Viza blankının doldurulması Qaydasının, Viza almaq üçün ərizə-anketin nümunəsinin və Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatətinin nümunəsinin , habelə Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anketin nümunəsinin təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.2-ci, 1.2.3-cü və 1.2.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Viza blankının doldurulması Qaydası təsdiq edilsin (1 nömrəli əlavə).

2. Viza almaq üçün ərizə-anketin nümunəsi təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatətinin nümunəsi təsdiq edilsin (3 nömrəli əlavə).

3-1. Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anketin nümunəsi təsdiq edilsin (4 nömrəli əlavə).[2]

4. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 19 mart 2014-cü il

87

 


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2014-cü il 19 mart tarixli

87 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə

 

 

Viza blankının doldurulması

 

Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və viza blankının fərdi olaraq doldurulması qaydasını müəyyən edir.

1.2. Viza verilməsi haqqında vəsatətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilmiş müvafiq sənədlər təqdim edildiyi təqdirdə, həmin Məcəllənin 37-ci maddəsinə uyğun olaraq baxılır və viza verilməsi məqsədəuyğun hesab edildikdə viza blankı doldurulur.

 

2. Viza blankının doldurulması

 

2.1. Viza blankı fərdi qaydada Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (bundan sonra İAMAS) Viza altsistemi vasitəsilə doldurulur.

2.2. Viza altsistemi vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra əcnəbilər) viza verilməsi üçün İAMAS-la aşağıdakı işlər həyata keçirilir:

2.2.1. viza alan əcnəbinin miqrasiya qanunvericiliyində nəzərdə tutulmuş məlumatları elektron formada optik oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-ın Əcnəbilər informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya nömrəsi verilir;

2.2.2. təqdim olunan məlumatların düzgünlüyü və tamlığı, əldə olan sənədlərə uyğunluğu yoxlanılır, İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır və sistemdaxili razılaşdırma həyata keçirilir;

2.2.3. yoxlamanın və razılaşdırmanın nəticəsindən asılı olaraq qəbul edilən yekun rəy müsbət olduqda, viza blankının çap edilməsinə icazə yaranır və fərdiləşdirilməsi təmin edilir;

2.2.4. viza blankı və onun çap keyfiyyəti xüsusi proqram-texniki vasitə ilə yoxlanılır;

2.2.5. fərdi olaraq doldurulmuş, eləcə də qüsurlu, zədələnmiş və ya korlanmış blankların qeydiyyatı Blankların uçotu informasiya resursunda avtomatik aparılır.

2.3. Viza blankının əllə doldurulması yolverilməzdir.


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2014-cü il 19 mart tarixli

87 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

 

Viza almaq üçün ərizə-anket

Visa application

 

Qeyd. Blankı doldurarkən, çap hərflərindən istifadə edin.

Note. Use block letters to fill in the application form.

 

Foto

Photo

(3 x 4)

 

1. Soyad (pasportda olduğu kimi) / Surname (as in passport)

 

2. Ad (pasportda olduğu kimi) / Name (as in passport)

 

3. Adınız və soyadınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin) /

Has your name or surname been changed? (if changed, when and your previous name or surname)

4. Doğum tarixi (gün, ay, il) /

Date of birth (day, month, year)

5. Doğum yeri (şəhər, ölkə) / Place of birth (city, country)

6. Vətəndaşlıq / Citizenship

7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) /

Has your citizenship been changed? (if yes, when and your previous citizenship)

8. Cins / Sex

kişi / male

qadın / female

9. Sərhədkeçmə sənədinin növü /

Type of travel document

ümumvətəndaş pasportu / ordinary passport

xidməti pasport / service (official, special) passport

diplomatik pasport / diplomatic passport

digər sərhədkeçmə sənədi / other travel document_

10. Sərhədkeçmə sənədinin seriyası və nömrəsi / Number of travel document

11. Sərhədkeçmə sənədinin verildiyi yer (şəhər, ölkə) / Place of issue (city, country) of travel document

12. Sərhədkeçmə sənədinin verildiyi tarix (gün, ay, il) /Date of issue (day, month, year) of travel document

 

