“Azərbaycan Respublikasının Hirkan, Şirvan, Ağgöl, Altıağac, Abşeron milli parklarının ərazilərinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli, 3 avqust tarixli 106 nömrəli və 23 noyabr tarixli 147 nömrəli, 2005-ci il 27 aprel tarixli 227 nömrəli fərmanları ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hirkan, Şirvan, Ağgöl, Altıağac, Abşeron milli parkları haqqında əsasnamələrin 3.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Hirkan, Şirvan, Ağgöl, Altıağac, Abşeron milli parklarının ərazilərinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan SSR dövlət yasaqlıqlarının və ov təsərrüfatları şəbəkəsinin qaydaya salınması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 2 noyabr tarixli 995 nömrəli qərarının 2-ci bəndində “30 min” sözləri “4930” rəqəmi ilə, “Şirvan dövlət qoruğunun yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 30 aprel tarixli 182 nömrəli qərarının 1-ci bəndində “17745” rəqəmi “4657” rəqəmi ilə əvəz edilsin.

3. “Azərbaycan SSR yeni dövlət yasaqlıqlarının yaradılması və mövcud olanların fəaliyyətlərinin vaxtının uzadılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 26 fevral tarixli 130 nömrəli qərarının 3-cü bəndinin v) yarımbəndi, “Torpaq sahələrinin ayrılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il 2 mart tarixli 76 nömrəli qərarının əlavəsinin 7-ci bəndinin a) yarımbəndi və “Torpaq sahələrinin ayrılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 31 dekabr tarixli 489 nömrəli qərarının əlavəsinin Ağgöl dövlət qoruğunun genişləndirilməsinə dair hissəsi, “Altıağac dövlət qoruğunun yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 22 mart tarixli 117 nömrəli qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 18 iyul tarixli 272 nömrəli sərəncamının 1-ci bəndinin d) yarımbəndinin birinci abzası və 4-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 15 mart 2006-cı il

                       № 81

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

                                                                                                                  2006-cı il 15 mart tarixli 81 nömrəli qərarı ilə

                                                                                  TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Hirkan, Şirvan, Ağgöl, Altıağac, Abşeron milli parklarının ərazilərinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə

 

B Ö L G Ü S Ü

 

1. Azərbaycan Respublikasının Hirkan Milli Parkı:

xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 11303,25 hektar;

turizm və rekreasiya zonası - 2887 hektar;[1]

turizm və başqalarına xidmət göstərilən zona - 4817,35 hektar;

milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası - 2427,40 hektar.

2. Azərbaycan Respublikasının Şirvan Milli Parkı:

xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 35320,76 hektar;

turizm və rekreasiya zonası - 14231,66 hektar;[2]

milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası - 4821,08 hektar.

3. Azərbaycan Respublikasının Ağgöl Milli Parkı:

xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 12797,03 hektar;

təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona - 864,86 hektar;

turizm və rekreasiya zonası - 3308,86 hektar;

turizm və başqalarına xidmət göstərilən zona - 822 hektar;

milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası - 131,25 hektar.[3]

4. Azərbaycan Respublikasının Altıağac Milli Parkı:

xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 4438 hektar;

turizm və rekreasiya zonası - 6597 hektar.[4]

5. Azərbaycan Respublikasının Abşeron Milli Parkı:

xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 381,0 hektar;

turizm və rekreasiya zonası - 402,0 hektar.[5]

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 1-ci bəndinin üçüncü abzasında «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.

 

[2] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 2-ci bəndinin üçüncü abzasında «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.

 

[3] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 3-cü bəndinin dördüncü abzasında  «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.

 

 

[4] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 4-cü bəndinin üçüncü abzasında «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.

 

[5] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 5-ci bəndinin üçüncü abzasında «istirahət (rekreasiya)» sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir.