Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, 4, maddə 326; 2008, 2, maddə 50, 4, maddə 260, 6, maddə 508; 2009, 9, maddə 687, 12, maddə 983; 2010, 2, maddələr 83, 85; 2011, 2, maddələr 85, 93; 2012, 10, maddə 955) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin 10.8-ci bəndində dörd müavini sözləri altı müavini sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 may 2014-cü il

156