Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi hallarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 11 sentyabr 2014-cü il

304

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 11 sentyabr tarixli 304 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları

 

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda - həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.

2. Tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda - abidələrin qorunması üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslandırılmış əlavə tədbirlərin həyata keçirilməsi.[1]

Qeyd. Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi hallarında dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş İcra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər.[2]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 sentyabr 2015-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 4 oktyabr 2015-ci il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 10, maddə 1209)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 sentyabr 2015-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 4 oktyabr 2015-ci il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 10, maddə 1209) ilə 2-ci hissəyə əsaslandırılmış sözündən əvvəl Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sözləri əlavə edilmişdir.

 

[2] 7 sentyabr 2015-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 4 oktyabr 2015-ci il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 10, maddə 1209) ilə 2-ci hissədən sonra yeni məzmunda Qeyd əlavə edilmişdir.