin şəxsləri döş nişanları ilə təltif edir, habelə normativ hüquqi aktlarla nəzərdə tutulmuş digər həvəsləndirmə tədbirlərini tətbiq edir;

10.10.20.Nazirlik sistemində geyim formasının və tanınma nişanlarının müəyyən olunması, onların təchizat norması, fərqlənmə nişanlarının, bayrağın və digər rəmzlərin təsis edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

10.10.21. dövlət büdcəsindən Nazirliyə ayrılmış maliyyə vəsaitini idarə edir, xidmətin xüsusiyyətləri və ayrılmış məbləğin həddi nəzərə alınmaqla Nazirliyin qurumlarının sıravi və rəis heyətinin, hərbi və dövlət qulluqçularının vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavələr təyin edir, maddi yardım və mükafatlar verir və ya bu səlahiyyəti tabeliyində olan başqa vəzifəli şəxslərə həvalə edir;

10.10.22.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini tətbiq edir;[45]

10.10.23.təbii fəlakət, fövqəladə vəziyyət şəraitində və ya ayrı-ayrı hallarda, eləcə də birdəfəlik təcili tapşırıqların yerinə yetirilməsi zamanı Nazirliyin hərbi qulluqçuları və xilasediciləri üçün müvəqqəti quru ərzaq payı normalarını müəyyən edir;

10.10.24.Nazirliyin hərbi qulluqçuları haqqında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin müəyyən etdiyi digər hüquqları həyata keçirir;

10.10.25.Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatları ilə münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq müqavilələri, sazişləri və protokolları imzalayır;

10.10.26. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

10.10.27. mülki müdafiə qoşunlarının hərbi şəhərciklərinin, axtarış-xilasetmə, qəza-xilasetmə hissələri şəhərciklərinin tikintisi və inkişafı üzrə baş planları, mülki müdafiə qoşunlarının tikinti obyektlərinin layihələrini, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, yanğın, radiasiya təhlükəsizliyinin təmin edilməsi, bədbəxt hadisələrin qarşısının alınması sahələrində aparılan elmi tədqiqat və konstruktor-təcrübə işlərinin planlarını mövcud qaydada təsdiq edir;

10.10.28. Nazirliyin tabeliyində olan struktur bölmələrində hərbi və xüsusi rütbəlilər üzrə vəzifələrin və bu vəzifələrə uyğun gələn hərbi və xüsusi rütbələrin siyahılarını müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində təsdiq edir, şəxsi heyətin səfərbərlik və döyüş hazırlığını, məxfilik və təhlükəsizlik qaydalarına riayət etmələrini təmin edir; [46]

10.10.29.Nazirliyin strukturuna daxil olan qurumların texniki təchizat normalarını təsdiq edir;

10.10.30.Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan istifadə edir, ona verilmiş səlahiyyətlərin bir hissəsini tabeliyindəki vəzifəli şəxslərə həvalə edir.

10.11.Nazirlikdə nazirdən (kollegiyanın sədri), vəzifəsinə görə kollegiyanın tərkibinə daxil olan nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirindən, Nazirliyin mərkəzi aparatının, tabeliyindəki qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır.

10.12.Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

10.13.Nazirliyin kollegiya üzvlərinin sayı və tərkibi nazirin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

10.14. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

10.15. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

10.16. Nazirliyin kollegiyasının qərarları onun iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

10.17. Nazirliyin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.

10.18. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

10.19. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandıqda nazir Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək öz qərarını həyata keçirir.

10.20. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.

10.21. Nazirliyin kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatlarının rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.[47]

10.22. Nazirliyin səlahiyyətlərinə aid olan mühüm problemlərin həlli üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki Şura yaradıla bilər. Şuranın əsasnaməsi nazir tərəfindən təsdiq edilir.