13. Sərhədkeçmə sənədinin etibarlılığı (gün, ay, il) /Validity of travel document (day, month, year)

14. Son beş il ərzində aldığınız digər vizalar / Other visas issued during the past five years

 

15. Ailə vəziyyəti / Marital status

evli / married

subay / single

dul / widow(er)

boşanmış / divorced

16. Hal-hazırkı yaşayış ünvanı/ Current address

17. Telefon nömrəsi və elektron poçt ünvanı / Phone number and email address

18. Hazırkı iş yeri və ixtisas / Current occupation and specialty

19. Azərbaycan Respublikasına nə vaxt gəlməyi planlaşdırırsınız? / When are you going to visit the Republic of Azerbaijan?

20. Nəqliyyat vasitəsinin növü (əgər minik avtomobilidirsə, dövlət qeydiyyat nişanı) / Type of transport (if it is a car, license number)

21. Azərbaycan Respublikasında qalacağınız müddət (gün) / Duration of your stay in the Republic of Azerbaijan (days)

 

22. Səfər edəcəyiniz son şəhər və ölkə / Final destination (city, country)

23. Azərbaycan Respublikasına nə vaxtsa səfər etmisinizmi? /

Have you ever visited the Republic of Azerbaijan?

bəli / yes

xeyr / no

 

Səfər etdiyiniz təqdirdə, sonuncu səfərin tarixi/ If yes, date of the last visit

24. Nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza almısınızmı? /

Have you ever been issued a visa to the Republic of Azerbaijan?

bəli / yes

xeyr / no

Almısınızsa, sonuncu vizanın:/If yes, the last visas:

nömrəsi/

number _____________

verilmə tarixi/

issue date _____________

verildiyi yer (şəhər, ölkə)/

place of issue (city, country) _____________

25. Sizə nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən etiraz olunubmu? / Have you ever been refused a visa to the Republic of Azerbaijan?

bəli / yes

□ xeyr / no

Olunubsa, etirazın tarixi /

If yes, date of refuse ____

26. İctimai təhlükə yarada biləcək infeksiyalı xəstəliyə tutulmusunuzmu? /[3]

Did you suffer from any communicable disease of public health significance?

bəli / yes

xeyr / no

Əgər tutulmusunuzsa, xəstəliyin adı / If yes, the name of disease

27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmusunuzmu? / Have you ever been charged of any criminal offences?

bəli / yes

xeyr / no

Əgər cəlb olunmusunuzsa, nə vaxt / If yes, when?

28. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmisinizmi? / Have you ever visited Nagorno Karabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia?

bəli / yes

xeyr / no

Səfər etdiyiniz təqdirdə, nə vaxt / If yes, when?

29. Səfərinizin məqsədi / Purpose of your visit

rəsmi / official

işgüzar / business

turizm / tourism

əmək / employment

elm / scientific

təhsil / education

müalicə / medical

mədəniyyət / cultural

idman / sports

şəxsi səfər / private visit

humanitar / humanitarian

30. Vizanın növü / Type of visa

giriş / entry

tranzit / transit

31. Girişin sayı / Number of entries

birdəfəlik giriş vizası / single entry visa

çoxdəfəlik giriş vizası / multiple entry visa

birdəfəlik tranzit vizası / single entry transit visa

ikidəfəlik tranzit vizası / double entry transit visa

32. Sizi Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi /

Full name, address and phone number of the inviting party to the Republic of Azerbaijan

33. Azərbaycan Respublikasında qalacağınız ünvan və telefon nömrəsi / Address and phone number of your stay in the Republic of Azerbaijan

34. Səfəriniz kim tərəfindən maliyyələşdirilir? /

By whom will be covered cost of your visit?

