Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən qərara alıram:

1. Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyun 2013-cü il

908

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə[2]

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşlarına pasportların verilməsi və pasportların dəyişdirilməsi qaydasını müəyyən edir.[3]

1.2. Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra - vətəndaş) pasport və ya bu Əsasnamənin 5.4-cü bəndində nəzərdə tutulmuş halda şəxsiyyət vəsiqəsi əsasında Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkədən gedə və ölkəyə gələ bilər. [4]

1.3. Heç bir dövlət orqanı və ya vəzifəli şəxs vətəndaşı ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edə bilməz.

 

2. Ölkədən getmək hüququnun məhdudlaşdırılması

 

2.1. Vətəndaşın ölkədən getmək hüququ Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda və müddətlərə müvəqqəti məhdudlaşdırılır. Vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (bundan sonra - İAMAS) məhdudiyyət siyahılarına əsasən həyata keçirilir.

2.2. Vətəndaşın ölkədən getmək hüququnu məhdudlaşdıran əsaslar aradan qalxdıqdan sonra vətəndaş bu hüququnu həyata keçirə bilər.

2.3. Hər hansı bir ölkədə təbii fəlakət, epidemiya, epizootiya, böyük ekoloji və başqa qəza, zorakılıqla müşayiət olunan kütləvi iğtişaş, insanların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün təhdid törədən münaqişə yaranarsa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi kütləvi informasiya vasitələri ilə Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir.

2.4. Bu Əsasnamənin 2.5-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, onu övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər.

2.5. 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. 18 yaşı tamam olmamış vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürənin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

2.6. 18 yaşı tamam olmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, yaxud onun ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, həmin valideynin razılığı tələb edilmir. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən 18 yaşı tamam olmamış vətəndaş Azərbaycan Respublikasından gedə bilər.

2.7. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə, qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.

2.8. 15 yaşı tamam olmamış vətəndaşa pasport verilərkən, onun ərizə-anketini təqdim edən valideyninə və ya digər qanuni nümayəndəsinə, 15 yaşdan 18 yaşadək olan vətəndaşın isə özünə, yaxud valideyninə və ya digər qanuni nümayəndəsinə daxili işlər orqanının məsul əməkdaşı bu Əsasnamənin 2.4-2.7-ci bəndlərinin müddəaları barədə məlumat verməlidir.

 

3. Ümumvətəndaş, xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi

 

3.1. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra - daxili işlər orqanı) tərəfindən Pasportlar haqqında Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. [5]

3.2. Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

3.2.1. ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (bundan sonra - ərizə-anket) (1 və 2 nömrəli əlavələr);

3.2.2. vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);

3.2.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

3.2.4. pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər;

3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

1. qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);

2. valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

3.3. Ölkədən gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallar ərizə-anketlərə növbədənkənar baxılma üçün əsasdır. Həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:

3.3.1. təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;

3.3.2. təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);

3.3.3. qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

3.4. 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

3.5. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

3.5-1. 15 yaşı tamam olmamış vətəndaşa pasport verilərkən, onun ərizə-anketini təqdim edən valideyninə və ya digər qanuni nümayəndəsinə, 15 yaşından 18 yaşınadək olan vətəndaşın isə özünə, yaxud valideyninə və ya digər qanuni nümayəndəsinə daxili işlər orqanının məsul əməkdaşı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası barədə məlumat verməlidir.[6]

3.6. Vətəndaşa ümumvətəndaş pasportu verilərkən daxili işlər orqanının məsul əməkdaşı ərizə-anketin düzgün doldurulduğunu yoxlayır. Daxili işlər orqanının məsul əməkdaşı ərizə-anket üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın üz təsviri və əl-barmaq izləri üzrə biometrik məlumatları ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.

3.7. Ümumvətəndaş pasportunun fərdi olaraq doldurulması İAMAS vasitəsilə həyata keçirilir. Verilmiş ümumvətəndaş pasportları, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.