 

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin

 

STRUKTURU

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatı

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar:[48]

 

Dövlət Yanğından Mühafizə Xidməti

Dövlət Yanğın Nəzarəti Xidməti

Mülki müdafiə qoşunları

Dövlət Material Ehtiyatları Agentliyi

Su Ehtiyatları Dövlət Agentliyi[49]

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyi

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi [50]

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi[51]

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti [52]

Xüsusi Riskli Xilasetmə Xidməti [53]

Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

"İzotop" xüsusi kombinatı

Əməliyyat-İstintaq İdarəsi

Elm-İstehsalat Birliyi

Mərkəzi laboratoriya

(Çıxarılıb)[54]

Əsaslı Tikinti İdarəsi

Maddi-Texniki Təchizat İdarəsi [55]

Aviasiya dəstəsi

(Çıxarılıb)[56]

Tədris-Təlim Mərkəzi

İdman-sağlamlıq klubu

Tibb Xidməti

Regional mərkəzlər

Attestasiya (akkreditasiya) olunmuş təşkilatlar

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən işçilərinin say həddi dərc edilməyib.[57]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50)

2.       24 aprel 2008-ci il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə 260)

3.       24 iyun 2008-ci il tarixli 790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 508)

4.       10 sentyabr 2009-cu il tarixli 158 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  11 sentyabr 2009-cu il, ¹ 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 9, maddə 687)

5.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289)

6.       10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 83)

7.       10 fevral 2010-cu il tarixli 221 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 fevral 2010-cu il, ¹ 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 85)

8.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85)

9.       25 fevral 2011-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 fevral 2011-ci il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 93)

10.    29 oktyabr 2012-ci il tarixli 716 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 10, maddə 955)

11.    5 may 2014-cü il tarixli 156 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 may 2014-cü il, ¹ 93; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə 469)

12.    20 oktyabr 2014-cü il tarixli 296 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, ¹ 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1181)

13.    22 dekabr 2014-cü il tarixli 421 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 24 dekabr 2014-cü il, ¹ 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə 1575)

14.    7 noyabr 2016-cı il tarixli 1089 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 noyabr 2016-cı il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1796)

15.    25 yanvar 2017-ci il tarixli 1215 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹1 , maddə 62)

16.    9 mart 2017-ci il tarixli 1279 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 mart 2017-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 357)

17.    22 sentyabr 2017-ci il tarixli 1601 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, ¹ 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹9, maddə 1648)

18.    13 noyabr 2017-ci il tarixli 1678 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə 2017)

19.    15 dekabr 2017-ci il tarixli 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 dekabr 2017-ci il, ¹ 278)

20.    17 aprel 2018-ci il tarixli 1925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 dekabr 2017-ci il tarixli 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 dekabr 2017-ci il, ¹ 278) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən işçilərinin say həddi”ndə dəyişiklik təsdiq edilmişdir.

 

[2] 24 iyun 2008-ci il tarixli 790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 508) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli Fərmanının 4-cü bəndi çıxarılmışdır.

 

[3] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 8.76-cı, 10-cu, 10.1-ci, 10.10.3-cü, 10.10.6-cı, 10.11-ci bəndlərdən və 10.2-ci bəndin ikinci abzasından «mərkəzi» sözü çıxarılmışdır.

 

[4] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilmişdir.

 

[5] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 8.1.1-ci yarımbənddə "Mülki müdafiə qüvvələri" sözləri "Mülki müdafiə qoşunları" sözləri ilə, "Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti" sözləri "Xüsusi Riskli Xilasetmə Xidməti" sözləri ilə əvəz edilmişdir, "Dövlət Material Ehtiyatları Agentliyi" sözlərindən sonra ", Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" sözləri əlavə edilmişdir.

29 oktyabr 2012-ci il tarixli 716 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 10, maddə 955) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.1.1-ci yarımbəndinə “Dövlət Material Ehtiyatları Agentliyi” sözlərindən sonra “, Su Ehtiyatları Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

22 sentyabr 2017-ci il tarixli 1601 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, ¹ 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹9, maddə 1648) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.1.1-ci yarımbəndində “Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 8.1.5-ci bənddə "silahlı birləşmələrinin" sözlərindən sonra "və aidiyyəti dövlət orqanlarının" sözləri əlavə edilmişdir.

 

[7] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 8.2.2-ci bənddə «və ya nizamnamələrini» sözləri çıxarılmışdır.

 

[8] 10 fevral 2010-cu il tarixli 221 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 fevral 2010-cu il, ¹ 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 85) ilə 8.2.8-ci bənddə “xidmətlərinin” sözü “bölmələrinin” sözü ilə əvəz edilmişdir.

 

[9] 22 sentyabr 2017-ci il tarixli 1601 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, ¹ 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹9, maddə 1648) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də 8.2.11-ci, 8.2.12-ci yarımbəndlər ləğv edilmişdir.

