"Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə", "Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət Ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə", "Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət ekoloji ekspertizasının müəyyənləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. "Təbiəti mühafizə ehtiyat fondu haqqında Əsasnaməni təsdiq etmək barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 25 iyul tarixli 313 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 fevral 2001-ci il
№ 41

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında
ƏSASNAMƏ

 

1. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında (bundan sonra - Fond) Əsasnamə "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır.

2. Fondun yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təbiəti mühafizəsinin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin etməkdən, habelə ətraf mühitin mühafizəsi sahəsində digər tədbirlərin maliyyələşdirilməsindən ibarətdir.

3. Fond aşağıdakıların hesabına formalaşır:

a) ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələrin;

b) təbiətdən istifadəyə görə ödəmələrin;

c) qanunvericilikdə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin, qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlərin;

ç) dövlət, qeyri-dövlət təşkilatlarından, fiziki və hüquqi şəxslər tərəfindən könüllü olaraq ödənilən ianələrin;

d) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmaların.

4. Fondun vəsaiti Maliyyə Nazirliyinin Mərkəzi Nazirliyinin Mərkəzi Xəzinədarlığında toplanır və fonddan İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və xərc bölgüsü əsasında (təsdiq olunmuş protokol) Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən istifadə olunur.

5. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi nəzarət edir.

6. Fondun vəsaiti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin mühafizəsi tədbirlərinə, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və onların bərpasına, təbiəti mühafizə obyektlərinin tikintisinə, əsaslı təmirinə, istismarına, mühafizə olunan sahələrin yaradılması və inkişaf etdirilməsinə, təbiəti mühafizə sahəsinin sosial inkişafına, təbii obyekt və komplekslərin abadlaşdırılmasına, ətraf mühitin mühafizəsi sahəsində proqramların, layihələrin, hüquqi və normativ sənədlərin hazırlanmasına, konfrans və tədbirlərin keçirilməsinə, milli parkların, qoruqların, yasaqlıqların və digər qorunan xüsusi ərazilərin, təbiət abidələrinin mühafizəsinə, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi və bərpasına, dövlət qoruqlarında biotexniki və digər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə, elmi-tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, əhali arasında ekoloji biliklərin və tərbiyənin təbliğinə, ətraf mühitin mühafizəsi sahəsində işləyən mütəxəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər ləvazimatların alınmasına, eləcə də xarici ölkələrlə, elmi-texniki əməkdaşlıq, ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə sərf oluna bilər.

7. Sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilən vəsaitin məbləği fondun vəsaitinin 5 faizindən çox olmamalıdır.

8. Ümumdövlət və regional əhəmiyyətli ətraf mühitin mühafizəsi tədbirlərinin keçirilməsinin maliyyələşdirilməsi, vəsaitin əvəzsiz formada ayrılması ilə həyata keçirilir.

9. Fonddan istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təqdim olunur.

10. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Maliyyə Nazirliyi nəzarət edir.

11. İl ərzində istifadə olunmamış fond vəsaiti növbəti ilin hesabına keçirilir və fondda saxlanılaraq ləğv edilməsinə yol verilmir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Ekoloji auditor fəaliyyətinin aparılması
QAYDALARİ

 

1. Ekolojİ audİtor fəalİyyətİ İlə məşğul olmaq hüququ

1.1. Ekoloji auditor - xüsusi razılığa (lisenziya) əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna malik olan hüquqi və ya fiziki şəxslərdir.

1.2. Ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq hüququnu almaq üçün xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyənləşdirilmiş icra hakimiyyəti orqanı tərəfindən verilir.

1.3. Xarici auditorlar və auditor təşkilatları ekoloji auditin aparılmasına və məsləhətlərin verilməsinə cəlb edilə bilərlər.

 

2. Ekolojİ audİtİn obyektlərİ

Ekoloji auditin obyektləri ətraf mühitin təbiət istifadəçiləri tərəfindən istifadə olunan bütün komponentləri (atmosfer havası, su obyektləri, bitki örtüyü, heyvanat aləmi və torpaq örtüyü), ətraf mühitə zərərli təsir edən müəssisələr və fərdi fəaliyyət nəticəsində ətraf mühitə vurulan zərərli təsir sahələridir.

 

3. Ekolojİ audİtorun məqsədİ

Ekoloji auditorun məqsədi ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə təbiətdən istifadəçilərin fəaliyyətin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, ekoloji norma və standartlara uyğunluğunu müstəqil surətdə yoxlamaq, onlara fəaliyyətinin səmərəli təşkili və ekoloji siyasətinin müəyyənləşdirilməsi ilə bağlı zəruri məsləhətlər vermək, köməklik göstərməkdir.

 

4. Ekolojİ audİtorun vəzİfələrİ

Ekoloji auditorun vəzifələri aşağıdakılardır:

4.1. ekoloji auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;

4.2. auditor yoxlamalarını və zəruri məsləhət xidmətlərini mövcud qanunvericilik üzrə keyfiyyətli həyata keçirmək;

4.3. yoxlamanın təsərrüfat subyektində şəxsi əmlak mənafeyi, qarşılıqlı iqtisadi və işgüzar maraqları, əlaqələri müəyyənləşdikdə, müəssisə rəhbərliyindən hər hansı bir şəxslə birbaşa qohumluq əlaqəsi olduqda, bundan əvvəl orada öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditin aparılmasında iştirakın qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;

4.4. mülkiyyət formasından asılı olmayaraq təbiətdən istifadəçilərin təbii resurslardan istifadə və onun bərpası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmaq;

4.5. ekoloji auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, maliyyə-mühasibat uçotunun aparılması və hesabatların tərtibi, ekoloji tələblərə əməl olunmaması ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə rəsmi məlumat vermək;

4.6. təbiətdən istifadəçilərin tələbi ilə aparılan ekoloji audit zamanı əldə edilən məlumatları (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;

4.7. yoxlama zamanı alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanılmasını təmin etmək;

4.8. təbiətdən istifadəçilərin tələbi ilə onlara audit aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələri əsaslandıran normativ aktlar barəsində ətraflı məlumatlar vermək.

 

5. Ekolojİ audİtor fəalİyyətİnİn tənzİmlənməsİ

Ekoloji auditor fəaliyyəti Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" Qanunu, bu Qayda və digər normativ-hüquqi aktlarla tənzimlənir.

 

6. Ekolojİ audİtorun hüquqları

Ekoloji auditorun hüquqları aşağıdakılardır:

6.1. müvafiq qanunvericiliyə uyğun olaraq təbiətdən istifadəçilər və digər sifarişçilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

6.2. ekoloji audit aparılan təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən, kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və lazım olan məlumatlar almaq;

6.3. ekoloji audit aparılan təsərrüfat subyektlərinin rəhbərliyindən və digər işçilərindən yazılı izahat almaq;

6.4. səlahiyyətli dövlət orqanlarının sifarişilə ekoloji auditor xidməti göstərərkən müəyyən edilmiş nöqsan və pozuntular haqqında onlar qarşısında məsələ qaldırmaq;

6.5. ekoloji auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları, mütəxəssisləri cəlb etmək;

6.6. yoxlanılan təbiətdən istifadəçi müəssisə və təşkilat tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi hallarında yoxlamasını keçirməkdən imtina etmək.

 

7. Ekolojİ audİtor fəalİyyətİnİn aparılması

7.1. Ekoloji audit təbiətdən istifadəçi ilə ekoloji auditor arasında bağlanılmış müqaviləyə əsasən aparılır.

7.2. Ekoloji auditor öz işini yoxlama üçün tələb olunan ekoloji normativ sənədlər, təminatlar, yoxlanılan obyektin texniki sənədləri əsasında qurur.

7.3. Ekoloji auditor lazım olarsa yoxlama prosesində ekoloji laboratoriya xidmətindən və ya digər texniki yardımlardan istifadə edir.

7.4. Ekoloji auditor yoxlamanın xüsusiyyətindən asılı olaraq müəyyən sahələr üzrə mütəxəssis tələb olunarsa, kənar təşkilatlardan ekspert dəvət edir.

7.5. Ekoloji auditor müəssisənin gərgin ekoloji sahələrində aparılan tədbirlərin yaxşılaşdırılmasına daha diqqətli olmalı və ətraf mühitə zərərli təsirin mümkün qədər azaldılmasına nail olmalıdır.

7.6. Ekoloji auditor müəssisə rəhbərlərinə və mütəxəssislərinə məsləhətlər verməli, bu məsləhətlər müəssisənin gələcək ekoloji siyasətində öz müsbət əksini tapmalıdır.

7.7. Ekoloji auditin nəticəsi auditor rəyi şəklində sifarişçiyə təqdim olunur.

7.8. Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən ekoloji auditor rəyi Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.

7.9. Ekoloji auditor tərəfindən müqavilə üzrə yerinə yetirilmiş iş sifarişçiyə akt əsasında təqdim olunmaqla rəsmiləşdirilir.

 

8. Ekolojİ audİtorun məsulİyyətİ

Ekoloji auditor qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi
QAYDASI

I. Ümumİ müddəalar

1.1. Bu Qayda "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qayda dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsinin şərtlərini və ekspertiza haqqının məbləğlərini müəyyənləşdirir.

1.3. Dövlət ekoloji ekspertizasına görə haqq elmi, metodik və maddi bazanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi hesabına ekspertizanın yüksək elmi-texniki səviyyədə həyata keçirilməsinə şərait yaratmaq, qəbul edilən qərarların əlaqədar tərəflərin mövqelərindən asılı olmamasını təmin etmək məqsədi ilə ödənilir.

1.4. Dövlət ekoloji ekspertizasının vəzifələrinə və funksiyalarına əsaslanaraq dövlət ekoloji ekspertizası haqqının ödənilməsi zamanı dövlət ekoloji ekspertizası orqanlarının layihəqabağı, layihə və Ətraf Mühitə Təsirini Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin və başqa sənədlərin sifarişçiləri və (və ya) tərtibçiləri ilə, habelə əlaqədar şəxslərlə birbaşa təsərrüfat hesablı qarşılıqlı münasibətlərini istisna edir.

1.5. Dövlət ekoloji ekspertizası haqqının ödənilməsi ilə əlaqədar daxil olan vəsaitdən istifadə sahəsində planlaşdırma, uçot və hesabat Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq aparılır.

II. Dövlət ekolojİ ekspertİzasının ödənİlməsİ qaydası

2.1. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının baxmalı olduqları layihələrin, sənədlərin və materialların dövlət ekoloji ekspertizasının haqqını onların tərtibinin sifarişçisi işlərin mərhələ-mərhələ aparılmasına əsasən aşağıdakı qaydada ödəyir:

sifarişçi (təşəbbüsçü) sənədləri və ya materialları dövlət ekoloji ekspertizasına təqdim etdikdə, ekoloji ekspertiza orqanlarına layihəqabağı mərhələnin icrası üçün Azərbaycan Respublikasında aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 1 (bir) misli (100 min manat) məbləğində, layihə və ƏMTQ mərhələsinin icrası üçün aşağıda göstərilən qaydada hesablanmış haqqın Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin xüsusi hesabına köçürülməsi barədə bildiriş verməlidir.

sənədlər (materiallar) dövlət ekoloji ekspertizasına o halda qəbul olunmuş sayılır ki, ekspertiza işlərinin dəyəri ödənilmiş olsun və vəsaitin köçürülməsi barədə maliyyə sənədlərinin surətləri Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarına təqdim edilsin.

2.2. Dövlət ekoloji ekspertizasının ödəniş məbləğinin düzgün ödənilməsinə və ödənilməsi müddətinə nəzarəti Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirir.

III. Dövlət ekolojİ ekspertİzasının aparılması dəyərİnİn müəyyənləşdİrİlməsİ

Dövlət ekoloji ekspertizası dövlət büdcəsi və sənədlərin sifarişçisinin vəsaitin hesabına maliyyələşdirilir. Sənəd və materialların dövlət ekoloji ekspertizasının dəyəri (D) aşağıdakı düsturla təyin edilir:

 

D = H x Ə1 x Ə2 x Ə3 x Ə4 x Ə5 + E

 

Burada H - daimi hesablama kəmiyyəti olmaqla, obyektlər üçün sənədlərin hazırlanmasından və ya layihənin ümumi smeta dəyərindən asılıdır və aşağıdakı kimi təyin edilir:

10 (on) milyon manata qədər olduqda, bütün məbləğin 5 (beş) faizi;

10 (on) milyon manatdan 100 (yüz) milyon manata qədər olduqda, 1-ci bəndin şərti + hər növbəti 10 (on) milyon manat üçün əlavə 100 (yüz) min manat;

100 (yüz) milyon manatdan 1 (bir) milyard manata qədər olduqda, 1-ci bəndin şərti + 2-ci bəndin şərti + hər növləri 100 (yüz) milyon manat üçün əlavə 300 (üç yüz) min manat;

1 (bir) milyard manatdan 10 (on) milyard manata qədər olduqda, 1-ci bəndin şərti + 2-ci bəndin şərti + 3-cü bəndin şərti + hər növbəti 1 (bir) milyard manat üçün əlavə 750 (yeddi yüz əlli) min manat.

