Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il 23 fevral tarixli 960-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli 255 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, III kitab, maddə 609; 2001-ci il, 10, maddə 640; 2003-cü il, 8, maddə 435, 10, maddə 552; 2004-cü il, 6, maddə 435; 2005-ci il, 2, maddə 64, 5, maddə 403; 2006-cı il, 7, maddə 590, 12, maddə 1034; 2007-ci il, 3, maddə 228, 6, maddə 606, 11, maddə 1110, 12, maddə 1246; 2008-ci il, 6, maddə 493; 2009-cu il, 3, maddə 163, 5, maddə 324; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il, 24 may tarixli 270 nömrəli Fərmanı) 3-cü bəndinin üçüncü abzasında və 710.2-ci sözləri ,710.2-ci və 1078-11.5-ci sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyul 2010-cu il.

309