"Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005- ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanının 1.5-ci və 1.6-cı bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq edilsin.

2. “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının nazirlik, komitə və digər mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu qərarın 1-ci və 2-ci bəndləri ilə təsdiq edilmiş Qaydaların tətbiqi ilə əlaqədar zəruri olan məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, l ay müddətində şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi ilə razılaşdıraraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 

 

Bakı şəhəri, 2 fevral 2006-cı il

                   № 32

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

              2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanına əsasən hazırlanmışdır və sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsini tənzimləyir.

1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki 6 ay (kənd təsərrüfatı və mövsümi işlərlə məşğul olanlar üçün 12 ay) ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsi və onun yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq nisbətində pul formasında sosial yardım almaq hüququna malikdirlər.

 

2. SOSİAL YARDIMIN ALINMASI ÜÇÜN MÜRACİƏT EDİLMƏSİ

 

 2.1. Sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə xüsusi ərizə forması (1 nömrəli əlavə) və “Ailənin gəlir və əmlakı haqqında bəyannamə” (2 nömrəli əlavə) ilə müraciət edir.

2.2. Ailəni təmsil edən şəxs ailə üzvləri tərəfindən ailənin yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan üzvləri arasından könüllü seçilir. Bu barədə ailə üzvlərinin müvafiq orqan (notariat orqanı və ya icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyi) tərəfindən təsdiq edilmiş ərizəsi təqdim olunur.

2.3. Ailəni təmsil edən şəxs ərizə, “Ailənin gəlir və əmlakı haqqında bəyannamə”, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışla birlikdə zəruri hallarda aşağıdakı sənədləri təqdim edir:

2.3.1. nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti;

2.3.2. qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti;

2.3.3. iş yerindən gəlir (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərərə görə verilən ödənclər də daxil olmaqla) haqqında arayış;

2.3.4. ailə üzvlərinin aldıqları bütün növ pensiya və müavinətlərin məbləği haqqında pensiya və müavinət təyin edən orqanın arayışı;

2.3.5. ailə üzvlərinin aldıqları bütün növ təqaüdlərin məbləği barədə arayış;

2.3.6. ailə üzvlərindən hər hansı birinin aliment verməsini təsdiq edən məhkəmənin icra vərəqəsinin surəti;

2.3.7. sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər barədə vergi müfəttişliyinin arayışı;

2.3.8. ailə təsərrüfatı üzvünün vəsiqəsinin surəti;

2.3.9. ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış;

 2.3.10. ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyatyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti;

2.3.11. ailə üzvlərindən hər hansı birinin pullu təhsil alması barədə təhsil müəssisəsindən arayış;

2.3.12. ailə üzvlərindən hər hansı birinin məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda olması barədə arayış;

2.3.13. əmlakın kirayəyə (icarəyə) verilməsi haqqında müqavilənin surəti;

2.3.14. ailə üzvlərindən hər hansı birinin əlil, müharibə veteranı, şəhid ailəsi üzvü, qaçqın və ya məcburi köçkün olmasını təsdiq edən sənədin (vəsiqənin) surəti.

2.4. Ailəni təmsil edən şəxsə sosial yardım təyin edilməsi üçün tələb olunan bütün sənədlərin təqdim edilməsi barədə səlahiyyətli şəxs tərəfindən bildiriş verilir.

 

3. SOSİAL YARDIMIN TƏYİN OLUNMASI, VERİLMƏSİ VƏ VERİLMƏSİNDƏN İMTİNA EDİLMƏSİ

 

3.1. Sosial yardım ailənin yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaradılmış komissiya tərəfindən təyin edilir. Sosial yardımın təyin edilməsi zamanı şəffaflığı təmin etmək məqsədilə komissiyanın iclasına hüquqi-təşkilati formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların nümayəndələri dəvət edilə bilər.

3.2. Rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial yardımın təyin edilməsi üçün sənədləri sosial yardımlar üzrə səlahiyyətli şəxslər qəbul edir, ailənin gəlir və əmlakı haqqında məlumatları təsdiq edilmiş müvafiq formalar üzrə doldurur (3 nömrəli əlavə) və komissiyanın müzakirəsinə hazırlayır.