3.8. Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

3.9. Fotoşəklə dair tələblər, fotoşəklin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) sənədlərində təsvir edilmiş nümunələri, daxili işlər orqanının iş qrafiki haqqında məlumatlar, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin formaları və ödənilməli olan dövlət rüsumunun məbləğləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytında və daxili işlər orqanının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həftələrarası istirahət günlərində də pasportun verilməsini və ya dəyişdirilməsini təmin etmək məqsədi ilə ümumvətəndaş pasportu verən yerli orqanları üçün optimal iş qrafiki tərtib edir.

3.10. Ümumvətəndaş pasportuna elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar, pasport sahibinin üz təsviri və 15 yaşı tamam olmuş vətəndaşın hər əlindən bir barmaq izi daxil edilir.

3.11. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən bu Əsasnamənin 3.1-3.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir.

Qeyd. Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.

3.12. Vətəndaş etibarlılıq müddəti bitməmiş ümumvətəndaş pasportunun da dəyişdirilməsi üçün müraciət edə bilər. Bu halda pasport bu Əsasnamənin 3.1-3.7-ci və 3.11-ci bəndlərində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

3.13. Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda isə iki iş günü müddətində verilir və ya dəyişdirilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir və ya dəyişdirilir.

3.14. Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumunun məbləğləri Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

3.15. Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

3.16. Bu Əsasnamənin 3.1-3.8-ci, 3.11-ci və 3.12-ci bəndləri ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında (bu Əsasnamənin 3.13-cü bəndində nəzərdə tutulmuş müddətlər sənədlər daxil olduğu andan hesablanır) fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

3.17. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir.

3.18. Xidməti və diplomatik pasportlar yalnız Pasportlar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun vəsatəti (3, 4, 5 və 6 nömrəli əlavələr) əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ən geci beş iş günü müddətində verilir.

3.19. Bu Əsasnamənin 3.18-ci bəndində nəzərdə tutulmuş vəsatətə aşağıdakı sənədlər əlavə edilir:

3.19.1. vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsinin, yaxud fərdi identifikasiya kartının surəti);

3.19.2. vəsatət vəzifəli şəxsin 15 yaşı tamam olmamış uşağı barəsində olduqda - qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartının surəti təqdim edildikdə bu sənəd tələb olunmur).

3.20. Xidməti və ya diplomatik pasport almaq hüququ olan vəzifəli şəxsin uşaqlarına müvafiq pasport verildikdə, yalnız 15 yaşı tamam olmuş uşaqlar vəzifəli şəxslə birlikdə vəsatətdə şəxsi imzalarını qeyd edirlər.

3.21. Vətəndaşa xidməti və ya diplomatik pasport verilərkən, müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun vəsatətində qeyd olunan məlumatları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı yoxlayır.

3.22. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı xidməti və ya diplomatik pasportun verilməsi ilə bağlı məlumatları yoxladıqdan sonra vəsatətdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın üz təsviri və əl-barmaq izləri üzrə biometrik məlumatları ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.

3.23. Azərbaycan Respublikası vətəndaşının xidməti və ya diplomatik pasportunun fərdi olaraq doldurulması İAMAS vasitəsilə həyata keçirilir. Verilmiş pasportlar, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.

3.24. Xidməti və ya diplomatik pasport üçün vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəklinin çəkilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

3.25. Fotoşəklə dair tələblər, fotoşəklin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) sənədlərində təsvir edilmiş nümunələri, iş qrafiki haqqında məlumatlar, xidməti və ya diplomatik pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və vəsatətin formaları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi internet saytında və həmin nazirliyin binasının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhədə yerləşdirilməlidir. İş qrafiki tərtib edilərkən xidməti və ya diplomatik pasportun verilməsi və ya dəyişdirilməsi üçün iş həftəsinin istənilən günü nazirliyin iş saatında müraciət etmək imkanı təmin edilməlidir.

3.26. Xidməti və diplomatik pasporta elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar, pasport sahibinin üz təsviri və 15 yaşı tamam olmuş vətəndaşın hər əlindən bir barmaq izi daxil edilir.

3.27. Xidməti və ya diplomatik pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən bu Əsasnamənin 3.18-3.23-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir.

Qeyd. Elektron daşıyıcısı olmayan xidməti və ya diplomatik pasportlar dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.

