Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfat hesablı Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin obyektlərinin vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə və aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alIr:

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki Bərpa-Tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin bazasında təsərrüfathesablı Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti yaradılsın.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər. [1]

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 19 may 2008-ci il

115


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201)
  2. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə 2-ci hissəsində İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə 2-ci hissəsindən və Sənaye sözləri çıxarılmışdır.