35. Azərbaycan Respublikasında işləmək niyyətiniz vardırmı?/ Do you intend to be employed in the Republic of Azerbaijan?

bəli / yes

xeyr / no

36. Azərbaycan Respublikasında təhsil almaq niyyətiniz vardırmı? /

Do you intend to study in the Republic of Azerbaijan?

bəli / yes

xeyr / no

37. Pasportunuzda qeyd olunan və sizinlə birlikdə Azərbaycan Respublikasına səfər edən şəxs(lər) barədə məlumat / Information about the person(s) included in your passport and traveling with you to the Republic of Azerbaijan

 

soyadı / surname

adı / name

doğulduğu tarix /date of birth

doğulduğu yer /place of birth

qohumluq əlaqəsi / relationship

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

38. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Anlayıram ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər. / I certify that I have read and understood all the questions in this application and correctly responded to all of them.

I understand that any false or misinformation may result in the refusal of visa.

Viza verilməsi üçün ödənilən dövlət rüsumu müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır./ The state fee paid for visa registration is not given back irrespective of the result of consideration of application.

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Məlumat və qeydiyyat üçün: www.migration.gov.az. / The foreigners and stateless persons temporary staying in the Republic of Azerbaijan for more than 15 days must get registered upon place of stay. For information and registration: www.migration.gov.az.[4]

Ərizəçinin və ya onun nümayəndəsinin imzası /

Signature of applicant or his/her representative

Yer və tarix /

Place and date

XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY

Ərizənin qəbul edilməsi tarixi:

Viza:

Vizanın kateqoriyası:

 

Verildi:

Adı

 

Etibarlıdır (gün, ay, il)

Xidməti

 

Etiraz edildi:

Diplomatik

 

Səfərin məqsədi də nəzərə alınmaqla, aşağıdakı sənədlər qəbul edilmişdir:

□ pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır);

□ biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd rəngli fotoşəkil (3 X 4);

□ tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);

□ əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (tranzit və turizm vizaları üçün bu sənəd tələb olunmur);[5]

□ Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; [6]

□ dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);

□ əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti;

□ əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda);

□ müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış;

□ dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və s.) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd;

□ turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər belə obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd;

□ təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə);

□ 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnaməsinin surəti, valideynlərinin və ya qanuni nümayəndəsinin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;

□ viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 

Qeyd.

 

 

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2014-cü il 19 mart tarixli 87

nömrəli qərarı ilə

təsdiq edilmişdir

3 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin

 

VƏSATƏTİ

 

1. Aşağıdakı məlumatları nəzərə alaraq, Azərbaycan Respublikasına dəvət olunan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə birdəfəlik çoxdəfəlik giriş vizasının rəsmiləşdirilməsini xahiş edirəm

 

2. Dəvət olunan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin

 

2.1. soyadı

 

2.2. adı

2.3. cinsi

2.4. doğum tarixi

 

2.5. doğum yeri

2.6. vətəndaşlığı

2.7. sərhədkeçmə sənədinin seriyası və nömrəsi

 

 

2.8. sərhədkeçmə sənədinin verilməsi tarixi

2.9. sərhədkeçmə sənədinin etibarlılıq müddəti

2.10. Azərbaycan Respublikasında qalacağı ünvan və telefon nömrəsi

 

2.11. səfərin məqsədi

 

2.12. səfərin maliyyələşdirilməsi

3. Hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) və ya dövlət orqanının

 

3.1. tam adı

 

3.2. ünvanı, telefon nömrəsi və elektron poçt ünvanı

 

3.3. rəhbərinin soyadı, adı və atasının adı

 

3.4. qeydiyyat nömrəsi və tarixi (yalnız hüquqi şəxslər və ya xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi üçün)

 

4. Fiziki şəxsin

 

4.1. soyadı, adı və atasının adı

 

4.2. ünvanı və telefon nömrəsi

 

4.3. şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi

 

5. Hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) və ya dövlət orqanının möhürü və səlahiyyətli şəxsinin imzası, fiziki şəxs olduqda onun imzası

 

6. Vəsatətin tarixi

7. Mən xəbərdar edilmişəm ki, əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi Azərbaycan Respublikasına dəvət edən tərəf kimi həmin şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdikdən sonra vaxtında ölkə ərazisindən çıxmasının təmin edilməsi üçün tədbir görülməməsinə görə məsuliyyət daşıyacağam

