Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 aprel 2007-ci il

267-IIIQ

 

 


 

Azərbaycan Respublikasının

2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında

 

ƏSASNAMƏ

 

1. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Bu Əsasnamə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin (bundan sonra "Şəhadətnamə" adlandırılacaq) verilməsi qaydasını müəyyən edir.

2. Bu Əsasnamədə "pasport" dedikdə, Azərbaycan Respublikasının ümumvətəndaş, xidməti, diplomatik pasportu, dənizçi pasportu, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi və müvafiq beynəlxalq müqavilə bağlanmış xarici dövlətlərdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nəzərdə tutulur.[1]

3. Şəhadətnamə - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.

4. Şəhadətnamə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Şəhadətnamə ciddi hesabat sənədi kimi tətbiq edilir. Şəhadətnamə blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İki cür olan Şəhadətnamə blankları bu Əsasnaməyə əlavə olunmuş nümunələr (Əlavələr 1, 2) və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən spesifikasiya əsasında hazırlanır.

5. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin Şəhadətnamə ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu ölkədə Azərbaycan Respublikasının mənafeyini ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu vasitəsilə həyata keçirilir.

6. Şəhadətnamənin alınması üçün bu Əsasnaməyə əlavə olunmuş forma üzrə doldurulmuş ərizə-anket (Əlavələr 3, 4) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir.

7. Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:

7.1. pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü;

7.2. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);

7.3. üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;

7.4. Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;

7.5. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;

7.6. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd ;

7.7. dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

8. Şəhadətnamənin verilməsi haqqında ərizə-anket Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyata alınır.

9. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən bu Əsasnamənin 7- ci bəndində göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizəanket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

10. Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir.

11. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qısa müddət ərzində (3 iş günündən çox olmamaq şərtilə) sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir.

12. Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara bu Əsasnamənin 9-cu bəndində göstərilən müddətdə Şəhadətnamə verilir.

13. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə verilir.

14. Verilmiş Şəhadətnamələr barədə məlumatlar Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən qaytanlanmış, nömrələnmiş və möhürlə təsdiqlənmiş xüsusi kitabda qeyd edilir.

14-1. Qayıdış şəhadətnamələrinin verilməsi Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.

Verilmiş şəhadətnamələr, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. [2]

15. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs Şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən dövlət orqanına təhvil verməlidir.

16. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs özü, habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona Şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. İmtina haqqında qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

17. Bu Əsasnamənin tələblərinə zidd olaraq Şəhadətnamənin verilməsindən əsassız imtina edilməsində, Şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsində və ya onun verilməsində süründürməçiliyə yol verilməsində təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.[3]


 

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin

verilməsi qaydası haqqında Əsasnaməyə

ƏLAVƏ 1

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi

Reentry Certificate to the Republic of Azerbaijan

 

Ş0000000

Fotoşəkil üçün yer

 

 

 

1. Ölkənin kodu /Code of the State

 

 

2. Bu Şəhadətnaməni təqdim edən Azərbaycan Respublikası vətəndaşının:

Holder of this Reentry Certificate is a citizen of the Republic of Azerbaijan:

 

Soyadı, adı, atasının adı //Surname, name __________________________________________

Doğulduğu tarix//Date of birth " ______________" " ______________" " _______________"

Gün /Day Ay /Month İl /Year

Doğulduğu yer //Place of birth ____________________________________________________

Ölkənin adı //Name of country

Cinsi /Sex ____________________________________________________

 

3. Bu Şəhadətnaməni təqdim edən şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşaqların:

Children under the age of 18 or who have reached the age of 18 in a foreign state and are accompaning the holder of this Reentry Certificate:

 

1. Soyadı, adı, atasının adı//Surname, name ________________________________________

Fotoşəkil üçün yer

Doğulduğu tarix //Date of birth "__________ " " __________" "_________ "

Gün/Day Ay/Month İl/Year

Doğulduğu yer //Place of birth ______________________________________

Ölkənin adı//Name of country

Cinsi /Sex ______________________________________

 

