Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfat hesablı Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin obyektlərinin vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə və aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alIr:

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki “Bərpa-Tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin bazasında təsərrüfathesablı Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti yaradılsın.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 19 may 2008-ci il

№ 115