Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı, 1.17-ci, 1.25-ci, 1.26-cı və 1.27-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları", "İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları", "Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları", "Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları" və "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq normativ hüquqi aktların təsdiqedilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 120 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci il 31 may tarixli 97 nömrəli qərarının 1-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə" 2004-cü il 10 mart tarixli 27 nömrəli qərarının 5-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə" 2005-ci il 7 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı"nın 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006-cı il 22 may tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına edilən əlavələr və dəyişikliklər "in 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 22 yanvar 2007-ci il

10

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi

 

QAYDALARI

 

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılmasını, qeydiyyata alınmasını və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsini tənzimləyir.

2. Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq standartlara cavab verməyən, habelə bu Qaydalara uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalına, idxalına, ixracına, saxlanmasına, satışına və tətbiqinə yol verilmir.

3. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı və qeydiyyatı onların bioloji, gigiyena-toksikoloji və ekoloji cəhətdən qiymətləndirilməsi və istifadə reqlamentlərinin işlənib hazırlanması məqsədilə aparılır.

4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra - ərizəçi) Azərbaycan Respublikasında və xarici ölkələrdə istehsal edilmiş və dövlət qeydiyyatına alınmamış pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra Agentlik) rəsmi müraciət etməlidirlər.[1]

5. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi orqanları tərəfindən uçota alınması haqqında" şəhadətnamənin surəti;

pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr (bundan sonra - preparat) barədə məlumat:

preparatın adı və kimyəvi forması;

istehsalçının adı; təsiredici maddənin adı;

preparatın satış adı;

preparatda təsiredici maddənin təyin olunma metodikası;

preparatın toksikoloji və gigiyenik cəhətdən qiymətləndirilməsinə dair materiallar və ondan istifadə olunma reqlamenti;

preparatın təyinatı və bioloji qiymətləndirilməsi barədə məlumat.

6. Ərizəçi preparatın sınaq təcrübəsi üçün Agentliyin müəyyən etdiyi miqdarı kiçik qablarda təqdim etməlidir. [2]

7. Dövlət sınağına təqdim olunmuş preparat aşağıdakı tələblərə cavab verməlidir:

məqsədli təyinatı üzrə yüksək bioloji təsirə malik olmalı;

müəyyən olunmuş reqlamentlərə əməl olunması şərti ilə insanların sağlamlığına təhlükə yaratmamalı, ətraf mühitin, flora və faunanın təhlükəsizliyini təmin etməli;

dövlət standartlarının tələblərinə və sanitariya-gigiyena normalarına uyğun olmalıdır.

8. Ərizəçinin müraciəti və bu Qaydaların 5-ci bəndində nəzərdə tutulmuş sənədlər Agentlik xüsusi kitabda qeydə alınmaqla qəbul edilir.

9. Preparatın dövlət sınağını və qeydiyyatını təşkil etmək məqsədilə Agentlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti təşkilatların iştirakı ilə Ekspert Şurası yaradır. [3]

10. Ekspert Şurası tərəfindən 15 gün müddətində ərizəçinin təqdim etdiyi sənədlər təhlil edilir, çatışmazlıqlar və imtina üçün əsas olmadıqda, ərizəçiyə preparatın dövlət sınağına qəbul edilməsi barədə məlumat verilir.

11. Bu Qaydalarda göstərilən əsaslarla preparatın dövlət sınağının aparılmasından imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

12. Preparatın dövlət sınağının aparılmasından aşağıdakı hallarda imtina edilir:

bu Qaydaların 5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə;

ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda.

13. Ekspert Şurası preparatın dövlət sınağının bu Qaydalara uyğun aparılması üçün müvafiq elmi tədqiqat müəssisəsini müəyyənləşdirir.

14. Preparatın dövlət sınağı üç mərhələdə aparılır:

ekspertiza - preparatın laboratoriya şəraitində analizi və tətbiq reqlamentlərinin hazırlanması; [4]

tarla sınağı - preparatın istifadədə olan preparatlara nisbətən bioloji səmərəliliyinin müəyyən edilməsi və tətbiq reqlamentinin işlənib hazırlanması;

istehsalat sınağı - respublikanın müxtəlif təbii iqlim zonalarında preparatın bioloji, təsərrüfat və iqtisadi səmərəliliyinin təsdiqlənməsi, sanitariya-gigiyena və ekoloji normativlərinin dəqiqləşdirilməsi, qalıq miqdarının və təhlükəli xüsusiyyətlərinin (metobolitlərinin) müəyyən edilməsi metodikasının işlənib hazırlanması və təkmilləşdirilməsi.

Preparatın ekspertizası, tarla və istehsalat sınaqları müvafiq normativ sənədlər və Agentliyin təlimatı əsasında aparılır.