3.3. Sosial yardımın təyin edilməsi barədə sənədlərə komissiya tərəfindən 10 gün müddətində baxılır, sosial yardımın təyin edilməsi və ya sosial yardımın təyin edilməsindən imtina olunması barədə, təqdim edilmiş sənədlər üzrə məlumatların yoxlanılması zərurət yarandığı hallarda isə sənədlərə baxılması müddətini daha 10 gün müddətinə uzatmaqla məlumatların yerində yoxlanılması barədə qərar çıxarılır.

3.4. Sənədlər üzrə və bəyan edilmiş məlumatların düzgünlüyü sosial yardımı təyin edən orqan tərəfindən müəssisə, idarə və təşkilatlara sorğular göndərilməklə və yaxud bilavasitə yerində araşdırılmaqla yoxlanıla bilər.

3.5. İdarə, müəssisə və təşkilatlar sosial yardımı təyin edən orqanın sorğularına operativ cavab verməyə borcludurlar.

3.6. Aşağıdakı hallarda sosial yardımı təyin edən komissiya tərəfindən məlumatların bilavasitə yerində yoxlanılması barədə qərar qəbul olunur:

3.6.1. ailənin bəyan edilən gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusunun 30 faizindən aşağı olduqda;

3.6.2. əmək qabiliyyətli ailə üzvlərinin yarıdan çoxu işləmədikdə;

3.6.3. ailə üzvlərindən biri və ya bir neçəsi respublikadan kənarda yaşadıqda və yaxud əcnəbi olduqda;

3.6.4. ailənin iki və daha çox mənzili olduqda;

3.6.5. sosial yardımı təyin edən komissiya üzvlərindən birinin tələbi ilə.

3.7. Yoxlamanın nəticələri “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə akt”da əks olunmaqla rəsmiləşdirilir (4 nömrəli əlavə).

3.8. Sosial yardım, onu almaq üçün istənilən ayın 15-dək müraciət edildikdə həmin ayın 1-dən, ayın 15-dən sonra müraciət edildikdə isə növbəti ayın 1-dən 6 ay müddətinə təyin olunur.

3.9. Sosial yardım təyin edilərkən ailənin tərkibində aşağıda göstərilənlər nəzərə alınmır:

3.9.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar və əlillər üçün internat evlərində yaşayanlar);

3.9.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

3.9.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

3.9.4. axtarışda olan şəxslər;

3.9.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;

3.9.6. əcnəbilər.

3.10. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

3.10.1. sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə. Bu halda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 2 il müddətinə sosial yardım almaq hüququnu itirir;

3.10.2. müavinət üçün müraciət edilməzdən 6 ay əvvəl ailə mənzil, avtomobil aldıqda və yaxud ailənin orta aylıq gəlirinin 3 mislindən çox məbləğdə alğı-satqı etdikdə;

3.10.3. ailənin istifadəsində müraciət günü istehsal müddəti 20 ilədək olan nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla);

3.10.4. məbləğindən asılı olmayaraq ailə tərəfindən kredit götürüldükdə;

3.10.5. kənd yerlərində ailəyə 1 inək və adambaşına 5 qoyun (və ya müvafiq şərti qaramal) və ondan artıq düşdükdə.

3.11. Sosial yardımın təyin edilməsindən imtina edildiyi barədə komissiyanın qərarı çıxarıldığı vaxtdan 3 gündən gec olmayaraq sosial yardım verilməsindən imtina edilməsinin səbəbləri göstərilməklə ailəni təmsil edən şəxsə bildiriş verilir.

 

4. SOSİAL YARDIMIN ÖDƏNİLMƏSİ

 

4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə ödəniş müəssisələri (bank və ya rabitə şöbəsi) tərəfindən ödənilir.

4.2. Sosial yardımın ödənilməsi aşağıdakı hallarda dayandırılır:

4.2.1. aztəminatlı ailəni təmsil edən şəxs vəfat etdikdə və yaxud ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə;

4.2.2. sosial yardımın məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda;

4.2.3. sosial yardım üzürsüz səbəbdən ailə tərəfindən 3 aydan çox alınmadıqda.