 

2. Soyadı, adı, atasının adı //Surname, name ______________________________________

Fotoşəkil üçün yer

 

Doğulduğu tarix //Date of birth " __________" " __________" " __________"

Gün /Day Ay /Month İl /Year

Cinsi /Sex ____________________________________

 

 

 

 

3. Soyadı, adı, atasının adı //Surname, nam ________________________________________

Fotoşəkil üçün yer

 

Doğulduğu tarix //Date of birth "__________ " "__________ " "__________ "

Gün /Day Ay /Month İl /Year

Cinsi /Sex _______________________________________________

 

 

 

4. Verilmə tarixi//Date of issue "_______________" "________________ " "_______________"

Gün /Day Ay /Month İl /Year

 

5. Etibarlıdır //Date of expiry "_______________" "___________________" "______________"

Gün /Day Ay /Month İl /Year

 

6. Şəhadətnaməni verən diplomatik nümayəndəliyin adı

İssued by Diplomatic Representation _____________________________________________

 

7. Şəhadətnaməni verən vəzifəli şəxsin imzası

Signature of the issuing official ___________________________________________________

 

8. Şəhadətnamə sahibinin imzası

Signature of the holder of Reentry Certificate ______________________________________

 

9. Möhür yeri/Place of seal

 

 

 

Azərbaycan Respublikasının The Ministry of Foreign Affairs of the

Xarici İşlər Nazirliyi xarici dövlətlərin Republic of Azerbaijan requests all

səlahiyyətli orqanlarından concerned authorities of the foreign

bu Şəhadətnaməni təqdim edən şəxsin states to provide necessary assistance

Azərbaycan Respublikasına to the holder of this Reentry Certificate

qayıdışına hər cür kömək göstərməyi for his (her) return

xahiş edir to the Republic of Azerbaijan

 

 

 

 


 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin

verilməsi qaydası haqqında Əsasnaməyə

ƏLAVƏ 2

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi

Reentry Certificate to the Republic of Azerbaijan

 

Ş0000000

Fotoşəkil üçün yer

1. Ölkənin kodu/Code of the State

 

2. Bu Şəhadətnaməni təqdim edən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsın:

Holder of this Reentry Certificate is a statless person permanently residing in the Republic of Azerbaijan:

 

Soyadı, adı, atasının adı //Surname, name __________________________________________

Doğulduğu tarix //Date of birth " _______________" " ______________ " "______________ "

Gün /Day Ay /Month İl /Year

Doğulduğu yer //Place of birth ___________________________________________________

Ölkənin adı //Name of country

Cinsi /Sex ____________________________________________________

 

 

3. Bu Şəhadətnaməni təqdim edən şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşaqlarının:

Fotoşəkil üçün yer

 

Children under the age of 18 or who have reached the age of 18 in a foreign state, permanently reside in the Republic of Azerbaijan and are accompaning the holder of this Reentry Certificate:

 

 

 

1. Soyadı, adı, atasının adı //Surname, name ________________________________________

 

Doğulduğu tarix//Date of birth "______________ " " _______________" " _______________"

Gün/Day Ay/Month İl/Year

Cinsi/Sex _________________________________________________

2. Soyadı, adı, atasının adı //Surname, name ______________________________________

Fotoşəkil üçün yer

 

Doğulduğu tarix //Date of birth " __________" " __________" " __________"

Gün /Day Ay /Month İl /Year

Cinsi /Sex ____________________________________

 

 

 

 

3. Soyadı, adı, atasının adı //Surname, nam ________________________________________

Fotoşəkil üçün yer

 

Doğulduğu tarix //Date of birth "__________ " "__________ " "__________ "

Gün /Day Ay /Month İl /Year

Cinsi /Sex _______________________________________________

 

 

 

4. Verilmə tarixi//Date of issue "_______________" "________________ " "_______________"

Gün /Day Ay /Month İl /Year

 

5. Etibarlıdır //Date of expiry "_______________" "___________________" "______________"

Gün /Day Ay /Month İl /Year

 