15. Preparatın dövlət sınağının aparılması və qeydiyyata alınmasının ümumi müddəti iki ildən artıq olmamalıdır.

16. Toksikoloji xüsusiyyətindən, tətbiq olunduğu bitkinin növündən və tətbiq üsullarından asılı olaraq, preparatın sınaq müddəti müvafiq qaydada Ekspert Şurası tərəfindən təyin edilir.

17. Preparatın dövlət sınağında iştirak edən elmi tədqiqat müəssisəsi Ekspert Şurasına preparatın sınağının nəticələri haqqında tam hesabat təqdim etməlidir.

18. Ekspert Şurasının rəyi əsasında Agentlik bu Qaydalara uyğun preparatın dövlət sınağından keçməsi barədə müvafiq qərar qəbul edir. Qəbul olunmuş qərarın surəti preparatın dövlət sınağının aparılmasının nəticələri haqqında elmi tədqiqat müəssisəsinin hesabatı ilə birlikdə preparatın qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra-Dövlət Xidməti) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilir. [5]

Bu barədə ərizəçiyə rəsmi məlumat verilir.

19. Ərizəçi Agentliyin qərarı ilə razılaşmadığı halda, qərardan inzibati və məhkəmə qaydasında şikayət edə bilər.[6]

20. Bu Qaydalara uyğun dövlət sınağından keçmiş preparat qanunvericiliklə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır.

21. Bu Qaydalara uyğun dövlət sınağından keçmiş və müəyyən olunmuş qaydada sertifikatlaşdırılmış preparatın qeydiyyatı və Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Agentlik tərəfindən həyata keçirilir.[7]

22. Preparatın qeydiyyatının məcburi şərti onun mənşəyi və keyfiyyəti barədə sertifikatın, təhlükəsiz tətbiqi, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində həmin preparatın qalıq miqdarının müəyyən edilməsi metodikası üzrə təlimatların olmasıdır.

23. Agentlik Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatların siyahısını hər yarımillikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat üçün təqdim etməlidir. [8]

24. Preparatın qeydiyyatı haqqında ərizəçiyə Agentlik tərəfindən müvafiq şəhadətnamə verilir. [9]

Şəhadətnamənin nümunəvi forması Agentlik tərəfindən təsdiq edilir.

25. Preparatın qeydiyyat müddəti beş ildir və bu müddət başa çatdıqdan sonra preparat müəyyən olunmuş qaydada yenidən qeydiyyatdan keçirilməlidir

26. Preparatın təhlükəsizliyi barədə yeni məlumatlar daxil olduğu hallarda Agentlik onun tətbiqini tamamilə və ya müvəqqəti dövr üçün qadağan edir. [10]

27. Preparatın dövlət sınağı, qeydiyyatı və ekspertizası ərizəçinin vəsaiti hesabına aparılır.

Ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi

 

QAYDALARI

 

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsini və ya məhv edilməsini tənzimləyir.

2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin, bioloji preparatların istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra - sahibkar) istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablan haqqında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra Agentlik) məlumat verməlidirlər. [11]

3. Agentlik istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti təşkilatların iştirakı ilə inventarlaşdırma komissiyası yaradır. [12]

4. İnventarlaşdırma komissiyası sahibkarın iştirakı ilə istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu, toksikoloji təsirini, ətraf mühitin çirklənməsi və saxlanılma vəziyyətini öyrənərək 1 ay müddətində Agentliyə rəy təqdim edir. [13]

5. İnventarlaşdırma komissiyasının rəyi əsasında istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə Agentlik tərəfindən qərar qəbul edilir. Qərarda kimyəvi maddələrin adı, miqdarı, həmin maddələrin istehsal olunduğu vaxt, qeydiyyat nömrəsi, həmçinin basdırılacağı və yaxud zərərsizləşdiriləcəyi yer, cavabdeh şəxsin adı göstərilməlidir.

6. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi inventarlaşdırma komissiyasının daimi nəzarəti altında həyata keçirilir.

7. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının geri alınmasına, zərərsizləşdirilməsinə, məhv edilməsinə çəkilən xərclər sahibkarın vəsaiti hesabına aparılır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının zərərsizləşdirilməsinə və məhv edilməsinə könüllü ödənişlərdən və donor təşkilatların texniki-maliyyə yardımından istifadə edilə bilər.

8. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin, qablarının toplanması, saxlanması, hazırlanıb müəyyən olunmuş yerə göndərilməsi zamanı texniki təhlükəsizliyə əməl olunmaqla xüsusi geyim və vasitələrdən istifadə edilməlidir.

9. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidləri, bioloji preparatları, onların birləşmələrini və qablarını zərərsizləşdirmək, məhv etmək məqsədilə bir yerdən başqa yerə daşıyarkən onlar zədələnməmiş, bütöv qablarda olmalıdır. Əks halda kimyəvi maddə başqa qablara doldurulur, ağzı bağlanılır və qabların üzərinə preparatın adı, çəkisi və buraxılış tarixi yazılır.

10. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qabları xüsusi hazırlanmış anbarlarda (qəbiristanlıqlarda) dəmir-beton konteynerlərdə basdırılmalıdır.

11. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş maye pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qabları həmin preparatları istehsal edən şirkətə, zavoda və ya müəssisəyə göndərilir və orada müəyyən olunmuş qaydada məhv edilir. Sözügedən zəhərli maddələrin geri qaytarılması mümkün olmadığı halda bu işə qanunvericiliklə müəyyən olunmuş qaydada toksikoloji maddələrin utilizasiyası ilə məşğul olan firmaları cəlb etməklə və ya onlar tərəfindən hazırlanmış zərərsizləşdirmə metodlarından istifadə etməklə nail olunur.

12. Mövcud qanunvericiliyə uyğun pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının təhlükəliliyi barədə yeni, əvvəllər aşkar olunmayan məlumatlar daxil olduğu halda müvafiq qaydada onların istifadəsinə qadağa qoyulur. və keyfiyyəti yoxlanılmadan Agentlik tərəfindən zərərsizləşdirilir və ya məhv edilir.

13. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının basdırılmasının və ya məhv edilməsinin qeydiyyatı Agentlik tərəfindən aparılır.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi

 

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısını və tətbiqini müəyyən edir.

1.2. Fiziki şəxslər və mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslər (bundan sonra - sahibkar) yüksək toksiki-ekoloji təhlükəli preparatların ətraf mühit və insan sağlamlığı üçün ziyanlı olduğunu nəzərə alaraq, onların tətbiqi zamanı bu Qaydalara riayət etməlidirlər.

 

II. YÜKSƏK TOKSİKİ-EKOLOJİ TƏHLÜKƏLİ PREPARATLARIN SİYAHISI

 

1.               Tiodan 35%

2.    Fosforin M 36%

3.    Bazudin 60%

4.    Dursban 40,8%

5.    Fosfamid 40%

6.    Zolon 30%

7.    Akreks 50%

8.    Nurell D 20%

9.    Sumi-alfa 5%

10. Arrivo 25%

11. DNOK 40%

12. Sink fosfid 21 - 80%

13. Nematosid qarışığı 50%

14. Dropp-ultra

15. Zookumarin 0,5%

16. Ratindan 0,5%

17. Metaldehid 5%

18. Karate 5%

19. Desis 2,5%

20. Danitol 10%

21. Sumisidin 20%

22. Maqtoksin 66%

23. Fostoksin 57%

 

 

III. YÜKSƏK TOKSİKİ-EKOLOJİ TƏHLÜKƏLİ PREPARATLARIN TƏTBİQİ

 

3.1. Bu Qaydaların II bölməsində sadalanan yüksək toksiki-ekoloji təhlükəli preparatların və onların analoqlarının tətbiqi yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin (bundan sonra regional bölmələr) müvafiq rəyi və nəzarəti altında aparılır. [14]

3.2. Sahibkar yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üçün regional bölmələrə müraciət etməlidir. [15]

Bu müraciətə əsasən regional bölmələr tərəfindən yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üzrə cavabdeh şəxs müəyyən edilir. Bu şəxs sahibkarın yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiq reqlamentinə, sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik qaydalarına riayət etməsinə ciddi nəzarət edir. Preparatın məsrəf normasına, işləmələrin sayma və gözləmə müddətinə (sonuncu işləmə ilə məhsul yığımı arasındakı vaxt) xüsusi diqqət yetirilir. Preparatın tətbiqi ilə bağlı bütün işlər regional bölmələr xüsusi kitabda qeyd edilir.

3.3. Yüksək toksiki-ekoloji təhlükəli preparatlarla iş müddəti dörd saatdan artıq olmamaqla, işləməyə sağlamlığı barədə tibbi arayışı olan, təhlükəsizlik texnikası üzrə təlim keçmiş şəxslər buraxılırlar.

3.4. Yüksək toksiki-ekoloji təhlükəli preparatların daşınması, yüklənməsi və tətbiqi zamanı qanunvericilikdə nəzərdə tutulmuş xüsusi kateqoriyalı şəxslərin əməyindən istifadə edilməsinə icazə verilmir.

3.5. Yüksək toksiki-ekoloji təhlükəli preparatlarla əlaqəli olan bütün işlər səhər və axşam saatlarında, havanın nisbətən sərin və az küləkli vaxtlarında aparılmalıdır. Zərərverici, xəstəlik və alaq otlarına qarşı işlədilən bu preparatlar məhlul, emulsiya və suspenziya halında olmaqla, çiləmə və tozlama üsulu ilə istifadə olunur, qranula və kapsul halında torpağa verilir, toxum materialı dərmanlanır, aldadıcı yem və aerozol (fumiqasiya) halında tətbiq edilir.

Çiləmə zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti 3-4 m/saniyədən çox olduqda, yağışın yağması ehtimalı olduqda və ya yağışlı hava şəraitində çiləmə işlərinin aparılmasına yol verilmir.

