Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

 

3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə

 

Axundova Nigar Vəli qızı

 

Tərəqqi medalı ilə

 

Cəfərova Xatirə Ayaz qızı

Əliyeva Lətifə Ağaqasım qızı

Qədirova Arzu Əfqan qızı

Teymurova Gülarə Əli qızı

 

Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə

 

İsmayılova Südabər Şöyüb qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2014-cü il

308