Azərbaycan Respublikasının Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında "Qlobal ekoloji problemlərin həlli məqsədilə imkanların artırılması üçün milli tələbatların qiymətləndirilməsi" layihəsinin həyata keçirilməsi üçün Qlobal Ekologiya Fondu tərəfindən ayrılan qrant üzrə sənədin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2003-cü il iyulun 4-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında" Qlobal ekoloji problemlərin həlli məqsədilə imkanların artırılması üçün milli tələbatların qiymətləndirilməsi" layihəsinin həyata keçirilməsi üçün Qlobal Ekologiya Fondu tərəfindən ayrılan qrant üzrə sənəd təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən layihənin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə BMT-nin İnkişaf Proqramını xəbərdar etsin.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 sentyabr 2003-cü il
                 № 1323