Vegetasiya müddətində mühafizə edilməsi üçün çoxsaylı işləmələr tələb olunan bitkilər yaşayış məntəqələrindən ən azı bir kilometr məsafədə küləyin istiqaməti nəzərə alınmaqla əkilməlidir.

3.6. Əkin sahələrində yüksək toksiki-ekoloji təhlükəli preparatlarla bitki mühafizəsi tədbirləri regional bölmələr tərəfindən aparılmış müşahidələrdən sonra yerinə yetirilməlidir. Sahibkar bitki mühafizəsi tədbirlərinin aparılmasına başlamazdan əvvəl həmin ərazidə yaşayan əhaliyə məlumat verməli və sonra bu tədbirləri aparmalıdır və zəhərli maddələr tətbiq edilən sahənin sərhədi boyu xüsusi işarə qoymalıdır.

3.7. Bitki mühafizəsi tədbirləri xüsusi qurğu və maşınlarla aparılmalı, onların kip bağlanmasına nəzarət olunmalıdır.

3.8. Bitkilərin çiçəklənmə dövründə və qida üçün istifadə olunan səbzə-tərəvəz bitkilərində kimyəvi preparatlarla işləmələr aparılmasına icazə verilmir.

3.9. Yüksək toksiki-ekoloji təhlükəli preparatların işçi məhlulları asfalt və ya betonla örtülmüş meydançalarda yerləşən, işçi məhlulun hazırlanması və maşına doldurulması üçün lazım olan bütün ləvazimatla təchiz olunmuş doldurucu məntəqələrdə hazırlanmalıdır. Doldurma məntəqələri yaşayış binalarından, tövlələrdən, su təchizatı mənbələrindən, qida üçün istifadə olunan səbzə-tərəvəz bitkiləri əkilən və yem saxlanılan yerlərdən azı 200 metr uzaqda yerləşməlidir. Çiləmə üçün işçi məhlullar bu məqsədlə nəzərdə tutulmuş xüsusi qurğularda mexaniki qarışdırıcıların köməyi ilə qarışdırılaraq hazırlanmalıdır. [16]

3.10. Yüksək toksiki-ekoloji təhlükəli preparatların tənəffüs yolları, dəri və selikli qişa vasitəsilə insan orqanizminə daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirlərinə cəlb edilən şəxslər sahibkar tərəfindən pulsuz olaraq fərdi mühafizə vasitələri ilə (xüsusi geyim, ayaqqabı, respirator, əleyhqaz, qoruyucu eynək, texniki əlcək və s.) təmin edilməlidir.

3.11. Bitki mühafizəsi tədbirləri qurtardıqdan sonra maşın və avadanlıqlar yüksək toksiki-ekoloji təhlükəli preparatların qalığından mexaniki üsulla təmizlənməlidir.

3.12. Toxumların dərmanlanmasında istifadə olunan preparatlar yüksək toksiki xassəyə malik olduğundan, əlaqəli işlərdə ümumi qaydalarla yanaşı ,bir sıra əlavə ehtiyat tədbirləri də yerinə yetirilməlidir. Toxumların dərmanlanması üçün istifadə olunan maşınlar hermetik olmalı və toz buraxmamalıdır. Dərmanlanmış toxumlar üzərinə "dərmanlanmışdır, zəhərlidir" sözləri yazılmalı, ağzıbağlı, möhkəm kisələrdə, xüsusi yerlərdə saxlanılmalıdır. Səpin zamanı səpin aqreqatının ağzı kip bağlanmalı, onu idarə edən şəxs isə fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Artıq qalmış dərmanlanmış toxum anbara qaytarılmalıdır. Səpindən sonra dərmanlanmış toxum saxlanılan yer, səpində istifadə edilən aqreqatlar təmizlənməli və zərərsizləşdirilməlidir.

3.13. Gəmiricilərə qarşı yüksək toksiki-ekoloji təhlükəli preparatlardan hazırlanmış aldadıcı yemlər sorucu şkafla təmin edilmiş xüsusi yerlərdə və ya yaşayış məntəqələrindən, heyvandarlıq tikililərindən 200 metr aralıda yerləşən xüsusi meydançalarda hazırlanmalıdır.

3.14. Aldadıcı yemlər hazırlandığı gün tətbiq edilməli və artıq qalan yüksək toksiki-ekoloji təhlükəli preparatlar anbarda saxlanmalıdır. Tətbiq üçün yararsız olan aldadıcı yemlər əvvəlcədən hazırlanmış quyu və çalalarda yandırılmalıdır. İş qurtardıqdan sonra inventar və qablar təmiz yuyulmalıdır. Meyvə bağlarına, bostanlara və digər əkin sahələrinə payızın sonunda səpilmiş aldadıcı yemlərin gəmiricilər tərəfindən toxunulmamış qalıqları yaz tarla işlərindən əvvəl regional bölmələrin nəzarəti altında sahibkar tərəfindən yığılmalı və məhv edilməlidir.

