2003-cü il aprelin 4-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanadanın Dövlət İdarəçilik İnstitutu arasında Xəzər hövzəsində İstilikxana Qazı tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramının (XHP) həyata keçirilməsinin şərtləri haqqında anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2003-cü il aprelin 4-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanadanın Dövlət İdarəçilik İnstitutu arasında Xəzər hövzəsində İstilikxana Qazı tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramının (XHP) həyata keçirilməsinin şərtləri haqqında anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Kanada tərəfini xəbərdar etsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2003-cü il
№ 1348

 

 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanadanın Dövlət İdarəçilik İnstitutu arasında Xəzər hövzəsində İstilikxana Qazı tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramının (XHP) həyata keçirilməsinin şərtləri haqqında

 

Anlaşma  Memorandumu (AM)

 

 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra ETSN) və Kanadanın Dövlət İdarəçilik İnstitutu  (bundan sonra KDİİ) və onların tərəfdaşları, «İRİS Ətraf mühit sistemləri İnc.» (bundan sonra «İRİS»), və «İCF Konsaltinq Kanada İnc.»  (bundan sonra «İFC») firmaları ilə XHP-ın həyata keçirilməsi məqsədilə Kanadanın Beynəlxalq İnkişaf Agentliyi (bundan sonra KBİA) ilə  müqavilə imzalamış; və

 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında (bundan sonra İDÇK) əksini tapmış məqsədlərə nail olmaq və yerinə yetirmək  üçün Azərbaycan ilə Kanadanın imkanlarının möhkəmləndirməsinin vacibliyini qəbul edərək; və

 mövcud enerjiyə qənaət texnologiyaları və yeni enerji mənbələrindən istifadə etməklə istilikxana qazı (İQ) tullantılarının azaldılmasına  yönəldilən birgə layihələrin işlənib-hazırlanmasının qarşılıqlı faydasını qəbul edərək;

 aşağıdakılar barədə razılığa gəldilər:

1. Ümumİ müddəalar

 a) KBİA tərəfindən XHP üçün göslərilən maliyyə dəstəyi 3.688.670 Kanada dolları məbləğindən artıq olmayacaqdır;

 b) AM-ın bütün tərəfləri razılığa gəlirlər ki, XHP üzrə çəkilən bütün xərclər hazırkı AM-da nəzərdə tutulan müddəalar və KBİA ilə  KDİİ-nin və onun tərəfdaşları arasında bağlanan müqavilələrlə tam uyğun gəlməlidir;

 c) XHP-nin məqsədləri aşağıdakılardan ibarətdir:

 i) İQ tullantılarının gələcəkdə artmasının azaldılması sahəsində Azərbaycanın imkanlarının möhkəmləndirilməsi;

 ii) enerji sektorunda gələcəkdə özəl sektora sərmayələrin cəlb edilməsi üçün əlverişli mühitin yaradılması.

 d) XHP-nin vəzifəsi aşağıdakıdır:

 (i) Enerjinin istehsal, ötürülmə və istehlak sektorlarında İQ tullantılarının azaldılması layihələrinin keyfiyyətinin yüksəldilməsi  yollarının təyin edilib inkişaf etdirilməsində idarəçilər və əməliyyatçıların hazırlıqlarının artırılması.

 e) XHP-nin həyata keçirilməsi aşağıdakı Nəticələri verəcəkdir:

 i) Enerji istehsalının həm dövlət, həm də özəl sektorunda müştərək fəaliyyət və təmiz inkişaf mexanizmi (MF/TİM) sahəsi və iqlim  dəyişmələri məsələləri, və MF/TİM sərmayələrin cəlb olunması strategiyası və tənzimləyici tələbatları üzrə yüksək vəzifəli hökumət  məmurları arasında xəbərdarlığın artması;

 ii) Gözlənilən MF/TİM qaydaları və investor ehtiyaclarına cavab verən İQ investisiya təkliflərini hazırlaya biləcək layihə  tərtibatçılarından ibarət qrupun təkmilləşdirilməsi;

 iii) Özəl sektorda möhkəmləndirilmiş Kanada-Xəzər hövzəsi əlaqəsi, və eləcə də Xəzər hövzəsi regionunda İQ tullantılarının azaldılması  imkanları haqqında Kanada tərəfinin xəbərdarlığının artması.

2. Proqramın həyata keçİrİlməsİ

 XHP aşağıdakı müddəalar və prinsiplərə uyğun olaraq həyata keçiriləcəkdir:

 a) Layihənin hazırlıq komitəsi (LHK) XHP-nin məqsəd və vəzifələrinin nail olunmasını təmin etmək üçün təlimatlar və strateji  istiqamətlər təchiz edəcəkdir.

 LHK ildə bir dəfə Kanadada və XHP-da iştirak edən ölkələrin hər birində növbəli görüşlər keçirəcəkdir.

