Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etsin.

 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun strukturunu və ştat cədvəlini təsdiq etsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 mart 2012-ci il

№ 2091