3.15. Təkrarən istifadə edilməyən qablar və kağızlar regional bölmələrin nəzarəti altında yığılmalıdır və qanunvericiliklə müəyyən olunmuş yerlərdə basdırılmalıdır. Aldadıcı yem hazırlanan sahə 25 santimetr dərinliyində şumlanmalı və sönmüş əhəng tökülməlidir.

3.16. Zəhərlənmənin baş verməməsi üçün yaşayış məntəqələrindən, mal-qara otarılan sahələrdən və fermaların ətrafından 500 metr məsafədə, bağlardan və meşə zolaqlarından 300 metr məsafədə aldadıcı yemlərin açıq sahəyə səpilməsi qadağandır.

3.17. Yüksək toksiki-ekoloji təhlükəli preparatlar tətbiq edilən sahənin ətrafında 20 gün müddətində mal-qaranın otarılmasına yol verilmir.

3.18. Agentlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə razılaşdırılmış qrafikə uyğun olaraq yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqinin reqlamentinə, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə riayət edilməsini, habelə ətraf mühitə və insan sağlamlığına təsirini yoxlayır. [17]

Yoxlamaların nəticələri müvafiq protokolla rəsmiləşdirilir. Protokolda dövlət nəzarəti orqanlarının əməkdaşlarının soyadı, adı, atasının adı göstərilir və bu barədə nəzarət kitabçasında qeyd aparılır. Protokolun bir nüsxəsi sahibkara təqdim edilir. Protokolu imzalayarkən, sahibkarın öz rəyini əlavə etmək hüququ vardır. Protokolda aşağıdakı məlumatlar qeyd edilir:

sahibkar haqqında məlumatlar ( soyadı, adı, atasının adı, ünvanı);

nəzarətin aparılmasının səbəbləri və müddəti;

yoxlamanın nəticələri.

Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün mövcud qanunvericiliyə uyğun tədbirlər görülür.

Sahibkar yoxlamanın nəticələri ilə razılaşmadığı halda, müəyyən olunmuş qaydada inzibati və məhkəmə qaydasında şikayət edə bilər. [18]

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi

 

QAYDALARI

 

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqini tənzimləyir.

2. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqinə aşağıdakı hallarda yol verilir: [19]

2.1. elmi tədqiqat işlərində istifadə olunduqda və satış hüququ olmadan sərgilərdə nümayiş etdirildikdə;

2.2. bitki mühafizə vasitələri ilə işlənmiş toxum və əkin materialları gətirildikdə, idxal və ixrac edildikdə;

2.3. fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması məqsədilə onların istehsalçı ölkədə qeydiyyatını və istifadəsini təsdiq edən sənədlər olduqda, idxalına və tətbiqinə dair qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qərar verildikdə.

3. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra Agentlik) nəzarəti altında həyata keçirilir. [20]

4. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra - ərizəçi) bu Qaydaların 2.1-ci və 2.2-ci yarımbəndlərində göstərilən hallarda Agentliyə müraciət etməlidirlər. [21]

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün-hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı; fiziki şəxslər üçün-soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

dövlət qeydiyyatına alınmamış pestisidləri və bioloji preparatları barədə məlumat:

idxalı nəzərdə tutulan preparatın növü;

preparatın miqdarı;

gətirildiyi ölkənin, firmanın adı;

saxlandığı yer və tətbiq sahəsi;

uyğunluq sertifikatı.

5. Ərizəçinin müraciəti və bu Qaydaların 4-cü bəndində nəzərdə tutulmuş sənədlər Agentlik tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən başlayaraq 5 gün müddətində baxılır. İmtina üçün əsas olmadıqda, dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqinə icazə verilir. Bu barədə ərizəçiyə rəsmi məlumat verilir.

6. Bu Qaydalarda göstərilən əsaslarla dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqindən imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 3 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

7. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqindən aşağıdakı hallarda imtina edilir:

bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda.

8. Agentlik tərəfindən dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı barədə hər yarımillikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat təqdim edilir. [22]

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması

 

QAYDALARI

 

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.27-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınmasını və saxlanmasını tənzimləyir.

2. Zəhərli kimyəvi maddələr müvafiq standartlara və texniki şərtlərə uyğun olaraq qablaşdırılmalı, markalanmalı və müşayiətedici sənədlərdə və istifadə təminatlarında Azərbaycan dilində və zəruri hallarda başqa dillərdə hazırlanma tarixi, saxlanma müddəti, şəraiti barədə və digər məlumatlar göstərilməlidir.