 

[10] 22 sentyabr 2017-ci il tarixli 1601 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, ¹ 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹9, maddə 1648) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də 8.9-cu bənd ləğv edilmişdir.

 

[11] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 8.12-ci bənddə "mülki müdafiə qüvvələrinin" sözləri "Nazirliyin strukturuna daxil olan hərbi və xüsusi xidmət bölmələrinin, habelə xilasetmə işində iştirak edən digər qurumlarının" sözləri ilə əvəz edilmişdir.

 

[12] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 8.13-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Mülki Müdafiə Qoşunlarında və digər hərbiləşdirilmiş qüvvələrdə xidmətin təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;

 

[13] 25 yanvar 2017-ci il tarixli 1215 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹1 , maddə 62) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.31-1 – 8.31-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[14] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 8.37-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

mülki müdafiə qoşunlarının, yanğından mühafizə xidməti və digər hərbiləşdirilmiş qurumların hərbi və səfərbərlik hazırlığı səviyyəsinin saxlanmasını təmin etmək;

 

[15] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 8.42-ci bənddə "tabeliyində olan" sozlərindən sonra ", habelə könüllü və idarədənkənar" sözləri əlavə edilmişdir.

 

10 fevral 2010-cu il tarixli 221 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 fevral 2010-cu il, ¹ 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 85) ilə 8.42-ci bənddə “könüllü və idarədənkənar yanğınsöndürmə dəstələrinin” sözləri “idarədənkənar və könüllü yanğından mühafizə bölmələrinin (dəstələrinin)” sözləri ilə əvəz edilmişdir.

 

[16] 9 mart 2017-ci il tarixli 1279 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 mart 2017-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 357) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.47-ci bəndindən “və akkreditasiya” sözləri çıxarılmışdır.

 

[17] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 8.56-cı bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

tabeliyində olan mülki müdafiə və hərbiləşdirilmiş xüsusi mühafizə xidmətinin hərbi qulluqçularının, yanğından mühafizə xidmətinin əməkdaşlarının, xilasedicilərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən digər şəxslərin həyatının icbari sığortalanmasını təmin etmək;

 

22 dekabr 2014-cü il tarixli 421 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 24 dekabr 2014-cü il, ¹ 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə 1575) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.56-cı bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.56. Nazirliyin tabeliyində olan struktur bölmələrinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçularının həyatının qanunvericiliklə müəyyən edilmiş qaydada icbari sığortalanmasını təmin etmək;

 

[18] 22 dekabr 2014-cü il tarixli 421 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 24 dekabr 2014-cü il, ¹ 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə 1575) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.57-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.57. təhlükə mənbəyi olan müəssisə və obyektlərin əmlakının icbari sığortalanmasına nəzarət etmək, hadisə nəticəsində dəyən zərərin səbəblərinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin etmək;

 

[19] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 8.59-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.59. Nazirliyin fəaliyyət sahələri üzrə peşə və kadr hazırlığını, kadrların təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını təmin etmək;

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə 8.59-cu bənddə “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[20] 10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 83) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə 8.59-1-ci bənd əlavə edilmişdir.

 

[21] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə yeni məzmunda 8.59-2-ci bənd əlavə edilmişdir.

 

[22] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 8.61-ci bənddə «məlumatlandırmaq» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək» sözləri əlavə edilmişdir.

 

[23] 25 yanvar 2017-ci il tarixli 1215 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹1 , maddə 62) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.61-1-ci yarımbənd əlavə edilmişdir.

 

[24] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 8.73-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

mülki müdafiə qüvvələrinin, hərbiləşdirilmiş xüsusi mühafizə xidmətinin hərbi qulluqçularının, yanğından mühafizə xidmətinin əməkdaşlarının, xilasedicilərin və Nazirliyin digər vəzifəli şəxslərinin sosial müdafiəsini, sağlamlığının qorunmasını və onların tibbi təminatını həyata keçirmək;

 

[25] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə yeni məzmunda 8.74-cü bənd əlavə edilmiş, 8.74-8.79-cu bəndlər müvafiq olaraq 8.75-8.80-ci bəndlər hesab edilmişdir.