4.3. Bu Qaydaların 4.2-ci bəndinin 4.2.1-ci yarımbəndində göstərilən hallarda sosial yardımın ödənilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ödəniş ayından dayandırılır və növbəti aydan sosial yardımın məbləğinə ailənin tərkibi və gəliri nəzərə alınmaqla yenidən baxılır.

Bu Qaydaların 4.2-ci bəndinin 4.2.2-ci və 4.2.3-cü yarımbəndlərində göstərilən hallarda isə sosial yardımın ödənilməsi həmin halın aşkar edildiyi gündən dayandırılır.

 

5. SOSİAL YARDIMIN TƏYİN EDİLMƏSİNƏ VƏ

 VERİLMƏSİNƏ NƏZARƏT

 

Sosial yardımın təyin edilməsinə və verilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ailənin orta aylıq gəlirinin hesablanması

Q A Y D A S I

 

 1. Bu Qayda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanına əsasən hazırlanmışdır və sosial yardımı almaq hüququnun müəyyən edilməsi üçün ailənin orta aylıq gəlirinin (ailənin gəlirinin orta aylıq göstəricisinin) hesablanması qaydasını müəyyən edir.

2. Ailənin bütün üzvlərinin müraciətdən əvvəlki 6 ay (kənd təsərrüfatı və mövsümi işlərlə məşğul olanlar üçün 12 ay) ərzində gəlirləri barədə məlumatlar ailəni təmsil edən şəxs tərəfindən doldurulmuş “Ailənin gəlir və əmlakı haqqında bəyannamə” (2 nömrəli əlavə) adlı xüsusi formada təqdim olunur.

3. Ailənin orta aylıq gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır.

4. Ailənin orta aylıq gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və qeyri-rəsmi mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir.

5. Ailənin gəlirinə aşağıdakılar daxildir:

5.1. əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar), əvəzçilik üzrə əməkhaqqı, müvəqqəti ictimai işlərə görə əməkhaqqı, qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, digər pul təminatları, natura formasında ödənilən əməkhaqqı;

5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə zərərə görə verilən ödənclər (əlavə xərclər istisna olmaqla);

5.3. qanunvericiliklə müəyyən edilmiş digər növ gəlirlər (işdən çıxmaqla əlaqədar dövlət qulluqçularına ödənilən birdəfəlik haqq, işçiyə istifadə etmədiyi əsas məzuniyyətə gör pul əvəzi, müəssisə ləğv edildikdə, işçilərin sayı və ştatları ixtisar edildikdə və əmək müqaviləsi ləğv edildiyi digər hallarda işçiyə verilən ödənclər, iş yerindən işçilərə ödənilən maddi yardımlar və s.);

5.4. bütün növ pensiya və müavinətlər, o cümlədən ömürlük müavinət, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, işsizliyə görə müavinət, hamiləliyə və doğuşa görə müavinət, uşaq üç yaşa çatanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət dövründə verilən müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət, digər sosial müavinətlər (bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilən əlavə aylıq müavinət və birdəfəlik müavinətlər istisna olmaqla), o cümlədən məcburi köçkün və məskunlaşmamış qaçqınlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin ləğvinə görə ödənilən müavinətlər və s.;

5.5. bütün növ təqaüdlər, o cümlədən fərdi təqaüdlər, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü, fəxri adlara görə aylıq təqaüd, işsizlərə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə verilən təqaüd, istehsalatdan ayrılmaqla oxumağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə hesabına ödənilən təqaüd;

5.6. aliment;

5.7. sahibkarlıq fəaliyyəti və ailə təsərrüfatında məşğul olanların gəliri, mülki-hüquqi müqavilə əsasında qazanılmış gəlirlər, qonorarlar;

5.8. əmanətlər və onların üzərinə hesablanan faizlər (1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında istifadəsiz qalmış indeksləşdirilməmiş əmanət qalıqları istisna olmaqla);

5.9. qiymətli kağızlardan əldə edilən dividendlər;

5.10. ailəyə və yaxud ailənin hər hansı bir üzvünə mənsub olan və ya hədiyyə edilmiş əmlakdan əldə olunan gəlirlər;