 LHK üzvlərinə daxildir:

 İştirakçı ölkələrin hər birindən bir nümayəndə;  Kanadanın Xarici İşlər və Beynəlxalq ticarət Departamentindən (KXİBTD) bir nümayəndə;  KBİA-dan bir nümayəndə;  KDİİ-dən bir nümayəndə; və  Proqramın Direktoru.

 b) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (BMTİDÇK), İqlim Dəyişmələri üzrə Beynəlxalq Qurum (İDBQ) da daxil  olmaqla, beynəlxalq standartlara cavab verən hazırlıq materialları və modullarının keyfiyyətini təmin etmək üçün Keyfiyyətə Nəzarət  Komitəsi (KNK) yaradılacaqdır.

 KNK-ya aşağıdakılar daxil ediləcəkdir:

 Hər ölkədən bir mütəxəssis;  Kanada təlimatçılar qrupundan bir nümayəndə;  Yerli təlimatçılar qrupundan bir nümayəndə;  cənab Patrik Carvis (Sədr), cənab Aleksey Sankovski, cənab Albert Boykiv, cənab Riçard Kauzins, cənab Harald Timm.

 c) Proqramın hazırlanması

 XHP bir sıra seminarlar, mühazirələr, ölkələrarası tədris səfərləri vasitəsilə həyata keçiriləcəkdir. XHP ardıcıl informasiya  mübadiləsi, konkret halların öyrənilməsi, informasiyaların yeniləşdirilməsi və İnternetdə xüsusiləşdirilmiş səhifənin yaradılması  vasitəsilə əlaqələrin sürətləndirilməsini dəstəkləyəcəkdir.  MF/TİM üzrə kiçik nümayiş/hazırlıq layihələrini maliyyələşdirəcəkdir ki, enerji səmərəliliyinin artırılması və İQ tullantılarının  azaldılması üzrə əsaslandırılmış imkanları təmin olunsun.  Təcrübəli, yüksək ixtisaslı Kanadalı və yerli təlimatçılardan istifadə olunacaqdır.  XHP-ı MF/TİM-in layihəsinin hazırlanmasında texniki, maliyyə, idarəetmə və strateji ehtiyacları həll edəcəkdir.  XHP layihənin həyata keçirilməsində davamlılığı təmin etmək məqsədi ilə təlimatçıların tədrisini daxil edəcək.  Yerli təlimatçıların tədrisi rus dilində keçiriləcəkdir (bütün tədris materialları və modulları da daxil olmaqla).  XHP gender bərabərliyi və ətraf mühitin davamlılığı ilə bağlı məsələləri həll edəcəkdir.

 d) Proqramın prinsipləri

 XHP idarəetmə, təlimatçı və təlim alanlar səviyyəsində iştirak edəcəkdir.  XHP praktiki ehtiyaclara diqqət yetirərək mövcud imkanlara əsaslanacaqdır.  XHP-in əhəmiyyətli cəhətlərindən biri enerji tarifləri islahatlarının yaratdığı imkanlar və töhfələri nümayiş etdirəcəkdir;  XHP çoxdəfəli idarə ediləcək, və iştirak prosesi Proqramın başa çatdığından sonra davamlılığın təmin edilməsi məqsədilə  imkanların və planlaşdırmanın inkişaf etdirilməsində tərəflərin səmərəli cəlb olunması üçün həyata keçiriləcəkdir.  XHP-ın iştirakçı ölkələr arasında ümumi olaraq iqlim dəyişmələri və xüsusilə MF/TİM-in təşəbbüsləri üzrə ölkələrarası regional  əməkdaşlığı təşviq və inkişaf etdirəcəkdir.  XHP Azərbaycanda digər KBİA və donor fəaliyyətləri üçün tamamlayıcı rolunu oynayacaqdır.  Bütün iştirakçılar XHP-nin vəzifələrinin həyata keçirərkən əldə və mübadilə etdikləri bütün informasiyalar daxil olmaqla onlara  münasibətdə etibarlılığın təmin olunmasına hörmətlə yanaşmalıdırlar.

3. ETSN-İn İştİrakı

 a) ETSN İqlim Dəyişmələri Mərkəzini XHP-in yerinə yetirilməsi üzrə rəsmi mərkəz qismində təyin etmişdir.

 b) ETSN öz imkanları daxilində əlavə vasitələr, tədris avadanlığı, lazım olarsa, əqli mülkiyyət və inzibati köməklik daxil olmaqla köməklik  göstərəcəkdir.

 c) ETSN-i XHP və Komitəyə xidmət etmək üçün işləməyə cəlb olunmuş Nazirlik və ya Azərbaycanın digər agentliklərinin əməkdaşlarının  XHP-nin yerinə yetirilməsi müddətində yüksək səviyyəli öhdəlik daşıması ilə razılaşır.