3.28. Etibarlılıq müddətinin bitməsinə yeddi ay qaldıqda da xidməti və ya diplomatik pasportun dəyişdirilməsi üçün vəsatət verilə bilər. Bu halda pasport bu Əsasnamənin 3.18-3.23-cü və 3.27-ci bəndlərində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

3.29. Xidməti və ya diplomatik pasportda, o cümlədən pasportun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

3.30. Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş hallarda pasportun verilməsindən və ya dəyişdirilməsindən imtina edilir.

3.31. Xidməti və ya diplomatik pasportun verilməsi üçün əsas aradan qalxdıqda, əgər qanunda başqa qayda nəzərdə tutulmayıbsa, müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun rəhbəri həmin pasportu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təhvil verməli və ya bu mümkün olmadıqda, həmin nazirliyə bu barədə məlumat təqdim etməlidir.

 

4. Pasportun itirilməsi və ya oğurlanması

 

4.1. Vətəndaş pasportunu itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, pasportu verən orqana yazılı məlumat verməlidir.

4.2. Pasportunu itirdiyini bildirən vətəndaş həmin pasportu taparsa və ya itirilmiş pasport yeni pasport verildikdən sonra tapılarsa, tapılmış pasport dərhal pasportu verən orqana təhvil verilməlidir.

4.3. Vətəndaş pasportunu itirdiyi barədə pasportu verən orqana rəsmi müraciət etdikdə və onun şəxsiyyəti müəyyənləşdirildikdə, bu barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş pasport barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir, İAMAS-da aktiv statusu dəyişdirilir. Pasportun itirilməsi ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra qan qrupu haqqında tibbi arayış tələb edilmədən, bu Əsasnamə ilə müəyyən edilmiş qaydada vətəndaşa yeni pasport verilir.[7]

4.4. Pasport oğurlandıqda, vətəndaş cinayətin baş verdiyi yerin polis orqanına bu barədə yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında vətəndaşa arayış verilir və bu arayış oğurlanmış pasportun qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və bunun əsasında vətəndaşa yeni pasportun verilməsi üçün əsas götürülür.

 

5. Ölkədən getmək və ölkəyə gəlmək hüququnun tənzimlənməsi

 

5.1. Vətəndaş ümumvətəndaş pasportu ilə xarici ölkəyə gedərkən ondan viza tələb olunarsa, o, belə vizanı almaq üçün həmin ölkənin müvafiq diplomatik nümayəndəliyinə və ya konsulluğuna müraciət etməlidir. Xarici ölkədən Azərbaycan Respublikasına qayıtmaq üçün vətəndaşdan viza tələb olunmur.

5.2. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıtmaq hüququ, onun ölkəyə qayıtmaq hüququ verən digər sərhədkeçmə sənədi olmadıqda, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

5.3. Xidməti və ya diplomatik pasportla xaricə gedən şəxs üçün xarici ölkənin vizası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin notası əsasında həmin ölkənin səfirliyindən və ya konsulluğundan alınır.

5.4. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

5.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra - əcnəbilər) Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərtilə pasportları (digər sərhədkeçmə sənədləri) və viza əsasında və ya beynəlxalq müqavilələrə uyğun olaraq vizasız qaydada Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.

5.6. Əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi yalnız Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hallarda qadağan edilir.

5.7. Əcnəbilərin Azərbaycan Respublikasından getməsi Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş hallarda müvəqqəti məhdudlaşdırıla bilər.

5.8. Profilaktik peyvəndlərin aparılmaması Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin, beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişinin dayandırılması və ya məhdudlaşdırılması ilə nəticələnir.

5.9. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər pasportları (digər sərhədkeçmə sənədləri) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər.

5.10. Viza əsasında gələn əcnəbilər vizada göstərilən ölkədə qalma müddəti, viza tələb olunmayan qaydada gələnlər isə 90 gün bitənədək, onların ölkədə müvəqqəti olma müddəti uzadılmayıbsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməyibsə və ya onlardan belə icazənin verilməsi üçün ərizə qəbul edilməyibsə, Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

5.11. Viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və ölkə ərazisində müvəqqəti olma müddəti uzadılan əcnəbilər pasportlarını (digər sərhədkeçmə sənədlərini) və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilərlər.

