"Dövlət qeydiyyatına alınmışdır."

         Azərbaycan Respublikasının

                  Ədliyyə Nazirliyi

Qeydiyyat N-3202

"21" noyabr 2005-ci il

Nazir __________ Fikrət Məmmədov

 

Azərbaycan Respublikası

ədliyyə nazirinin

28 oktyabr 2005-ci il tarixli,

21-T nömrəli əmri ilə

təsdiq edilmişdir

 

NOTARİAT FƏALİYYƏTİNİN YOXLANILMASI QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

1.1.      Bu Qaydalar notariusların, eləcə də Dövlət notariat arxivi müdirinin (onu əvəz edən vəzifəli şəxsin) notariat hərəkətlərinin aparılması sahəsində fəaliyyətinin yoxlanılmasının təşkili və həyata keçirilməsi üsullarmı müəyyən edir.

1.2.           Yoxlama zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin, "Notariat haqqında"
Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın, "Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında Təlimat"ın, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin kollegiya qərarları, əmr və göstərişləri rəhbər tutulur.

1.3.       "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir notariusun və arxiv müdirinin notariat fəaliyyəti iki ildə bir dəfədən az olmayaraq yoxlanılır.

1.4.       Notariat fəaliyyətinin yoxlanılması plan üzrə və plandan kənar aparılır:

1.4.1.  Notariat fəaliyyətinin plan üzrə yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Notariat və VVA  idarəsi rəisinin, Naxçıvan Muxtar Respublikası ərazisində isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən yoxlama planına uyğun şəkildə aparılır.

1.4.2.   Notariat fəaliyyətinin plandan kənar yoxlanılması, fiziki və hüquqi şəxslərin şikayətləri,  kütləvi  informasiya vasitələrində  dərc olunmuş məlumatlar, dövlət orqanlarının müraciətləri əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası ərazisində isə müvafiq olaraq  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi rəhbərliyinin, Notariat və VVA  idarəsi rəisinin tapşırığı əsasında aparılır.

1.4.3. Notariat fəaliyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan  Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yoxlanılır.

1.5.  Yoxlamanın aparılması üçün yoxlama heyəti yaradılır. Yoxlama heyətinin tərkibində aşağıdakı şəxslərin iştirakına yol verilmir:

-  Bu heyətin tərkibində olan şəxs yoxlanılan notariusun yaxın qohumu olduqda;

-  Yoxlamanın əhatə etdiyi dövr ərzində əvvəllər həmin notariat kontorunda işləmiş şəxs olduqda.

1.6.  Plan üzrə yoxlama keçirilməzdən əvvəl yoxlama heyəti notariusun fəaliyyəti ilə bağlı daxil olmuş şikayətləri, ərizələri, müraciətləri, statistik məlumatları, əvvəlki yoxlamanın materiallarını öyrənir.

1.7.       Notarius yoxlama aparan səlahiyyətli şəxslərə notariat fəaliyyətinə aid bütün məlumat və sənədləri təqdim etməyə borcludur.

1.8.       Yoxlama aparan səlahiyyətli şəxslər yoxlama zamanı əldə edilmiş məlumatları yaymamalıdırlar.

1.9.       Yoxlama notariusun iş fəaliyyəti dayandırılmadan aparılır.

1.10.   Yoxlamanın müddəti işin həcmindən asılı olaraq 7 (yeddi) iş günündən artıq olmamalıdır. Zərurət yarandıqda həmin müddət artırıla bilər.

2. YOXLAMANIN APARILMASI

2.1. Yoxlama zamanı aşağıdakılar araşdırılmalıdır:

2.1.1.   Notariat fəaliyyətinin aparılmasında qüvvədə olan qanunvericiliyin düzgün tətbiqi vəziyyəti;

2.1.2.  Notariat kontorunda əhaliyə göstərilən hüquqi xidmət işinin təşkili, əmək və icra intizamına riayət edilməsi, habelə notariat kontorunun əyani vəsaitlərlə təchiz edilməsi;

2.1.3.  Qüvvədə olan normativ hüquqi aktların, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, o cümlədən Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin kollegiya qərarlarının, əmr və göstərişlərinin əməkdaşlar tərəfindən öyrənilməsi və icra olunması vəziyyəti;

2.1.4.  Vətəndaşların müraciətlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə  baxılması  (notariat kontorunun həmin dövrdəki fəaliyyəti ilə bağlı daxil olmuş ərizə və şikayətlərin sayı, verilən cavabların əsaslığı və dolğunluğu);

