Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanının 4.2. bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 28 sentyabr 2005-ci il

№ 178

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin)

SİYAHISI

Sıra

№-si

Malların (işlərin, xidmətlərin) adı

1

2

1.

Elektrik enerjisi

2.

Xam neft və neftdən emal olunan əsas məhsullar

3.

Təbii qaz

4.

Maye qaz

5.

Mənzil kirayəsi (dövlət fondu üzrə)

6.

Daşınmaz əmlak və dövlət torpaqlarının kadastrı xidmətləri, dövlət və bələdiyyə torpaqlarının icarə haqqı, satış qiymətləri, sahələr üzrə məlumatların verilməsi xidmətləri

7.

İçməli və texniki su

8.

İstilik enerjisi

9.

İsti su və istilik təchizatı xidmətləri

10.

Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli xidmətləri

11.

Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri

12.

Bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma; metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili ictimai nəqliyyatla sərnişin daşıma və s.)

13.

Rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitə-si xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s.)

14.

Dövlətə məxsus kommunal təsərrüfatı sahəsində əsas xidmətlər (mənzil, məhəllə-daxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı, yaşayış evlərində liftdən istifadə edilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, çirkab suların axıdılması və s.)

15.

Dövlətə məxsus təhsil sahəsində xidmətlər (ali məktəblərin müxtəlif pillələrinə və orta təhsil bazasında orta ixtisas məktəblərinə tələbə qəbulu zamanı abituriyentlər-dən sənədlərin götürülməsi, ödənişli əsaslarla kadr hazırlığı (ali bakalavr, magistratura, ikinci təhsil), orta ixtisas və peşə təhsili, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması və s.)

16.

Dövlətə məxsus ixtisaslaşdırılmış müəssisələrdə tibbi yardım, müayinə, müalicə və sanitar sahələrdə xidmətlər

17.

Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin və informasiyaların verilməsi)

18.

Hidrometeorologiya xidmətləri

19.

Standartlaşdırma, sertifikatlaşdırma və patentləşdirmə xidmətləri

20.

Karantin tədbirlərinin həyata keçirilməsi xidmətləri

21.

Baytarlıq sahəsində əsas xidmətlər (qida və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın zəruri baytar-sanitar keyfiyyətinin təminatına nəzarət, heyvanların profilaktiki, epizootiya əleyhinə, sanitariya tədbirlərinin aparılması, əhalini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq tədbirləri və s.)

22.

Dövlətə məxsus laboratoriya xidmətləri (mənşə sertifikatlarının verilməsi, nəzarət-toksikologiya)

23.

Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları)

24.

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər ((dövlətə məxsus orqanlar tərəfindən göstərilən xidmətlər) (obyektin qiymətinin hesablanması, elmi tədqiqat və layihə işləri, layihə-axtarış işləri, layihə-smeta sənədlərinin ekspertizası, tikintidə istifadə olunan bazis əmsalları, inşaat pasportlarının hazırlanması, poçt ünvanlarının verilməsi və s.))

25.

Zərərli maddələrin daşınması və zərərsizləşdirilməsi xidmətləri

26.

Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər (baş su təmizləyici qurğu-ların, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların, su anbarlan, kanallar, kollektorlar və bəndlərin istismarı və s.)

27.

Dərman preparatlarının sınağının keçirilməsi xidmətləri

28.

Dövlət yollarının salınması və saxlanılması xidmətləri

29.

Torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətləri

30.

Ovçuluq sahəsində (su və meşə heyvanlarının ovlanması, ovçuluq biletinin qiyməti) xidmətlər

31.

Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması

32.

DYPİ-nin xidmətləri

33.

Xüsusi rabitə xidmətləri

34.

Dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətləri

35.

Dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi

36.

Küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklam tarifi

37.

Gəmilərə texniki baxış xidmətləri

38.

Büdcə vəsaitləri hesabına maliyyələşən mərkəzi təşkilatların göstərdikləri xidmətlər