 


 

Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməyə

1 nömrəli əlavə[8]

18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında

 

ƏRİZƏ ANKET

 

1. VƏTƏNDAŞ VƏ YA ONUN QANUNİ NÜMAYƏNDƏSİ TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

_____________________________________________________________________________

 

1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, ümumvətəndaş pasportu verilməsini xahiş edirəm:

_____________________________________________________________________________

 

1.1.1. Vətəndaşın:

1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)

1.1.1.2. Adı

1.1.1.3. Atasının adı

1.1.1.4. Doğulduğu yer

1.1.1.5. Doğulduğu tarix

 

1.1.1.6. Yaşayış yeri

1.1.1.7. Cinsi

 

1.1.1.8. Qan qrupu

1.1.1.9. İmzası

 

 

1.1.2. Ərizə vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun:

 

1.1.2.1. Soyadı

1.1.2.2. Adı

1.1.2.3. Atasının adı

1.1.2.4. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi

1.1.2.5. Xüsusi qeydi

1.1.2.6. İmzası

1.1.2.7. Tarix

2. PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

____________________________________________________________________________

2.1. Dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:

2.1.1. Dövlət orqanının adı

2.1.2. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

 

2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

2.1.3.1. Şəxsiyyət vəsiqəsi

2.1.3.2. Ərizə vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd

2.1.3.3. Pasportun verilməsi xaricə gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənədlər

2.1.4. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:

 

2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:

2.1.6. Məlumatları yoxlamış məsul işçinin:

2.1.6.1. Soyadı, adı, atasının adı

 

2.1.6.2. Vəzifəsi

2.1.6.3. İmzası

2.2. Pasportun doldurulması ilə əlaqədar qeydlər:

2.2.1. Pasportu dolduran regional mərkəzin adı

2.2.2. Sənədlərin göndərildiyi tarix

2.2.3. Doldurulmuş pasportun daxil olduğu tarix

2.3. Pasportun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:

2.3.1. Pasportun verildiyi tarix

2.3.2. Pasportu aldığına dair ərizəçinin imzası

2.3.3. Xüsusi qeydlər:

 

 

 

 


 

Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməyə

2 nömrəli əlavə

18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında

ƏRİZƏ ANKET

 

1. VƏTƏNDAŞ VƏ YA ONUN QANUNİ NÜMAYƏNDƏSİ TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

_____________________________________________________________________________

1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, ümumvətəndaş pasportu verilməsini xahiş edirəm:

_____________________________________________________________________________

1.1.1. 18 yaşı tamam olmamış vətəndaşın:

1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)

1.1.1.2. Adı

1.1.1.3. Atasının adı

1.1.1.4. Doğulduğu yer

1.1.1.5. Doğulduğu tarix

1.1.1.6. Yaşayış yeri

1.1.1.7. Cinsi

1.1.1.8. Qan qrupu

 

1.1.1.9. İmzası (vətəndaş 15 yaşdan 18 yaşadək olduqda)

1.1.2. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verildikdə, onun:

 

1.1.2.1. Soyadı

1.1.2.2. Adı

1.1.2.3. Atasının adı

1.1.2.4. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi

1.1.2.5. Xüsusi qeydi

1.1.2.6. İmzası

1.1.2.7. Tarix

 

2. PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

_____________________________________________________________________________

2.1. Dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:

2.1.1. Dövlət orqanının adı

2.1.2. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

2.1.3.1. Vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı

2.1.3.2. Qan qrupu haqqında tibbi arayış (vətəndaşın fərdi identifikasiya kartı təqdim edilmədikdə)

2.1.3.3. Ərizə vətəndaşın övladlığa götürəni, himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd

2.1.3.4. Pasportun verilməsi xaricə gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənədlər

2.1.4. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:

2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:

 

2.1.6. Məlumatları yoxlamış məsul işçinin:

 

2.1.6.1. Soyadı, adı, atasının adı

2.1.6.2. Vəzifəsi

2.1.6.3. İmzası

 

2.2. Pasportun doldurulması ilə əlaqədar qeydlər:

 