2.1.5.  Notariat hərəkətləri sirrinin saxlanılmasına riayət edilməsi;

2.1.6.  Vətəndaşların qəbulu işinin təşkili;

2.1.7.  Aparılmış notariat hərəkətlərinə görə statistik hesabatların bütün göstəriciləri üzrə düzgünlüyü;

2.1.8.                 Əvvəlki yoxlama ilə aşkara çıxarılmış nöqsanların təhlili və aradan qaldırılması üçün görülmüş tədbirlər;

2.1.9.               Notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun alınması, habelə dövlət rüsumunun ödənilməsinə dair qəbzlərin olması və dövlət rüsumundan azadolmaların əsaslılığı;

2.1.10. Notariat hərəkətlərinin rəsmiləşdirilməsindən imtina edilməsi barədə çıxarılan qərarların əsaslığı, həmin qərarlardan verilmiş şikayətlər və onların məhkəmələr tərəfindən təmin olunması;

2.1.11. Məhkəmə tərəfindən ləğv edilmiş notariat hərəkətləri və onların səbəbləri;

2.1.12.  Xüsusi notariusun Ədliyyə Nazirliyi ilə razılaşdırılmış yerdə fəaliyyət göstərməsi, notariat kontorunun yerləşdiyi yerin notariat fəaliyyətinin aparılması tələblərinə cavab verməsi, o cümlədən, notariat kontorunun adım və iş rejimini əks etdirən lövhənin olması, arxiv sənədlərinin saxlanılması və mühafizəsi üçün şəraitin olması;

2.1.13.  Xüsusi notarius tərəfindən aylıq gəlirinin qanunvericiliklə müəyyən olunmuş miqdarının zəmanət kassasına ödənilməsi;

     2.1.14. Xüsusi notariusun iş rejimi, xüsusi notariat kontorunun ştat cədvəli və xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi  ilə razılaşdırılması;

2.1.15.     Notariusun blanklarının, sənədlərinin şəxsi gerbli möhürünün və müvafiq ştamplarının saxlanılması vəziyyəti;

     2.1.16. Notariat kontorunun maddi-texnik təchizatı (kompüterin, kseroksun, faksın, seyfin, dəmir və yanmayan şkafların, digər avadanlıqların, telefon əlaqəsinin, modemin olması və s.);

2.1.17.          Notariat kontorunda kargüzarlıq işlərinin vəziyyəti;

     2.1.18.  Notariat hərəkətlərinin aparılmasında ərazi prinsiplərinə riayət edilməsi;

2.1.19.     Yanğından mühafizə üzrə görülən tədbirlər;

2.1.20.     Ayrı-ayrı notariat hərəkətləri üzrə ərizə, müqavilə və sair sənədlərin nümunələri, habelə dövlət rüsumunun dərəcələri barədə məlumatların lövhə şəklində asılması;

2.1.21. Notariat kontorunda namizədin notarius yanında təcrübə keçməsi vəziyyəti.

2.1.22.  Qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlər.

                    3. BƏZİ NOTARİAT HƏRƏKƏTLƏRİNİN

                        YOXLANILMASININ XÜSUSİYYƏTLƏRİ

 3.1. Əmlakla əlaqədar əqdlər üzrə:

3.1.1.         Müqavilənin məzmununda zəruri şərtlərin olması, notarius tərəfindən müqaviləni imza edən şəxslərin səlahiyyətlərinin müəyyən edilməsi;

3.1.2.         Həmin hərəkətlərin aparılması üçün təqdim olunan sənədlərin dolğunluğu və təqdim olunan arayışlarda göstərilən müddəti;

3.1.3.  Müqaviləyə əlavə edilmiş sənədlər;

3.1.4.  Birgə və paylı mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi zamanı üstünlük hüququna riayət edilməsi, azyaşlıların mülkiyyət hüquqlarının qorunması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

3.2.  Etibarnamələr üzrə:

3.2.1. Etibarnamənin təsdiqi zamanı verilmiş hüquqların qanunvericiliyin tələblərinə uyğunluğu;

3.2.2. Etibar edilmişi başqasına etibaretmə qaydasında təsdiq edilmiş etibarnamə üzrə artıq hüquqların etibar edilib-edilməməsi  və onun müddətinin əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olub-olmaması;

     3.2.3. Etibarnamənin ləğv edilməsi zamanı bu barədə müvafiq ərizənin alınması.

3.3.  Vəsiyyətnamələr üzrə:

3.3.1.         Vəsiyyətnamənin vəsiyyət edən və ya notarius tərəfindən qanunvericiliyə uyğun tərtib  edilməsi;

3.3.2.  Vəsiyyətnaməni vəsiyyət edənin şəxsən imzalaması və ya onun xahişi ilə başqa şəxs
tərəfindən imzalamasının səbəbinin vəsiyyətnamədə və reyestrdə göstərilməsi;

3.3.3.         Vəsiyyətnamənin ləğv edilməsi zamanı bu barədə müvafiq ərizənin, eləcə də əvvəlki
vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamənin alınması.

