Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına Əməkdar Mühəndis fəxri adının verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aşağıdakı əməkdaşlarına Əməkdar Mühəndis fəxri adı verilsin:

Ramazanov Xəlil Ramazan oğlu

Rəsulov Azad Hüseyn oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 may 2012-ci il

2232