 

[26] 17 aprel 2018-ci il tarixli 1925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 9.4-1-ci bənd əlavə edilmişdir.

 

[27] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 9.16-cı bənddən ", yanğından mühafizə xidmətinin əməkdaşlarına, xilasedicilərinə" sözləri çıxarılmışdır.

 

[28] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 9.18-ci bənddə "Nazirliyin vəzifəli şəxslərinin, hərbi qulluqçularının və pensiyaçılarının, onların ailə üzvlərinin sağlamlığının qorunması istiqamətində" sözləri "Nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, digər işçilərinin və onların ailə üzvlərinin, habelə pensiyaçılarının sağlamlığının qorunması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilmişdir.

 

[29] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 9.27-ci bənd çıxarılmışdır.

 

[30] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 9.29-cu bənddən «, internet səhifəsi yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılmışdır.

 

[31] 22 sentyabr 2017-ci il tarixli 1601 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, ¹ 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹9, maddə 1648) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.1-ci bəndindən “sularda xilasetmə,” sözləri çıxarılmışdır və həmin bənddə “kiçik həcmli gəmilərin dövlət müfəttişliyi” sözləri “kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[32] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 10.2-ci bənd yeni redaksiyada verilmişdir.

  Əvvəlki redaksiyada deyilirdi:

Nazirliyin strukturu və büdcədən maliyyələşdirilən işçilərinin ümumi sayı, o cümlədən Mərkəzi Aparatının, tabeliyində olan orqanların və regional mərkəzlərin əməkdaşlarının, mülki müdafiə qoşunlarının hərbi qulluqçularının (sıravi heyət daxil olmaqla), hərbiləşdirilmiş xüsusi mühafizə xidmətinin, yanğın nəzarəti xidmətinin və digər hərbiləşdirilmiş qurumlarının əməkdaşlarının say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Nazirliyin Mərkəzi Aparatının, tabeliyində olan orqanların və təşkilatların strukturu və işçilərinin say tərkibi isə Nazirlik tərəfindən təsdiq edilir.

 

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 10.2-ci bəndin birinci abzasına ikinci cümlə əlavə edilmişdir.

 

[33] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 10.3-cü bənd yeni redaksiyada verilmişdir.

  Əvvəlki redaksiyada deyilirdi:

Nazirlik sistemində hərbi qulluqçuların və hərbiləşdirilmiş qurumların əməkdaşlarının xidmətkeçmə qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə, dövlət qulluqçularının hüquqi vəziyyətinin əsasları isə dövlət qulluğuna dair Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

 

[34] 24 iyun 2008-ci il tarixli 790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 508) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 10.4-cü bəndinin birinci abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşları və pul təminatının digər növlərinin ödənilməsi qaydalarına uyğun olaraq tənzimlənir.

 

20 oktyabr 2014-cü il tarixli 296 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, ¹ 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1181) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.4-cü bəndinin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

 

[35] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 10.4-cü bəndə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[36] 5 may 2014-cü il tarixli 156 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 may 2014-cü il, ¹ 93; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə 469) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.8-ci bəndində “dörd müavini” sözləri “altı müavini” sözləri ilə əvəz edilmişdir.

 

[37] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»yə 10.10.3-1-ci bənd əlavə edilmişdir.

 

[38] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 10.10.6-cı yarımbənd yeni redaksiyada verilmişdir.

  Əvvəlki redaksiyada deyilirdi:

Nazirliyin mərkəzi aparatının işçilərini, yerli və digər orqanlarının rəhbərlərini, həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarını mülki müdafiə və hərbiləşdirilmiş xüsusi mühafizə xidməti strukturlarında hərbi xidmətə, yanğından mühafizə strukturlarında qulluğa qəbul edir, onları vəzifəyə təyin edir və vəzifədən azad edir, mülki müdafiə və hərbiləşdirilmiş xüsusi mühafizə xidməti strukturlarındakı hərbi qulluqçuları, yanğından mühafizə strukturlarındakı qulluqçuları xidmətdən azad edir, həmçinin Nazirliyin vəzifəli şəxslərinin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərini müəyyən edir və müvafiq kadr nomenklaturunu təsdiq edir, qanunvericiliklə müəyyən edilmiş qaydada onların attestasiyasının keçirilməsini təşkil edir;

 

10 sentyabr 2009-cu il tarixli 158 nömrəli  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  11 sentyabr 2009-cu il, ¹ 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 9, maddə 687) ilə 10.10.6-cı yarımbənddə "rəhbərlərini," sözü "rəhbərlərini (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi istisna olmaqla)," sözləri ilə əvəz edilmişdir.

