Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: [2]

1. Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin:[3]

1.1. I dərəcə əlilliyi olan şəxslərə 250 manat;

1.2. II dərəcə əlilliyi olan şəxslərə 230 manat;

1.3. III dərəcə əlilliyi olan şəxslərə 210 manat.

2. Müəyyən edilsin ki: [4]

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir;

2.2. bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri daha yüksəyi verilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 sentyabr 2008-ci il

823

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 avqust 2013-cü il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 29 avqust 2013-cü il, 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 08, maddə 895)

  1. 17 mart 2014-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 18 mart 2014-cü il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 3, maddə 249)
  2. 19 yanvar 2016-cı il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 20 yanvar 2016-cı il, 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 01, maddə 68)
  3. 15 may 2018-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 937)
  4. 15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 16 aprel 2019-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 639)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 16 aprel 2019-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 639) ilə adında və 1-ci hissəsində Müharibə əlillərinə sözləri Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 16 aprel 2019-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 639) ilə preambulada yetirərkən sözündən sonra , habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sözləri əlavə edilmişdir və əlil olan sözləri əlilliyi müəyyən edilmiş sözləri ilə əvəz edilmişdir.

 

[3] 28 avqust 2013-cü il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 29 avqust 2013-cü il, 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 08, maddə 895) ilə 1-ci hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup müharibə əlillərinə 90 manat

II qrup müharibə əlillərinə 70 manat

III qrup müharibə əlillərinə 50 manat.

17 mart 2014-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 18 mart 2014-cü il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 3, maddə 249) ilə 1-ci hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup müharibə əlillərinə - 110 manat

II qrup müharibə əlillərinə - 85 manat

III qrup müharibə əlillərinə - 60 manat

19 yanvar 2016-cı il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 20 yanvar 2016-cı il, 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 01, maddə 68) ilə 1-ci hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup müharibə əlillərinə - 150 manat

II qrup müharibə əlillərinə - 130 manat

III qrup müharibə əlillərinə - 100 manat.

15 may 2018-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 937) ilə 1.1-1.3-cü bəndləri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1. I qrup əlillərə 165 manat

1.2. II qrup əlillərə 143 manat

1.3. III qrup əlillərə 110 manat.

 

15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 16 aprel 2019-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 639) ilə 1.1-1.3-cü bəndləri yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.1. I qrup əlillərə - 182 manat;

1.2 II qrup əlillərə - 158 manat;

1.3. III qrup əlillərə - 121 manat.

 

[4] 15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 16 aprel 2019-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 639) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.