Təhsil müəssisələrinin
pedaqoji işçilərinin (dövlət
ümumi təhsil və peşə təhsili
müəssisələrində çalışan, bilik
və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılmış
müəllimlər istisna olmaqla) dərs yükü
normalarının müəyyən edilməsi haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156
nömrəli Fərmanının 1.24-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Təhsil müəssisələrinin pedaqoji
işçilərinin (dövlət
ümumi təhsil və peşə təhsili
müəssisələrində çalışan, bilik
və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılmış
müəllimlər istisna olmaqla) dərs yükü
normaları aşağıdakı kimi müəyyən
edilsin:
məktəbəqədər təhsil müəssisələrində
tərbiyəçilərin həftəlik iş vaxtı - 30
saat;[2]
bütün tipdən olan
ümumtəhsil məktəblərində, gimnaziya və
liseylərdə, peşə məktəbləri və
peşə liseylərində müəllimlərin 1 (bir) stavka
dərs yükü – 18 saat (bu zaman həftəlik dərs
yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və
incəsənət məktəblərində
müəllimlərin, məktəbdənkənar təhsil
müəssisələrində dərnək
rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs
yükü - 12 saat (bu zaman həftəlik dərs yükü
3 (üç) stavkanı aşmamalıdır);[3]
ümumtəhsil məktəblərində,
internatlarda, lisey, gimnaziyalar və peşə təhsili
məktəblərində
tərbiyəçi-müəllimlərin həftəlik
iş vaxtı - 24 saat;
[4]
ali və orta ixtisas təhsili
müəssisələrində professor-müəllim heyətinin
və konsertmeysterlərin bir stavka üzrə illik dərs
yükü - 500 saatdan az olmamaqla (bu zaman ali təhsil
müəssisələrində mühazirə, seminar, laborator
və praktiki məşğələlərə,
eləcə də mədəniyyət, musiqi,
incəsənət təmayüllü ixtisaslarda fərdi
dərslərə ayrılan vaxtın həcmi illik dərs
yükünün 60 faizindən, orta ixtisas təhsili
müəssisələrində nəzəri, laborator və
praktiki məşğələlərə, eləcə
də mədəniyyət, musiqi, incəsənət
təmayüllü ixtisaslarda fərdi dərslərə
ayrılan vaxtın həcmi isə illik dərs yükünün
80 faizindən az olmamalıdır).
2.
Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı
şəhəri, 24 noyabr 2010-cu il
¹ 215
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 27 dekabr 2013-cü il tarixli 356 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 08 yanvar
2014-cü il, ¹ 1, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 12, maddə 1646)
2. 28 avqust 2018-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1812)
3. 17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 21
oktyabr 2018-ci il, ¹ 237, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
2173)
4. 19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 22
dekabr 2018-ci il, ¹ 289, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab,
maddə 2739)
5. 6 sentyabr 2019-cu il tarixli 397
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2019-cu il, ¹
198, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə 1551)
6. 10 sentyabr 2019-cu il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 12
sentyabr 2019-cu il, ¹ 200, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə 1558)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28 avqust 2018-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 30
avqust 2018-ci il, ¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1812) ilə
qərarın adına və 1-ci hissəsinin birinci abzasına
“işçilərinin”
sözündən sonra “(dövlət
ümumi təhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrində çalışan, bilik
və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılmış
müəllimlər istisna olmaqla)” sözləri
əlavə edilmişdir.
19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 22
dekabr 2018-ci il, ¹ 289, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab,
maddə 2739) ilə qərarın adında və 1-ci
hissəsinin birinci abzasında “ilk
peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.
6 sentyabr 2019-cu
il tarixli 397
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 10 sentyabr 2019-cu il, ¹ 198, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə
1551) ilə adından
və 1-ci hissəsinin birinci abzasından “(dövlət ümumi təhsil və peşə
təhsili müəssisələrində çalışan,
bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılmış
müəllimlər istisna olmaqla)” sözləri
çıxarılmışdır.
[2] 17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 21
oktyabr 2018-ci il, ¹ 237, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
2173) ilə 1-ci hissənin ikinci abzasında “tərbiyə” sözü “təhsil” sözü ilə
əvəz edilmişdir.
[3] 27 dekabr 2013-cü il tarixli 356 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 08 yanvar
2014-cü il, ¹ 1, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 12, maddə 1646) ilə 1-ci
hissəsinin üçüncü abzasında "2 (iki)" rəqəm və
sözü "3 (üç)"
rəqəm və sözü ilə əvəz edilmişdir.
10 sentyabr 2019-cu il tarixli 404
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 sentyabr 2019-cu il, ¹ 200, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə
1558) ilə 1-ci hissənin
üçüncü abzasda “məktəbləri
və peşə liseylərində” sözləri “təhsili
müəssisələrində” sözləri ilə
əvəz edilmişdir.
6 sentyabr 2019-cu
il tarixli 397
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2019-cu il, ¹
198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹ 9, maddə 1551) ilə 1-ci
hissənin üçüncü abzası yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
bütün tipdən olan ümumtəhsil
məktəblərində, gimnaziya və liseylərdə,
peşə təhsili
müəssisələrində, idman və
incəsənət məktəblərində
müəllimlərin, məktəbdənkənar təhsil
müəssisələrində dərnək
rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs
yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır);
[4] 10 sentyabr 2019-cu il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 12
sentyabr 2019-cu il, ¹ 200, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə 1558) ilə 1-ci hissənin dördüncü abzasından
“təhsili” sözü
çıxarılmışdır.