"Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası"nın, "Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin forması"nın və "Hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin nümunəvi formasının və ərizəyə əlavə edilən sənədlərin siyahısı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.4-cü və 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin forması" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin nümunəvi forması və ərizəyə əlavə edilən sənədlərin siyahısı" təsdiq edilsin (3 nömrəli əlavə).

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 18 dekabr 2009-cu il

193


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 18 dekabr tarixli 193 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1 nömrəli əlavə

 

 

Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması

 

QAYDASI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması qaydalarını tənzimləyir.

1.2. Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması, onlara xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin verilməsi xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən həyata keçirilir.

1.3. Xüsusi iqtisadi zonanın rezidentləri - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış və xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış hüquqi və fiziki şəxslərdir.

1.4. Səhmləri və ya payları 100 (yüz) faiz dövlətə məxsus olan hüquqi şəxslər xüsusi iqtisadi zonanın rezidenti kimi qeydiyyatdan keçə bilməzlər.

1.5. Xüsusi iqtisadi zonanın rezidentləri barədə məlumatlar xüsusi iqtisadi zonanın rezidentlərinin reyestrinə (bundan sonra - reyestr) daxil edilir.

 

2. XÜSUSİ İQTİSADI ZONANIN REZİDENTLƏRİNİN QEYDİYYATI

 

2.1. Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər xüsusi iqtisadi zonanın administrasiyasına müraciət edərək, aşağıdakı sənədləri təqdim edirlər:

2.1.1. müəyyən olunmuş formada ərizə və ona əlavə edilən sənədlər (3 nömrəli əlavə);

2.1.2. xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə xüsusi iqtisadi zonanın operatoru arasında bağlanmış niyyət sazişi;

2.1.3. xüsusi iqtisadi zonadan kənarda öz sahibkarlıq fəaliyyəti barədə məlumat.

2.2. Bu Qaydanın 2.1-ci bəndində qeyd edilən sənədlər bilavasitə və ya operator vasitəsilə təqdim oluna bilər.

2.3. Xüsusi iqtisadi zonanın administrasiyası 10 gün ərzində ərizəyə və ona əlavə edilən sənədlərə baxır və qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət edənə xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini, yaxud qeydiyyata alınmaq üçün imtinaya səbəb olmayan çatışmazlıqların aradan qaldırılması və ya qeydiyyata alınmasına imtina edilməsi (imtinaya səbəb olmuş hallar göstərilməklə) barədə yazılı məlumat verir.

2.4. Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qaydaya və digər qanunvericilik aktlarına zidd olduqda, qeydiyyata alınmaqdan imtina edilir. İmtina ilə əlaqədar inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

2.5. Təqdim edilmiş sənədlərdə xüsusi iqtisadi zonanın rezidenti kimi qeydiyyata alınma üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən həmin sənədlər, çatışmazlıqları göstərməklə, bu çatışmazlıqların aradan qaldırılması üçün müraciət etmiş şəxsə geri qaytarılır. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər xüsusi iqtisadi zonanın administrasiyasına yenidən təqdim edilə bilər.

2.6. Hüquqi və fiziki şəxslər xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini aldığı gündən xüsusi iqtisadi zonanın rezidenti hesab edilirlər.

2.7. Xüsusi iqtisadi zonanın rezidentləri "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanununun, habelə xüsusi iqtisadi zonanın xüsusi hüquqi rejimini tənzimləyən digər normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər. Həmin tələbləri dəfələrlə və ya kobudcasına pozduqda, onların qeydiyyatının ləğvi üçün xüsusi iqtisadi zonanın administrasiyası məhkəməyə müraciət edə bilər. Xüsusi iqtisadi zonanın rezidentinin qeydiyyatının ləğv edilməsi barədə iddianı xüsusi iqtisadi zonanın administrasiyası qaldırır. Xüsusi iqtisadi zonanın rezidenti olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs isə sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya öldükdə, onların qeydiyyatı xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən ləğv edilir.

2.8. Xüsusi iqtisadi zonanın rezidentinə qeydiyyat şəhadətnaməsi verildiyi, yaxud rezidentin qeydiyyatının ləğv edildiyi gündən sonrakı iş günü ərzində xüsusi iqtisadi zonanın administrasiyası bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verməlidir. [1]

 

3. XÜSUSİ İQTİSADİ ZONANIN REZİDENTLƏRİNİN REYESTRİNİN APARILMASI

 

3.1. Xüsusi iqtisadi zonanın rezidentlərinin reyestri xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən Azərbaycan dilində aparılır.

