Azərbaycan Respublikasının Milli Atlasının nəşri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından etibarən ötən iyirmi il ərzində xalqımızın ictimai-siyasi və elmi-mədəni həyatı ilə bağlı nailiyyətləri əks etdirən mühüm əhəmiyyətə malik bir sıra nəşrlər işıq üzü görmüşdür. Bununla yanaşı, respublikamıza aid xəritələr mövcud akademik nəşrlərdə lazımınca əhatə olunmamışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın milli atlasının çapını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Milli Atlası nəşr edilsin.

2. Azərbaycan Respublikasının Milli Atlasının redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin: [1]

 

Redaksiya heyətinin sədri

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

Redaksiya heyəti sədrinin müavini

 

Mahmud Kərimov

AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Məsul katib

 

Qərib Məmmədov

AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Redaksiya heyətinin üzvləri

 

Elmar Məmmədyarov

Xarici işlər naziri

Şahin Mustafayev

İqtisadi inkişaf naziri

Natiq Əliyev

Sənaye və energetika naziri

Ziya Məmmədov

Nəqliyyat naziri

İsmət Abasov

Kənd təsərrüfatı naziri

Hüseynqulu Bağırov

Ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev

Mədəniyyət və turizm naziri

Misir Mərdanov

Təhsil naziri

Oqtay Şirəliyev

Səhiyyə naziri

Əli Abbasov

Rabitə və informasiya texnologiyaları naziri

Azad Rəhimov

İdman və gənclər naziri

Arif Vəliyev

Dövlət Statistika Komitəsinin sədri

Akif Əlizadə

AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru

Xoşbəxt Yusifzadə

AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov

AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru

Əhliman Əmiraslanov

AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru

Budaq Budaqov

AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru

Abel Məhərrəmov

AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru

Ziyad Səmədzadə

AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri

Yaqub Mahmudov

 

AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri

Məhərrəm Babayev

AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 aprel 2011-ci il

1436

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 dekabr 2013-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 11 dekabr 2013-cü il, 272; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 12, maddə 1568)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 dekabr 2013-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 11 dekabr 2013-cü il, 272; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 12, maddə 1568) ilə 2-ci hissəsi ləğv edilmişdir.