3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada zəhərli kimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər ( bundan sonra-sahibkar) zəhərli kimyəvi maddələrin daşınmasında iştirak edərkən xüsusi fərdi geyim və digər vasitələrdən istifadə etməlidirlər,

4. Zəhərli kimyəvi maddələr avtomobillə daşındıqda adamlar maşının kabinəsində oturmalıdırlar. Zəhərli kimyəvi maddələrin daşınması üçün asan təmizlənə və zərərsizləşdirilə bilən xüsusi nəqliyyat vasitələri ayrılmalıdır .Avtomobilin bortu müvafiq boya ilə rənglənməli və ona "zəhərli maddə" sözləri yazılmalı, hər tərəfinə qırmızı kiçik bayraq bərkidilməlidir. Nəqliyyat vasitəsilə ancaq zavodda qablaşdırılmış, yaxşı bağlanan və bütövlüyü pozulmamış taralara yığılmış preparatlar daşınmalıdır.

5. Zəhərli kimyəvi maddələr daşınan və ya daşındıqdan sonra təmizlənməyən və zərərsizləşdirilməyən nəqliyyatda insanların, ərzaq və yem məhsullarının daşınması qadağan olunur.

6. Zəhərli kimyəvi maddələrin yüklənməsi və boşaldılması işləri ehtiyatla yerinə yetirilməli, taraların zədələnməsinə, zəhərli kimyəvi maddələrin dağıdılmasına yol verilməməlidir.

7. Zəhərli kimyəvi maddə torpağa və ya maşına dağılarsa, dərhal Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə sahibkar tərəfindən müraciət olunmalı və bu maddələr xüsusi üsullarla zərərsizləşdirilməlidir. [23]

8. Alovlana bilən zəhərli kimyəvi maddələr yanğınsöndürən cihazla təmin edilmiş üstü dəmirlə örtülü maşında daşınmalıdır.

9. Sahibkar zəhərli kimyəvi maddələri bu məqsəd üçün tikilən texniki təhlükəsizliyə və sanitariya-gigiyena tələblərinə uyğun olan xüsusi anbarlarda saxlamalıdır. Anbarlar yanğınsöndürənlərlə, su, qum və digər inventarlarla təmin olunmalıdır və məcburi havadəyişən qurğular quraşdırılmalıdır.

Anbarlar adətən dəmiryola yaxın, açıq, hasarlanmış yerlərdə yerləşir və bu yerlər xüsusi quruluşa malik olaraq, torpağın, yeraltı suların və havanın çirklənməsinə imkan yaratmamalıdır.

10. Zəhərli kimyəvi maddələrin yığılması və boşaldılması işləri mexanikləşdirilməlidir. İstifadə edilən vəsaitlər anbarlardan yığışdırılaraq ayrıca yerlərdə təmizlənərək saxlanılmalıdır.

11. Zəhərli kimyəvi maddələr saxlanılan anbarlar aşağıdakı tələblərə cavab verməlidir:

11.1. yaşayış məntəqələrindən, heyvanlar saxlanılan yerlərdən və taxıl anbarlarından azı 500 metr, su mənbələrindən isə 2000 metr uzaqda və bu tikililərə nisbətən külək tutmayan tərəfdə yerləşdirilməlidir;

11.2. geniş, işıqlı , quru, divarları və tavanı asan yuyulan, döşəməsi hamar olmalıdır;

11.3. zəhərli kimyəvi maddələri saxlamaq üçün yeri, onları çəkmək və ölçmək üçün müxtəlif vəsaitləri olmalıdır;

11.4. ən azı iki otaqdan ibarət olmalı, onlardan biri zəhərli kimyəvi maddələrin saxlanılması və buraxılması, digəri isə onların qeydiyyatının aparılması və xüsusi geyimlərin saxlanılması üçün təchiz edilməlidir;

11.5. fiziki-kimyəvi xassəsinə, toksikliyinə və yanğın təhlükəlilik dərəcə sinə görə zəhərli kimyəvi maddələrin xassəsi nəzərə alınmaqla, anbar otağı bir neçə bölmədən ibarət olmalıdır;

11.6. effektli ventilyasiya olunmalıdır;

11.7. zəhərli kimyəvi maddələr saxlanılan sahələr gündə 2-3 dəfə havalandırılmalı və orada havanın temperaturu 18-20C olmalıdır;

11.8. hər gün yığışdırılmalı və havası dəyişdirilməli, sanitar-məişət hissələri, paltar asılan yerləri və duşları isə vaxtaşırı dezinfeksiya edilməlidir;

11.9. kağız və sintetik torbalarda, taxta yeşiklərdə, ağac və metal barabanlarda, flyaqalarda qablaşdırılmış zəhərli kimyəvi maddələr yan-yana qoyulmuş taxta altlıqlar üzərinə yığılmalıdır;

11.10. zəhərli kimyəvi maddələri rütubətdən qorumaq üçün aşağı altlıq döşəmədən 20-25 santimetr hündür olmalıdır;

11.11. zəhərli kimyəvi maddələri yığmaq üçün taxta rəflərin hündürlüyü torba taralar üçün 4,5 metrdən, taxta yeşik, metal, ağac barabanlar üçün isə 3 metrdən hündür olmamalıdır;