3.2. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

3.3. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir.

3.4. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

3.5. Reyestrin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

3.6. Reyestr aşağıdakılardan ibarətdir:

3.6.1. rezident olan hüquqi şəxslər barədə məlumatlar;

3.6.2. rezident olan fiziki şəxslər barədə məlumatlar;

3.6.3. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər.

3.7. Reyestr illər üzrə və Azərbaycan Respublikasında yaradılan hər bir xüsusi iqtisadi zona üzrə aparılır.

3.8. Reyestrdə aşağıdakı məlumatlar əks etdirilməlidir:

3.8.1. rezidentin firma adı ( fiziki şəxslər üçün - soyadı, adı və atasının adı);

3.8.2. rezidentin hüquqi ünvanı (ünvanı);

3.8.3. rezidentin təşkilati-hüquqi forması;

3.8.4. rezidentin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

3.8.5. hüquqi şəxs olan rezidentin hər bir təsisçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar;

3.8.6. rezidentin hər bir qanuni təmsilçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

3.8.7. rezidentin xüsusi iqtisadi zonada qeydiyyatı və ya qeydiyyatının ləğvi barədə məlumatlar.

3.9. Xüsusi iqtisadi zonanın rezidentinə qeydiyyat şəhadətnaməsi verildiyi, yaxud rezidentin qeydiyyatının ləğv edildiyi, habelə rezident haqqında reyestrdə saxlanılan məlumatlarda dəyişiklik edilməsi barədə məlumat daxil olduğu gündən sonrakı iş günü ərzində xüsusi iqtisadi zonanın administrasiyası reyestrə müvafiq məlumatları daxil etməlidir.

3.10. Hər bir şəxs özü barəsində reyestrdəki yazılarla tanış olmaq, reyestrdən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini almaq hüququna malikdir. Xüsusi iqtisadi zonanın administrasiyası istənilən maraqlı şəxsin tələbi ilə rezidentlərin qeydiyyata alınması və ya alınmaması barədə məlumat verməlidir.[2]

3.11. Rezidentlərin qeydiyyata alınması və onların qeydiyyatının ləğv edilməsi barədə məlumatlar ümumi tanışlıq üçün xüsusi iqtisadi zonanın administrasiyasının saytında dərc edilir.


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 18 dekabr tarixli, 193 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2 nömrəli əlavə

 

 

 

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

(xüsusi iqtisadi zonanın administrasiyasının adı)

Xüsusi iqtisadi zonanın qeydiyyat

Şəhadətnaməsi

Qeydiyyat ___________________

Hüquqi və ya fiziki şəxsin adı (fiziki şəxsin soyadı, adı və atasının adı)

______________________________________________________________________________________________

______________________________________________________________________________________________

Dövlət qeydiyyatına alındığı tarix _______________________________________________________________

______________________________________________________________________________________________

Hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin tarixi ______________________________________________________________________________________________

Xüsusi iqtisadi zonanın administrasiyasında vəzifəli şəxsin soyadı, adı və imzası _____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

M.Y.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 18 dekabr tarixli, 193 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

3 nömrəli əlavə

 

 

 

Hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin nümunəvi forması və ərizəyə əlavə edilən sənədlərin

 

SİYAHISI

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

(xüsusi iqtisadi zonanın administrasiyasının adı)

 

Hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyata alınması üçün

Ərizə

 

1. Adı (fiziki şəxsin soyadı, adı və atasının adı) _____________________________________________________

2. Hüquqi ünvanı ______________________________________________________________________________

 

2.1. Telefon ____________________

2.2. Poçt indeksi

 

 

 

 

 

 

 

3. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət vergi orqanında vergi ödəyicisi kimi uçota alınması və ya fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və dövlət vergi orqanında vergi ödəyicisi kimi uçota alınması və onların qeydiyyat nömrəsi _______________________________________________________

_______________________________________________________________________________________________

4. Mülkiyyət növü ______________________________________________________________________________

5. Təşkilati-hüquqi forması _______________________________________________________________________

6. Əsas fəaliyyət növü ___________________________________________________________________________

7. Digər fəaliyyət növləri ________________________________________________________________________

 

8. Sahibkarlıq fəaliyyəti üçün sertifikat, şəhadətnamə, xüsusi razılıq (lisenziya) və digər sənədlər (varsa) ____________________________________________________

8.1. Verilmə tarixi _____________________

8.2. Müddəti _________________

 

9. Nizamnamə kapitalı _________________________________________________________________________

10. Filialların və nümayəndəliklərin sayı _________________________________________________________

11. Yuxarı təşkilat və ya təsisçi haqqında məlumat:

11.1. hüquqi şəxsin tam adı _____________________________________________________________________