5.11. Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda istənilən mənbədən ailəyə daxil olan milli və xarici valyutanın məbləği;

5.12. ailəyə natura formasında ödənilən yardımların dəyəri;

5.13. ailənin hər hansı üzvü tərəfindən qeyri-hökumət təşkilatları, beynəlxalq

humanitar təşkilatlar, xeyriyyə və digər cəmiyyətlər, sahibkarlar və fiziki şəxslərdən alınmış qrantlar və yardımlar;

5.14. qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər və kompensasiyalar (xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələrinin dəyəri, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri istisna olmaqla);

5.15. şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər (mal-qara, quş, balıq, arı, baramaçılıq, xəzdərili heyvanların yetişdirilməsi və s.).

6. Ailənin gəlirinin hesablanması aşağıdakı kimi həyata keçirilir:

6.1. xarici valyuta ilə əldə olunan gəlir bu gəlirin əldə edildiyi tarixdə Azərbaycan Respublikasının Milli Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır;

6.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin və mülki-hüququ müqavilə əsasında çalışanların gəliri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “Patent haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq ödədikləri lisenziya, müqavilə, patent və sosial sığorta haqları barədə verilmiş sənədlərlə müəyyən olunur;

6.3. mövsümi əmək fəaliyyətindən əldə olunan orta aylıq gəlir hesablanarkən ötən mövsümdən əldə olunan qazanc iqtisadiyyatın müvafiq sahələrində çalışan işçilərin əməkhaqları nəzərə alınmaqla 12-yə bölünür;

6.4. ailənin orta aylıq gəlirində natura formasında gəlirlərin (tibbi ləvazimat, geyim, qida və s. mallardan ibarət yardımlar və müəssisədə işçilərə natura formasında verilən əməkhaqqı) dəyəri onun əldə olunduğu müddətə müvafiq regionun rəsmi orta bazar qiymətlərinə əsasən hesablanır;

6.5. torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətin onun sahəsinə vurulması ilə hesablanır. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir;

6.6. həyətyanı torpaq sahəsindən əldə olunan gəlir hesablanarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş normalardan artıq sahələr nəzərə alınır. Bu zaman normadan artıq sahədən əldə olunan gəlir ailənin torpaq payı olduqda həmin pay üzrə ən aşağı keyfiyyət qrupunun, torpaq payı olmadıqda isə müvafiq rayon üzrə torpağın ən aşağı keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymət normadan artıq sahəyə vurulması ilə hesablanır;

6.7. şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş rəsmi məlumatlar əsasında hesablanır. Əvvəlcə bütün növlərə (mal-qara, quş, balıq, arı, baramaçılıq, xəzdərili heyvanlar) görə əldə olunan gəlir, sonra isə gəlirdən onun əldə edilməsinə çəkilən xərc çıxılmaqla, xalis gəlir hesablanır;

6.8. torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə, icarə haqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə, icarə haqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarə haqqı natura ilə ödənildiyi halda onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır;

6.9. əmlakın satılmasından əldə edilən gəlir bu əməliyyatdan əldə edilən gəlirlə alğı-satqı ilə bağlı rəsmi sənədlə təsdiqlənmiş xərcin fərqi kimi hesablanır;

6.10. əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, əməkhaqqı, pensiya və digər ödənişlər isə hesablandığı dövrün gəlirində nəzərə alınır;

6.11. fiziki şəxs və sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üçün əmək müqaviləsi əsasında çalışan vətəndaşların gəlirləri fiziki şəxs və sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin məlumatlarına əsasən, lakin əmək müqaviləsində göstəriləndən az olmamaq şərtilə təyin edilir;

6.12. yetkinlik yaşına çatmayan uşaqlar üçün ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, alınan alimentlər isə nəzərə alınır;

6.13. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və qəyyum (himayəçi) himayəsinə verilmiş uşaqların sosial yardım hüququ müəyyən edilərkən onlarla eyni təsərrüfatda yaşamayan qəyyumun (himayəçinin) gəliri nəzərə alınmır;

6.14. iş yerindən gəlir işəgötürən tərəfindən verilən arayış əsasında müəyyən edilir;

6.15. vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər gəlirdən çıxılır.