2.2.1. Pasportu dolduran regional mərkəzin adı

2.2.2. Sənədlərin göndərildiyi tarix

2.2.3. Doldurulmuş pasportun daxil olduğu tarix

2.3. Pasportun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:

2.3.1. Pasportun verildiyi tarix

2.3.2. Pasportu aldığına dair ərizəçinin imzası

2.3.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamla təsdiq edirəm

2.3.4. Müvafiq məlumatın verildiyinə dair ərizəçinin imzası

2.3.5. Xüsusi qeydlər:

 

 


 

Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməyə

3 nömrəli əlavə

 

Vəzifəli şəxsə xidməti pasport verilməsi haqqında dövlət orqanının (dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun)

 

VƏSATƏTİ

1. DÖVLƏT ORQANI (DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏ VƏ YA TƏŞKİLAT, YAXUD QEYRİ-KOMMERSİYA QURUMU) TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

_____________________________________________________________________________

 

1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, xidməti pasport verilməsini xahiş edirəm:

_____________________________________________________________________________

 

1.1.1. Vəzifəli şəxsin:

 

1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)

 

1.1.1.2. Adı

1.1.1.3. Atasının adı

1.1.1.4. Doğulduğu yer

 

1.1.1.5. Doğulduğu tarix

 

1.1.1.6. Cinsi

1.1.1.7. Qan qrupu

 

1.1.1.8. Yaşayış yeri

1.1.1.9. Vəzifəsi

1.1.1.10. İmzası

 

 

1.1.2. Vəsatət verən dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun:

 

1.1.2.1. Adı

1.1.2.2. Ünvanı

1.1.2.3. Rəhbərinin soyadı, adı, atasının adı

 

 

1.1.3. Vəsatətin verilməsinə əsas

1.1.4. Vəsatət verən dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun:

1.1.5. Tarix

1.1.4.1. Rəhbərinin imzası

 

1.1.4.2. Möhürü

 

 

2. PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

__________________________________________________________________________

2.1. Pasportu verən dövlət orqanının məsul əməkdaşı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:

2.1.1. Dövlət orqanının adı

2.1.2. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

2.1.3.1. Şəxsiyyət vəsiqəsinin surəti

 

2.1.4. Vəsatətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd

 

 

2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:

 

2.1.6. Məlumatları yoxlamış məsul işçinin:

2.1.6.1. Soyadı, adı, atasının adı

 

2.1.6.2. Vəzifəsi

2.1.6.3. İmzası

2.2. Pasportun verilməsi ilə əlaqədar qeydlər:

2.2.1. Pasportun verildiyi tarix

 

2.2.2. Pasportu aldığına dair onun sahibinin imzası

2.2.3. Xüsusi qeydlər:

 

 

 


 

Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməyə

4 nömrəli əlavə

 

Vəzifəli şəxsin arvadına (ərinə),18 yaşı tamam olmamış uşağına və 18 yaşı tamam olmuş əmək qabiliyyəti olmayan övladına xidməti pasport verilməsi haqqında dövlət orqanının (dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun)

VƏSATƏTİ

1. DÖVLƏT ORQANI (DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏ VƏ YA TƏŞKİLAT, YAXUD QEYRİ-KOMMERSİYA QURUMU) TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

_____________________________________________________________________________

1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, xidməti pasport verilməsini xahiş edirəm:

_____________________________________________________________________________

1.1.1. Vəzifəli şəxsin:

1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)

1.1.1.2. Adı

1.1.1.3. Atasının adı

1.1.1.4. Vəzifəsi

1.1.1.5. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi

 

1.1.1.6. İmzası

1.1.2. Vəzifəli şəxsin arvadının (ərinin), 18 yaşı tamam olmamış uşağının və ya 18 yaşı tamam olmuş əmək qabiliyyəti olmayan övladının:

1.1.2.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)

1.1.2.2. Adı

1.1.2.3. Atasının adı

1.1.2.4. Doğulduğu yer

1.1.2.5. Doğulduğu tarix

1.1.2.6. Cinsi

1.1.2.7. Qan qrupu

1.1.2.8. Yaşayış yeri

1.1.2.9. Vəzifəsi

1.1.2.10. İmzası (15 yaşı tamam olmuş vətəndaşın)

1.1.3. Vəsatət verən dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun:

1.1.3.1. Adı

1.1.3.2. Ünvanı

1.1.3.3. Rəhbərinin soyadı, adı, atasının adı

1.1.4. Vəsatətin verilməsinə əsas

1.1.5. Vəsatət verən dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun:

1.1.6. Tarix

1.1.5.1. Rəhbərinin imzası

 