11.1.1. qeydiyyatda olduğu ölkənin adı ___________________________________________________________

11.1.2. ünvan __________________________________________________________________________________

 

11.1.3. VÖEN

 

 

 

 

 

 

 

 

 

 

11.2. Fiziki şəxsin:

11.2.1. soyadı __________________________________________________________________________________

11.2.2. adı_____________________________________________________________________________________

11.2.3. atasının adı______________________________________________________________________________

11.2.4. ünvanı__________________________________________________________________________________

11.2.5. vətəndaşlığı_____________________________________________________________________________

11.2.6. şəxsiyyət vəsiqəsi ________________________________________________________________________

(seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi)

 

11.2.7. VÖEN

 

 

 

 

 

 

 

 

 

 

11.3. Şəriklərin sayı ______________________

11.3.1. yerli şəriklərin payı __________________% 11.3.2. xarici şəriklərin payı _______________%

 

11.4. Əsas şəriklərin adları

Vətəndaşlığı

Nizamnamə kapitalındakı payı (%)

11.4.1. ______________________

_________________

_________________________

11.4.2. ______________________

_________________

_________________________

11.4.3._______________________

_________________

_________________________

11.4.4. ______________________

_________________

_________________________

 

12. Hüquqi şəxsin rəhbərinin:

12.1. soyadı ___________________________________________________________________________________

12.2. adı ______________________________________________________________________________________

12.3. atasının adı ______________________________________________________________________________

12.4. ünvanı _________________________________________________________________________________

12.5. şəxsiyyət vəsiqəsi ________________________________________________________________________

(seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi)

13. Təmsilçi (varsa):

13.1. soyadı, adı, atasının adı ___________________________________________________________________

13.2. ünvanı __________________________________________________________________________________

13.3. şəxsiyyət vəsiqəsi _________________________________________________________________________

(seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi)

13.4. vəkalətnamə haqqında məlumatlar _________________________________________________________

13.5. telefonu ______________________________ 13.6. faks ________________________________________

14. Xüsusi iqtisadi zonada göstəriləcək fəaliyyət sahəsi (sahələr):

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

15. Tələb edilən ərazi:

15.1. qapalı ərazi: __________________________m2

15.2. açıq ərazi: ____________________________m2

15.3. fiziki və ya hüquqi şəxsin əməkdaşlarının yaşayış yeri ilə təmin edilməsinə dair tələb: ______________________________________________________________________________

16. Əlavə edilən biznes plan:

16.1. biznes planın adı ________________________________________________________________________

16.2. səhifələrin və nüsxələrin sayı _________________________________________

Mən, _________________________________________________________________________________________

(hüquqi şəxsin (filial və nümayəndəliyin) rəhbərinin və ya fiziki şəxsin və ya onların səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı)

xahiş edirəm, ____________________________________ xüsusi iqtisadi zonasında fəaliyyət göstərmək üçün əlavədə təqdim edilən sənədləri araşdırasınız və xüsusi iqtisadi zonada qeydiyyata götürəsiniz.

Ərizəyə onun 3-cü, 8-ci, 9-cu və 16-cı bəndlərinə aid olan sənədlərin, habelə təsis sənədlərinin surətlərini cəmi ______________ vərəqdə əlavə edirəm.

Ərizə və əlavələrdə göstərilənlərin doğruluğunu təsdiq edirəm və çatışmazlıqlar aşkar edildikdə, onları aradan qaldırmaqla məlumat verməyi öhdəmə götürürəm.

 

Ərizənin doldurulma tarixi

 

 

 

 

 

 

 

 

 

(gün)

 

(ay)

 

(il)

 

Hüquqi (və ya fiziki) şəxs və ya təmsilçi şəxs:

________________

___________________________________

M.Y.

(imza)

(soyadı, adı, atasının adı)

 

Qeyd. Ərizə və ərizəyə əlavə edilən sənədlər notariat qaydasında təsdiq edilməlidir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 noyabr 2012-ci il tarixli 262 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 noyabr 2012-ci il, 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 11, maddə 1201)

2.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201)

3.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydasının 2.8-ci bəndində İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydasının 2.8-ci bəndindən və Sənaye sözləri çıxarılmışdır.

 

[2] 16 noyabr 2012-ci il tarixli 262 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 noyabr 2012-ci il, 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 11, maddə 1201) ilə təsdiq edilmiş Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydasının 3.10-cu bəndinə şəxs sözündən sonra özü barəsində sözləri əlavə edilmişdir.