3.3.4.  Vəsiyyətnamənin əlifba kitabı üzrə üzləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

3.4.  Vərəsəlik işləri üzrə:

3.4.1.         Mirasın qəbul edilməsi haqqında ərizənin uçota alınması və vərəsəlik işinin tərtib
olunması;

3.4.2.         Mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlərə riayət olunması, mirasın faktiki idarə edilməsi ilə əlaqədar müvafiq sənədlərin olması, mirasın açılması ilə bağlı notariusa məlum olan vərəsələrin məlumatlandırılması, mirasın olduğu yerdə olmayan vərəsələrin axtarılması;

3.4.3.  Miras əmlaka məcburi paya dair hüququ olan şəxslərə mirasdan pay hüququnun verilməsi;

 

3.4.4.          Miras əmlakın olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər və onların əldə olunması barədə notariusun müvafiq sorğuları;

3.4.5.          Notarius tərəfindən miras əmlakın qorunması, əmlakın siyahıya alınması, əmlak idarəçisinin təyin edilməsi, vərəsələrin dairəsinin müəyyənləşdirilməsi və s.

3.5.  Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üzrə:

3.5.1. Əmlakın ər-arvada məxsusluğu barədə müvafiq sənədlərin olması;

3.5.2. Ərə-arvada və sağ qalmış ərə-arvada birgə nikah dövründə əldə edilmiş əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

3.6.  Öhdəliyin icra predmetinin saxlanmağa, pul məbləğinin, qiymətli kağızların və vəsiyyətnamələrin rəsmən depozitə qəbul edilməsi üzrə:

3.6.1.          Depozitə qəbul edilən pul məbləğləri və qiymətli kağızlar barədə ödəniş qəbzlərinin olması;

3.6.2.          Notarius tərəfindən pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditorun məlumatlandırılması;

3.6.3.          Depozit məbləğlərinin uçotunun aparılması.

3.7.   İcra qeydləri üzrə:

3.8.         Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı;

3.7.1.         İcra qeydinin müddətinin müəyyənləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş
digər hallar.

3.8.  Veksellərə protestlərin tərtibi üzrə:

3.8.1.         Veksellərin növü üzrə veksellərə protestlərin notarius tərəfindən verilməsi;

3.8.2.         Notarius tərəfindən növ üzrə veksellə  protestlərin qanunvericiliyə uyğunluğu,  o
cümlədən, rekvizitlərin mövcudluğu;

3.8.3.         Veksellərə protestlərin verilməsi müddətinin qanunvericiliyə uyğunluğu, veksellərin
müvafiq şəxs tərəfindən təqdim olunması, notarius tərəfindən veksellərə protestlərin verilməsi və müvafiq şəxsə təqdim olunması;

3.8.4.         Veksellərin akseptlərinin reyestr üzrə və ya notariusda saxlanılan sənədlərin surətləri üzrə yoxlanılması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

3.9.  Dəniz protestlərinin tərtibi  iizrə:

3.9.1. Dəniz protesti haqqında ərizənin olub-olmaması;

3.9.2. Həmin ərizəni verən şəxsin onu imzalamağa səlahiyyətli olması;

3.9.3. Gəmi jurnalının çıxarışım sənədlərə əlavə edilməsi;

3.9.4. Dəniz protestinin notariusa təqdim edilmə müddətinin gözlənilməsi;

3.9.5. Notarius tərəfindən dəniz protesti haqqında aktın tərtib edilməsi.

           4. NOTARİAT FƏALİYYƏTİ ÜZRƏ KARGÜZARLIĞIN

                             YOXLANILMASININ XÜSUSİYYƏTLƏRİ

                   

4.1.  Yoxlama zamanı aşağıdakılar araşdırılmalıdır:

4.1.1. Notariat işlərinin notariat kontorunda qanunvericilikdə nəzərdə tutulmuş qaydada nomenklaturaya uyğun olaraq tərtib edilməsi.

4.1.2.   Kargüzarlığın dövlət dilində və latın qrafikası ilə aparılması, həmçinin bu zaman texniki vasitələrdən istifadə edilməsi.