7. Ailənin gəlirinə aşağıdakılar daxil edilmir:

7.1. təbii fəlakət (sel, yanğın, epidemiya), müharibə və s. gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);

7.2. ailəyə təyin olunan birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət və s.) və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilən əlavə aylıq müavinət;

7.3. ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.

8. Ailədə adambaşına düşən orta aylıq gəlir hesablanarkən ailənin gəliri 6-ya (kənd təsərrüfatı və mövsümi işlərlə məşğul olanların gəliri 12-yə), alınan məbləğ isə ailə üzvlərinin sayına bölünür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Sosial yardımın alınması üçün müraciət edilməsi,

onun təyin olunması, verilməsi və verilməsindən

imtina edilməsi Qaydaları"na

                1 nömrəli ƏLAVƏ

________________________ rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə
         ________________________    
şəhəri (rayonu) ___________________    qəsəbəsi (kəndi)

_______________________     küçəsi ev _________  mənzil___________________          yaşayan

         telefon nömrələri:
         vətəndaş____________________________________________________________________       

                      (adı, soyadı, atasının adı)

şəxsiyyət vəsiqəsi:  seriya _________________________ verilib__________     RPŞ

tərəfindən

 

ƏRİZƏ

Xahiş edirəm mənim ailəmə sosial yardım təyin edəsiniz.

Ərizə ilə_________ müraciət edirəm. Mənim ailəmə__________________________      dəfə

               (ilk, təkrar)                                                                                  (əgər təkrar müraciət olunubsa)

           sosial yardım təyin olunub. Son təyin olunan sosial yardımın məbləği _____________           

           manat.

          Son təyinat________________ ______________  Əhalinin Sosial Müdafiəsi Mərkəzində

         təyin edilib.

Xahiş edirəm ailəmə təyin olunacaq müavinəti___________________     Bankın

         _________________ rayon filialına (______________rayon rabitə şöbəsinə) köçürəsiniz.

    

        Ərizəyə aşağıdakı sənədləri və "Ailənin gəlir və əmlakı haqqında bəyannamə"ni   

        əlavə edirəm.

           İmza:______________________                            Tarix_______________________

 

 

 

Sıra

№-si

Sənədlərin adı

Vərəqlərin sayı

Qeyd

1

Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti

 

 

2

Ailə tərkibi haqqında yaşayış yerindən arayış

 

 

3

Nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti

 

 

4

Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti

 

 

5

5

Ailə üzvlərinin məcburi köçkün və ya qaçqın olmasını təsdiq edən sənədin (vəsiqənin) surəti

 

 

6

Məhkəmənin ailə üzvlərindən hər hansı birinin aliment verməsini təsdiq edən icra vərəqəsi

 

 

7

7

Ailə üzvünün müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış

 

 

8

Pullu təhsil barədə təhsil müəssisəsinin arayışı

 

 

9

Əmlakın kirayəyə (icarəyə) verilməsi haqqında müqavilənin surəti

 

 

10

Ailə üzvlərinin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirləri barədə vergi müfəttişliyinin arayışı

 

 

11

Mülki-hüquqi müqavilə əsasında işləyənlərin qazancı barədə arayış

 

 

12

Ailə təsərrüfatı üzvünün vəsiqəsinin surəti

 

 

13

Hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət, təqaüd, aliment, kompensasiya və s.) barədə müvafiq icra hakimiyyəti orqanının arayışı

 

 

14

Ailə üzvləri tərəfindən əmlakın icarəyə verilməsi və ya icarəyə götürülməsi barədə müqavilənin surəti

 

 

15

Ailə üzvünün hər hansı birinin məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda olması barədə arayış

 

 

16

Ailəyə və ya hər hansı ailə üzvünə məxsus torpaq sahəsi və onun ölçüsü haqqında müvafiq şəhadətnamə

 

 

17

Ailə üzvlərindən hər hansı birinin əlil, müharibə veteranı, şəhid ailəsi üzvü olmasını təsdiq edən sənədin (vəsiqənin) surəti