Ə1 - sənədlərin növü və mərhələliyi üçün düzəliş əmsalı I nömrəli cədvəl üzrə ekspertizanın kateqoriyası əsas götürülməklə müəyyənləşdirilir. Həmin kateqoriya layihələşdirmənin müxtəlif mərhələlərində ekspertizanın təşkilinin mürəkkəbliyindən asılı olaraq müəyyənləşdirilir.

 

1 nömrəli cədvəl

Ekspertizanın kateqoriyası, layihələşdirmənin mərhələsi və sənədlərin növü

Sənədlərin təqdim edilməsi zamanı Ə1 əmsalı

1

2

I kateqoriya
Yeni, o cümlədən xaricdən daxil olan texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına dair sənədlər. Dövlət, sahə və regional səviyyəli layihəqabağı və planqabağı sənədlər, o cümlədən inkişafın konsepsiyaları, əsas istiqamətləri, proqramları, perspektiv-proqnozları, məhsuldar qüvvələrin yerləşdirilməsinin ərazi və sahə sxemləri, regionların təbiətinin mühafizəsinin ərazi kompleks sxemləri, ərazilərin, habelə işləyən müəssisələrin ekoloji vəziyyətinin qiymətləndirilməsinə dair digər materiallar və sənədlər. Təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan iri sənaye obyektlərinin və komplekslərinin tikintisinə və genişləndirilməsinə aid layihə və ƏMTQ sənədləri

3,0

II kateqoriya

 

Şəhərlərin və şəhər tipli qəsəbələrin inkişaf sxemləri. Rayonların planlaşdırılması sxemləri və layihələri, şəhərlərin baş planları, yaşayış məntəqələrinin müfəssəl planlaşdırılması layihələri. Sənaye rayonlarının və sənaye qovşaqlarının layihə, sxem və ƏMTQ sənədləri. Təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan xırda obyektlərin və daxil olmayan obyektlərin tikinti və genişləndirilməsinə aid layihə və ƏMTQ sənədləri

2,0

III kateqoriya

 

Elmi-tədqiqat və layihə-konstruktor sənədləri, təbiətdən istifadəni tənzimləyən normativ-hüquqi, normativ-metodiki, lisenziya və başqa sənədlər, təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olmayan obyektlərin yenidənqurma, müasirləşdirmə və ləğv olunmasına aid layihə və ƏMTQ sənədləri, 1-ci və 2-ci kateqoriyalara daxil edilməmiş sənədlər

1,0

 

Ə2 - layihəqabağı və layihə qərarlarının həyata keçiriləcəyi ərazidə ekoloji şəraiti nəzərə alan əmsal 2 nömrəli cədvəl üzrə bir neçə şərt olduqda, kəmiyyətlərin bir-birinə vurulması yolu ilə müəyyənləşdirilir -

Ə2,1 x Ə2,2 .....x Ə2,n

 

2 nömrəli cədvəl

Təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin nəzərdə tutulduğu şərait

əsas ərazilər

 

Ə2 əmsalı

əsas ərazilərdən 100 km-dək məsafədə olan ərazilər üzrə

1

2

3

Ekoloji fəlakət zonası Fövqəladə hal zonaları və xüsusi mühafizə edilən (qoruqlar istisna olmaqla) ərazilər

1,2

1,1

Təbii mühitlərdən hər birinin çirklənməsi səviyyəsinin normativdən yüksək olduğu regionlar, şəhərlər və yaşayış məntəqələri (ekspertiza məqamından əvvəlki il üçün)

1,15

1,0

 

Ə3 - obyektin ekoloji təhlükəsizlik səviyyəsini nəzərə alan əmsal beş dərəcəli sistem üzrə obyektlərin SN 245-71 sanitariya təsnifatı normaları əsas götürülməklə müəyyənləşdirilir və I dərəcə üçün - 1,14, II dərəcə üçün - 1,137, III dərəcə üçün - 1,12, ıv dərəcə üçün - 1611, v dərəcə üçün - 1,0 təşkil edir.

Ə4 - obyektlərin nadirliyi əmsalı birtipli layihələrə dair sənədlər üçün - 1,2-yə, fərdi layihələrə dair sənədlər üçün 163-ə, layihə eksperiment qaydasında hazırlandıqda - 1,4-ə bərabərdir.

Ə5 - nəzərdə tutulan təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin və layihəqabağı və layihə sənədlərinin ƏMTQ bölmələrinin dolğunluğunu nəzərə alır. Ə5 əmsalı 3 nömrəli cədvəl üzrə təqdim edilən sənədlərin keyfiyyəti əsas götürülməklə müəyyənləşdirilir.

