Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 430-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 2516 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 4, maddə 326) ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydalarının 5.4-cü bəndində müəyyən edilmiş qaydada sözləri inzibati qaydada və (və ya) sözləri ilə əvəz edilsin.

2. Bu Fərman Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 iyun 2008-ci il

777