 

[39] 10 sentyabr 2009-cu il tarixli 158 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  11 sentyabr 2009-cu il, ¹ 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 9, maddə 687) ilə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"yə 10.10.6-1-ci yarımbənd əlavə edilmişdir.

 

[40] 13 noyabr 2017-ci il tarixli 1678 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə 2017) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.10.7-ci yarımbəndində “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan inzibati hüquqpozmalara dair” sözləri “Nazirliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə” sözləri ilə əvəz edilmişdir.

 

[41] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 10.10.8-ci bənddə «mərkəzi» sözü «Nazirliyin» sözü ilə əvəz edilmişdir.

 

[42] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 10.10.10-cu yarımbənddə "qoşunların qurulması" sözləri "hərbi qurumların formalaşdırılması" sözləri ilə əvəz edilmişdir.

 

[43] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 10.10.15-ci yarımbənddə "hərbi qulluqçularının, hərbiləşdirilmiş qurumlarının əməkdaşlarım və dövlət qulluqçularını" sözləri "işçilərini" sözü ilə əvəz edilmişdir.

 

[44] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 10.10.17-ci yarımbənddə "xidmətedici heyətlə" sözləri "mülki işçilərlə" sözləri ilə əvəz edilmişdir.

 

[45] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 10.10.22-ci yarımbənddən "hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları olan mülki" sözləri çıxarılmışdır.

 

[46] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə 10.10.28-ci yarımbənd yeni redaksiyada verilmişdir.

  Əvvəlki redaksiyada deyilirdi:

mülki müdafiə qoşunlarının hərbi qulluqçularının hərbi vəzifələrinin, yanğından mühafizə xidmətinin və hərbiləşdirilmiş xüsusi mühafizə xidmətinin şəxsi heyətinin, həmçinin bu vəzifələrə uyğun gələn hərbi və xüsusi rütbələrin siyahılarını öz səlahiyyətləri daxilində və müəyyən edilmiş qaydada təsdiq edir, onların səfərbərlik və döyüş hazırlığı, məxfilik və təhlükəsizlik qaydalarına riayət etmələrini təmin edir;

 

[47] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 10.21-ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.

 

[48] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Strukturu»nun birinci abzasından «Mərkəzi» sözü çıxarılmışdır.

 

[49] 25 fevral 2011-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Azərbaycan” qəzeti, 26 fevral 2011-ci il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 93) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu”na “Dövlət Material Ehtiyatları Agentliyi” abzasından sonra “Su Ehtiyatları Dövlət Agentliyi” abzası əlavə edilmişdir.

 

[50] 24 aprel 2008-ci il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə 260) ilə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu"na "Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" abzasından sonra "Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi" abzası əlavə edilmişdir.

 

[51] 7 noyabr 2016-cı il tarixli 1089 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 noyabr 2016-cı il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1796) ilə doqquzuncu bənd ləğv edilmişdir.

 

[52] 7 noyabr 2016-cı il tarixli 1089 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 noyabr 2016-cı il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1796) ilə onuncu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət Sularda Xilasetmə Xidməti

 

[53] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə "Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti" sözləri "Xüsusi Riskli Xilasetmə Xidməti" sözləri ilə əvəz edilmişdir.

 

[54] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə "Təcili Xilasetmə Xidməti" abzası çıxarılmışdır.

 

[55] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə "Əsaslı Tikinti İdarəsi" abzasından sonra "Maddi-Texniki Təchizat İdarəsi" abzası əlavə edilmişdir.

 

[56] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə "Kinoloji Xidmət" abzası çıxarılmışdır.

 

[57] 5 fevral 2008-ci il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 50) ilə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən işçilərinin say həddi"nin 3-cü bəndində "Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidmətinin" sözləri "Xüsusi Riskli Xilasetmə Xidmətinin" sözləri ilə əvəz edilmiş, 6-cı bəndi çıxarılmış, 7-ci və 8-ci bəndləri müvafiq olaraq 6-cı və 7-ci bəndlər hesab edilmişdir.