AZƏRBAYCAN RESPUBLİKASI
XARİCİ İŞLƏR NAZİRLİYİ
QƏRAR
¹ Q/07-12
Bakı şəhəri, “
“Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə uçotu Qaydaları”nın təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli
Fərmanının 2-ci hissəsinin və Azərbaycan
Respublikasının Prezidentinin 2012-ci il 13 fevral tarixli 593
nömrəli Fərmanının 6-cı hissəsinin
icrasını təmin etmək məqsədilə, Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun 20.2-ci və 20.3-cü maddələrini və 1994-cü il
08 fevral tarixli 782 nömrəli Azərbaycan Respublikasının
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi”nin 25-ci maddəsini rəhbər
tutaraq QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə uçotu Qaydaları” təsdiq
edilsin (əlavə olunur).
2.
Xarici İşlər Nazirliyi üzrə 08 iyul 2000-ci il tarixli
5 nömrəli Əmr qüvvədən düşmüş
hesab edilsin.
3.
Hüquqi təminat idarəsi bu Qərarın üç
gün müddətində Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
üçün Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə göndərilməsini təmin etsin.
Nazir Elmar
Məmmədyarov
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə uçotu Qaydaları
1. Ümumi müddəalar
1.1.
Azərbaycan Respublikasının 1994-cü il 08 fevral tarixli 782
nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi”nin 25-ci maddəsinə,
“Ölkədən getmək, ölkəyə gəlmək və
pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci
maddəsinə və Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.34-cü bəndinə müvafiq olaraq,
Azərbaycan Respublikasının konsulluqları (yəni, səfirliyin
konsulluq şöbəsi, baş konsulluq, konsulluq, vitse konsulluq və konsulluq agentliyi) xarici
ölkələrdə konsulluq dairəsində daimi və
müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
uçotunu aparırlar.
1.2.
Azərbaycan Respublikasının konsulluqları olmayan xarici
ölkələrdə daimi və müvəqqəti
yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
uçotu həmin xarici ölkələrdə akkreditə
edilmiş Azərbaycan Respublikasının konsulluqları tərəfindən
aparılır.
1.3.
Xarici ölkələrdə daimi və müvəqqəti
yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
konsulluq uçotuna alınması onların
hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin
qorunması məqsədilə aparılır.
1.4.
Azərbaycan Respublikası vətəndaşlarının
konsulluq uçotuna alınması ödənişsiz yerinə
yetirilir.
2. Xarici ölkələrdə daimi yaşayan Azərbaycan
Respublikası
vətəndaşlarının uçotu
2.1.
Xarici ölkənin səlahiyyətli orqanları tərəfindən
verilmiş müvafiq sənəd əsasında həmin
ölkədə daimi yaşayan (bundan sonra: daimi yaşayan) Azərbaycan
Respublikasının vətəndaşları
yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan
Respublikasının konsulluğunda uçota alınırlar.
2.2.
Uçot zamanı xüsusi formalı uçot
kartoçkası (Əlavə 1) doldurulur, uçota alınan
vətəndaşın rəngli fotoşəkili (3,5 x 4,5
ölçülü) uçot kartoçkasına
yapışdırılır və həmin vətəndaşın
şəxsiyyətini və xarici ölkədə daimi
yaşamaq icazəsinə malik olmasını təsdiq edən
sənədlərin kserosurətləri əlavə olunur.
2.3.
Uçota alınan zaman, vətəndaşın pasportunda “Azərbaycan Respublikasının
(konsulluğun adı)da uçota alınmışdır.
Tarix:_____ İmza:_____” sözləri əks
olunmuş ştamp vurulur, konsulluğun vəzifəli şəxsi
tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq
edilir.
2.4.
Xarici dövlətlərlə müvafiq beynəlxalq
müqavilə bağlanmış olduğu halda, vətəndaşın
ölkədən getmək və ölkəyə gəlmək
hüququ onun şəxsiyyət vəsiqəsi əsasında
həyata keçirilərsə və həmin vətəndaş
xarici ölkədə daimi yaşayarsa, onun uçota alınması
zamanı Azərbaycan Respublikasının konsulluğunun vəzifəli
şəxsi tərəfindən imzalanmış və gerbli
möhürlə təsdiq edilmiş uçota alınması
barədə sərbəst formada yazılmış
arayış verilir.
3. Xarici ölkələrdə daimi yaşayan Azərbaycan
Respublikası
vətəndaşlarının
hərbi uçotu
3.1.
Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə
daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
hərbi uçotunu aparır, kişi cinsindən olan 18
yaşına çatmış vətəndaşların həqiqi
hərbi xidmətə çağırılmaları məqsədilə
onların Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə,
şöbə və bölməsinə gəlmələri
barədə xəbərdar edir. Həmin vətəndaşlar
üçün doldurulmuş uçot kartoçkasında hərbi
vəzifəlilər üçün “hərbi vəzifəli”,
çağırışçılar üçün
“çağırışçı” qeydləri edilir.
3.2.
18 yaşına çatmış
çağırışçıların siyahısı tərtib
edilir və həmin siyahı ildə iki dəfə (martda və
sentyabrda) Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
göndərilir.
4. Xarici ölkələrdə daimi yaşayan Azərbaycan
Respublikası
vətəndaşlarının
uçotdan çıxarılması
4.1.
Xarici ölkələrdə daimi yaşayan Azərbaycan
Respublikasının vətəndaşları uçota
alındıqları konsulluq dairəsində daimi
yaşayış uçotundan çıxmaq
üçün müraciət etdikləri, Azərbaycan
Respublikasının vətəndaşlığından
çıxdıqları, vəfat etdikləri, barələrində
itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin
qərarı olduğu hallarda uçotdan
çıxarılırlar.