1.1.5.2. Möhürü

 

 

 

2. PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

 

_____________________________________________________________________________

2.1. Pasportu verən dövlət orqanının məsul əməkdaşı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:

2.1.1. Dövlət orqanının adı

2.1.2. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

2.1.3.1. Şəxsiyyət vəsiqəsinin surəti (və ya 15 yaşına çatmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı)

2.1.3.2. Qan qrupu haqqında tibbi arayış (15 yaşına çatmamış vətəndaşın fərdi identifikasiya kartı təqdim edilmədikdə)

2.1.4. Vəsatətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd

 

2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:

2.1.6. Məlumatları yoxlamış məsul işçinin:

2.1.6.1. Soyadı, adı, atasının adı

2.1.6.2. Vəzifəsi

2.1.6.3. İmzası

2.2. Pasportun verilməsi ilə əlaqədar qeydlər:

2.2.1. Pasportun verildiyi tarix

2.2.2. Pasportu aldığına dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası

2.2.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamla təsdiq edirəm

2.2.4. Müvafiq məlumatın verildiyinə dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası

2.2.5. Xüsusi qeydlər:

 

 

 


 

Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməyə

5 nömrəli əlavə

 

Vəzifəli şəxsə diplomatik pasport verilməsi haqqında dövlət orqanının

 

VƏSATƏTİ

 

1. DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

_____________________________________________________________________________

1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, diplomatik pasport verilməsini xahiş edirəm:

_____________________________________________________________________________

1.1.1. Vəzifəli şəxsin:

1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)

1.1.1.2. Adı

1.1.1.3. Atasının adı

1.1.1.4. Doğulduğu yer

1.1.1.5. Doğulduğu tarix

1.1.1.6. Cinsi

1.1.1.7. Qan qrupu

1.1.1.8. Yaşayış yeri

1.1.1.9. Vəzifəsi

1.1.1.10. İmzası

1.1.2. Vəsatət verən dövlət orqanının:

1.1.2.1. Adı

1.1.2.2. Ünvanı

1.1.2.3. Rəhbərinin soyadı, adı, atasının adı

 

 

1.1.3. Vəsatətin verilməsinə əsas

1.1.4. Vəsatət verən dövlət orqanının:

1.1.5. Tarix

1.1.4.1. Rəhbərinin imzası

 

1.1.4.2. Möhürü

 

 

 

2. PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

__________________________________________________________________________

2.1. Pasportu verən dövlət orqanının məsul əməkdaşı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:

2.1.1. Dövlət orqanının adı

2.1.2. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

2.1.3.1. Şəxsiyyət vəsiqəsinin surəti

 

 

2.1.4. Vəsatətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd

 

2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:

 

2.1.6. Məlumatları yoxlamış məsul işçinin:

 

2.1.6.1. Soyadı, adı, atasının adı

 

2.1.6.2. Vəzifəsi

2.1.6.3. İmzası

2.2. Pasportun verilməsi ilə əlaqədar qeydlər:

2.2.1. Pasportun verildiyi tarix

2.2.2. Pasportu aldığına dair onun sahibinin imzası

2.2.3. Xüsusi qeydlər:

 

 

 

 

 


 

Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməyə

6 nömrəli əlavə

Vəzifəli şəxsin arvadına (ərinə), 18 yaşı tamam olmamış uşağına, 18 yaşı tamam olmuş əmək qabiliyyəti olmayan övladına və ərdə olmayan qızına diplomatik pasport verilməsi haqqında dövlət orqanının

VƏSATƏTİ

1. DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

_____________________________________________________________________________

1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, diplomatik pasport verilməsini xahiş edirəm:

_____________________________________________________________________________

1.1.1. Vəzifəli şəxsin:

1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)

1.1.1.2. Adı

1.1.1.3. Atasının adı

1.1.1.4. Vəzifəsi

1.1.1.5. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi

 

1.1.1.6. İmzası

1.1.2. Vəzifəli şəxsin arvadının (ərinin), 18 yaşı tamam olmamış uşağının, 18 yaşı tamam olmuş əmək qabiliyyəti olmayan övladının və ya ərdə olmayan qızının:

