Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

1. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 12, maddə 740; 2002, 12, maddə 706; 2003, 1, maddə 23, 8, maddə 428, 12, I kitab, maddələr 676, 698; 2005, 1, maddə 1, 6, maddə 462, 8, maddə 684, 10, maddələr 873, 905, 12, maddə 1083; 2006, 3, maddələr 223, 225, 6, maddə 481, 12, maddələr 1015, 1029; 2007, 2, maddə 80, 12, maddə 1203; 2008, 3, maddə 158, 6, maddə 462, 7, maddə 602, 12, maddə 1047; 2009, 1, maddə 5, 2, maddə 56, 3, maddə 160, 7, maddə 519, 12, maddə 947; 2010, 4, maddə 276, 6, maddə 485, 10, maddə 840, 11, maddə 939; 2011, 1, maddə 12, 4, maddələr 245, 264, 11, maddə 985, 12, maddə 1100; 2012, 1, maddə 4, 6, maddələr 508, 518, 7, maddə 646; 10, maddə 947, 12, maddələr 1216, 1227, 1229; 2013, 3, maddə 213, 5, maddə 474, 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, 12, maddələr 1484, 1504; Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 844IVQD nömrəli Qanunu) 14.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:

14.3.1. on gün müddətində verildikdə və ya dəyişdirildikdə

5 manat

14.3.2. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

25 manat

14.3.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

35 manat

 

2. Bu Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 may 2014-cü il

954-IVQD