4. İmtİna etmək hüququ

 KDİİ və onun tərəfdaşlarının göstərdiyi texniki və maliyyə yardımı heç bir yolla, rəhbər və agent münasibətlərinin, hüquqi tərəfdaşlıq və ya  birgə müəssisə və ya digər hər hansı hüquqi münasibətlərin yaranmasından təfsir edilə bilməz.

 XHP-dən irəli gələn şəxsə, itkiyə və istənilən şəxsə və ya mülkiyyətə dəyən zərərə görə KDİİ, «İRİS» və «İCF» heç bir məsuliyyət daşımırlar.

5. Məlumat yayımı

 a) ETSN XHP çərçivəsində İQ azaldılmasına dair hazırlanmış və işlənilmiş tədris materiallarının və müvafiq məlumatların, hər hansı bir  formada nəşr/istifadə etmək hüququna malikdir və buna görə ETSN-dən KDİİ-dən razılıq almaq tələb olunmur. ETSN əldə edilən biliklərə  münasib olan bütün nəşrlər və ya əyani və ya audio prezentasiyalar daxil olmaqla KDİİ, «İRİS», «İCF», KBİA və Kanada Hökumətinin  dəstəyini etiraf edəcəkdir.

 b) ETSN və KDİİ və onun tərəfdaşları hazırkı AM çərçivəsində patentlər və digər əqli mülkiyyət hüquqları sayılan texnologiyanın  ötürülməsi, bölüşdürülməsi və istifadəsi vasitəsilə istənilən birgə fəaliyyət təqdirində əqli mülkiyyət hüquqlarının müvafiq və təsirli  qorunmasını təmin etmək üçün mexanizmləri inkişaf etdirəcəkdirlər.

6. Proqramın müddətİ

 XHP 2005- ci ilin mart ayında başa çatacaqdır.

7. AM-a düzəlİşlər

 ETSN və KDİİ razılığa gəlirlər ki, AM-a düzəlişlər bir tərəfin təklifi ilə qarşılıqlı razılaşma əsasında Nazir (ETSN) və ya proqramın  Direktorunun (KDİİ) arasında istənilən vaxt yazılı bildiriş formasında edilə bilər.

 Razılaşdırılmış düzəliş Nazir və proqram Direktoru tərəfindən imzalanır, tarix qoyulur və hazırki AM-ə əlavə formasında daxil edilir və  AM-ın ayrılmaz hissəsi kimi tanılır və 9-cu paraqrafa uyğun olaraq qüvvəyə minir.

8. AM-ın qüvvədən düşməsİ

 ETSN və KDİİ razılığa gəlirlər ki, AM-ın müvafiq fəaliyyəti 2005-ci ilin mart ayına kimi istənilən zaman dayandırıla bilər; bunun üçün,  fəaliyyətin dayandırılması tarixindən 6 ay əvvəl tərəflərin bir birilərinə (Nazir və ya proqram Direktoruna, KDİİ) yazılı bildiriş  göndərməlidirlər.

9. AM-ın qüvvəyə mİnməsİ

 AM-ın tərəfləri Azərbaycan və Kanada vətəndaşlarının beynəlxalq və əməkdaşlıq dostluq ruhunda qarşılıqlı faydalar naminə birgə işləməyə  razılaşırlar.

 Bu Anlaşma Memorandumu, imzalandığı gündən qüvvəyə minir.

 Anlaşma Memorandumu iki nüsxədə, hər biri Azərbaycan və ingilis dillərində imzalanmışdır, hər iki dildə olan mətnlər eyni qüvvəyə  malikdir.

 Bu memorandumun müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə Tərəflər ingilis dilində olan mətnə müraciət edəcəklər.

 

Azərbaycan Respublikası

Ekologiya və Təbii  Sərvətlər

Naziri

 

H. BAĞIROV

Kanada Dövlət İdarəçilik

İnstitutu

Proqram  direktoru

 

R. MELNİÇUK

 

Şərtİ İxtİsarlar

AM                       Anlaşma memorandumu

MF                                   Müştərək fəaliyyət

TİM                      Təmiz inkişaf mexanizmi

İDBQ                    İqlim dəyişmələri üzrə Beynəlxalq qurum

ETSN                    Ekologiya və Təbii Sərvətlər Nazirliyi

KDİİ                     Kanadanın dövlət idarəçilik institutu

İRİS                      İRİS Ətraf mühit sistemləri İnc.

İCF                       İCF Konsaltinq Kanada İnc.

KBİA                    Kanada Beynəlxalq İnkişaf Agentliyi

XHP                      Xəzər hövzəsində İstilikxana Qazı tullantılarının azaldılması üzrə Tədris Proqramı

BMTİDÇK                       BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası

KD                                   Kanada dolları

RM                       Rəsmi mərkəz           

LHK                     Layihənin Hazırlıq Komitəsi

KXİBTD                Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti

KNK                     Keyfiyyətə nəzarət komitəsi

İQ                         İstilikxana qazı

İDNK                   İqlim dəyişmələri üzrə nazirliklərarası komissiyası