 

8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən doldurulan hissə

8.1. vəsatətin verildiyi tarix

 

8.2. vəsatətin qeydiyyat nömrəsi

8.3. vəsatətdə qeyd olunmuş məlumatları yoxlayan məsul işçinin adı, soyadı və atasının adı

 

8.4. vəzifəsi

 

8.5. imzası

8.6. xüsusi qeydlər

 

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 may tarixli 184 nömrəli qərarı ilə təsdiq edilmişdir

4 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

 

Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket

Application formtoobtain a visain theterri tory of the Republic of Azerbaijan

 

1. Soyad (pasportda olduğu kimi) / Surname (as in passport)

 

2. Ad (pasportda olduğu kimi) / Name (as in passport)

 

3. Cins / Sex

 

kişi / male

 

qadın / female

 

4. Doğum tarixi (gün, ay, il) /

Date of birth (day, month, year)

 

5. Doğum yeri (şəhər, ölkə) / Place of birth (city, country)

 

6. Vətəndaşlıq / Citizenship

 

7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) / Has your citizenship been changed? (if yes, when and your previous citizenship)

 

8. Pasportun seriyası və nömrəsi / Number of passport

 

9. Azərbaycan Respublikasında qalma müddəti (gün) / Duration of stay in the Republic of Azerbaijan (days)

 

10. Səfərin məqsədi / Purpose of visit

 

11. Qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) tam adı, ünvanı və telefon nömrəsi /

Full name, address and phone number of the receiving party (juridical or physical person)

 

12. Mən təsdiq edirəm ki, ərizə-anketdə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Anlayıram ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər. /

I certify that I have read and understood all the questions in this application and correctly responded to all of them. I understand that any false or misinformation may result in the refusal of visa.

İmza və tarix /

Signature and date

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 may 2016-cı il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 7 may 6-cı il, 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 944)

2.       2 may 2018-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 may 2018-ci il, 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 1109)

3.       2 oktyabr 2018-ci il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 4 oktyabr 2018-ci il, 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 2141)

4.       28 yanvar 2019-cu il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 yanvar 2019-cu il, 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 01, maddə 170)

5.       15 may 2019-cu il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 16 may 2019-cu il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 954)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 may 2016-cı il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 7 may 6-cı il, 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 944) ilə adına təsdiq sözündən əvvəl , habelə Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anketin nümunəsinin sözləri əlavə edilmişdir.

2 may 2018-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 may 2018-ci il, 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 1109) ilə adından , habelə Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anketin nümunəsinin sözləri çıxarılmışdır.

 

[2] 3 may 2016-cı il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 7 may 6-cı il, 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 944) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.

 

2 may 2018-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 may 2018-ci il, 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 1109) ilə 3-1-ci hissə ləğv edilmişdir.

 

[3] 15 may 2019-cu il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 16 may 2019-cu il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 954) ilə 2 nömrəli əlavə - Viza almaq üçün ərizə-anketin 26-cı bəndi ləğv edilmişdir.

 

[4] 28 yanvar 2019-cu il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 yanvar 2019-cu il, 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 01, maddə 170) ilə 2 nömrəli əlavə - Viza almaq üçün ərizə-anketin 38-ci bəndinə yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.

 

[5] 2 oktyabr 2018-ci il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 4 oktyabr 2018-ci il, 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 2141) ilə 2 nömrəli əlavə - Viza almaq üçün ərizə-anketin Xidməti Qeydlər/For Official Use Only hissəsinin mətninin beşinci abzası yen redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

□ əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);

 

[6] 2 oktyabr 2018-ci il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 4 oktyabr 2018-ci il, 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 10, maddə 2141) ilə 2 nömrəli əlavə - Viza almaq üçün ərizə-anketin Xidməti Qeydlər/For Official Use Only hissəsinin altıncı-on üçüncü abzaslar müvafiq olaraq səkkizinci-on beşinci abzaslar hesab edilmişdir və yeni məzmunda altıncı və yeddinci abzaslar əlavə edilmişdir.