6. Şəhadətnaməni verən diplomatik nümayəndəliyin adı

İssued by Diplomatic Representation _____________________________________________

 

7. Şəhadətnaməni verən vəzifəli şəxsin imzası

Signature of the issuing official ___________________________________________________

 

8. Şəhadətnamə sahibinin imzası

Signature of the holder of Reentry Certificate ______________________________________

 

9. Möhür yeri/Place of seal

 

 

 

Azərbaycan Respublikasının The Ministry of Foreign Affairs of the

Xarici İşlər Nazirliyi xarici dövlətlərin Republic of Azerbaijan requests all

səlahiyyətli orqanlarından concerned authorities of the foreign

bu Şəhadətnaməni təqdim edən şəxsin states to provide necessary assistance

Azərbaycan Respublikasına to the holder of this Reentry Certificate

qayıdışına hər cür kömək göstərməyi for his (her) return

xahiş edir to the Republic of Azerbaijan

 

 


 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin

verilməsi qaydası haqqında Əsasnaməyə

ƏLAVƏ 3

 

Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında

ƏRİZƏ-ANKET

 

I. Aşağıdakı məlumatları nəzərə alaraq Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsini xahiş edirəm

1. Ərizə-anketi təqdim edən şəxsin:

1.1. Soyadı

1.2. Adı

1.3. Atasının adı

1.4. Doğulduğu yer

1.5. Doğulduğu tarix

1.6. Cinsi

1.7. Vətəndaşlığı

1.8. Yaşayış yeri

1.9. Şəxsi imzası

1.10. Ərizə-anketin verilmə tarixi

2.1. Ərizə-anketi təqdim edən şəxslə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşının:

2.1.1. Soyadı və adı

2.1.2. Doğulduğu tarix

2.1.3. Cinsi

1.

 

 

2.

 

 

3.

 

 

3.1. Ərizə-anketi təqdim edən şəxslə Azərbaycan Respublikasına qayıdan xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının:

3.1.1. Soyadı və adı

3.1.2. Doğulduğu tarix

3.1.3. Cinsi

1.

 

 

2.

 

 

4.1. İtmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti bitmiş pasportun növü:

4.1.1. Ümumvətəndaş pasportu

 

4.1.2. Xidməti pasport

 

4.1.3. Diplomatik pasport

 

4.1.4. Dənizçi pasportu [4]

 

5.1. Pasportu verən orqanın adı

 

II. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi (konsulluğu) tərəfindən doldurulan hissə:

6.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin (konsulluğunun) adı

6.2. Ərizə-anketin verildiyi tarix və qeydiyyat nömrəsi:

6.3. Ərizə-anket verildiyi zaman aşağıdakı sənədlər təqdim edilmişdir:

6.3.1. Sənədin adı

6.3.2. Nömrəsi

6.3.3. Verilmə tarixi

6.3.4. Hansı orqan tərəfindən verilmişdir

1.

 

 

 

2.

 

 

 

3.

 

 

 

4.

 

 

 

5.

 

 

 

7.1. Ərizə-anketdə şəxs haqqında göstərilən 8.1. Şəxsin zahiri görkəminin təqdim məlumatların təqdim olunmuş sənədlərə olunmuş fotoşəkilə uyğunluğu haqqında qeyd uyğunluğu haqqında qeyd

9.1. Məlumatları yoxlamış vəzifəli şəxsin:

9.1.1. Soyadı, adı, atasının adı

9.1.2. Vəzifəsi

9.1.3. Şəxsi imzası

III. Qayıdış şəhadətnaməsinin verilməsi ilə əlaqədar qeydlər:

10.1. Qayıdış şəhadətnaməsinin verilməsi tarixi

10.2. Qayıdış şəhadətnaməsinin verilməsi ilə əlaqədar vətəndaşın imzası

10.3. Xüsusi qeydlər:

 

 


 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin

verilməsi qaydası haqqında Əsasnaməyə

ƏLAVƏ 4

 

 

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında

 

ƏRİZƏ-ANKET

 

