Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 12, maddə 740; 2002, 12, maddə 706; 2003, 1, maddə 23, 8, maddə 428, 12, I kitab, maddələr 676, 698; 2005, 1, maddə 1, 6, maddə 462, 8, maddə 684, 10, maddələr 873, 905, 12, maddə 1083; 2006, 3, maddələr 223, 225, 6, maddə 481, 12, maddələr 1015, 1029; 2007, 2, maddə 80, 12, maddə 1203; 2008, 3, maddə 158, 6, maddə 462, 7, maddə 602, 12, maddə 1047; 2009, 1, maddə 5, 2, maddə 56, 3, maddə 160, 7, maddə 519, 12, maddə 947; 2010, 4, maddə 276, 6, maddə 485, 10, maddə 840, 11, maddə 939; 2011, 1, maddə 12, 4, maddələr 245, 264, 11, maddə 985, 12, maddə 1100; 2012, 1, maddə 4, 6, maddələr 508, 518, 7, maddə 646, 10, maddə 947, 12, maddələr 1216, 1227, 1229; 2013, 3, maddə 213, 5, maddə 474, 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, 12, maddələr 1485, 1504) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

14.8.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1.1. 3 ayadək

30 manat

14.8.1.2. 6 ayadək

60 manat

14.8.1.3. 1 ilədək

120 manat

14.8.1.4. 1 il 6 ayadək

180 manat

14.8.1.5. 2 ilədək

240 manat

14.8.1.6. 2 il 6 ayadək

300 manat

14.8.1.7. 3 ilədək

360 manat

 

2. Aşağıdakı məzmunda 14.8.1-1-ci və 14.8.1-2-ci maddələr əlavə edilsin:

14.8.1-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1-1.1. 3 ayadək

15 manat

14.8.1-1.2. 6 ayadək

30 manat

14.8.1-1.3. 1 ilədək

60 manat

14.8.1-1.4. 1 il 6 ayadək

90 manat

14.8.1-1.5. 2 ilədək

120 manat

14.8.1-1.6. 2 il 6 ayadək

150 manat

14.8.1-1.7. 3 ilədək

180 manat

 

14.8.1-2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1-2.1. 1 illik

40 manat

14.8.1-2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)

80 manat

 

3. 14.8.2-ci maddənin əvvəlinə Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 14.8.2-1-ci maddə əlavə edilsin:

14.8.2-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə

150 manat

5. 14.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

14.15.1. 30 günədək

30 manat

14.15.2. 60 günədək

60 manat

6. Aşağıdakı məzmunda 14.15-1-ci maddə əlavə edilsin:

14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

14.15-1.1. 30 günədək

15 manat

14.15-1.2. 60 günədək

30 manat

 

7. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:

18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

18.58.1. 3 ayadək - 350 manat;

18.58.2. 6 ayadək - 600 manat;

18.58.3. 1 ilədək - 1000 manat..

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 may 2014-cü il

963-IVQD