 

 

 

Cəmi:

 

 

 

Mən və üzvü olduğum ailənin bütün digər üzvləri sosial yardımın təyin edilməsi üçün ailə, gəlir, əmlak və mülkiyyət haqqında məlumatın toplanmasına razılıq veririk və təqdim etdiyimiz bütün məlumatların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq yoxlanılacağı barədə məlumatlandırılmış, düzgün və ya tam olmayan məlumatların verildiyi halda sosial yardımın təyin edilməsindən imtina ediləcəyi və ya onun verilməsinin dayandırılacağı barədə xəbərdar olunmuşuq. Mən öz imzamla təsdiq edirəm ki, mənim və üzvü olduğum ailənin digər üzvlərindən heç birinin kredit öhdəliyi yoxdur. Mən, həmçinin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə tanış olmuşam.

 

İmza_______________________                                                                                          Tarix___________________________

Əhalinin Sosial Müdafiəsi Mərkəzinin məsul şəxsi tərəfindən dolduruldu.

Şəxsiyyət vəsiqəsi və təqdim edilən sənədlərin düzgünlüyü yoxlanıldı. ____________________________səhifədən ibarət ərizə.

İmza_______________________                                                                                          Tarix___________________________

 

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Əhalinin sosial müdafiəsi mərkəzinin məsul şəxsi tərəfindən doldurulur və ərizəçiyə verilir

BİLDİRİŞ______

Şəxsiyyət vəsiqəsi və sosial yardım təyin edilməsi üçün təqdim edilən bütün zəruri sənədlərin düzgünlüyü yoxlanıldı.

         ___________ səhifədən ibarət sənəd ______________200 -cı il tarixində ______________________nömrəsi ilə qəbul edildi.

        İmza_______________________                                                                                  Tarix___________________________

Sosial yardımın alınması üçün müraciət edilməsi,

onun  təyin olunması, verilməsi və verilməsindən                     imtina edilməsi Qaydaları” na və “Ailənin orta

                         aylıq gəlirinin hesablanması Qaydası”na

                                                                                                                                                     2 nömrəli ƏLAVƏ

 

Ərizə verən tərəfindən doldurulur

 

___________________________________________________________________________________Əhalinin Sosial Müdafiəsi Mərkəzinə

 

Ailənin gəlir və əmlak haqqında bəyannamə

 

I. Ümumi məlumatlar

_____________________________________________________________________________________________

(ailə adından ərizə verən şəxsin adı, soyadı və atasının adı)

 

Ünvan______________________________________________________________________________________________________________

(Poçt indeksi, şəhər (rayon), rayon, qəsəbə (kənd), küçə, ev, mənzil)

 

Ailə üzvləri:

 

Sıra

№-si

Adı, soyadı, atasının adı

Ərizə verən şəxslər qohumluq dərəcəsi

İdentifikasiya kodu (ƏSMM tərifindən doldurulur)

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ərizə verənin imzası_____________                                                                                        Tarix________________

 

 

 

 

 

 

2. Ailənin mülkiyyətində və ya istifadəsində olan əmlak barədə məlumat (Ərizə verildiyi vaxta müvafiq)

 

                2.1. Yaşayış sahəsi, ev (mənzil)

 

Mənsub olduğu şəxsin soyadı, adı, atasının adı

İstifadə məqsədi

Sahəsi

Tikildiyi il və vəziyyəti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                2.2. Torpaq sahəsi

 

Mənsub olduğu şəxsin soyadı, adı, atasının adı

Növü:

Həyətyanı, pay, icarə

Sahəsi

Kadastr nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ərizə verənin imzası_____________                                                        Tarix________________

 

 

2.3. Nəqliyyat vasitələri

 

Mənsub olduğu şəxsin soyadı, adı, atasının adı

Markası

İstifadə məqsədi

Buraxılış

ili

Alınma tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3. Heyvandarlıqdan gəlirlər

 

Növü

Sayı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ərizə verənin imzası_____________                                                        Tarix________________

 

 

4.       Ailənin son 6 (altı) ayda alğı-satqı etməsi barədə məlumat

 