11.12. stellaj və rəflərə yaxınlaşmaq üçün əlverişli şərait olmalıdır;

11.13. saxlanılan zəhərli kimyəvi maddələrin qruplarını müəyyən etmək üçün taraların üzərinə insektisid və akarisidlərdə - qara, fungisidlərdə - yaşıl, toxum dərmanlayıcılarda - göy, defolyantlarda - ağ, zoosidlərdə - sarı, herbisidlərdə isə qırmızı zolaq çəkilməlidir;

11.14. lazımi inventar və avadanlıqlarla təchiz olunmalıdır. [24]

12. Sahibkar zəhərli kimyəvi maddələri saxladığı anbarlarda yanğın əleyhinə müvafiq qaydalara riayət etməlidir.

13. Zəhərli kimyəvi maddələr anbara qəbul edilərkən zavodda doldurulmuş qablarda olmalıdır. Qabların üzərinə aşağıdakılar yazılmalıdır:

istehsalçının adı;

əmtəə nişanı;

zəhərli kimyəvi maddənin adı;

təsiredici maddənin faizi;

zəhərli kimyəvi maddənin qrupu;

təhlükəlilik nişanı;

zəhərli kimyəvi maddənin çəkisi;

partiya nömrəsi;

hazırlandığı tarix;

yanğından və partlayışdan təhlükəsizlik göstəriciləri.

14. Zəhərli kimyəvi maddələr yığılan anbarlarda mineral gübrələrin, ərzaq mallarının, yemin və sair təsərrüfat mallarının saxlanılması qadağandır.

15. Anbara daxil olan və anbardan buraxılan bütün zəhərli kimyəvi maddələr haqqında məlumatlar anbarda saxlanılan xüsusi qeydiyyat kitabında yazılır. Anbara müxtəlif zəhərli kimyəvi maddələr daxil olduqca, onların qeydiyyatı üçün müvafiq səhifə ayrılmalıdır.

16. Zəhərli kimyəvi maddələr saxlanılan anbarlarda tütün çəkmək və açıq alovdan istifadə etmək qadağandır. Anbardar zəhərli kimyəvi maddələr buraxılan və qəbul edilən zaman anbarda olmalıdır. Başqa şəxslərin anbara daxil olması qadağandır.[25]

17. Zəhərli kimyəvi maddələr anbardan zavoda istehsal edilmiş qablarda buraxılmalıdır. Onların uçotu və hesabatı çəkilərinə uyğun aparılmalıdır.

18. Mənşə və uyğunluq sertifikatları olmayan, standartlara uyğun gəlməyən, insanların həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən zəhərli kimyəvi maddələrin daşınması və saxlanmasına yol verilmir.

19. Zəhərli kimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər mövcud qanunvericiliyə uyğun olaraq onların daşınmasında və saxlanılmasında texniki təhlükəsizliyə və əməyin mühafizəsinə cavabdehlik daşıyırlar.

20. Azərbaycan Respublikasının Agentlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə razılaşdırılmış qrafikə uyğun olaraq zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanmasında sahibkar tərəfindən mövcud reqlamentə, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə riayət edilməsini, habelə ətraf mühitə və insan sağlamlığına təsirini yoxlayır. [26]

Yoxlamaların nəticələri müvafiq protokolla rəsmiləşdirilir. Protokolda dövlət nəzarəti orqanlarının əməkdaşlarının soyadı, adı, atasının adı göstərilir və bu barədə nəzarət kitabçasında qeyd aparılır. Protokolun bir nüsxəsi sahibkara təqdim edilir. Protokolu imzalayarkən, sahibkarın öz rəyini əlavə etmək hüququ vardır. Protokolda aşağıdakı məlumatlar qeyd edilir:

sahibkar haqqında məlumatlar ( soyadı, adı, atasının adı, ünvanı);

nəzarətin aparılmasının səbəbləri və müddəti;

yoxlamanın nəticələri.

Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün mövcud qanunvericiliyə uyğun tədbirlər görülür.

Sahibkar yoxlamanın nəticələri ilə razılaşmadığı halda, müəyyən olunmuş qaydada inzibati və məhkəmə qaydasında şikayət edə bilər.[27]

 

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32)

2.       16 noyabr 2016-cı il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1948)

  1. 17 aprel 2018-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 aprel 2018-ci il, 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 805)
  2. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 2 sentyabr 2018-ci il, 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 8, maddə 1817)
  3. 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 4-cü hissəsində Kənd Təsərrüfatı Nazirliyinə sözləri Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra Agentlik) sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 6-cı, 8-ci hissələrində və 14-cü hissənin beşinci abzasında ismin müvafiq hallarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilmişdir.

 

[3] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 9-cu hissəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri Agentlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 noyabr 2016-cı il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1948) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 14-cü hissənin ikinci və beşinci abzaslarında ismin müvafiq hallarında laboratoriya ekspertizası sözləri ismin müvafiq hallarında ekspertiza sözü ilə əvəz edilmişdir.

