Qax Dövlət Təbiət Yasaqlığının yaradılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qax rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Qax rayonunun inzibati ərazisində yerləşən yay otlaq sahələrindən 12530 hektar (o cümlədən 1 nömrəli 466 ha, 2 nömrəli 1500 ha, 3 nömrəli 184 ha, 4 nömrəli 165 ha, 5 nömrəli 265 ha, 6 nömrəli 500 ha, 7 nömrəli 1378 ha, 8 nömrəli 600 ha, 9 nömrəli 783 ha, 10 nömrəli 1473 ha, 11 nömrəli 768 ha, 12 nömrəli 468 ha, 13 nömrəli 173 ha, 14 nömrəli 1675 ha, 15 nömrəli 330 ha, 16 nömrəli 407 ha, 18 nömrəli 149 ha, 19 nömrəli 242 ha, 20 nömrəli 252 ha, 21 nömrəli 164 ha, 22 nömrəli 138 ha, 23 nömrəli 191 ha, 24 nömrəli 259 ha) və qış otlaq sahələrindən 24306 hektar (o cümlədən 38 nömrəli 755 ha, 39 nömrəli 536 ha, 40 nömrəli 938 ha, 41 nömrəli 561 ha, 42 nömrəli 625 ha, 43 nömrəli 388 ha, 44 nömrəli 528 ha, 45 nömrəli 528 ha, 46 nömrəli 703 ha, 47 nömrəli 661 ha, 48 nömrəli 622 ha, 49 nömrəli 782 ha, 50 nömrəli 753 ha, 51 nömrəli 932 ha, 52 nömrəli 563 ha, 53 nömrəli 401 ha, 54 nömrəli 521 ha, 55 nömrəli 850 ha, 56 nömrəli 1985 ha, 57 nömrəli 963 ha, 58 nömrəli 755 ha, 59 nömrəli 859 ha, 60 nömrəli 956 ha, 61 nömrəli 990 ha, 62 nömrəli 839 ha, 63 nömrəli 677 ha, 64 nömrəli 663 ha, 65 nömrəli 766 ha, 66 nömrəli 1183 ha, 67 nömrəli 815 ha, 68 nömrəli 583 ha, 69 nömrəli 625 ha) olmaqla cəmi 36836 hektar torpaq sahəsində Qax Dövlət Təbiət Yasaqlığı yaradılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 iyun 2003-cü il
№ 84