Dövlət su kadastrının aparılması qaydaları haqqında

 

 

             AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

 

   Azərbaycan Respublikası Su Məcəlləsinin 42 və 45-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti  qərara alır:

 

   1. Azərbaycan Respublikası  dövlət su kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinə (yerüstü sular bölməsi üzrə), Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə) və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinə (sulardan istifadə bölməsi üzrə) həvalə edilsin.

   Dövlət su kadastrı özündə suların kəmiyyət və keyfiyyət göstəricilərinin uçotu, sudan istifadənin qeydiyyatı və uçotu barədə   məlumatları əks etdirməklə respublika üzrə vahid sistemdə aparılsın.

   2. Müəyyən edilsin ki, dövlət su kadastrının tərkibi və çap olunacaq kadastr məlumatarı, onların forması və nəşr edilmə  müddəti respublikanın əlaqədar nazirlik, komitə, şirkət, konsern, birlik, müəssisə, təşkilat və s. strukturlarının təklifləri nəzərə    alınmaqla, Dövlət torpaq kadastrının tələblərini (torpaq fondu hissəsində) gözləmək şərti ilə təyin edilir və Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən təsdiq olunur.

   3. Dövlət su kadastrını apararkən Dövlət Hidrometeorologiya Komitəsi ( yerüstü sular bölməsi üzrə), Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə), Meliorasiya və Su Təsərrüfatı Komitəsi (sulardan istifadə bölməsi üzrə) aşağidakı funksiyaları həyata keçirir:

      a) respublika xalq təsərrüfatının tələbatını su obyektləri, su resursları, suların rejimi, keyfiyyəti, istifadə olunması və   istehlakçıları barədə dolğun məlumatlarla təmin etmək məqsədilə Dövlət su kadastrının aparlımasına dair elmi prinsiplərin,   metodik göstərişlərin, təlimatların və çap olunan məlumatların nəşr formalarının hazırlanmasını;

      b) su obyektləri, su resursları, suların rejimi, keyfiyyəti, istifadəsi və istehlakçıları haqqında olan məlumatların  sistemləşdirilməsi, analizi və saxlanılmasını;

      v) dövlət su kadastrının məlumat fondunun yaradılması və aparılmasını;

      q) dövlət su kadastrı məlumatlarının çapa hazırlanması və onların nəşr edilməsini;

      ğ) respublikanın aidiyyatı olan müəssisə və təşkilatlarının dövlət su kadastrının məlumatları ilə təmin olunmasını;

      e) aşağıdakı məsələlərin cari və perspektiv qiymətləndirilməsini:

 

         çay və dəniz hövzələri, onların ayrı-ayrı sahələri, iqtisadi rayonlar, Naxçıvan Muxtar Respublikası və ümumrespublika su balansları əsasında yerüstü suların ehtiyatlarının və keyfiyyətinin;

         hidrogeoloji regionlar, iqtisadi rayonlar, Naxçıvan Muxtar Respublikası və ümumrespublika üzrə yeralta ehtiyatlarının keyfiyyətinin;

         suyun istifadə növləri, xalq təsərrüfatı sahələri, çay və dəniz hövzələri, onların ayrı-ayrı sahələri (yeraltı sular üçün hidrogeoloji regionlar üzrə), iqtisai rayonlar, Naxçıvan Muxtar Respublikası və ümumrespublika üzrə sudan istifadə          edilməsinin.

   4. Respublikanın nazirlik, komitə, şirkət, konsern, birlik, müəssisə, təşkilat və s. strukturlarına tapşırlsın ki, dövlət su   kadastrının müasir tələblərə uyğun aparılması məqsədilə Dövlət Hidrometeorologiya Komitəsinə, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə, Meliorasiya və Su Təsərrüfatı Komitəsinə onların müraciəti əsasında tələb olunan məlumatların təqdim edilməsini təmin   etsinlər.

   5. Dövlət Hidrometeorologiya Komitəsinə, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə, Meliorasiya və Su Təsərrüfatı Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikası    Nazirlər Kabinetinin 1994-cü il 20 iyun tarixli 244 saylı ĞAzərbaycan Respublikasında iqtisadiyyatın sabitləşdirilməsi və iqtisadi  islahatların həyata keçirilməsi sahəsində hazırlanması nəzərdə tutulan sənədlər haqqındağ qərarına əsasən hazırlanmış  dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnaməni müəyyən olunmuş qaydada təsdiq etsinlər və rəhbərlik üçün   respublikanın əlaqədar nazirlik, komitə, şirkət, konsern, birlik, müəssisə və təşkilatlarına göndərilməsini təmin etsinlər.

   6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1977-ci il 23 sentyabr tarixli 336 saylı ĞDövlət su kadastrının aparılması  qaydaları haqqındağ SSRİ Nazirlər Sovetinin 1977-ci il 1 avqust tarixli 707 saylı qərarı barədəğ qərarı qüvvəsini itirmiş hesab    edilsin.

 

 

 Azərbaycan Rrespublikasının  Baş nazirin birinci müavini    A. ABBASOV.

 

 

Bakı şəhəri, 5 dekabr 1995-ci il

                 № 261