1.1.2.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)

1.1.2.2. Adı

1.1.2.3. Atasının adı

1.1.2.4. Doğulduğu yer

1.1.2.5. Doğulduğu tarix

1.1.2.6. Cinsi

1.1.2.7. Qan qrupu

1.1.2.8. Yaşayış yeri

1.1.2.9. Vəzifəsi

1.1.2.10. İmzası (15 yaşı tamam olmuş vətəndaşın)

1.1.3. Vəsatət verən dövlət orqanının:

1.1.3.1. Adı

1.1.3.2. Ünvanı

1.1.3.3. Rəhbərinin soyadı, adı, atasının adı

1.1.4. Vəsatətin verilməsinə əsas

1.1.5. Vəsatət verən dövlət orqanının:

1.1.6. Tarix

1.1.5.1. Rəhbərinin imzası

1.1.5.2. Möhürü

 

2. PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

_____________________________________________________________________________

2.1. Pasportu verən dövlət orqanının məsul əməkdaşı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:

2.1.1. Dövlət orqanının adı

2.1.2. Vəsatətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədin adı

Nömrəsi

Verilmə tarixi

Kim tərəfindən verilmişdir

2.1.3.1. Şəxsiyyət vəsiqəsinin surəti (və ya 15 yaşına çatmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı)

2.1.3.2. Qan qrupu haqqında tibbi arayış (15 yaşına çatmamış vətəndaşın fərdi identifikasiya kartı təqdim edilmədikdə)

2.1.4. Vəsatətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd

2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:

2.1.6. Məlumatları yoxlamış məsul işçinin:

2.1.6.1. Soyadı, adı, atasının adı

 

2.1.6.2. Vəzifəsi

2.1.6.3. İmzası

 

2.2. Pasportun verilməsi ilə əlaqədar qeydlər:

 

2.2.1. Pasportun verildiyi tarix

2.2.2. Pasportu aldığına dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası

 

2.2.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamla təsdiq edirəm

2.2.4. Müvafiq məlumatın verildiyinə dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası

2.2.5. Xüsusi qeydlər:

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Respublika qəzeti, 2 may 2015-ci il, 093, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 520)

  1. 10 may 2018-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 19 may 2018-ci il, 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 928)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Respublika qəzeti, 2 may 2015-ci il, 093, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 520) ilə Adında və 1-ci hissəsində Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar sözləri Pasportlar sözü ilə əvəz edilmişdir.

 

[2] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Respublika qəzeti, 2 may 2015-ci il, 093, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 520) ilə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin adında Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar sözləri Pasportlar sözü ilə əvəz edilmişdir.

 

[3] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Respublika qəzeti, 2 may 2015-ci il, 093, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 520) ilə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1. Bu Əsasnamə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının həyata keçirilməsi, vətəndaşlara pasportların verilməsi və pasportların dəyişdirilməsi qaydasını müəyyən edir.

 

[4] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Respublika qəzeti, 2 may 2015-ci il, 093, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 520) ilə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 1.2-ci və 1.3-cü bəndlər, 2-ci və 5-ci hissələr ləğv edilmişdir.

 

[5] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Respublika qəzeti, 2 may 2015-ci il, 093, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 520) ilə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.1-ci, 3.10-cu, 3.18-ci, 3.26-cı və 3.30-cu bəndlərdə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar sözləri Pasportlar sözü ilə əvəz edilmişdir.

 

[6] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Respublika qəzeti, 2 may 2015-ci il, 093, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 520) ilə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməyə yeni məzmunda 3.5-1-ci bənd əlavə edilmişdir.

 

[7] 10 may 2018-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 19 may 2018-ci il, 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 928) ilə Pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 4.3-cü bəndinin üçüncü cümləsində itirilməsinə görə inzibati cərimə və pasportun sözləri itirilməsi ilə əlaqədar yenidən sözləri ilə əvəz edilmişdir.

 

[8] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Respublika qəzeti, 2 may 2015-ci il, 093, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 520) ilə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin əlavələrinin yuxarı sağ küncündə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar sözləri Pasportlar sözü ilə əvəz edilmişdir.