4.1.3.   Nomenklaturaya uyğun olaraq notariat kontorunda aşağıda qeyd edilən işlərin (arayışlar, sənədlər və sair) olması, o cümlədən:

 

-  Statistik hesabatlar;

-  Notariusun fəaliyyətinin yoxlanılması nəticələri barədə arayışlar və aktlar;

-  Şəxsi heyətə dair əmrlər və digər sənədlər;

-  Ədliyyə Nazirliyi, İdarə, müəssisə və vətəndaşlarla yazışmalar;

-  Dövlət notariat arxivinə təhvil verilmiş sənədlərin siyahıları və qəbul-təhvil aktları;

-  Daxil olan korrespondensiyanın qeydə alınması jurnalları;

-   Göndərilən korrespondensiyanın qeydə alınması jurnalları;

-  Notariat kontorundan kənarda aparılmış notariat hərəkətlərinin uçot jurnalları;

-  Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə çıxarılmış qərarlar;

-  Notariat hərəkətlərinin notariat reyestrlərində qeyd edilməsi, həmin reyestrlərdə müvafiq nömrənin verilməsi, qaralamaların və düzəlişlərin olub-olmaması;

-  Təsdiq qeydlərinin formalarına riayət edilməsi;

-  Vərəsəlik işlərinin uçotu kitabları;

-  Vərəsəlik işlərinin əlifba kitabları;

-  Vəsiyyətnamələrin əlifba kitabları;

-  Miras əmlakın qorunması üçün tədbirlər görülməsinə dair məlumatların uçotu kitabları və sair;

4.1.4. Notariat kontorunda saxlanılma müddəti bitmiş notariat işlərinin Dövlət notariat arxivinə təhvil verilməsi üçün nəzərdə tutulmuş müvafiq sənədlərin hazırlanması vəziyyəti.

5. YOXLAMANIN NƏTİCƏLƏRİ

5.1. Notariusun fəaliyyəti yoxlanılarkən aş-kara çıxarılan nöqsanların aradan qaldırılmasında notariusa metodik köməklik göstərilir.

5.2.  Notariat kontorunun fəaliyyətinin yoxlanılması başa çatdıqda yoxlamam aparan heyət tərəfindən yoxlamanın nəticəsi haqqında iki nüsxədən ibarət akt tərtib edilir.

- Arayışda bu Qaydaların 2-ci bölməsində göstərilənlərdən əlavə aşağıdakılar da öz əksini tapmalıdır:

5.2.1.  Yoxlamanın aparılması üçün əsas;

5.2.2.         Yoxlama aparan heyət üzvlərinin vəzifəsi, soyadı, adı, atasının adı;

5.2.3.         Yoxlamanın əhatə etdiyi dövr;

5.2.4.         Fəaliyyəti yoxlanılan notariat kontoru barədə məlumat (adı, ünvanı, əməkdaşları və
sair);

5.2.5.         Yoxlama dövrü ərzində notariat hərəkətlərinin aparılmasına dair statistik cədvəl;

5.2.6.    Sonuncu yoxlama ilə aşkar edilmiş nöqsanlar və görülmüş tədbirlər barədə qısa
məlumat;

5.2.7.         Yoxlama ilə aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün yerində görülmüş tədbirlər;

5.2.8.         Yoxlama aparan şəxsin notariat kontorunun fəaliyyətinə dair rəyi.

 

5.3.       Notarius aktla tanış olmalı və onu imzalamalı, aktda göstərilənlərə münasibətini bildirməli, yol verilmiş qüsurlara dair yazılı izahat etməlidir. Notarius tərəfindən aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda müvafiq qeyd olmalıdır.

5.4.       Notariat kontorunun fəaliyyətinin yoxlanılmasına dair aktın birinci nüsxəsi Ədliyyə Nazirliyi yanında Notariat və VVA idarəsinə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir, ikinci nüsxəsi isə yoxlanılan notariat kontorunda saxlanılır.

5.5.       Yoxlamanın nəticələri Notariat və VVA idarəsinin rəisinə (müavininə) məruzə edilir,
yoxlama aparan şəxsin və fəaliyyəti yoxlanılan notariusun iştirakı ilə Notariat və VVA idarəsi rəisinin və ya onun müavininin yanında müzakirə olunur. Zəruri hallarda yoxlamanın nəticələri Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilir, dövlət notariusunun intizam məsuliyyətinə cəlb olunması və ya notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasına görə xüsusi notariusa yazılı və ya şifahi xəbərdarlıq edilməsi məsələsinə baxılır.

- Naxçıvan Muxtar Respublikasında yoxlamanın nəticələri Naxçıvan Muxtar Respublikası Ədliy Nazirliyinin rəhbərliyinə məruzə edilir və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi qaydada müzakirə olunur.  

   5.6. Müzakirədən sonra yoxlama materialları saxlanılması üçün Notariat və VVA idarəsinin ümumi şöbəsinə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA şöbəsinə təhvil verilir və Ədliyyə Nazirliyinin arxivinə təhvil verilənədək orada saxlanılır.