 

[5] 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32) ilə təsdiq edilmiş "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları"nın 18-ci bəndində "Agentliyinə" sözü "Komitəsinə" sözü ilə əvəz edilmişdir.

 

30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 2 sentyabr 2018-ci il, 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 8, maddə 1817) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 18-ci hissəsinin birinci abzasının ikinci cümləsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə sözləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sözləri ilə əvəz edilmişdir.

15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 18-ci hissənin birinci abzasının birinci cümləsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri Agentlik sözü ilə əvəz edilmişdir və ikinci cümləsi çıxarılmışdır.

[6] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 19-cu hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

19. Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə razılaşmadığı halda mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti məhkəməyə müraciət edə bilər.

 

[7] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 21-ci və 26-cı hissələrində Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilmişdir.

 

[8] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 23-cü hissədə Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilmişdir və həmin hissəyə hər yarımillikdə sözlərindən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, sözləri əlavə edilmişdir.

 

[9] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 24-cü hissənin birinci abzasında Dövlət Xidməti sözləri Agentlik sözü ilə, ikinci abzasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri Agentlik sözü ilə əvəz edilmişdir.

 

[10] 16 noyabr 2016-cı il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1948) ilə Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydalarının 26-cı hissəsində edə bilər sözləri edir sözü ilə əvəz edilmişdir.

 

[11] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydalarının 2-ci hissəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra - Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra Agentlik) sözləri ilə əvəz edilmişdir.

 

[12] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydalarının 3-cü hissəsində Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilsin və müəyyənləşdirmək üçün sözlərindən sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, sözləri əlavə edilmişdir.

 

[13] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydalarının 4-cü hissədə, 5-ci hissənin birinci cümləsində, 12-ci və 13-cü hissələrdə ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilmişdir.

 

[14] 16 noyabr 2016-cı il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1948) ilə Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydalarının 3.1-ci bəndində aparıla bilər sözləri aparılır sözü ilə əvəz edilmişdir.

 

15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydalarının 3.1-ci bəndində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) yerli qurumlarının sözləri Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin (bundan sonra regional bölmələr) sözləri ilə əvəz edilmişdir.

 

[15] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydalarının 3.2-ci bəndin birinci abzasında, ikinci abzasının birinci, dördüncü cümlələrində, 3.6-cı bəndin birinci cümləsində, 3.14-cü bəndin dördüncü cümləsində və 3.15-ci bəndin birinci cümləsində ismin müvafiq hallarında Dövlət Xidmətinin yerli qurumları sözləri ismin müvafiq hallarında regional bölmələr sözləri ilə əvəz edilmişdir.

 

[16] 16 noyabr 2016-cı il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1948) ilə Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydalarının 3.9-cu bəndin birinci cümləsindən lazım olan sözləri çıxarılmışdır.

 

[17] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydalarının 3.18-ci bəndin birinci abzasında Dövlət Xidməti sözləri Agentlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, sözləri ilə əvəz edilmişdir.

 

[18] 16 noyabr 2016-cı il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1948) ilə Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydalarının 3.18-ci bəndin yeddinci abzasında aidiyyəti orqanlara sözləri inzibati və məhkəmə qaydasında sözləri ilə əvəz edilmişdir.

 

[19] 16 noyabr 2016-cı il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1948) ilə Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydalarının 2-ci hissəsində verilə bilər sözləri verilir sözü ilə əvəz edilmişdir.

 

[20] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydalarının 3-cü hissəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) sözləri Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra Agentlik) sözləri ilə əvəz edilmişdir.

 

[21] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydalarının 4-cü hissənin birinci abzasında və 5-ci hissənin birinci cümləsində ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilmişdir.

 

[22] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydalarının 8-ci hissədə Dövlət Xidməti sözləri Agentlik sözü ilə əvəz edilmişdir və həmin hissəyə hər yarımillikdə sözlərindən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, sözləri əlavə edilmişdir.

 

[23] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydalarının 7-ci hissədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarına sözləri Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə sözləri ilə əvəz edilmişdir.

 

[24] 16 noyabr 2016-cı il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1948) ilə Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydalarının 11.14-cü bənddən lazımi sözü çıxarılmışdır.

 

[25] 17 aprel 2018-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 20 aprel 2018-ci il, 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 805) ilə Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydalarının 16-cı hissəsinin birinci cümləsində siqaret sözü tütün sözü ilə əvəz edilmişdir.

 

[26] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydalarının 20-ci hissənin birinci abzasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti sözləri Agentlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, sözləri ilə əvəz edilmişdir.

 

[27] 16 noyabr 2016-cı il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1948) ilə Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydalarının 20-ci hissənin yeddinci abzasında aidiyyəti orqanlara sözləri inzibati və məhkəmə qaydasında sözləri ilə əvəz edilmişdir.