I. Aşağıdakı məlumatları nəzərə alaraq Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsini xahiş edirəm

1. Ərizə-anketi təqdim edən şəxsin:

1.1. Soyadı

1.2. Adı

1.3. Atasının adı

1.4. Doğulduğu yer

1.5. Doğulduğu tarix

1.6. Cinsi

1.7. Vətəndaşlığı

1.8. Yaşayış yeri

1.9. Şəxsi imzası

1.10. Ərizə-anketin verilmə tarixi

2.1. Ərizə-anketi təqdim edən şəxslə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmamış uşağının:

2.1.1. Soyadı və adı

2.1.2. Doğulduğu tarix

2.1.3. Cinsi

1.

 

 

2.

 

 

3.

 

 

3.1. Ərizə-anketi təqdim edən şəxslə Azərbaycan Respublikasına qayıdan xarici dövlətdə 18 yaşına çatmış uşağının:

3.1.1. Soyadı və adı

3.1.2. Doğulduğu tarix

3.1.3. Cinsi

1.

 

 

2.

 

 

3.

 

 

4.1. İtmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi:

II. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi (konsulluğu) tərəfindən doldurulan hissə:

6.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin (konsulluğunun) adı

6.2. Ərizə-anketin verildiyi tarix və qeydiyyat nömrəsi:

6.3. Ərizə-anket verildiyi zaman aşağıdakı sənədlər təqdim edilmişdir:

6.3.1. Sənədin adı

6.3.2. Nömrəsi

6.3.3. Verilmə tarixi

6.3.4. Hansı orqan tərəfindən verilmişdir

1.

 

 

 

2.

 

 

 

3.

 

 

 

4.

 

 

 

5.

 

 

 

7.1. Ərizə-anketdə şəxs haqqında göstərilən 8.1. Şəxsin zahiri görkəminin təqdim məlumatların təqdim olunmuş sənədlərə olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd uyğunluğu haqqında qeyd

9.1. Məlumatları yoxlamış vəzifəli şəxsin:

9.1.1. Soyadı, adı, atasının adı

9.1.2. Vəzifəsi

9.1.3. Şəxsi imzası

III. Qayıdış şəhadətnaməsinin verilməsi ilə əlaqədar qeydlər:

10.1. Qayıdış şəhadətnaməsinin

10.2. Qayıdış şəhadətnaməsinin verilməsi ilə verilməsi tarixi əlaqədar vətəndaşlığı olmayan şəxsin imzası

10.3. Xüsusi qeydlər:

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 fevral 2008-ci il tarixli 542-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 158)

2.       2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 31 oktyabr 2008-ci il, 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 10, maddə 886)

3.       19 aprel 2013-cü il tarixli 627-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 19 may 2013-cü il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 476)

4.       22 oktyabr 2013-cü il tarixli 781-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 3 noyabr 2013-cü il, 243; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1296)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 fevral 2008-ci il tarixli 542-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 158) ilə "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"nin 2-ci bənddən "dənizçi pasportu" sözləri çıxarılmışdır.

 

19 aprel 2013-cü il tarixli 627-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 19 may 2013-cü il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 476) ilə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin 2-ci maddəsində şəxsiyyət vəsiqəsi sözlərindən sonra və müvafiq beynəlxalq müqavilə bağlanmış xarici dövlətlərdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi sözləri əlavə edilmişdir.

 

[2] 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 31 oktyabr 2008-ci il, 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 10, maddə 886) ilə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnaməyə 14-1-ci maddə əlavə edilmişdir.

 

[3] 22 oktyabr 2013-cü il tarixli 781-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 3 noyabr 2013-cü il, 243; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1296) ilə "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"nin 17-ci maddəsində "Şəhadətnamənin itirilməsində və ya qəsdən korlanmasında, habelə bu" sözləri "Bu" sözü ilə əvəz edilmişdir.

 

[4] 1 fevral 2008-ci il tarixli 542-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 158) ilə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnaməyə Əlavə 3-də "Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında Ərizə-Anket"dən 4.1.4-cü bənd çıxarılmışdır.