Əmlakın və ya xidmətin adı (növü)

Əmlakın və ya xidməti göstəriciləri və istifadə məqsədlər

Əmlakın və ya xidmətin dəyəri

Əmlakın və ya xidmətin alındığı vaxt

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5.       Digər gəlirlər barədə məlumat (fərdi əmək, əmanət daxil olmaqla)

 

Növü (natura və ya pul)

 

Məbləği

Mənbəyi

Tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ərizə verənin imzası_____________                                                        Tarix________________


                                                                                                                                                                                        “Sosial yardımın alınması üçün müraciət edilməsi,

                                                                                                                                                                                          onun təyin olunması verilməsi və verilməsindən

                                                                                                                                                       imtina edilməsi Qaydalari”na

                                                                                                                                                                     (3 nömrəli ƏLAVƏ)

               

 

Sənədləri qəbul edən şəxs tərəfindən doldurulur

 

1.      Ailə üzvlərinin gəlirləri (______________200 ___ ci il tarixdən ______________ 200 ___ ci il tarixədək)

 

 

 

Adı, soyadı, atasının adı

 

 

 

İş yerindən gəlirlər

Cəmi

əməkhaqqı

əvəzçilik üzrə əməkhaqqı

Müvəqqəti ictimai işlərə görə əməkhaqqı

İşçisinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

Sənədlərin qəbul edən şəxsin imzası________________                                                                     Tarix_______________

 

 

 

 

 

 

 

 

Adı, soyadı, atasının adı

 

İş yerindən gəlirlər

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə zərərə görə verilən ödənclər

Qanunvericiliklə müəyyən edilmiş digər növ gəlirlər

Pensiyalar

Cəmi

digər pul təminatlar

natura formasında ödənilən əməkhaqqı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

Sənədləri qəbul edən şəxsin imzası_______________________                                                                     Tarix________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

Adı, soyadı, atasının adı

müavinətlər

ömürlük müavinət

əmək qabiliyyətinin

müvəqqəti

itirilməsinə

görə müavinət

işsizliyə görə müavinət

hamilə və doğuşa görə müavinət

uşaq üç yaşa çatanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət dövründə verilən müavinət

məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət

digər sosial müavinətlər, o cümlədən məcburi köçkün və məskunlaşmamış qaçqınlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin ləğvinə görə ödənilən müavinətlər

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sənədləri qəbul edən şəxsin imzası________________________                                                                               Tarix___________________

 

 

 

 

 

 

 

 

 

Adı, soyadı, atasının adı

 

 

 

 

 

 

 

Təqaüdlər

fərdi təqaüdlər

Azərbaycan Milli Qəhrəman adı verilmiş şəxslərə ödənilən təqaüd

20 Yanvar şəhidinin ailəsi üçün ödənilən təqaüd

fəxri adlara görə aylıq təqaüd

işsizlərə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə verilən təqaüd

istehsalatdan ayrılmaqla, oxumağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə hesabına ödənilən təqaüd

tələbələr verilən təqaüd

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

      Sənədləri qəbul edən şəxsin imzası________________________                                                                         Tarix___________________

 

Adı, soyadı, atasının adı

Aliment

Sahibkarlıq fəaliyyəti

Ailə təsərrüfatında məşğul olanların gəliri

Mülki - hüquqi müqavilə əsasında qazanılmış gəliri

Qonorarlar

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

      Sənədləri qəbul edən şəxsin imzası________________________                                                                         Tarix___________________

 

 

 

 

 

 

 

 

 

2.      Ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı haqqında

 

Sıra

№- si

Torpaq sahəsi

Keyfiyyət qrupu

(4 kadastr qrupu üzrə)

Cəmi

I

II

III

IV

 

sahə

nominal qiymət

sahə

nominal qiymət

 

sahə

 

nominal qiymət

sahə

nominal qiymət

 

1. Torpaq payı

 

 

 

 

 

 

 

 

 

 

2. İcarəyə götürülmüş

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

3.      Ailənin mülkiyyətində və yə istifadəsində olan həyətyanı sahələr haqqında məlumat

 

 

Sıra

№- si

Torpaq sahəsi

sahə

Normadan artıq

Kadastr nömrəsi

Nominal dəyəri

1.