4.2.
Uçotdan çıxarılma zamanı, uçot
kartoçkasında uçotdan çıxarılmanın səbəbləri
və tarixi barədə qeyd yazılır və uçot
kartoçkası uçotdan çıxarılmış
şəxslər üçün nəzərdə tutulan
qovluqda saxlanılır.
4.3.
Uçotdan çıxarılma zamanı, vətəndaşın
pasportunda “ __________________ ilə
(səbəb)
əlaqədar Azərbaycan Respublikasının
(konsulluğun adı)da uçotdan çıxarıldı.
Tarix:_____ İmza:_____”
sözləri əks olunmuş ştamp vurulur, konsulluğun vəzifəli
şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə
təsdiq edilir.
4.4.
Xarici dövlətlərlə müvafiq beynəlxalq
müqavilə bağlanmış olduğu halda, vətəndaşın
ölkədən getmək və ölkəyə gəlmək
hüququ onun şəxsiyyət vəsiqəsi əsasında
həyata keçirilərsə və həmin vətəndaş
xarici ölkədə daimi yaşayarsa, onun uçotdan
çıxarılması zamanı Azərbaycan
Respublikasının konsulluğunun vəzifəli şəxsi
tərəfindən imzalanmış və gerbli möhürlə
təsdiq edilmiş uçotdan çıxarılması barədə
sərbəst formada yazılmış arayış verilir.
4.5.
Uçotdan çıxarılmış vətəndaşların
uçot kartoçkaları 2 il saxlanılır və sonra
müvafiq akt tərtib edilərək, ləğv edilir.
5. Xarici ölkələrdə müvəqqəti
yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
uçotu
5.1.
Üç aydan artıq müddətə xarici ölkəyə
işləməyə ezam olunmuş, təhsil ilə
bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və
digər məqsədlə) səfər etmiş (bundan sonra:
müvəqqəti yaşayan) Azərbaycan
Respublikasının vətəndaşları müvafiq olaraq
işlədikləri, təhsil aldıqları, müalicə
olunduqları və ya yaşadıqları əraziyə
akkreditə edilmiş Azərbaycan Respublikasının
konsulluğunda uçota alınırlar.
5.2.
Uçot zamanı xüsusi formalı uçot
kartoçkası (Əlavə 2) doldurulur və xarici ölkədə
müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyətini təsdiq edən sənədinin kserosurəti
əlavə olunur.
5.3.
Xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının qeydiyyatı ilə
bağlı onların pasportlarında heç bir qeyd
aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə
onun müvəqqəti yaşayış uçotunda
olması barədə konsulluq tərəfindən sərbəst
formada yazılmış arayış verilir.
5.4.
Azərbaycan Respublikasının vətəndaşı xarici
ölkədə müvəqqəti yaşayış müddətinin
bitməsi ilə əlaqədar xarici ölkəni tərk
etdiyi tarixdən sonra onun uçot kartoçkası 2 il
saxlanılır və sonra müvafiq akt tərtib edilərək,
ləğv edilir.
6. Uçot kartoçkalarına əlavə məlumatların
daxil edilməsi
6.1.
Uçot aparıldıqdan sonra uçot məlumatlarında dəyişikliklər
baş verərsə, uçot kartoçkasında müvafiq
qeydlər və düzəlişlər edilir. Kartoçka
blankında əlavə yazılar üçün yer
qalmadıqda köhnə uçot kartoçkasına yenisi
tikilir.
6.2.
Azərbaycan Respublikası vətəndaşlarının
uçot kartoçkaları daimi və müvəqqəti
yaşayış qeydiyyatı üçün nəzərdə
tutulmuş kartotekalarda əlifba sırası ilə ayrıca
saxlanılır. Soyad dəyişdirildikdə yeni uçot
kartoçkası doldurulur. Köhnə kartoçka isə
kartotekada əvvəlki yerində saxlanılır və həmin
kartoçkada qeyd yazılır: “
_______________ soyadda kartoçkaya bax” (yeni soyad göstərilir).
6.3.
Uçota alınmış Azərbaycan Respublikası vətəndaşlarının
16 yaşadək uşaqları valideynlərindən birinin
uçot kartoçkasında qeyd olunur. Bu halda, həmin
uşağın doğum haqqında şəhadətnaməsinin
və valideynlərinin nikah haqqında şəhadətnaməsinin
(olduğu halda) kserosurətləri valideyninin
kartoçkasına əlavə olunur. 16 yaşına
çatmamış, xaricdə valideynsiz yaşayan Azərbaycan
Respublikası vətəndaşları üçün
ayrıca kartoçkalar doldurulur.
7. Xarici ölkələrdə yaşayan Azərbaycan
Respublikası
vətəndaşlarının uçotu barədə
hesabat verilməsi
7.1.
Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə
yaşayan Azərbaycan Respublikasının vətəndaşları
barəsində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyinə illik hesabat verir. Həmin hesabat
xüsusi forma üzrə tərtib edilir (Əlavə 3).
Əlavə 1 ________________________________________________________ (Uçota alan
konsulluğun adı)
Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot
kartoçkası
İmza _______________ “___” ______________
20__ il |
Əlavə 2 ________________________________________________________ (Uçota alan
konsulluğun adı) Xarici ölkədə
müvəqqəti yaşayan Azərbaycan
Respublikası vətəndaşının uçot
kartoçkası
İmza _______________ “___”
______________ 20__ il |
Əlavə 3 ________________________________________________________ (Uçota alan
konsulluğun adı) Xarici
ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
uçotu haqqında hesabat __________________________ (Tarix)
|