 

3 nömrəli cədvəl

ƏMTQ bölməsinin yerinə yetirilməsi səviyyəsi

Ə5 əmsalı

1

2

ƏMTQ ixtisaslaşdırılmış təşkilatlar cəlb edilməklə və elmi-tədqiqat işləri aparılmaqla normativ tələblərə müvafiq surətdə tam həcmdə yerinə yetirilmişdir

1

ƏMTQ mövcud ədəbiyyat və fond materialları əsasında normativ tələblərdə nəzərdə tutulmuş bütün bölmələr üzrə xüsusi tədqiqatlar aparılmadan, lakin kəmiyyət və keyfiyyət xarakteristikalarını müəyyənləşdirməklə yerinə yetirilmişdir

1,5

ƏMTQ normativ tələblərdə nəzərdə tutulmuş bütün bölmələr üzrə təsviri xarakteristikalarla məhdudlaşan səviyyədə yerinə yetirilmişdir

1,8

ƏMTQ qismən yerinə yetirilmişdir, həmin obyektin təsirinə məruz qalan təbii mühit komponentlərinin hamısını əhatə etmir, təsirin istiqamətini tam nəzərə almır

2

 

E - ekspertizanın qısa müddətlərdə yerinə yetirilməsinə görə əlavə dəyərdir, sifarişçinin təşəbbüsü ilə ekspertiza xidmətinin real imkanına uyğun olaraq razılaşma yolu ilə müəyyənləşdirilir.

 

Qeyd.

1. Azərbaycan Respublikasının bir sıra büdcə təşkilatları bu məqsədlə vəsait məhdudluğunu əsaslandırdıqda, ekoloji ekspertiza haqqını ödəmək üçün 0,1-0,3 əmsalı istifadə edilə bilər.

2. Təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan iri sənaye obyektlərinin və komplekslərinin yenidənqurulma və müasirləşdirilməsinə aid layihə və ƏMTQ sənədləri üçün 2,5 Ə1 əmsalı istifadə edilə bilər.

3. Sifarişçi tərəfindən öz gücü ilə hazırlanmış (smeta dəyəri müəyyən olunmamış) sənədlərin ekoloji ekspertizası haqqının ödənilməsi məbləği onların mürəkkəbliyindən asılı olaraq 100 000 (yüz min) - 500 000 (beş yüz min) manata qədər təyin oluna bilər.

4. Obyektlərin yerləşdirilməsi üçün sənədlərin ekspertiza haqqının ödənilməsi məbləği Azərbaycan Respublikasında aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 1 (bir) mislinə (100 min manat) bərabərdir.

IV. Dövlət ekolojİ ekspertİzasının vəsaİtİndən İstİfadə qaydaları

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin Ekoloji ekspertiza idarəsi tərəfindən ekspertiza işlərinin yerinə yetirilməsinə görə sifarişçi tərəfindən ödənilən vəsaitlər Komitənin büdcədən kənar vəsaitləri hesabına daxil olur və aşağıdakı məqsədlər üçün istifadə edilir:

a) ştatdankənar ekspertlərin və məsləhətçilərin əməyinin ödənilməsinə və stimullaşdırılmasına;

b) Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi sisteminin dövlət ekoloji ekspertizası prosesində iştirak edən ekspertiza və digər bölmələrin işçilərinin əməyinin həvəsləndirilməsi məqsədilə onların mükafatlandırılmasına;

c) ətraf mühitə təsirin qiymətləndirilməsi metodologiyası və metodikası sahəsində elmi tədqiqatların və dövlət ekoloji ekspertizasının digər xərclərinin maliyyələşdirilməsinə;

ç) dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün texniki avadanlıq və digər vəsaitlərin əldə edilməsinə, ekspertizasının informasiya-metodiki və maddi-texniki təminatına;

d) nəzarət, analiz və başqa zəruri ölçmələrin, habelə ekspertizanın aparılması ilə bağlı digər cari işlərin dəyərinin ödənilməsinə.

V. Dövlət ekolojİ ekspertİzasının aparılmasına cəlb edİlən ştatdankənar ekspertlərİn əməyİnİn ödənİlməsİ

Dövlət Ekoloji ekspertizasının aparılmasına cəlb edilən ştatdankənar ekspertlərin əməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli qərarı ilə müəyyənləşdirilmiş qaydada (işin mürəkkəbliyi və həcmindən asılı olaraq ekspertiza idarəsinin ekspert, aparıcı və ya baş ekspertlərinin aylıq vəzifə maaşından çox olmayaraq ekspertizaya sərf edilən vaxta münasib olaraq) ödənilir.