Həyətyanı torpaq sahəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sənədləri qəbul edən şəxsin imzası________________________                                                                               Tarix___________________

 

 

 

 

 

4.      Heyvandarlıqdan əldə olunan gəlir (Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumat əsasən)

 

Sıra

№-si

Ev heyvanları

Sayı

Gəlir

Xərc

Qeyd

1.

Qaramal

 

 

 

 

 

inək

 

 

 

 

 

Camış

 

 

 

 

2.

Davar

 

 

 

 

 

Qoyun

 

 

 

 

 

Keçi

 

 

 

 

3.

Donuz

 

 

 

 

4.

Arı ailələri

 

 

 

 

5.

Baramaçılıq

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

5.      Ailəyə daxil olan xarici valyutanın dəyəri

 

Sıra

№-si

Valyutanın növü

Məzənnə

Manatla dəyəri

1.

 

 

 

2.

 

 

 

 

 

 

Sənədləri qəbul edən şəxsin imzası________________________                                                                               Tarix___________________


                    “Sosial yardımın alınması üçün müraciət edilməsi ,

              onun təyin olunması, verilməsi və verilməsindən imtina

              edilməsi Qaydaları”na             

                                  4 nömrəli ƏLAVƏ

 

Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə

AKT

 

  1. Ailəni təmsil edən şəxs barədə məlumat

 

Soyadı, adı, atasının adı_______________________________________________________

Yaşadığı ünvan_______________________________________________________________

ƏSMM-ə müraciət tarixi________________________ Bildiriş nömrəsi_______________

 

  1. Ailə üzvləri haqqında məlumat

Adı, soyadı, atasının adı

Ailənin təmsil edən şəxsin qohumluq dərəcəsi

Yaşayış yeri

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Ailə üzvlərindən təhsil alanlar barəsində məlumat

 

Adı, soyadı, atasının adı

Təhsil aldığı müəssisəsinin adı

Təhsilin növü, təqaüd alıb - almaması barədə məlumat

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Ailənin mülkiyyətində və ya istifadəsində olan əmlak məlumat

 

4.1.  Yaşayış sahəsi, ev (mənzil)

Soyadı, adı, atasının adı

İstifadə məqsədi

Sahəsi

Tikildiyi il

İstifadədə olan əmlakdan əlavə gəlir götürmək imkanı (var, yox)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4.2.  Torpaq sahəsi

 

Soyadı, adı, atasının adı

Sahəsi

İstifadə məqsədi

Növü: həyətyanı, pay

Kateqoriyası

İstifadədə olan əmlakdan əlavə gəlir götürmək imkanı (var, yox)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4.3.  Nəqliyyat vasitəsi

 

Soyadı, adı, atasının adı

Texniki göstəriciləri

İstifadə məqsədi

Buraxılış ili

İstifadədə olan əmlakdan əlavə gəlir götürmək imkanı (var, yox)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Digər gəlir mənbələri barədə məlumat

 

1. Heyvandarlıq

Sayı

Qeyd

     Qaramal

 

 

     Davar

 

 

     Arı ailələri

 

 

     Baramaçılıq

 

 

     Digər

 

 

 

2. Fərdi əmək

     Növü

İstehsal göstəriciləri

Gəlir

 

 

 

 

 

 

 

 

 

Qeyd: Əmək müqaviləsi olmadan işləyir

 

 

  1. Ailənin son 6 (altı) ayda orta aylıq gəlirlərinin 3 (üç) misli miqdarında alğı-satqı etməsi barədə məlumat

 

Əmlakın və ya xidmətin adı (növü)

Əmlakın və ya xidmətin göstəriciləri və istifadə məqsədləri

Əmlakın və ya xidmətin dəyəri

Alınma vaxtı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Əlavə məlumat

_________________________________________________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

_________________________________________________________________________

 

Komissiyanın üzvü                                                              ________________________

Ailəni təmsil edən şəxs                                                       ________________________

Digər iştirakçılar:                                                              1. ________________________

                                                                                              2. ________________________

                                                                                              3. ________________________