Hirkan Dövlət Təbiət Yasaqlığının yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Hirkan Milli Parkı ilə həmsərhəd meşələrin mühafizəsi, Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının, həmin ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyinin qorunub saxlanılması məqsədilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Lənkəran şəhər və Astara rayon icra hakimiyyətləri ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Lənkəran və Astara rayonlarının inzibati ərazilərində yerləşən meşə fondundan müvafiq olaraq 699,0 hektar (o cümlədən 27 nömrəli 75,0 ha, 35 nömrəli 92,0 ha, 39 nömrəli 201,0 ha, 40 nömrəli 195,0 ha, 49 nömrəli 136,0 ha) və 1553,0 hektar (o cümlədən 10 nömrəli 160,0 ha, 23 nömrəli 96,0 ha, 24 nömrəli 190,0 ha, 89 nömrəli 118,0 ha, 90 nömrəli 112,0 ha, 91 nömrəli 107,0 ha, 92 nömrəli 83,0 ha, 95 nömrəli 105,0 ha, 106 nömrəli 98,0 ha, 107 nömrəli 51,0 ha, 108 nömrəli 123,0 ha, 109 nömrəli 41,0 ha, 110 nömrəli 104,0 ha, 111 nömrəli 165,0 ha) olmaqla cəmi 2252,0 hektar torpaq sahəsində Hirkan Dövlət Təbiət Yasaqlığı yaradılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 21 dekabr 2005-ci il

№ 234