Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik və əlavə edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Bələdiyyələrin ərazi və torpaqları haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 12, maddə 689; 2001-ci il, 11, maddə 677; 2002-ci il, 5, maddə 237; 2003-cü il, 6, maddə 273, 8, maddə 419; 2004-cü il, 7, maddə 522, 10, maddə 784, 12, maddələr 982, 987; 2005-ci il, 4, maddə 283, 10, maddə 884; 2007-ci il, 3, maddə 212, 11, maddə 1051; 2008-ci il, 5, maddələr 346, 347, 8, maddə 708, 11, maddə 959; 2009-cu il, 4, maddə 214, 7, maddələr 503, 511, 10, maddə 770, 12, maddə 963) əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında aşağıdakı dəyişikliklər edilsin:

1. Abşeron rayonu bölməsində 7.5-ci sırada Goradil sözləri Görədil sözləri ilə əvəz edilsin.

2. Hacıqabul rayonu bölməsində 26.13-cü sırada Padar kəndi sözləri Padar qəsəbəsi sözləri ilə əvəz edilsin.

3. Qəbələ rayonu bölməsində 34.7-ci sırada Qarasu sözü Zərgərli sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 iyun 2010-cu il

1056-IIIQD