AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

Q/01-14

 

Bakı şəhəri, 15 aprel 2014-cü il

 

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlamentin təsdiq edilməsi barədə[1]

 

Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydalarının 9.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin 16-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası QƏRARA ALIR:[2]

1. Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlament təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat idarəsinin rəisi (H.Hüseynov) bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

 

 

Kollegiyanın sədri,

Nazir

Elmar Məmmədyarov

 

 


 

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının 15 aprel 2014-cü il tarixli Q/01-14 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı:

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu.

 

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin elektron qaydada qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını əhatə edir.

 

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: [3]

- Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun 6-10-cu maddələri;

- Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;[4]

- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin 8.24-cü və 8.25-ci bəndləri;

- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydasının 2-ci və 3-cü hissələri;

- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 951 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydasının 2-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş Elektron xidmət növlərinin Siyahısının 1.3-cü bəndi.

 

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra Nazirlik).

 

1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur.

 

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Qismən.

 

1.7. Elektron xidmətin icra müddəti: [5]

Qanunvericilikdə göstərilən hallar istisna olmaqla, müraciətlərə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Qanunvericilikdə göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxılma müddəti ən çoxu 30 iş günü uzadıla bilər və bu barədə müraciət edən şəxsə bildiriş göndərilir.

Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılır.

 

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin cavablandırılması.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü:

İnteraktiv.

 

2.2. Elektron xidmət üzrə ödəniş:

Ödənişsiz.

 

2.3. Elektron xidmətin istifadəçiləri:

Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

 

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mfa.gov.az/?options=content&id=245&language=az

 

2.5. Elektron xidmət barədə məlumatlandırma:

http://www.mfa.gov.az/files/file/Inzibati%20reglament%202013.pdf, katiblik@mfa.gov.az, telefon: +994 (12) 596 90 00

 

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətdən istifadə edilməsi üçün heç bir sənəd tələb olunmur.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır.

 

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

 

3.2.1. sorğunun formalaşdırılması:

Sorğunun formalaşdırılması üçün istifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən elektron ünvana daxil olaraq, adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer barədə məlumatları göstərməklə, müraciəti sərbəst formada doldurur.

 

3.2.2. sorğunun qəbulu:

Sorğu bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvana daxil olduğu gün istifadəçinin elektron poçt ünvanına müraciətin daxil olması barədə bildiriş göndərilir.

 

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun icraata qəbulu:

İstifadəçi tərəfindən təqdim edilmiş sorğu bu reqlamentin 3.2.1-cı yarımbəndində göstərilən məlumatlar qeyd olunduqda icraata qəbul olunur.

 

3.3.2. sorğunun yerinə yetirilməsindən imtina halları: [6]

Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun 7.1-ci maddəsinə əsasən müraciəti qəbul etməkdən imtina qadağandır. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun 6.4-cü maddəsinə müvafiq olaraq, anonim müraciətlər qəbul edilmir və onlara baxılmır.

 

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat və məsul şəxs haqqında məlumat:

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sorğuları Nazirliyin elektron sistemi vasitəsilə qəbul edilir. Nazirliyin Ümumi katibliyi həmin elektron sistemi idarə edir və sorğuların qəbul edilməsinə cavabdehlik daşıyır.

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydasına uyğun olaraq qeydiyyata alınır və baxılması üçün Nazirliyin müvafiq struktur bölməsinə ünvanlandırılır.[7]

Sorğunun icrası üçün həmin sorğuda qeyd olunan məsələyə aidiyyəti olan struktur bölmənin rəhbəri və ya onu əvəz edən şəxs məsuliyyət daşıyır.

 

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu və yerinə yetirilmə müddəti:

Sorğu sistemə daxil olduqdan sonra icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Sorğu qeydə alınaraq, Nazirliyin müvafiq struktur bölməsinə ünvanlandırılır. Nazirliyin müvafiq struktur bölməsi tərəfindən sorğunun Nazirliyin səlahiyyətinə aid olub-olmaması araşdırılır.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.

 

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:[8]

Yoxdur.

 

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və sorğunun cavablandırılması qaydası:

İcraata qəbul olunmuş sorğuya dair aparılan araşdırmaların nəticəsi barədə istifadəçinin elektron poçt ünvanına cavab məktubu göndərilir.

 

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Nazirliyin Ümumi katibliyi xidmətin yerinə yetirilməsinə nəzarət edir.

 

3.5.1. nəzarət forması:

Kargüzarlıq.

 

3.5.2. nəzarət qaydası: [9]

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 951 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası ilə müəyyən edilmiş qaydada.

 

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

 

3.6.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə inzibati qaydada və Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyinə əsasən məhkəməyə şikayət verə bilər.

 

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət ərizəsi İnzibati icraat haqqında Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-IIQ nömrəli Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

3.6.3. şikayətin baxılma müddəti:

Şikayətə İnzibati icraat haqqında Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-IIQ nömrəli Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       08 noyabr 2016-cı il tarixli Q/08-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı

2.       4 dekabr 2017-ci il tarixli Q/03-17 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı

3.       14 noyabr 2018-ci il tarixli Q/04-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 noyabr 2018-ci il tarixli Q/04-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə qərar ləğv edilmişdir.

 

[2] 4 dekabr 2017-ci il tarixli Q/03-17 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarın preambulasında Dövlət orqanlarının sözlərindən sonra və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin sözləri, Mərkəzi icra hakimiyyəti orqanları sözlərindən sonra və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər sözləri əlavə edilmişdir.

 

[3] 08 noyabr 2016-cı il tarixli Q/08-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlamentinin 1.3-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununun 7-ci və 10-cu maddələri;

- Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin 8.24-cü və 8.25-ci bəndləri;

- Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydalarının 2 - 7-ci bəndləri;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş Elektron xidmət növlərinin Siyahısının 1.3-cü bəndi.

 

[4] 4 dekabr 2017-ci il tarixli Q/03-17 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlamentin 1.3-cü bəndinin üçüncü abzasında Dövlət orqanlarının sözlərindən sonra və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin sözləri əlavə edilmişdir.

 

[5] 08 noyabr 2016-cı il tarixli Q/08-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlamentinin 1.7-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.7. Elektron xidmətin icra müddəti:

Müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 (bir) ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 (on beş) gün ərzində baxılır.

Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müraciətə baxılma müddəti müstəsna hallarda ən çoxu 1 (bir) ay uzadıla bilər və bu barədə müraciət edən şəxsə məlumat verilir.

Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılır.

 

[6] 08 noyabr 2016-cı il tarixli Q/08-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlamentinin 3.3.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.3.2. sorğunun yerinə yetirilməsindən imtina halları:

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanunun 7-ci maddəsinə əsasən müraciəti qəbul etməkdən imtina qadağandır. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununun 7-ci maddəsinə müvafiq olaraq, anonim sorğulara baxılmır.

 

[7] 08 noyabr 2016-cı il tarixli Q/08-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbəndin üçüncü abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydalarına uyğun olaraq qeydiyyata alınır və baxılması üçün Nazirliyin müvafiq struktur bölməsinə ünvanlandırılır.

 

[8] 4 dekabr 2017-ci il tarixli Q/03-17 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlamentin 3.4.3-cü yarımbəndində dövlət orqanı sözləri dövlət qurumu sözləri ilə əvəz edilmişdir.

 

[9] 08 noyabr 2016-cı il tarixli Q/08-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.5.2. nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları ilə müəyyən edilmiş qaydada.